Məhkəmə qərarları › İş №2-1(114)-1666/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1666/2023

12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1666/2023 12.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə(üçüncü şəxs X4) qarşı doğum haqqında akt qeydinin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə (üçüncü şəxs X4) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək övladı X5 barəsində Bərdə rayon Həsənqaya kənd icra nümayəndəliyi tərəfindən 10 may 2013-cü il tarixdə 32 nömrə ilə aparılmış doğum haqqında akt qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə o, 2010-cu il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından 28 iyun 2011-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Övladları anadan olduqdan sonar övladlarına Yevlax rayon Qeydiyyat şöbəsindən 29 dekabr 2011-ci il tarixdə 1365 saylı qeyd əsasında AZ-İİİ № 754353 seriyalı doğum haqqında şəhadətnamə almışlar. Hazırda övladı Yusifə xx.xx.2016-ci il tarixdə X5 olaraq şəxsiyyət vəsiqəsi almışdır. Alim Rüstəmov ilə aralarında olan nikah pozulmuşdur. Hazırda ona məlum olmuşdur ki, övladına 10 may 2013-cü il tarixli 32 saylı qeydi ilə əlavə doğum akt qeydi açılmışdır. Cavabdeh orqana qeyd edilən doğum akt qeydinin ləğv edilməsi ilə əlaqədar müraciət etmiş, lakin cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 12 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı barədə məlumat verilmiş, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, iddiaçının övladı X3 məxsus AZE ********* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, iddiaçının övladı X3 məxsus AZ-İİİ №754353 seriyalı doğum haqqında şəhadətnamənin surəti, X1 adına verilmiş AZ-İİİ № 104987 seriyalı doğum haqqında şəhadətnamənin əsli, 29 dekabr 2011-ci il tarixli 2011-ci il tarixli 1365 saylı doğum haqqında akt qeydinin surəti, 10 may 2013-cü il tarixli 32 saylı doğum haqqında akt qeydinin surəti, Cavabdeh xx.xx.2022-ci il tarixli, 645-05/15 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur və iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 ilə İddiaçı birgə nikahından xx.xx.2011-ci il tarixdə X5 anadan olmuşdur. X5 barəsində 29 dekabr 2011-ci tarixdı 1365 saylı akt qeydi açılmış və onun əsasında ona Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli, AZ-İİİ № 754353 nömrəli “Doğum haqqında” şəhadətnamə tərtib edilmişdir. Daha sonra X2 atası Bərdə rayon Həsənqaya kənd icra nümayəndəliyinə müraciət edərək, azyaşlının barəsində xx.xx.2013-cü il tarixli, 32 nömrəli “Doğum haqqında” akt qeydi tərtib edilmiş və orada soyadı “Rüstəmzadə” adı isə “Rəşad” kimi qeyd edilmişdir. Həmin doğum akt qeydinin əsasında X3 yeni, ikinci AZ-İİİ № 104987 seriyalı doğum haqqında şəhadətnamə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bərdə rayon Həsənqaya kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2013cü il tarixli, 32 nömrəli doğum akt qeydi ləğv edilməlidir. Belə ki, iş materiallarında olan X3 məxsus AZ-İİİ №754353 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, azyaşlı X5 xx.xx.2011-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. İş materiallarına əlavə edilmiş X3 məxsus AZE ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ona Yevlax Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının; 1.4. maddəsinə əsasən VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1. maddəsinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə VVADQ orqanı, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 9.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya VVADQ orqanının və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2. maddəsinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu VVADQ orqanına, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.7. maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X5 barəsində Bərdə rayon Həsənqaya kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2013-cü il tarixli, 32 nömrə ilə aparılmış doğum haqqında akt qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -70.1. maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X5 barəsində Bərdə rayon Həsənqaya kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2013-cü il tarixli, 32 nömrə ilə aparılmış doğum haqqında akt qeydi ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar