Məhkəmə qərarları › İş №2-1(114)-1667/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1667/2023

08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1667/2023 08.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarın ləğvi və əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarın ləğv edilməsi və ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 24758 nömrəli “Xəstəlik haqqında” tibbi şəhadətnaməsinə əsasən İddiaçı döyüş zonasında aldığı xəsarətin diaqnozu: “Partlayış travması (xx.xx.2020): hər iki bazunun, sağ əlin, hər iki bud və sağ diz oynağı nahiyəsinin kor qəlpə yaralanmalarına, sağ bazu sümüyünün yuxarı və orta 1/3-nin, sol bau sümüyünün distal metafizinin oynaqdaxili sol bud sümüyünün böyük burmalarının açıq, çoxqəlpəli sümük defektli yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi (xx.xx.2020), hər iki bazu sümüyünün Q.A.İlizarov üsulu ilə osteosintezi (xx.xx.2020), sağ bazu sümüyünün defektinə görə aparılmış autoosteoplastika (xx.xx.2021), sol bazudan Q.A.İlizarov aparatının demontajı (xx.xx.2021), sağ bazuda Q.A.İlizarov aparatının demontajı (xx.xx.2021) cərrahi əməliyyatlarından sonrakı sağ bazu sümüyünün sümük defekti ilə bitişmiş sınıqları, sol bazunun və sol bud sümüyünün böyük burmasının oynaqdaxili bitişmiş sınıqları, sağ bazunun və çiyin qurşağının əzələlərinin atrofiyası, hər iki dirsək oynağının çapıq, əzələ və artogen davamlı kəskin kontrakturası "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd edilmişdir.

2. “Bərdə rayon mərkəzi xəstəxanası” Phş-in Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilmiş 0232003AAXWW (Forma TQS №-088) saylı göndərişdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən göndəriş verən müəssisədə qeydiyyatdadır. Xəstəliyi xx.xx.2020-ci ildən başlamış, xəstəliyin gedişi xronikidir. Son altı ay ərzində “Y36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr” xəstəliyinə görə 04.02 və xx.xx.2022-ci il tarixlərə kimi ambulator tibbi yardım almışdır. xx.xx.2020-ci il tarixdə Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Modern Hospitalda, xx.xx.2020-ci il tarixdə Müdafiə Nazirliyinin Hərbi Poliklinikasında, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Modern Hospitalda və xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Hərbi Poliklinikasında stasionar müalicələr almışdır. TSEKƏ-ə göndərilən zaman diaqnoz: a) Əsas diaqnoz: Y36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hər iki bazunun, sağ əlin, hər iki bud və sağ diz oynaq nahiyəsinin kor qəlpə yaralanmalarına, sağ bazu sümüyünün yuxarı və orta 1/3-nin, sol bazu sümüyünün distal metafizinin oynaqdaxili sol bud sümüyünün böyük burmalarının açıq, çoxqəlpəli sümük defektili yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi (xx.xx.2020), hər iki bazu sümüyün Q.A.llizarov üsulu ilə osteosintezi (xx.xx.2020) sağ bazu sümüyünün defektinə görə aparılmış autoosteoplastika (xx.xx.2021). b) Ağırlaşma: Y36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hər iki bazunun, sağ əlin, hər iki bud və sağ diz oynaq nahiyəsinin kor qəlpə yaralanmalarına, sağ bazu sümüyünün yuxarı və orta 1/3-nin, sol bazu sümüyünün distal metafizinin oynaqdaxili sol bud sümüyünün böyük burmalarının açıq, çoxqəlpəli sümük defektili yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi (xx.xx.2020), hər iki bazu sümüyün Q.A.İlizarov üsulu ilə osteosintezi (xx.xx.2020), sağ bazu sümüyünün defektinə görə aparılmış autoosteoplastika (xx.xx.2021), M24.5oynaqların kontrakturası, sağ bazunun və çiyin qurşağının əzələlərinin atrofıyası, hər iki dirsək oynağının çapıq, əzələ və artrogen davamlı kəskin kontrakturası, hər iki bazu və dirsək oynağında çapıq-əzələ mənşəli kontraktura hesabına hərəkət məhdudluğu, bazu oynağında bükmə-80°, açma-120°. TSEK-ə göndərilməsi üçün əsas-Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar.

3. İddiaçı adına tərtib edilmiş qiymətləndirmə nəticəsində qeyd edilmişdir: Müayinə tarixi: xx.xx.2022-ci il. AKT nömrəsi: xxxxxxx0001. Müvəqqəti əmək qabiliyyəti itirilməmişdir. TSEK-in diaqnozu: “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hər iki bazunun, sağ əlin, hər iki bud və sağ diz oynaq nahiyəsinin kor qəlpə yaralanmalarına, sağ bazu sümüyünün yuxarı və orta 1/3-nin, sol bazu sümüyünün distal metafizinin oynaqdaxili sol bud sümüyünün böyük burmalarının açıq, çoxqəlpəli sümük defektili yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincilicərrahi işlənməsi (xx.xx.2020), hər iki bazu sümüyün Q.A.İlizarov üsulu ilə osteosintezi (xx.xx.2020) sağ bazu sümüyünün defektinə görə aparılmış autoosteoplastika (xx.xx.2021), M24.5-oynaqların kontrakturası, sağ bazunun və çiyin qurşağının əzələlərinin atrofıyası, hər iki dirsək oynağının çapıq, əzələ və artrogen davamlı kəskin kontrakturası, hər iki bazu və dirsək oynağında çapıq- əzələ mənşəli kontraktura hesabına hərəkət məhdudluğu, bazu oynağında bükmə- 80°, açma-120°, dirsək oynağında bükmə- 100°, açma-120°”. Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.3. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0).

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Eksperetiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçıya hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hər iki bazunun, sağ əlin, hər iki bud və sağ diz oynaq nahiyyəsinin kor qəlpə yaralanmalarına, sağ bazu sümüyünün yuxarı və orta 1/3-nin, sol bazu sümüyünün distal metafizinin oynaqdaxili sol bud sümüyünün böyük burmalarının açıq, çoxqəlpəli sümük defektli yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincilicərrahi işlənməsi (xx.xx.2020), hər iki bazu sümüyün Q.A.İlizarov üsulu ilə osteosintezi (xx.xx.2020), sağ bazu sümüyünün defektinə görə aparılmış autoosteoplastika (xx.xx.2021), Sağ bazunun və çiyin qurşağının əzələlərinin atrofiyası, hər iki dirsək oynağının çapıq, əzələ və artrogen davamlı kəskin konturakturası. Hər iki bazu və dirsək oynağında çapıq-əzələ mənşəli konturaktura hesabına hərəkət məhdudluğu. Bazu oynağında bükmə - 80*,açma - 120*,dirsək oynağında bükmə - 100*, açma - 120*” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.

5. Tibbi Sosial-Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsi üzrə arayışına əsasən iddiaçıya hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hər iki bazunun, sağ əlin, hər iki bud və sağ diz oynaq nahiyyəsinin kor qəlpə yaralanmalarına, sağ bazu sümüyünün yuxarı və orta 1/3-nin, sol bazu sümüyünün distal metafizinin oynaqdaxili sol bud sümüyünün böyük burmalarının açıq, çoxqəlpəli sümük defektli yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi (xx.xx.2020), hər iki bazu sümüyün Q.A.İlizarov üsulu ilə osteosintezi (xx.xx.2020), sağ bazu sümüyünün defektinə görə aparılmış autoosteoplastika (xx.xx.2021), Sağ bazunun və çiyin qurşağının əzələlərinin atrofiyası, hər iki dirsək oynağının çapıq, əzələ və artrogen davamlı kəskin konturakturası. Hər iki bazu və dirsək oynağında çapıq-əzələ mənşəli konturaktura hesabına hərəkət məhdudluğu. Bazu oynağında bükmə - 80*,açma - 120*,dirsək oynağında bükmə - 100*, açma - 120*” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. 2022-ci ilin iyun ayında iddiaçı əlilliyinin yenidən qiymətləndilməsi üçün müayinədə olmuş, lakin xx.xx.2022-ci il tarixdə göndərişi natamam doldurulması səbəbindən tibb müəssisəsinə geri qaytarılmışdır.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik qərarı qüvvədə saxlanılmışdır.

7. 16.01.2023-cü il tarixdə İddiaçı “Bərdə RMX” Phş-in poliklinika şöbəsinə müraciət etmiş və ona “Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq” diaqnozu qoyulmuşdur. Sağ qolda ağrı və hərəkət məhdudluğundan şikayət edir. Xəstəyə həkim fizioterapevt tərəfindən maqnit terapiyası, dorsanvalizasiya, elektrofarez təyin edilmişdir. Xəstə travmatoloqun konsultasiyasını alır.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T356/2023 nömrəli ekspert rəyinə əsasən vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hər iki bazunun, sağ əlin, hər iki bud və sağ diz oynaq nahiyəsinin kor qəlpə yaralanmalarına, sağ bazu sümüyünün yuxarı və orta 1/3-nin, sol bazu sümüyünün distal metafizinin oynaqdaxili, sol bud sümüyünün böyük burmalarının açıq, çoxqəlpəli sümük defektli yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, hər iki bazu sümüyünün Q.A.llizarov üsulu ilə osteosintezi (xx.xx.2020), sağ bazu sümüyünün defektinə görə aparılmış autoosteoplastika (xx.xx.2021), M24.5-oynaqların kontrakturası, sağ bazunun və çiyin qurşağının əzələlərinin atrofıyası, hər iki dirsək oynağının çapıq, əzələ və artrogen davamlı kəskin kontrakturası, hər iki bazu və dirsək oynağında çapıq-əzələ mənşəli kontraktura hesabına hərəkət məhdudluğu, bazu oynağında bükmə-80°, açma-120°, dirsək oynağında bükmə-100°, açma-120°” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müalicəsi əsasında müəyyən edilmişdir. Qərardadda qoyulan 3-cü sual məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2023-cü il tarixli 3-17- 4/2-23798/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və kosntitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbindən əlillik vəziyyəti Bərdə RMX-nın göndərişi və şəxsin müraciəti əsasında X4-sosial ekspert komissiyasında xx.xx.2022-ci il tarixdə keçirilən əyani müayinə yolu ilə ətraflı qiymətləndirilmiş (Diaqnoz: Hər iki bazunun, sağ əlin, hər iki bud və sağ diz oynaq nahiyyəsinin kor qəlpə yaralanmalarına, sağ bazu sümüyünün yuxarı və orta 1/3nin, sol bazu sümüyünün distal metafizinin oynaqdaxili sol bud sümüyünün böyük burmalarının açıq, çoxqəlpəli sümük defektli yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağ bazu sümüyünün defektinə görə aparılmış autoosteoplastika. Hər iki bazu və dirsək oynağında çapıq-əzələ mənşəli konturaktura hesabına hərəkət məhdudluğu.) və göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.1-ci bəndinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və kosntitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbindən xx.xx.2022-ci il tarixdən 5 il müddətinə (xx.xx.20274-ci il tarixədək) üçüncü dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulmasına əsas verir. II. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əlillik dərəcəsinin təyin olunması ilə bağlı qəbul edillmiş inzibati aktın ləğv edilməsi, yenidən komissiya təşkil edilərək müayinəsinin başqa həkim-ekspertlərə tapşırılması, ona ikinci qrup əlilliyinin təmin olunması üçün müvafiq tədbirlər görülməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması və onun əlilliyə görə pensiya hüququnun xx.xx.2022-ci il tarixdən hesablanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bundan sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, iş üzrə cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi ilə əvəz edilməsini xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadları ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi ilə əvəz edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2016-cı ilin sentyabr ayından SHXÇDX-nin Bərdə rayon şöbəsində MAHHXHQ çavuş rütbəsində həqiqi hərbi xidmətdə olmuşdur. Torpaqlarımızın azadlığı uğrunda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərin ilk günlərində ağır yaralanmışdır. İlkin tibbi yardım göstərildikdən sonra Bərdə RMX-na göndərilmiş və "hər iki yuxarı ətrafin arxa gips longeti ilə fiksasıyası" cərrahi əməliyyatı olmuşdur. Daha sonradan X2 köçürülmüş və orada "hər iki bazu nahiyəsində, sağ əl nahiyəsində, sol bud və sağ diz oynağı nahiyəsindəki yaraların birincili-cərrahi işlənməsi, hər iki bazu sümüyünün eksternal fiksatorla osteosintezi" cərrahi əməliyyatını olmuşdur. xx.xx.2020-ci il tarixində Bakı şəhərinə Modern Hospitala köçürülərək həmin tarixdən xx.xx.2020-ci il tarixinədək "partlayış travması, sol və sağ bazu nahiyəsində, sağ əlin ovuc səthinin və sol bud nahiyəsinin yuxarı 1/3-nin, sağ diz oynağı nahiyəsinə nüfuz edən çoxsaylı (üç ədəd) kor odlu silah (qəlpə) yaralanmasına və sağ bazu sümüyünü diafizinin orta 1/3-nin, sol bazu sümüyü distal metafizinin oynaqdaxili, sol bud sümüyünün böyük burmasınırı çoxqəlpəli, yerdəyişmiş açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, hər iki bazu sümüyünün ekstternal fiksatorla ostesontezi cərrahi əməliyyatının və sağ əlin ovuc səthinin, sol bud nahiyələrinin yuxarı 1/3-nin və sağ diz oynağı nahiyəsinin kor odlu silah (qəlpə) yaraların birincili-cərrahi işlənməsindən sonrakı vəziyyət" diaqnozu ilə stasionar müalicədə olmuşdur. Xəstəxanadan evə buraxıldıqdan sonra hər iki bazu sümüyünün Q.A.İlizarov üsulu ilə osteosintezi aparatı ilə müalicəsini davam etdirmişdir. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixindək Modern Hospitalda "partlayış travması, sağ bazunun qəlpə yaralanması, bazu sümüyünün diafizinin orta 1/3nin qəlpəli, yerdəyişmiş sınığından sonrakı defekti və psevdoartrozu" diaqnozu ilə stasionar müalicədə olmuşdur. N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 1303 nömrəli göndərişi ilə yararlılığın təyin edilməsi məqsədi ilə hərbi həkim komissiyasına göndərilmişdir. MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən 22 dekabr 2021-ci il tarixində 24758 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin xəstəlik haqqında şəhadətnaməyə əsasən HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarında "həm dinc dövrdə, həm də müharibə dövründan xidmətə yararsızdır" qeyd edilmişdir. O, hərbi səbəblə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına xx.xx.2022-ci il tarixində müraciət etdikdən sonra o əyani komissiyada olmuşdur. 2022-ci ilin iyun ayının 13-də komissiyanın cavabı çıxmış və ona üçüncü dərəcəli əlilliyin müəyyən edildiyini bildirmişlər. Əlilliyinin qiymətləndirilməsinin gücləndirilməsi səbəbilə o yenidən cari ilin avqust ayında cavabdehə müraciət etmiş və müraciəti əsasında təkrar müayinədən keçmişdir. xx.xx.2022-ci il tarixində ona cavabdehdən imtina məktubu gələrək, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulduğu və sənədlərinin tibb müəssisəsinə geri qaytarıldığı qeyd olunmuşdur. Natamam doldurulmaya görə sənədlərinə maraqlanarkən ona məlum olmuşdur ki, hərbi səbəblə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciətə cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspert komissiyası müraciətinə imtina vermiş və əlillik dərəcəsi üçüncü qrup olaraq dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır, onun əmək və pensiya hüquqlarını pozur.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı iddiasında ona ikinci dərəcə əlilliyin təyini ilə bağlı qərarın ləğvini və ona ikinci dərəcə əlilliyin təyin edilməsini tələb etsə də, bu halda qərarın ləğvi ona ikinci dərəcə əlilliyin təyin edilməsi tələbinin təmininə yönəlmişdir. Yəni, iddiaçıya ikinci dərəcə əlilliyi təyini üçün ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar əvvəlcə ləğv edilməlidir.

16. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

17. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.

18. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş (əyani müayinə zamanı) və Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə ona ikinci dərəcə əlillik təyinatından imtina edilmiş, üçüncü dərəcə əlilliyin təyini ilə bağlı qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin imtina qərarında ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı və iddiaçı hazırkı tələblə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyi üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

19. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

20. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

23. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

24. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

25. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

26. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

27. Etiraz onunla əsaslandırılmışdır ki, Bərdə rayon sakini xx.xx.1993-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. (xx.xx.2021-ci il tarixli 24758 nömrəli XHŞ) İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əyani müayinə zamanı orqanizmin funksiyalarının pozulmasında yeni ağırlaşmalar müşahidə edilməmiş, həmçinin təqdim etdiyi tibbi sənədlər araşdırılmış və əlilliyin gücləndirilməsinə əsas verməmiş, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik qərarı qüvvədə saxlanılmışdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - TSEK-də sonuncu müayinəyə dair məlumatlar; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 24758 nömrəli “Xəstəlik haqqında” tibbi şəhadətnaməsi; - “Bərdə rayon mərkəzi xəstəxanası” Phş-in Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilmiş 0232003AAXWW (Forma TQS №-088) saylı göndərişi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Eksperetiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı; - X/T ******* (331/21) nömrəli çıxarış epikrizi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarı; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi xx.xx.2023-cü il tarixli 3-17-4/2-23798/2023 nömrəli məktubu.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

29. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

30. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Eksperetiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçıya hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hər iki bazunun, sağ əlin, hər iki bud və sağ diz oynaq nahiyyəsinin kor qəlpə yaralanmalarına, sağ bazu sümüyünün yuxarı və orta 1/3-nin, sol bazu sümüyünün distal metafizinin oynaqdaxili sol bud sümüyünün böyük burmalarının açıq, çoxqəlpəli sümük defektli yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincilicərrahi işlənməsi (xx.xx.2020), hər iki bazu sümüyün Q.A.İLİZAROV üsulu ilə osteosintezi (xx.xx.2020), sağ bazu sümüyünün defektinə görə aparılmış autoosteoplastika (xx.xx.2021), Sağ bazunun və çiyin qurşağının əzələlərinin atrofiyası, hər iki dirsək oynağının çapıq, əzələ və artrogen davamlı kəskin konturakturası. Hər iki bazu və dirsək oynağında çapıq-əzələ mənşəli konturaktura hesabına hərəkət məhdudluğu. Bazu oynağında bükmə - 80*,açma - 120*,dirsək oynağında bükmə - 100*, açma - 120*” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.

31. Bundan sonra İddiaçı ona İİ dərəcə əlilliyin təyin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, 2022-ci avqust ayında iddiaçı əlilliyinin yenidən qiymətləndirilməsi üçün əyani müayinədə olmuş, lakin əyani müayinə zamanı orqanizmin funksiyalarının pozulmasında yeni ağırlaşmalar müşahidə edilmədiyi, həmçinin təqdim etdiyi tibbi sənədlər əlilliyin gücləndirilməsinə əsas vermədiyi üçün üçüncü dərəcə əlillik qərarı qüvvədə salxnaılmışdır.

32. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

33. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: - 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. - 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. - 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

34. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin:- - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.3. bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: - 2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0).

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. Bənd 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

36. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T356/2023 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hər iki bazunun, sağ əlin, hər iki bud və sağ diz oynaq nahiyəsinin kor qəlpə yaralanmalarına, sağ bazu sümüyünün yuxarı və orta 1/3-nin, sol bazu sümüyünün distal metafizinin oynaqdaxili, sol bud sümüyünün böyük burmalarının açıq, çoxqəlpəli sümük defektli yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, hər iki bazu sümüyünün Q.A.llizarov üsulu ilə osteosintezi (xx.xx.2020), sağ bazu sümüyünün defektinə görə aparılmış autoosteoplastika (xx.xx.2021), M24.5oynaqların kontrakturası, sağ bazunun və çiyin qurşağının əzələlərinin atrofıyası, hər iki dirsək oynağının çapıq, əzələ və artrogen davamlı kəskin kontrakturası, hər iki bazu və dirsək oynağında çapıq-əzələ mənşəli kontraktura hesabına hərəkət məhdudluğu, bazu oynağında bükmə-80°, açma-120°, dirsək oynağında bükmə-100°, açma-120°” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müalicəsi əsasında müəyyən edilmişdir.

37. Göründüyü kimi, əldə edilmiş tibbi rəylə iddiaçının qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozların onun kliniki, laborator-instrumental müayinələri əsasında qoyulduğu və hazırda iddiaçıda “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hər iki bazunun, sağ əlin, hər iki bud və sağ diz oynaq nahiyəsinin kor qəlpə yaralanmalarına, sağ bazu sümüyünün yuxarı və orta 1/3-nin, sol bazu sümüyünün distal metafizinin oynaqdaxili, sol bud sümüyünün böyük burmalarının açıq, çoxqəlpəli sümük defektli yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, hər iki bazu sümüyünün Q.A.llizarov üsulu ilə osteosintezi (xx.xx.2020), sağ bazu sümüyünün defektinə görə aparılmış autoosteoplastika (xx.xx.2021), M24.5-oynaqların kontrakturası, sağ bazunun və çiyin qurşağının əzələlərinin atrofıyası, hər iki dirsək oynağının çapıq, əzələ və artrogen davamlı kəskin kontrakturası, hər iki bazu və dirsək oynağında çapıqəzələ mənşəli kontraktura hesabına hərəkət məhdudluğu, bazu oynağında bükmə-80°, açma-120°, dirsək oynağında bükmə-100°, açma-120°” diaqnozunun olması öz təsdiqini tapmışdır.

38. Qeyd edilən xəstəlik isə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya İİ dərəcə əlilliyin təyin olunmasından imtina edilməsinin qanuni və əsaslı olduğuna dəlalət edir.

39. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi olan “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hər iki bazunun, sağ əlin, hər iki bud və sağ diz oynaq nahiyəsinin kor qəlpə yaralanmalarına, sağ bazu sümüyünün yuxarı və orta 1/3-nin, sol bazu sümüyünün distal metafizinin oynaqdaxili, sol bud sümüyünün böyük burmalarının açıq, çoxqəlpəli sümük defektli yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, hər iki bazu sümüyünün Q.A.llizarov üsulu ilə osteosintezi (xx.xx.2020), sağ bazu sümüyünün defektinə görə aparılmış autoosteoplastika (xx.xx.2021), M24.5-oynaqların kontrakturası, sağ bazunun və çiyin qurşağının əzələlərinin atrofıyası, hər iki dirsək oynağının çapıq, əzələ və artrogen davamlı kəskin kontrakturası, hər iki bazu və dirsək oynağında çapıq-əzələ mənşəli kontraktura hesabına hərəkət məhdudluğu, bazu oynağında bükmə-80°, açma-120°, dirsək oynağında bükmə-100°, açma-120°” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.1-ci bəndinə əsasən üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.

40. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilməsi ilə bağlı hərəkətləri qanunamüvafiq olmuşdur.

41. Məhkəmə onu da qeyd edir ki, məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçıya iddiaçıya hüquqi yardım göstərilərək, tələbini dəqiqləşdirməsi təklif olunmuş, lakin o, iddia ərizəsində qoyulmuş tələbə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

42. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiası əlilliyə görə pensiya hüququnun xx.xx.2022-ci il tarixdən hesablanması tələbinə dair hissədə mümkün sayılmamışdır

43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar