Məhkəmə qərarları › İş №2-1(114)-1668/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1668/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1668/2024 28.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.2023-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Həmin təyinat zamanı İddiaçı xx.xx.1970-xx.xx.1993-cü illərdəki iş stajı sosial sığorta stajı kimi nəzərə alınmışdır.

3. xx.xx.2000-ci il tarixdə İddiaçı adına tərtib edilmiş AT-Vİİİ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1970-ci il tarixdə Zallar kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edildiyi və xx.xx.1993-cü il tarixdə Kəlbəcərin işğalı ilə əlaqədar iş yerini itirdiyi qeyd edilmişdir. xx.xx.1970-ci il tarixli qeydin qarşısında Kəlbəcər RTŞ-nin müdirinin adı yazılsa da, imzalanmamış və möhürlə təsdiq edilməmişdir. xx.xx.1993-cü il tarixdə Kəlbəcərin işğalı ilə əlaqədar iş yerini itirməsi barədə qeydin qarşısında Kəlbəcər RTŞ-nin müdirinin imzası olmamış, kadr üzrə inspektor tərəfindən imzalanaraq, möhürlə təsdiqlənmişdir. İşə daxil olma və işdən azad olma əmrləri qrafasında xx.xx.2000-ci il şahidçilik aktı qeyd edilmişdir.

4. İddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad olunması ilə bağlı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün pensiyasının yenidən hesablanması ilə əlaqədar cavabdeh quruma müraciət etmiş və həmin müraciət araşdırılarkən müəyyən edilmişdir ki, ona xx.xx.2023-cü il tarixdə yaşa görə əmək pensiyası təyin olunan zaman xx.xx.2006-cı il tarixinədək 11 il 4 ay sığorta stajı olduğu halda, 34 il 9 ay nəzərə alınmışdır.

5. Buna görə də iddiaçının barəsində xx.xx.2023-cü il tarixli 3-17-1/1-S- 293710/2023 nömrəli Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərar qərar qəbul edilmişdir. Həmin qərarla İddiaçı 579.23 manat məbləğində pensiyası 493.31 manata endirilmişdir.

6. Həmin Qərarın “Qeyd” hissəsində qeyd edilir ki, xx.xx.2013-cü ilə aid müvafiq qanunvericiliyə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münqaişə və digər fövqəladə hallarla bağlı) təqdim edə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajına daxil edilə bilərdi. Bu səbəbdən xx.xx.1970-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrlər sosial sığorta stajına yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə daxil edilməli olduğu halda, şahidçilik aktı əsasında sosial sığorta stajına daxil edilmişdir. Bu səbəbdən artıqvermə aşkar edilmişdir.

7. İddiaçının yenidən hesablama ilə bağlı müraciətinə cavab olaraq Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-2xx/xx/2023 nömrəli məktubda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin xx.xx.2013-cü il tarixində qüvvədə olmuş tələblərinə əsasən ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Sözügedən Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan əlavə edilməklə ödənilir. Pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə pensiya işində olan sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək 11 il 4 ay sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 5844.20 manat pensiya kapitalı, xx.xx.2018-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2013-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək 8833.02 manat pensiya kapitalı, xx.xx.2020-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 161.97 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 358.90 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sözügedən maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 399.82 manata, xx.xx.2022-ci il tarixindən 413.42 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 430,08 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə uyğun olaraq 493,31 manata çatdırılmışdır. Əlavə olaraq bildirilir ki, əmək kitabçasının surətində xx.xx.1970-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək əmək fəaliyyəti dövrləri şahidçilik əsasında qeyd edildiyindən sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Bildirilir ki, sözügedən dövrlər məhkəmənin qüvvəyə minmiş qərarı əsasında təsdiq edildikdən sonra təkrar müraciəti əsasında həmin dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Müraciətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, ona əmək pensiyası təyin olunarkən xx.xx.2006-cı il tarixinədək sığorta stajı 11 il 4 ay olduğu halda, 34 il 9 ay nəzərə alınmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək artıq ödəmə müəyyən olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1970-ci il tarixdən xx.xx.1993-cü il tarixədək iş illərinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1950-ci il tarixdə Kəlbəcər rayonu, Yanşaq kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Kəlbəcər rayonunda başlamış, xx.xx.1970-ci il tarixdə Zallar kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş və Kəlbəcər rayonun işğalı ilə əlaqədar iş yerini itirmişdir. Qeyd olunan müddətdə iş fəaliyyəti əmək kitabçasında xx.xx.2000-ci il tarixli şahidçilik aktı əsasında qeyd edilmişdir. Bundan sonra, xx.xx.1994-cü il tarixdən xx.xx.2018-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2018-ci il tarixdən çalışmanın yaş həddinə çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edir ki, ona xx.xx.2013-cü il tarixdə əmək pensiyası təyin edilən zaman, xx.xx.2006-cı il tarixədək ümumilikdə 34 il 9 ay stajı nəzərə alınmışdır. Lakin sonradan cavabdeh orqan tərəfindən xx.xx.1970-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan əmək fəaliyyəti müddətinin sığorta stajına daxil edilməsindən imtina edilmiş, bu səbəbdən də "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh orqan tərəfindən onun xx.xx.1970-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan iş müddəti sosial sığorta stajı kimi nəzərə alınmır.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

20. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

21. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etmədiyini bildirdi və iddiaçının müraciətini təmin etməkdən imtina edən zaman məktubda qeyd edilən dəlillərə istinad edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AT-Vİİİ ******* nömrəli əmək kitabçası; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-2xx/xx/2023 nömrəli məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş iddiaçının pensiya işi üzrə icraat materialları. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

24. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin təyinat zamanı İddiaçı xx.xx.1970xx.xx.1993-cü illərdəki iş stajı sosial sığorta stajı kimi nəzərə alınmışdır.

25. İddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad olunması ilə bağlı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün pensiyasının yenidən hesablanması ilə əlaqədar cavabdeh quruma müraciət etmiş və həmin müraciət araşdırılarkən müəyyən edilmişdir ki, ona xx.xx.2023-cü il tarixdə yaşa görə əmək pensiyası təyin olunan zaman xx.xx.2006-cı il tarixinədək 11 il 4 ay sığorta stajı olduğu halda, 34 il 9 ay nəzərə alınmışdır. Buna görə də iddiaçının barəsində xx.xx.2023-cü il tarixli 3-17-1/1-S-293710/2023 nömrəli Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərar qərar qəbul edilmişdir. Həmin qərarla İddiaçı 579.23 manat məbləğində pensiyası 493.31 manata endirilmişdir. Həmin Qərarın “Qeyd” hissəsində qeyd edilmişdir ki, xx.xx.2013-cü ilə aid müvafiq qanunvericiliyə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münqaişə və digər fövqəladə hallarla bağlı) təqdim edə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajına daxil edilə bilərdi. Bu səbəbdən xx.xx.1970-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrlər sosial sığorta stajına yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə daxil edilməli olduğu halda, şahidçilik aktı əsasında sosial sığorta stajına daxil edilmişdir. Bu səbəbdən artıqvermə aşkar edilmişdir.

26. İddiaçıya isə müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli 3-17-1/2-S- 2xx/xx/2023 nömrəli məktubla bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin xx.xx.2013-cü il tarixində qüvvədə olmuş tələblərinə əsasən ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Sözügedən Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan əlavə edilməklə ödənilir. Pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə pensiya işində olan sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək 11 il 4 ay sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 5844.20 manat pensiya kapitalı, xx.xx.2018-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2013-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək 8833.02 manat pensiya kapitalı, xx.xx.2020-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 161.97 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 358.90 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sözügedən maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 399.82 manata, xx.xx.2022-ci il tarixindən 413.42 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 430,08 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə uyğun olaraq 493,31 manata çatdırılmışdır. Əlavə olaraq bildirilir ki, əmək kitabçasının surətində xx.xx.1970-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək əmək fəaliyyəti dövrləri şahidçilik əsasında qeyd edildiyindən sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Bildirilir ki, sözügedən dövrlər məhkəmənin qüvvəyə minmiş qərarı əsasında təsdiq edildikdən sonra təkrar müraciəti əsasında həmin dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Müraciətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, ona əmək pensiyası təyin olunarkən xx.xx.2006-cı il tarixinədək sığorta stajı 11 il 4 ay olduğu halda, 34 il 9 ay nəzərə alınmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək artıq ödəmə müəyyən olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

27. Hazırda iddiaçı xx.xx.1970-ci il tarixdən xx.xx.1993-cü il tarixədək iş illərinin sosial sığorta stajına daxil edilməklə, əmək pensiyasının yenidən hesablanmasını tələb edir.

28. Cavabdeh orqan isə iddiaçının həmin əmək fəaliyyəti dövlərinin şahidçilik əsasında qeyd edildiyi əsas gətirməklə, sözügedən dövrlərin sığorta stajına daxil edilməsini mümkün hesab etməmişdir.

29. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinasını əsaslı sayaraq, iddia tələbini qanunsuz və əsassız hesab edir.

30. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

31. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

34. Göründüyü kimi, əmək pensiyalarının təyin olunması sahəsində mövcud olan Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən sosial sığorta stajının müəyyən olunmasında əsas sənəd əmək kitabçası hesab olunur.

35. Hazırkı iş üzrə iddiaçının adına xx.xx.2000-ci il tarixdə tərtib edilmiş AT-Vİİİ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1970-ci il tarixdə Zallar kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edildiyi və xx.xx.1993-cü il tarixdə Kəlbəcərin işğalı ilə əlaqədar iş yerini itirdiyi qeyd edilmişdir. xx.xx.1970-ci il tarixli qeydin qarşısında Kəlbəcər RTŞ-nin müdirinin adı yazılsa da, imzalanmamış və möhürlə təsdiq edilməmişdir. xx.xx.1993-cü il tarixdə Kəlbəcərin işğalı ilə əlaqədar iş yerini itirməsi barədə qeydin qarşısında Kəlbəcər RTŞ-nin müdirinin imzası olmamış, kadr üzrə inspektor tərəfindən imzalanaraq, möhürlə təsdiqlənmişdir. İşə daxil olma və işdən azad olma əmrləri qrafasında xx.xx.2000-ci il şahidçilik aktı qeyd edilmişdir.

36. Halbuki, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən tərəfindən və ... Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Bənd 3.9. Əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. Şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir.

37. Göründüyü kimi, iddiaçının sosial sığorta stajına daxil edilməsini tələb etdiyi dövr üzrə onun əmək kitabçası normativ-hüquqi aktda nəzərdə tutulmuş qaydada doldurulmadığından, o cümlədən əmək kitabçasının şahid ifadələri əsasında doldurulmasına yol verilmədiyindən onun həmin stajın nəzərə alınması üçün mötəbər sənəd kimi qəbul edilməsi istisna olunur.

38. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

39. Hazırkı işdə iddiaçının işlədiyini iddia etdiyini dövrü təsdiq edən digər sənədlərin mövcudluğu da araşdırılmış, lakin onun göstərilən vaxtlarda işləyib-işləməməsi barədə məlumat əldə etmək mümkün olmamışdır. Belə ki, iddiaçının həmin dövrdə iş yeri Kəlbəcər rayonu Zallar kənd orta məktəbi olduğundan və Kəlbəcər rayonunun işğalı ilə əlaqədar olaraq 01 aprel 1993-cü il tarixinə qədər Kəlbəcər rayonu Zallar kənd orta məktəbinə aid olan sənədlər işğal ərazisində qaldığından hər hansı sənədin əldə edilməsi mümkün olmamışdır.

40. Göründüyü kimi, İddiaçı xx.xx.1970-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayonu Zallar kənd orta məktəbində müəllim işləməsinə dair əmək kitabçasındakı qeydlər mötəbər olmadığından və bu barədə təsdiqedici digər sənədlər mövcud olmadığından qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən cavabdeh tərəfindən haqlı olaraq həmin dövrlər sosial sığorta stajı kimi qəbul edilməmişdir.

41. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.

42. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar