Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-167/2025 02.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə şəhəri Baş Polis İdarəsinə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri Baş Polis İdarəsinə qarşı üçüncü şəxslər X13, X6 və X14 ona məxsus olan ünvan 5 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-4254/2024 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərə əsasən ünvan 5 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
2. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışından və Elekton məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X13, xx.xx.1955-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 şəhəri, Vaqif Qəmərli küçəsi, ev 11 (Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadır.
3. Gəncə şəhəri Evlər üçlüyünün xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən ünvan 3 ünvanda yaşayır, aşağıdakı tərkibdə ailə üzvləri var: Yoldaşı: X7; Qızı: X8; Nəvəsi: X17.
4. İddiaçı X26, X13, X6 və X14 ona məxsus olan ünvan 5 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Gəncə şəhəri Baş Polis İdarəsinə etdiyi müraciətinə həmin şöbənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.
5. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-57/2- 14256/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, X13 xx.xx.2006-cı il tarixdən halhazıradək, xx.xx.2018-ci il tarixdən X25 xx.xx.2018-ci il tarixdən hal-hazıradək və X6 xx.xx.2018-ci il tarixdən hal-hazıradək ünvan 5 ünvanında qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.
6. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 156 nömrəli cavab məktubunda göstərilmişdir ki, tərəflərindən ünvan 5 (Yeni qaydalarla: ünvan 1 ünvanına baxış keçirilmiş, X13, X6 və X14 həmin ünvanda faktiki yaşamadığı müəyyən edilmişdir.
7. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-2585/2024 nömrəli qətnaməsinə əsasən X9 və X2 ilkin iddiasının qismən təmin edilməsi, X9 xx.xx.2017-ci ildə anadan olmuş X27 və xx.xx.2022-ci ildə anadan olmuş X28 ilə birlikdə Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli (yeni qaydalarla Gəncə şəhəri, Vaqif Qəmərli küçəsi, ev 7) fərdi yaşayış evinə köçürülməsi, X9 və X2 ilkin iddiasının qalan hissədə təmin edilməməsi, İddiaçı qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı tərəfindən 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə X9 Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli (yeni qaydalarla Gəncə şəhəri, Vaqif Qəmərli küçəsi, ev 7) fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, X9 xx.xx.2017-ci ildə anadan olmuş X27 və xx.xx.2022-ci ildə anadan olmuş X28 ilə birlikdə Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli (yeni qaydalarla Gəncə şəhəri, Vaqif Qəmərli küçəsi, ev 7) fərdi yaşayış evindən çıxarılması, qətnamənin X9 istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması hissəsində kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir.
8. Məhkəmənin sorğusuna Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-2585/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, X9 və X2 İddiaçı qarşı «yaşayış sahəsində istifadə hüququnun verilməsi və mənzilə köçürülmə» tələbi barədə iddiasına, İddiaçı X11 və İddiaçı qarşı «kompensasiya verilməklə istifadə hüququna xitam verilmə» tələbi barədə qarşılıqlı iddiasına dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-(125)-2585/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış və icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir.
9. Məhkəmənin sorğusuna Gəncə şəhəri üzrə icra idarəsinin xx.xx.2025-ci il tarixli 70893/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-(125)-2585/2024 nömrəli icra vərəqəsi xx.xx.2024-cü il tarixdə idarəyə daxil olmuş və görülmüş icra tədbirləri nəticəsində icra sənədinin icrasına iş üzrə tələbkar İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. II. Məhkəmədə icraat
10. İddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X13, X6 və X14 ünvan 5 (Yeni qaydalarla: Gəncə şəhəri, Vaqif Qəmərli küçəsi,7) ünvanında qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********03-10301 daşınmaz əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 (Yeni qaydalarla: AZ 2006, ünvan 1 onun adına qeydiyyata alınmışdır və xüsusi mülkiyyət hüququ ilə tam ona məxsusdur. Həmin evdə o, həyat yoldaşı X10, qızı X8 və onun oğlu (nəvəsi) X24 yaşayırlar, onlardan başqa heç kim yaşamır. X4, onun həyat yoldaşı (gəlini) X6 və onların qızı (nəvəsi) X25 ona məxsus ünvan 5 (Yeni qaydalarla: AZ 2006, ünvan 1 yaşayış yeri üzrə qeydiyyatdadırlar, ancaq özləri uzun müddətdir ki, başqa ünvanda yaşayırlar, ona məxsus evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxmaları barədə onlara dəfələrlə bildirməyinə, xahiş etməyinə baxmayaraq, müxtəlif bəhanələrlə yaşayış yeri üzrə qeydiyyatdan çıxmaqdan yayınırlar və qərəzli olaraq yaşayış yeri üzrə qeydiyyatda qalmağa davam edirlər. Onların uzun müddətdir ona məxsus evdə yaşamadıqlarını qonşular X15, X18 və X16 təsdiqləyə bilərlər. X9, X2 və X14 ona məxsus həmin evdə yaşayış yeri üzrə qeydiyyatda qalmaları səbəbindən daşınmaz əmlakın üzərindəki dövlət tərəfindən tanınan və qorunan sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını sərbəst həyata keçirə bilmir. X9, X2 və X14 ona məxsus həmin evdə yaşayış yeri üzrə qeydiyyatları formal xarakter daşıyır, onların ona məxsus evdə qeydiyyatda olmaları kommunal xidmətlərin haqqını artıq məbləğdə ödəməyinə, onlara aid poçt göndərişlərinin qeydiyyatda olduqları ona məxsus evə gəlməsinə və digər mənfi nəticələrə səbəb olur, beləliklə də ona və ailəsinə narahatçılıqlar yaradır, mülkiyyət hüquqlarını kobudcasına pozur. ünvan 5 (Yeni qaydalarla: AZ 2006, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan X9, X2 və X14 ona məxsus həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün xx.xx.2023-cü il tarixdə Cavabdehnə rəsmi müraciət etmiş, həmin müraciətinə cavab olaraq Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, xx.xx.1990-c1 il təvəllüdlü X9, xx.xx.1995-ci il təvəllüdlü X2 və xx.xx.2017ci il təvəllüdlü X14 ünvan 5 (Yeni qaydalarla: AZ 2006, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Cavabdeh X12, X3 və X19 ona məxsus evdən qeydiyyatdan çıxararaq hazırda yaşadıqları yer üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata almaq imkanı olsa da onlar bunu etməmişvə müraciətinə imtina cavabı vermişlər.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
14. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
15. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.
16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
18. Cavabdeh yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X13 və X6 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Daha sonra məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadları ilə X13 və X2 iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməsi qaydası adidən zəruriyə dəyişdirilmiş və X25 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onun iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. Üçüncü şəxslərin iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmiş, həmçinin Elektron məhkəmə informasiya sistemi vasitəsilə üçüncü şəxslərə sms-xəbərdarlıq da göndərilmişdir.
24. İddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
25. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə tərəflərin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
26. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışı; - Gəncə şəhəri Evlər üçlüyünün xx.xx.2023-cü il tarixli arayışı; - Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-4254/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-57/2- 14256/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 156 nömrəli cavab məktubu; - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-2585/2024 nömrəli qətnaməsi; - Məhkəmənin sorğusuna Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-2585/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə şəhəri üzrə icra idarəsinin xx.xx.2025-ci il tarixli 70893/24 nömrəli cavab məktubu; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
28. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
29. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, ünvan 5 (Yeni qaydalarla: AZ 2006, ünvan 1 ünvanında yerləşən ev Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Üçüncü şəxslər xx.xx.1990-cı il təvəllüdlü X13, xx.xx.1955-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X25 iddiaçıya məxsus sözügedən mənzildə qeydiyyatdadırlar.
30. Üçüncü şəxslərdən X13 iddiaçının oğlu, X6 gəlini, X25 isə nəvəsidir.
31. İddiaçı cavabdeh orqana müraciət edərək, həmin üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.
32. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildə qeydiyyatının formal olduğunu və bunun onun hüquqlarının məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
33. İşə inzibati məhkəmədə baxılarkən üçüncü şəxslər iddiaçıya qarşı mübahisəli evə köçürülmə iddiası qaldırmışlar və məhkəmə qətnaməsi ilə X9 xx.xx.2017-ci ildə anadan olmuş X27 və xx.xx.2022-ci ildə anadan olmuş X28 ilə birlikdə Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli (yeni qaydalarla Gəncə şəhəri, Vaqif Qəmərli küçəsi, ev 7) fərdi yaşayış evinə köçürülməsi, X9 və X2 ilkin iddiasının qalan hissədə təmin edilməməsi, həmçinin İddiaçı tərəfindən 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə X9 Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli (yeni qaydalarla Gəncə şəhəri, Vaqif Qəmərli küçəsi, ev 7) fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, X9 xx.xx.2017-ci ildə anadan olmuş X27 və xx.xx.2022-ci ildə anadan olmuş X28 ilə birlikdə Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli (yeni qaydalarla Gəncə şəhəri, Vaqif Qəmərli küçəsi, ev 7) fərdi yaşayış evindən çıxarılması, qətnamənin X9 istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması hissəsində kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış və icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və tam icra edildiyindən icra icraatına xitam verilmişdir.
34. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
35. Məhkəmə qeyd edir ki, adıçəkilən Qanunda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki: - müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. - Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. - Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
37. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı tərəfindən 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə X9 Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli (yeni qaydalarla Gəncə şəhəri, Vaqif Qəmərli küçəsi, ev 7) fərdi yaşayış evindən istifadə hüququna xitam verilmiş və X9 xx.xx.2017-ci ildə anadan olmuş X27 və xx.xx.2022-ci ildə anadan olmuş X28 ilə birlikdə Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli (yeni qaydalarla Gəncə şəhəri, Vaqif Qəmərli küçəsi, ev 7) fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Eyni zamanda həmin qətnamə ilə digər üçüncü şəxs X1 evə istifadə hüququnun olmadığı müəyyən edilmişdir.
38. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. X13, X6 və X14 ünvan 5 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva