Məhkəmə qərarları › İş №2-1(114)-1674/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1674/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1674/2025 19.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “ona vaxtından əvvəl yaşa görə əmək pensiyası verilməsi və hüququnun yarandığı vaxtdan verilməyən müavinətinində hesablanaraq ona ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1963-cü il tarixdə anadan olmuş, hazırda ünvan 1 ünvanında yaşayır. İddiaçının müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanun 7-ci maddəsinə əsasən sığorta hissəsində qeydə alın məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 2024-cü ilin 1 iyul tarixindən qadınların pensiya yaş həddi 64 yaş müəyyən edilib (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qanunun xx.xx.2024-cü il taixinədək qüvvədə olan 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz: yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyalarının təyin növdən başqa növə keçirilməsi v edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi, ödənilməsi Qaydası”nın 2.2.2-ci yarımbəndinə əsasən Qanunun 8.2-ci maddəsinin xx.xx.2024-cü il tarixinədək qüvvədə olan tələblərinin tətbiqi zamanı yaşa görə əmək pensiyası təyin edilməsi üçün uşağın 18 yaşınadək əlilliyinin müəyyən edilməsi barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış tələb olunur. Qeyd olunan yarımbəndin tələblərinə uyğun olaraq bildirilir ki, X1 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair tibbi-sosial eksbert komisiyasının müayinə aktından çıxarışları təqdim etdikdən sonra pensiya təminatı hüququnuza qanunvericiliyə uyğun olaraq baxılacaqdır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə ona vaxtından əvvəl yaşa görə əmək pensiyası verilməsi və hüququnun yarandığı vaxtdan verilməyən müavinətinində hesablanaraq ona ödənilməsi öhdəliyinin qoyulması dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Natiq İbrahimovla birgə nigahından xx.xx.1988-ci il təvəllüdlü X4 adında qüsurlu övladı dünyaya gəlmişdir. Diaqnoz serebral iflic xəstəsi olmüş, 13 ilə yaxın yaşamış, 20 aprel 2002-ci ildə ölüm səbəbi olaraq serebral iflic diaqnozundan vəfat etmişdir. Uşağının xəstəliyi 18 yaşına dək sağlamlıq imkanları məhdud olan əlilliyik dərəcəsi verilən uşaqlar olan siyahıya düşdüyündən və əlillik dərəcəsi verilməsi üçün 1988-ci ildən aidiyyatı quruma mıiraciət etmiş, bütün tibbi komisiyalardan keçdikdən sonra əlillik dərəcəsi və müavinət təyin edilmişdir. Uşağının baxıcısı kimi o tanınmış, ona da uşağa baxmağa görə müavinət təyin edilmişdir. Həmin dövrdə onun soyadı X5 olmuşdur, sonradan yoldaşının soyadını qəbul etmişdir. Uşaq vəfat edənədək müavinət alırmışdır. O, Qazax rayonunda 30 ildən artıq dövr olar ki, baxçada müəllimə tərbiyyəçi işləmiş, hazırda da işləyir, 1989-cu ildən 1995- ci ilə dək Qazax 4 saylı uşaq Baxçasında müəllimə, 1995-ci ildən 1997-ci ilə kimi X7 Mərkəzində Dərnək rəhbəri işləmiş, 2002-ci ilin may ayından bu günə kimi Qazax 6 saylı Uşaq Baxçasında müəllimə işləyir, 1963-cü ilin mayın 24-də Qazax şəhərində doğulmuş, 61 yaşı vardır. Cavabdeh orqanın iddiaya qarşı yazılı etiraz məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində xx.xx.1988-ci il tarixdə doğulmuş və 20 04.2001-ci il tarixdə vəfat elmiş övladı X1 doğulduğu tarixdən serebral iflic xəstəsi olduğu üçün qızına əlillik və İddiaçı qızına qulluğa görə sosial müavinət təyin edildiyini bildirmiş və ona əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaş həddinin 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin edilməsim məhkəmədən xahiş etmişdir Bələ ki, İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-1-149720/2024 nömrəli məktubla övladı X1 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışları təqdim etdikdə pensiya təminatı hüququna baxılacağı bildirilmişdir. Cavabdehin imtinasından narazı qalan iddiaçı iddia ərizəsi ilə Gəncə inzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin müvafiq qərarı qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edək ki. İddiaçı əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla İİ dərəcəli əlillik müəyyən edilmiş və xx.xx.2013-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyası əlillik müddətinin bitməsi ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qitymətləndirilməsi qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Qanunun 8.2-ci maddəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, qeyd edilən maddənin dispozisiyasından aydın olur ki, əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş analara yaş həddi 5 il azaldılmaqla yaşa görə pensiyanın təyin edilməsi üçün aşağıdakı şərtlər ödənilməlidir: 1.əlilliyi olan övladı olmalı; 2. həmin övladın əlilliyi 18 yaşına çatanadək müəyyən edilməli; 3. müraciət edən ana 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş övladını səkkiz yaşınadək tərbiyə etməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1 ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Qanunun 3.1 -ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti DTSERA tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs DTSERA tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.5-ci bəndinə müvafiq olaraq Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 №li qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası’nın 2.2.2-ci yarımbəndinə əsasən Qanunun 8.2-cı maddəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olan tələblərinin tətbiqi zamanı yaşa görə əmək pensiyası təyin edilməsi üçün uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış tələb olunur. Nazirliyin ''Əlillik" altsistomində və Tibbi-Sosial Ekspert Komissiyasının arxiv sənədlərində mərhum X1 əlillik təyinatına dair məlumat aşkar edilməmişdir. Həmçinin İddiaçı ərizəsində vəfat etmis övladı X3 qulluq etdiyi üçün sosial müavinət aldığını iddia etmişdir. Bu halın araşdırılması üçün aidiyyəti üzrə sorqu ünvanlanmış və sorğuya cavab olaraq İddiaçı sosial müavinət alması barəd ə məlumat aşkar edilmədiyi bildirilmişdir xx.xx.2024-cü il tarixli xidməti məktuba əsasən Mərkəzi Filialın arxivində və elektron informasiya bazalarında xx.xx.1963-cü il təvəllüdlü İddiaçı sosial müavinət alması barədə məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavabdeh orqanın xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemlərində olan məlumata əsasən X3 müavinət və ya pensiya təyin olunması ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2025ci il tarixli sorğuya cavab məktubuna əsasən A.İbrahimovaya dair araşdırma nəticəsində FİN məlumatı tapmaq mümkün olmamışdır. Həmçinin əlillik vəziyyəti barədə Agentliyin arxiv şöbəsinin tibbi-sosial ekspertiza sənədləri arasında məlumat (protkol və müayinə aktı) aşkar edilməmişdir. Vətəndaşa dair pensiya ödənişi və müavinətin ödənilməsi, həmçinin əlillik vəziyyətinə dair müvafiq sənədlərin təqdim edilməsi ilə əlaqədar Nazirlin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna tərəfimizdən xx.xx.2025-ci il tarixli, 3-17-4/3-1- 4770/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-4/3-1-4771/2025 nömrəli xidməti məktublar ünvanlanmışdır. Lakin Fondun arxivində və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemlərində mərhum vətəndaşa dair əlillik təyinatı və hər hansı növ sosial ödəniş ödənilməsi barədə məlumat aşkar edilməmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasına gəlmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X6 etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarına iddiaçı tərəfindən təqdim edilmiş əlilliyin qiymətləndirilməsi ilə bağlı materiallar, cavabdehin etirazı, iddiaçının müavinət işinin təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddiaçının hazırki ona vaxtından əvvəl yaşa görə əmək pensiyası verilməsi və hüququnun yarandığı vaxtdan verilməyən müavinətinində hesablanaraq ona ödənilməsindən ibarətdir.Cavabdeh orqan Əmək pensiyaları haqqında” Qanun 7-ci maddəsinə əsasən sığorta hissəsində qeydə alın məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 2024-cü ilin 1 iyul tarixindən qadınların pensiya yaş həddi 64 yaş müəyyən edilib (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qanunun xx.xx.2024-cü il taixinədək qüvvədə olan 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz: yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyalarının təyin növdən başqa növə keçirilməsi v edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi, ödənilməsi Qaydası”nın 2.2.2-ci yarımbəndinə əsasən Qanunun 8.2-ci maddəsinin xx.xx.2024-cü il tarixinədək qüvvədə olan tələblərinin tətbiqi zamanı yaşa görə əmək pensiyası təyin edilməsi üçün uşağın 18 yaşınadək əlilliyinin müəyyən edilməsi barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış tələb olunur. Qeyd olunan yarımbəndin tələblərinə uyğun olaraq bildirilir ki, X1 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair tibbi-sosial eksbert komisiyasının müayinə aktından çıxarışları təqdim etdikdən sonra pensiya təminatı hüququnuza qanunvericiliyə uyğun olaraq baxılacağına istinad edərək imtina cavabı vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyasıhüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabınsığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iliyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8. Çoxuşaqlı qadınların, əlil uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası 8.1. Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır. 8.2. Uşaqlıqdan əlil olmuş övladını səkkiz yaşınadək tərbiyə etmiş anaların 50 yaşına çatdıqda və azı 5 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə,təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunuüzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinəbaşladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə;v) hərbi(alternativ)xidmətvəMüdafiəNazirliyindəqeydiyyatdankeçmişözünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılıolmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti;ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbsləkadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluqedilməsi müddəti;e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşınaçatanadək və üst-üstə 6 ildən çox olmayaraq;ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştiraketdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət;j)iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti;z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcədə peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət;i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuarvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə;ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildiklərivaxt;g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən(vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət.İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g"bəndlərində göstərilən dövrlər nəzərə alınır. Məhkəmə tərərfindən verilmiş sorğu əsasında əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, X3 müavinət və ya pensiya təyin olunması ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2025ci il tarixli sorğuya cavab məktubu ilə də müəyyən olunur ki, A.İbrahimovanın əlillik vəziyyəti barədə Agentliyin arxiv şöbəsinin tibbi-sosial ekspertiza sənədləri arasında məlumat (protkol və müayinə aktı) aşkar edilməmişdir. Vətəndaşa dair pensiya ödənişi və müavinətin ödənilməsi, həmçinin əlillik vəziyyətinə dair müvafiq sənədlərin təqdim edilməsi ilə əlaqədar Nazirlin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna tərəfimizdən xx.xx.2025-ci il tarixli, 3-17-4/3-1-4770/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-4/3-1-4771/2025 nömrəli xidməti məktublar ünvanlanmışdır. Lakin Fondun arxivində və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemlərində mərhum vətəndaşa dair əlillik təyinatı və hər hansı növ sosial ödəniş ödənilməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh orqan tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xidməti məktuba əsasən Mərkəzi Filialın arxivində və elektron informasiya bazalarında xx.xx.1963-cü il təvəllüdlü İddiaçı sosial müavinət alması barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının iddiası üzrə araşdırma nəticəsində onun övladı X3 əlillik təyin olunmasına dair məlumat aşkarlanmamışdır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etsə də, məhkəmə araşdırması zamanı iş materialları, həmçinin sorğuya cavab məktublarına əsasən müəyyən edilmişdir ki, iddiaçının övladının əlil olması barədə və həmçinin onun əlil uşağa qulluq etməsinə dair məlumat aşkarlanmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna uyğun olmuşdur. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar