Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1675/2020 04.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Abdullayev Rövşən Yunis oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeiliyində Dövlət Sosial Müdafiə Fondu X1 Şəmkir rayon filialına qarşı onun “Əzizbəyov” adına savxozda işlədiyi xx xxxxxx 1991 – xx xxxxxx 1995-ci illərin və Q.Bəkirov adına Kollektiv Mülkiyyət Təsərrüfatında işlədiyi müddətə daxil olan 1996-cı ilin mart, iyul, sentyabr, oktyabr, noyabr, dekabr aylarının, 1998-ci ilin yanvar, fevral, mart, aprel, may aylarınının, ümumilikdə 6 il 5 ay işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisəyə məhkəmə iclasında baxaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeiliyində Dövlət Sosial Müdafiə Fondu X1 Şəmkir rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun “Əzizbəyov” adına savxozda işlədiyi xx xxxxxx 1991 – xx xxxxxx 1995-ci illərin və Q.Bəkirov adına Kollektiv Mülkiyyət Təsərrüfatında işlədiyi müddətə daxil olan 1996-cı ilin mart, iyul, sentyabr, oktyabr, noyabr, dekabr aylarının, 1998-ci ilin yanvar, fevral, mart, aprel, may aylarınının, ümumilikdə 6 il 5 ay işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı və cavabdehin etibarnamə üzrə nümayəndəsi Abdullayev Rövşən Yunis oğlu məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək onun “Əzizbəyov” adına savxozda işlədiyi xx xxxxxx 1991 – xx xxxxxx 1995-ci illərin və Q.Bəkirov adına Kollektiv Mülkiyyət Təsərrüfatında işlədiyi müddətə daxil olan 1996-cı ilin mart, iyul, sentyabr, oktyabr, noyabr, dekabr aylarının, 1998-ci ilin yanvar, fevral, mart, aprel, may aylarınının, ümumilikdə 6 il 5 ay işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi Abdullayev Rövşən Yunis oğlu iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx xxxxxx 1980-ci il tarixdən işə qəbul olunub, xx xxxxxxx 1998-ci il tarixdən işdən azad olunmağı qeyd olunsada, işlədiyi müəssisənin arxivində saxlanılan əmək haqqı kitablarında xx xxxxxx 1991 – xx xxxxxx 1995-ci illər və 1996-cı ilin mart, iyul, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 1998-ci ilin yanvar, fevral, mart, aprel, may ayları üzrə əmək haqqı almağı təsdiq olunmadığı üçün iddiaçının tələb etdiyi 6 il 5 ay işlədiyi illərinin sosial siğorta stajına daxil edilməsi mümkün olmamışdır. Bundan əlavə iddiaçının xx xxxxxx 1976-cı il tarixdən xx xxxxx 2004-cü il tarixədək həmçinin 2 il hərbi xidmət illəridə daxil edilməklə 18 il 8 ay sosial siğorta stajı vardır və yaşa görə tələb edilən 25 il sosial sığorta stajı təstiq edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının “Əzizbəyov” adına savxozda işlədiyi xx xxxxxx 1991 – xx xxxxxx 1995-ci illərin və Q.Bəkirov adına Kollektiv Mülkiyyət Təsərrüfatında işlədiyi müddətə daxil olan 1996-cı ilin mart, iyul, sentyabr, oktyabr, noyabr, dekabr aylarının, 1998-ci ilin yanvar, fevral, mart, aprel, may aylarınının, ümumilikdə 6 il 5 ay işlədiyi illərin sosial sığorta stajına daxil edilməsində əsas məqsədi ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. Qanunvericiliyin tələblərinə əsasən vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il sosial sığorta stajı və pensiya kapitalı tələb olunur. Məhkəmə belə hesab edir ki, iddiaçının “Əzizbəyov” adına savxozda işlədiyi xx xxxxxx 1991 – xx xxxxxx 1995-ci illərin və Q.Bəkirov adına Kollektiv Mülkiyyət Təsərrüfatında işlədiyi müddətə daxil olan 1996-cı ilin mart, iyul, sentyabr, oktyabr, noyabr, dekabr aylarının, 1998-ci ilin yanvar, fevral, mart, aprel, may aylarınının, ümumilikdə 6 il 5 ay işlədiyi illər sosial sığorta stajına daxil edilsə belə, onun yaşa görə əmək pensiyasına çıxması üçün tələb olunan minimum stajı ödəmir. İddiaçı “Əzizbəyov” adına savxozda və Q.Bəkirov adına Kollektiv Mülkiyyət Təsərrüfatında işlədiyi 6 il 5 ay müddətin sosial sığorta stajına daxil edilməsini xahiş etsə də, həmin illərdə kolxozda işləyərək əmək haqqı alması barədə cədvəlləri məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı həmin halları sübuta yetirə bilməmişdir. Belə olan halda onun pensiya hüququ yaranmış olmur. Belə qənaətə gəlinir ki, inzibati orqanın imtina etməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Məhkəmə onu da qeyd edir ki, hər bir iddia tələbininin arzu olunan nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə yaranmırsa, yəni iddiaçı istəyinə çata bilmirsə, belə mübahisəyə mahiyyəti üzrə baxılmasının mənası və əhəmiyyəti yoxdur. Ona görə hazırki iş üzrə iddia tələbi mümkün sayıla bilməz. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının xx.xx.2020-ci il tarixli, K-3-85 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Əzizbəyov” adına sovxozun xx xxxxxx 1980-ci il tarixli, 124, 8 nömrəli əmri ilə fəhlə qəbul edilmiş, xx xxx 1995-ci il tarixli, 34, 34 nömrəli əmri ilə xx xxxxx 1982-ci il tarixdə çilingər keçirilimişdir. Bundan əlavə xx xxxxxx 1995-ci il tarixli, 07 nömrəli əmrlə sovxozun ayrılması ilə əlaqədar yeni yaradılmış Q.Bəkirov adına Kollektiv Mülkiyyət Təsərrüfatına traktorçu keçirilmiş, Q.Bəkirov adına Kollektiv Mülkiyyət Təsərrüfatının xx xxxxxxx 1998-ci il tarixli, 33 nömrəli əmri ilə islahatla əlaqədar işdən azad olunmuşdur. “Əzizbəyov” adına sovxozun 1991-1995-ci illərə dair əmək haqqı kitablarında iddiaçının adı aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeiliyində Dövlət Sosial Müdafiə Fondu X1 Şəmkir rayon filialına qarşı onun “Əzizbəyov” adına savxozda işlədiyi xx xxxxxx 1991 – xx xxxxxx 1995-ci illərin və Q.Bəkirov adına Kollektiv Mülkiyyət Təsərrüfatında işlədiyi müddətə daxil olan 1996-cı ilin mart, iyul, sentyabr, oktyabr, noyabr, dekabr aylarının, 1998-ci ilin yanvar, fevral, mart, aprel, may aylarınının, ümumilikdə 6 il 5 ay işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1675/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1675/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver