Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-168/2020 19.05.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. xx.xx.2001-ci il tarixdə Gəncə şəhər Nizami rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.2003-cü il tarixdə ordudan tərxis edilmişdir. xx.xx.2015-ci il tarixdə N saylı hərbi hissəyə sürücü kimi işə qəbul olunmuş, xx.xx.2016-cı il tarixdə işdən azad olunmuşdur. N saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmətdə olarkən Qarabağ uğrunda Goranboy və Tərtər rayonları istiqamətində gedən aprel döyüşlərində xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək sürücü vəzifəsində olmaqla döyüşlərdə top daşıyan döyüş maşını idarə etməklə fəal iştirak etmişdir. Ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müvafiq sənədləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubu ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı bildirilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli, 11/5455 nömrəli iddia ərizəsinə etirazda İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 1/M-12695 nömrəli məktubu; - iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - xx.xx.2001-ci il tarixdə verilmiş ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019cu il tarixli, 9/2-11016 nömrəli məktubu; - döyüş tapşırığının yerinə yetirilməsi zamanı xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə kiçik çavuş İddiaçı təltif edilməsi barədə xx.xx.2016-cı il tarixli fəxri fərmanın surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2019-cu il tarixli, 2531 nömrəli arayışı; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 321 nömrəli arayışı; - İddiaçı məxsus xidmət dəftərçəsinin təsdiq edilmiş surəti; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli 295 nömrəli, xx.xx.2015-ci il tarixli 239 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddsəinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında”Əsasnamə”sinin 1-ci maddəsinin tələblərinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli, 4 nömrəli Əmrinə 1 nömrəli Əlavə - “Müharibə veteranı, silahlı qüvvələr veteran və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat’ın 1.9-cu bəndinə əsasən xx.xx.1997-ci il tarixədək tərxis olunmuş hərbi qulluqçulara “Müharibə veteranı” adı və vəsiqəsi rayon (şəhər) hərbi komissarları tərəfindən təqdim edilmiş sənədlər əsasında Respublika Hərbi Komissarlığının nəzdində yaradılmış komissiyanın, xx.xx.1997-ci il və sonrakı tarixlərdə tərxis olunmuş hərbiqulluqçulara isə rayon (şəhər) hərbi komissarları tərəfindən təqdim edilmiş sənədlər əsasında M.N-nin mərkəzi aparatının nəzdində yaradılmış komissiyanın rəyi ilə verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cii maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan xx.xx.2001-ci il tarixdə verilmiş ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətinin 7-ci səhifəsində İddiaçı Qarabağ uğrunda Goranboy, Tərtər istiqamətində xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək sürücü vəzifəsində döyüşlərdə iştirak etdiyi qeyd edilmişdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan xx.xx.2016-cı il tarixli fəxri fərmanın surətindən görünür ki, İddiaçı döyüş tapşırığının yerinə yetirilməsi zamanı xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə təltif edilmişdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2019-cu il tarixli, 2531 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək N nömrəliu hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş və “Hərbi xidmətküçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Xidmət müddətində xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 321 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək aprel döyüşlərdində iştirak etmişdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan N nömrəli hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli, 239 nömrəli əmrindən çıxarışdan görünür ki, ehtiyatda olan kiçik-çavuş İddiaçı 1-ci artilleriya divizionunun 1-ci artilleriya batareyasının 2-ci artilleriya tağımının 4-cü top heyətinin sürücü vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan N nömrəli hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli, 295 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu İddiaçı həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyatda durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə göndərilmişdir. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi sahəsində mövcud olan Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən müharibə veteranı adı və vəsiqəsinin verilməsində əsas sənəd arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hesab olunur ki, iddiaçı da hərbi biletini və müvafiq arayışı məhkəməyə təqdim etmiş və həmin sənədlərdə İddiaçı xx xxxxx 2016-cı il tarixdən xx xxxxx 2016-cı il tarixədək düşmənin təxribat xarakterli qəfil hücumunun qarşısının alınması ilə bağlı aparılan döyüş əməliyyatları zamanı xidməti vəzifələrinin icrası ilə bağlı ona verilmiş tapşırıqları icra etməsi öz əksini tapmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair, (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati; orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddiaya aiddir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırda iddiaçı öhdəliyin cavabdeh tərəfindən icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edərək müvafiq sənədləri təqdim etmiş, cavabdeh orqan isə etirazının əsası kimi istinad etdiyi halları, yəni öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etməsi sonuncunun hüququnu qanunsuz məhdudlaşdırmaqla, onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion hüquqlarını kobud şəkildə pozur. Beləliklə də, məhkəmə araşdırmaları zamanı iddiaçının məhkəmə iclasında verdiyi izahatı, məhkəmə baxışı iclasında araşdırılmış sübutlarla və qeyd edilən münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarına əsasən də müəyyən olunur ki, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək N saylı hərbi hissənin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, 1-ci artilleriya divizionunun 1-ci artilleriya batareyasının 2-ci artilleriya tağımının 4-cü top heyətinin sürücü vəzifəsində işləmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək aprel döyüşlərdində iştirak etmişdir. Məhkəmə qeyd edir ki, 2016-cı ilin aprel ayında düşmənin təxribat xarakterli qəfil hücumunun qarşısının alınmasında N saylı hərbi hissənin iştirakı, iddiaçının isə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək həmin hərbi hissədə xidmətdə olması işin mübahisəsiz halıdır. İddiaçı döyüşlər gedən günlərdə ezamiyyətdə, məzuniyyətdə, müalicədə və digər səbəblərlə bağlı olaraq hərbi hissədən kənarda olmamışdır. Həmçinin həmin şəxs sürücü vəzifəsini daşımışdır. Sürücü hərbi döyüş maşını təhkim olunmuş və onu idarə etmək vəzifəsini daşıyan şəxsdir. Buna görə də o, döyüşlər gedən zaman hər hansı vəzifə tapşırığından azad vəziyyətdə qala bilməzdi. Yuxarıda göstərilən qanunvericilik normasının tələbindən göründüyü kimi döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə veteran adı verilir. Hazırkı iş üzrə iddiaçı da bu kateqoriyadan olan şəxsdir. Qanunvericiliyin bu müddəası iddia tələbinin qanuni əsasını təşkil edir. Həmçinin cavabdeh orqan öz etirazını şəxsi döyüşlərdə yaralanması, travma və ya kontuziya almaması kimi hallara əsaslandırmışdır. Məhkəmə hesab edir ki, şəxs döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmişdirsə onun yaralanmaması, travma və ya kontuziya almaması ona veteran adının verilməsini istisna etməmişdir. Cavabdeh orqanın etirazında göstərilənlər iddiaçıya veteran adının verilməsini istisna edən hüquqi halları təşkil etmir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, iddiaçının izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə əsasən isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi təmin edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçımüharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-168/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-168/2020
19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver