Məhkəmə qərarları › İş №2-1(114)-168/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-168/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-168/2024 07.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X2 və qeyriləri) yeni plan və ölçü sənədinin tərtib edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 944326 nömrəli plan və ölçü sənədinin əsassız hesab edilməsi və xx.xx.2014-cü il tarixdə tərtib edilmiş 002477 nömrəli plan və ölçü sənədi əsasında yeni plan və ölçü sənədinin tərtib edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə iddiaçının atası X1 və onun ailə üzvlərinə, o cümlədən iddiaçının özünə Samux rayonunun Zazalı kəndi ərazisindən cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 2.57 ha toraq sahəsi verilmiş və sözügedən torpaq sahəsinin yaşayış yerinə yaxın ərazidən verilməsi məqsədilə aidiyyatı orqana muraciət etmiş və bundan sonra atası Binnət Nəsibov şəhid ailəsi olduğu üçün onun müraciəti nəzərə alınaraq (Həmin vaxt ümummilli lider Heydər Əliyevin göstərişi ilə şəhid ailələrinə torpaq islahatı zamanı istədikləri yerdən, yəni yaşadıqlan əraziyə yaxın və s. yerdən torpaq sahəsinin verilməsi barədə tapşırıq verilmişdir) Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə atası X1 və onun ailə üzvlərinə Samux rayonunun Zazalı kəndi ərazisindən cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 2.57 ha toraq sahəsi verilmiş və həmin torpaq sahəsi yaşadıqları evə yaxın ərazidə yerləşməklə, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və nöqtələr arasında olan məsafə (metrlə) müəyyən edilməklə torpaq sahəsi onlara təhvil verilmişdir. Sözügedən torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı əkin sahəsi iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Qeyd olunan torpaq sahəsindən əlavə həmin torpaq sahəsinə bitişik fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsi alaraq həmin ərazidə tikinti işləri aparmışdır. Bizim torpaq sahəsi ilə qonşu sahədə yerləşən torpaq sahəsinin sahibi öz torpaq sahəsinin yerini müəyyən etmək üçün yerini ölçdürən zaman ona bildirdilər ki, torpaq sahəsi üst-üstə düşür və bundan sonra iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək özünə məxsus yerin ölçülməsini xahiş etmiş və həmin qurumdan A№944326 nömrəli Toraq sahəsinin planı və ölçüsü barədə sənədi götürdükdən sonra məlum oldu ki, xx.xx.2023-cü il tarixdə verilmiş A№944326 nömrəli Toraq sahəsinin planı və ölçüsü barədə sənəddə torpaq sahəsinin kontur, koordinat və parametrləri naturaya uyğun göstərilməmişdir. Yəni faktiki mülkiyyətində və istifadəsində olan torpaq sahəsi ilə Torpaq sahəsinin planı və ölçüsü barədə sənəddə göstərilən torpaq sahələrinin arasında 3 km-dən çox ara məsafəsi var. Qeyd edilən yanlışlığın aradan qaldırılması ilə bağlı cavabdehə müraciət etdikdə bildirilmişdir ki, “"Torpağa mülkiyyət hüququna dair" dair" JN -0089 saylı Dövlət Aktında qeyd olunan torpaq sahəsinin konfiqurasiyasının fərqli olduğu, toraq sahəsinin başqa ərazidə yerləşdiyi, torpaq sahəsindən naturada düzgün istifadə olunmaması, faktiki istifadə olunan toraq sahəsinin isə "Torpağa mülkiyyət hüququna dair" JN-121, JN-122, JN-123 və JN-124 saylı Dövlət Aktlarında nəzərdə tutulmuş torpaq sahəsinin üzərinə düşdüyü müəyyən edilmişdir. Samux rayonu Zazalı kəndində yerləşən 2.57 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli, **********17 reyestr nömrəli, "Torpaq sahəsinin planı və ölçüsü" sənədi Samux rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı və Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanına uyğun olaraq torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən icra edilmişdir.” İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanına uyğun olaraq işlənmiş torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) iddiaçıya verilmiş yeni plan və ölçü sənədindəki koordinatlar ilkin sənəd olan Dövlət aktında göstərilən koordinatlara uyğun işlənməmişdir.. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunu və təqdm edilmiş digər sənədlərlə müəyyən olunur ki, iddiaçı ona və ailə üzvlərinə verilmiş torpaq sahəsinin koordinatlarının ilkin sənəd olan Dövlət aktında göstərilən koordinatlara uyğunlaşdırılmasını tələb etmiş, cavabdeh isə həmin sahənin digər şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini əsas gətirərək imtina etmişdir. İş üzrə verilmiş mütəxəssis rəyində bildirilir ki: -"Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən **********17 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarış və həmin Çıxarışın A-944326 nömrəli planı və ölçüsü sənədində göstərilən koordinatlar "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən **********17 reyestr nömrəli, xx.xx.2014cü il tarixli çıxarış və həmin çıxarışın AA-002477 nömrəli planı və ölçüsü sənədində göstərilən koordinatlarla üst-üstə düşmür. Belə ki, xx.xx.2014-cü il tarixdə tərtib edilmiş AA-002477 nömrəli plan və ölçü sənədi, arxiv sənədlərində mövcud olan JN-0089 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında hazırlanmış lakin, həmin Dövlət Aktında göstərilən 2.57 ha torpaq sahəsi, Samux rayonu Zazalı kəndində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində fərqli konfiqurasiya və fərqli koordinatlarda göstərilmişdir. xx.xx.2023-cü il tarixli A-944326 nömrəli plan və ölçü sənədi isə Samux rayonu Zazalı kəndində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsi və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatları əsasında hazırlanmışdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən **********17 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış və həmin çıxarışın A-944326 nömrəli planı və ölçüsü sənədində göstərilən koordinatlar JN-0089 nömrəli Dövlət Aktında göstərilən koordinatlarla üst-üstə düşmür. Belə ki, JN-0089 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2.57 ha torpaq sahəsi, Samux rayonu Zazalı kəndində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində fərqli konfiqurasiya və fərqli koordinatlarda göstərilmişdir. xx.xx.2023- cü il tarixli A-944326 nömrəli plan və ölçü sənədi, Samux rayonu Zazalı kəndində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsi və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatları əsasında hazırlanmışdır -İddiaçı naturada təqdim etdiyi, faktiki istifadəsində olan 2.57 ha torpaq sahəsinin JN-121, JN-122, JN-123, JN-124 nömrəli Dövlət Aktlarında göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı müəyyən olundu. -İddiaçı faktiki olaraq JN-0089 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı sənədində göstərilən koordinatlara istinadən 2.57 ha torpaq sahəsindən istifadə etmir. Təqdim edilmiş mütəxəssis rəyindən göründüyü kimi iddiaçı özünün və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatlarının faktiki istifadə vəziyyətinə, daha doğrusu JN-0089 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən koordinatlara uyğunlaşdırılmasını tələb etsə də cavabdehin nümayəndəsinin izahatı və mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) hazırlanarkən koordinatlar səhv işlənmiş və faktiki istifadədə olan sahə digər mülkiyyətçilərin torpaq sahələri ilə üst-üstə düşür. Odur ki, hazırki vəziyyətdə həmin sistemdə düzəliş edilmədən işə mahiyyəti üzrə baxılması da mümkün deyildir. Qeyd olunanlara əsasən iddiaçıya izah olunur ki, iddiaçı özünün və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatlarının faktiki istifadə vəziyyətinə, daha doğrusu JN-0089 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən koordinatlara uyğunlaşdırılması üçün torpaqların elektron kadastr uçotu informasiya sistemində düzəliş edilməsi ilə bağlı “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətə müraciət etmək, müsbət cavab ala bilmədikdə məhkəmədə müvafiq iddia qaldırmaq hüququ var. Həmçinin həmin sistemdə düzəliş edildiyi təqdirdə torpaq sahəsinin yüklülükdən azad edilməsi baxımından hazırki iddiaya baxılmasına zərurət aradan qalxa bilər. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı yeni plan və ölçü sənədinin tərtib edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar