Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1685/2025 30.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional «ASAN Xidmət» mərkəzində qeydiyyat şöbəsinə qarşı “akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Vİİ-ЖГ №287296 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Babaşova Zafta Əmir qızı xx.xx.1941-ci ildə anadan olmuşdur, atası Babaşov Əmir Davud oğlu, anası Babaşova Qəndiş Aslan qızıdır. İİ-ЖГ № 338600 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X6 ilə Babaşova Zafta Əmir qızı 05 may 1980-ci ildə nikaha daxil olmuşlar. AZE 03107141 seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X3 xx.xx.1941-ci ildə Bərdə rayonunda anadan olmuşdur. АЗ №1747985 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1968ci ildə anadan olmuşdur, atası X6,anası isə X1r. Atalığın müəyyən edilməsi haqqında 13 nömrəli akt qeydinə əsasən İddiaçı xx xxxx 1968-ci ildə doğulmuşdur, ana qrafasında X2, ata qrafasında X6 qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli arayışa əsasən X3 (xx.xx.1941-ci il) nikah bağlamışdır: Ağayeva soyadını qəbul edərək,X6 ilə xx.xx.1980-ci ildə Bərdə rayon qeydiyyat şöbəsində akt qeydi №115 (nikaha daxil olanadək soyadı Babaşova),Nikaha xitam verilmişdir: İ.Ağayev xx.xx.1990-cı ildə ölmüşdür . X4, Məhərrəmova (Ağayeva )AFət İsa qızı, X5 və İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional «ASAN Xidmət» mərkəzində qeydiyyat şöbəsinə (bundan sonra mətndə - cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli, 52 №-li Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik qaydaların: 1.Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə həyata keçirilir.Adiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.Belə ki, yuxaıda qeyd edilən doğum haqqında akt qeydlərinin arxiv məlumatlarını araşdıraraq məlum olmuşdur ki, doğum akt qeydlərində ana adı doğum haqqında şəhadətnamərdə olduğu kimi “Səfurə” qeyd edilmişdir, lakin müraciət edən vətəndaşın şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnaməsində adı “Zafta” kimi qeyd edilmişdir. Arxiv məlumatlarda ciddi ziddiyət olduğundan yuxarıda qeyd edilən, yetkinlik yaşma çatmış şəxslərin doğum haqqında akt qeydlərində Qeydiyyat Şöbəsi tərəfindən akt qeydlərində düzəliş edilə bilmir. Yuxarda qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət edilməsi tövsiyə olunur. İddiaçılar X4, Məhərrəmova (Ağayeva )AFət İsa qızı, X5 və İddiaçı cavabdeh Azərbaycan Respublikası «ASAN Xidmət» mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların doğum haqqında akt qeydlərində düzəliş edilməklə ana adının “Səfurə” dən “Zafta” adına düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar- İddiaçı xx.xx.1968-ci ildə, X4 xx.xx.1969-cu ildə, X7 xx.xx.1972-ci ildə və X5 xx.xx.1977-cı ildə Kəlbəcər rayonunda anadan olmuşlar. Ataları- X6, anaları - Ağayeva (Babaşova) Zafta Əmir qızı olmuşdur. Onların doğum haqqında şəhadətnamələrində ana adı texniki səhv olaraq “Zafta” əvəzinə, “Səfurə” kimi qeyd edilmişdir. Doğum haqqında şəhadətnamələrdə yol verilmiş yanlışlığın düzəldilməsi üçün ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə etdiyimiz müraciət etsələr də, sonuncu tərəfindən imtina cavabı verilmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi "Asan Xidmət" Mərkəzində Qeydiyyat şöbəsini əsl cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional "Asan Xidmət" Mərkəzində Qeydiyyat şöbəsi ilə əvəz edilməsini xahiş etmiş ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddi tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək,xx.xx.1968-ci il təvəllüdlü İddiaçı məxsus doğum haqqında akt qeydində düzəliş edilərək ana adının “Səfurə” dən “Zafta” ya düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi ona məxsus doğum akt qeydində düzəliş edilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İddiaçıya məxsus olan doğum haqqında akt qeydində ana adı Səfurə kimi qeyd edilmiş olsa da, iş materiallarına əlavə edilmiş digər sənədlərdə iddiaçının ana adının Zafta olması müəyyən edilir. Bu da, iddiaçıya məxsus doğum haqqında akt qeydində iddiaçının ana adına dair məlumatın qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçıya məxsus doğum haqqında akt qeydində səhvə yol verilmiş, iddiaçının ata adı düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə iddiaçı xx.xx.1968-ci il təvəllüdlü İddiaçı məxsus doğum haqqında akt qeydində düzəliş edilərək ana adının “Səfurə” dən “Zafta” ya düzəliş edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü İddiaçı məxsus doğum haqqında akt qeydində düzəliş edilərək ana adının “Səfurə” dən “Zafta” ya düzəliş edilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional «ASAN Xidmət» mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1685/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1685/2025
30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver