Məhkəmə qərarları › İş №2-1(114)-1686/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1686/2024

10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1686/2024 10.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun ƏDV qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdeh orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********064800 nömrəli, xx.xx.2023-cü il tarixli **********060000 nömrəli, xx.xx.2023-cü il tarixli **********061700 nömrəli, xx.xx.2023-cü il tarixli **********071400 nömrəli, xx.xx.2023-cü il tarixli **********6200 nömrəli, xx.xx.2023-cü il tarixli **********068600 nömrəli, xx.xx.2023-cü il tarixli **********045100 nömrəli, xx.xx.2023-cü il tarixli **********037800 nömrəli, xx.xx.2023-cü il tarixli **********014300 nömrəli, xx.xx.2023-cü il tarixli, **********064800 nömrəli, xx.xx.2023-cü il tarixli **********067900 nömrəli və xx.xx.2023-cü il tarixli **********069300 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, İddiaçı ƏDV qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması hissəsində iddianın geri götürülməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********4 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi əsasında xx.xx.2021-ci il tarixdən o, ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Buna səbəb keçmiş mühasibi tərəfindən mühasibatlığın düzgün aparılmaması və 2021-ci ilin yanvar ayı üçün ümumi hasilatın 11373,62 manat, fevral ayında isə 27675,93 manat göstərilməsi olmuşdur. Reallıqda 2021-ci ilin yanvar ayı üzrə dövriyyəsi 4500,0 manat, fevral ayı üzrə isə 4000 manat olmuşdur. Səhvən bəyan edilmiş göstəricilər əsasında ardıcıl 12 aylıq dövriyyə 200000 (iki yüz min) manatı keçmiş, bu səbəbdən də vergi orqanı tərəfindən o, ƏDV qeydiyyatına alınmışdır. 2021-ci ilin mart ayından etibarən bütün dövriyyələri ƏDV-yə cəlb edilmiş və ona xeyli miqdarda vergilər hesablanmışdır. O məsələdən xəbərdar olduqdan sonra işə yeni mühasib cəlb etmiş və 2021-ci ilin 1-ci rübü üzrə dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmişdir. Həmin bəyannamədə 2021-ci ilin 1-ci rübü üzrə dövriyyəsi düzgün əks etdirilmiş və bəyannamə vergi orqanı tərəfindən kameral qaydada yoxlanılaraq təsdiq edilmişdir. Buna baxmayaraq, ƏDV qeydiyyatı ləğv edilməmiş və 2021-ci ilin mart ayı üzrə ona həm ƏDV həm də sadələşdirilmiş vergi hesablanmışdır. Eləcə də, ƏDV qeydiyyatına alındığı dövrdən etibarən bütün dövrlər üzrə ƏDV hesablamaları aparılmışdır. Belə ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********064800 nömrəli qərarla, 2021-ci ilin mart ayı üzrə 928,0 manat ƏDV, xx.xx.2023-cü il tarixli **********060000 nömrəli qərarla 2022-ci ilin iyun ayı üzrə 200,35 manat ƏDV, xx.xx.2023-cü il tarixli **********061700 nömrəli qərarla 2021-ci ilin iyun ayı üzrə 1814,92 manat ƏDV, xx.xx.2023-cü il tarixli **********071400 nömrəli qərarla 2021-ci ilin avqust ayı üzrə 3043,78 manat ƏDV, xx.xx.2023-cü il tarixli **********066200 nömrəli qərarla 2022-ci ilin yanvar ayı üzrə 515,47 manat ƏDV, xx.xx.2023-cü il tarixli **********068600 nömrəli qərarla 2021-ci ilin mart ayı üzrə 544,74 manat ƏDV, xx.xx.2023-cü il tarixli **********045100 nömrəli qərarla 2021-ci ilin sentyabr ayı üzrə 3505,01 manat ƏDV, xx.xx.2023-cü il tarixli **********037800 nömrəli qərarla 2021-ci ilin oktyabr ayı üzrə 3472,57 manat ƏDV, xx.xx.2023-cü il tarixli **********065500 nömrəli qərarla 2021-ci ilin noyabr ayı üzrə 14581,31 manat ƏDV, xx.xx.2023-cü il tarixli **********014300 nömrəli qərarla 2021-ci ilin may ayı üzrə 1362,66 manat ƏDV, xx.xx.2023-cü il tarixli **********064800 nömrəli qərarla 2021-ci ilin mart ayı üzrə 928,98 manat ƏDV, xx.xx.2023-cü il tarixli **********067900 nömrəli qərarla 2021-ci ilin dekabr ayı üzrə 156,41 manat ƏDV və xx.xx.2023-cü il tarixli **********069300 nömrəli qərarla 2021-ci ilin aprel ayı üzrə ayı üzrə 736,46 manat ƏDV məbləği hesablanmışdır. Onun tərəfindən e-taxes.gov.az internet portalı vasitəsilə xx.xx.2023-cü il tarixli, xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktublarla vergi orqanına müraciət olunaraq 2021-ci ilin 1-ci rübü üzrə təqdim edilmiş SV bəyannaməsində göstəricilərin düzgün göstərilmədiyi, sonradan dəqiqləşdirilmiş vergi bəyannaməsi verilərək dəqiqləşmələr aparıldığı bildirilmiş, ƏDV qeydiyyatının ləğv edilmsi və əsassız olaraq hesablanmış ƏDV məbləğlərinin silinməsi xahiş edilmişdir. Lakin vergi orqanı tərəfindən onun müraciətlərinə heç bir cavab verlirməmiş və hesablanmış əsassız ƏDV məbləğləri azaldılmamışdır. Bu səbəbdən də o, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan qərarların elektron imza vasitəsilə təsdiq olunmasına baxmayaraq, qərarların xüsusi hissəsində bu barədə məlumat göstəriciləri, sənədin identikləşdirilməsinə əsas verən rekvizitlər (yükləmə linki, QR kod) əks olunmamışdır. Başqa sözlə desək, cavabdeh mübahisələndirilən qərarları elekton üsulla iddiaçı tərəfə təqdim etdiyini qeyd etsə də, həmin qərarların həqiqiliyi təsdiqlənməmişdir. Bu səbəbdən də, cavabdehin iddianın mümkün sayılmaması ilə bağlı dəlilləri həqiqəti əks etdirmir. Qeyd edilənləri nəzərə alınaraq buraxılmış prosessual müddətin bərpa olunaraq, iddia ərizəsinə baxılması xahiş edilmişdir. Cavabdeh orqanın iddia ərizəsinə etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan 20 noyabr 2023-cü il tarixli **********064800 nömrəli, 20 noyabr 2023-cü il tarixli **********1060000 nömrəli, 20 noyabr 2023-cü il tarixli **********071400 nömrəli, 20 noyabr 2023-cü il tarixli **********066200 nömrəli, 20 noyabr 2023-cü il tarixli **********068600 nömrəli, 20 noyabr 2023-cü il tarixli **********045100 nömrəli, 20 noyabr 2023-cü il tarixli **********037800 nömrəli, 20 noyabr 2023-cü il tarixli **********065500 nömrəli, 20 noyabr 2023-cü il tarixli **********014300 nömrəli, 20 noyabr 2023-cü İl tarixli **********064800 nömrəli, 20 noyabr 2023-cü il tarixli **********067900 nömrəli və 20 noyabr 2023-cü il tarixli **********069300 nömrəli qərarlar hər biri xx.xx.2023cü il tarixdə elektron kabinet vasitəsilə göndərilmişdir. Belə ki, Vergi Məcəlləsinin 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə — şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə — poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə — elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Əlavə olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan maddəsi Məcəlləyə 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Vergi Məcəlləsinin qeyd olunan maddəsindən aydın olduğu kimi mübahisələndirilən qərarlar iddiaçıya elektron üsulla təqdim edilmişdir. Belə ki, qeyd olunan qərarlar iddiaçıya elektron üsulla onun elektron kabinetinə göndərildikdən 3 iş günü keçdikdən sonra ona lazımi şəkildə çatdırılmış hesab edilir. İddiaçı ilə 12 saylı Ərazi Vərgilər Departamentinin (indiki 12 saylı Ərazi Vergilər Baş İdarəsi) rəisi X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli Elektron sənəd mübadiləsi haqqında müqavilənin 4.1.7-ci bəndinə əsasən vergi orqanı tərəfindən elektron qaydada göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifələrindən biridir. Müqavilədən də göründüyü kimi vergi ödəyicisi mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) onun elektron kabinetinə göndərilən sənədlərlə tanış olmalı idi. Bu onun müqavilədən irəli gələn öhdəliyidir. xx.xx.2015-ci il tarixli müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 3 il müddətinə qüvvədədir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən müqavilənin müddəti başa çatdıqdan sonra 3 gün ərzində tərəflərdən heç biri müqavilədən imtina və yaxud uzadılması barədə müraciət etmədikdə müqavilənin müddəti müqavilədə nəzərdə tutulmuş müddətə uzadılmış hesab edilir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən müqavilənin müddətinin uzadılması və ya ondan imtina edilməsi barədə hər hansı müraciət daxil olmamışdır. Müqavilənin 7.2-ci bəndinin tələbinə əsasən müqavilənin müddəti uzadılmış hesab edilmiş və beləliklə, müqavilə hal-hazırda qüvvədədir. İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, tərəfindən verilmiş buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, etirazla eyni məzmunda izahat verərək iddiaçı tərəfindən verilmiş prosessul müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -13.2.72-ci maddəsinə əsasən elektron kabinet - vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. -70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən qərarların hər biri xx.xx.2023-cü il tarixdə cavabdeh orqan tərəfindən iddiaçının elektron kabinetinə göndərilmişdir. Həmin qərarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-1.3cü maddəsinə əsasən, xx.xx.2023-cü il tarixində iddiaçıya lazımi qaydada çatdırılmış sayılır və iddiaçı həmin qərarların mübahisələndirilməsi üçün prosessual müddəti ötürmüşdür. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, ərizəni onunla əsaslandırmışdır ki, qərarın mövcudluğu barədə onun məlumatı olmadığına görə qərardan şikayət vermə müddətini ötürmüşdür. İş materiallarına əlavə edilmiş Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, iddiaçı hazırda mübahisələndirilən qərar barədə məlumatlı olmuş, yəni mübahisələndirilmiş qərarlar onun elektron kabinetinə xx.xx.2023-cü il tarixdə, saat 14:20- 14:21 aralığında göndərilmişdir. Bundan başqa, İddiaçı ilə 12 saylı Ərazi Vərgilər Departamentinin (indiki 12 saylı Ərazi Vergilər Baş İdarəsi) rəisi X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli Elektron sənəd mübadiləsi haqqında müqavilənin 4.1.7-ci bəndinə əsasən vergi orqanı tərəfindən elektron qaydada göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifələrindən biridir. Müqavilədən də göründüyü kimi vergi ödəyicisi mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) onun elektron kabinetinə göndərilən sənədlərlə tanış olmalı idi. Bu onun müqavilədən irəli gələn öhdəliyidir. xx.xx.2015-ci il tarixli müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 3 il müddətinə qüvvədədir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən müqavilənin müddəti başa çatdıqdan sonra 3 gün ərzində tərəflərdən heç biri müqavilədən imtina və yaxud uzadılması barədə müraciət etmədikdə müqavilənin müddəti müqavilədə nəzərdə tutulmuş müddətə uzadılmış hesab edilir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən müqavilənin müddətinin uzadılması və ya ondan imtina edilməsi barədə hər hansı müraciət daxil olmamışdır. Müqavilənin 7.2-ci bəndinin tələbinə əsasən müqavilənin müddəti uzadılmış hesab edilmiş və beləliklə, müqavilə hal-hazırda qüvvədədir. Belə olan halda, iddiaçı və cavabdeh orqan arasında elektron sənəd dövriyyəsi ilə bağlı münasibətlər "Elekrton imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənməlidir. Bununla yanaşı, məhkəmə iddiaçı tərəfin ərizədə qeyd etdiyi əsasları müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmir və qeyd edir ki, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyətlər yaratmış olsun. Lakin hazırki işdə iddiaçı tərəfin gətirdiyi arqumentlər sadalanan üzrlülük meyarlarına cavab vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə, şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə- iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Həmin iddia növünə münasibətdə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətlərinə əməl edilib-edilməməsinin yoxlanılmasıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı tərəfin ərizəsi təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar