Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-169/2023 19.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona təyin olunmuş əlilliyin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1963-ci il təvəllüdlüdür, Qarabağ əlili təqaüdü almış, 2021-ci il sentyabr ayından etibarən dayandırılmışdır. Belə ki, təqaüd ona 5 (beş) illik ayrılmışdır. Lakin, döyüşlər zamanı aldığı xəsarətlərdən hələ də əziyyət çəkir. Ona ruhi-əsəb xəstəliyi diaqnozu qoyulmuşdur. AR DİN-nin DYP-nin verdiyi 016-85 saylı, xx.xx.2021-ci il tarixli arayışı ilə nəqliyyat vasitələrini idarə etmək hüququ da ləğv edilmişdir. İşləmək qabiliyyəti yoxdur, bu səbəbdən də ona təyin edilmiş əlilliyin bərpası zərurəti yaranmışdır. Bununla bağlı cavabdeh quruma xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etsə də, ərizəsinə cavab verilməmişdir. İddiaçının vəkili X2 əvvəlki məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia dəyişdirilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. İddiaçının vəkili X2 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçıya 3 dəfə əlillik dərəcəsi təyin olunduğuna görə 4-cü dəfə müddətsiz təyin edilməli idi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və « Səbəbi : Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs… Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Mərkəzi sinir sisteminin üzvi xəstəliyi nəticəsində yaranmış dayanıqlı ruhi pozulmalar, depressiv-fobik sindrom. Şəxsiyyətin dəyişkənliyi ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.10" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs…; Diaqnozun mətni: F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Mərkəzi sinir sisteminin üzvü xəstəliyi nəticəsində yaranmış dayanıqlı ruhi pozulmalar. aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi Ağırlaşma F23.8 Digər kəskin və ötüb keçən psixotik pozğunluqlar, Aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi Yanaşı xəstəliklər H90 Eşitmənin konduktiv və neyrosensor itirilməsi, Eşitmənin zəif olması, Yanaşı xəstəliklər F80 Nitq və dilin inkişafının spesifik pozğunluqları, Nitqin qüsurlu olması; Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyinin xarakterini və göndərişdə qeyd edilən kliniki əlamətlərin ağırlığını nəzərə alaraq, aktiv sürücülük vəsiqəsinə malik olması məsələsi dəqiqləşdirilsin;" səbəbi ilə imtina verilmişdir. "F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, mərkəzi sinir sisteminin üzvü xəstəliyi nəticəsində yaranmış dayanıqlı ruhi pozulmalar, aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi. Ağırlaşma F23.8 Digər kəskin və ötüb keçən psixotik pozğunluqlar, Aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi Yanaşı xəstəliklər H90 Eşitmənin konduktiv və neyrosensor itirilməsi, Eşitmənin zəif olması, Yanaşı xəstəliklər F80 Nitq və dilin inkişafının spesifik pozğunluqları, Nitqin qüsurlu olması;" - göstərilən bu xəstəliklərlə iddiaçı sürücülük vəsiqəsi ala bilməzdi. Qeyd olunan xəstəliklərlə sürücülük vəsiqəsinin eyni vaxtda olması əks göstərişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş TSEK müayinələri barədə məlumatlardan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixli müayinə nəticəsində 1 il müddətinə, xx.xx.2014-cü il tarixli müayinə nəticəsində 1 il müddətinə, xx.xx.2015-ci il tarixli müayinə nəticəsində 1 il müddətinə və xx.xx.2016-cı il tarixli müayinə nəticəsində 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş TSEK müayinələri barədə məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixli müayinə nəticəsində İddiaçı əlillik təyin edilməsindən imtina edilmiş, səbəb: xəstəliyin xarakterini və göndərişdə qeyd edilən klinik əlamətlərin ağırlığını nəzərə alaraq aktiv sürücülük vəsiqəsinə malik olması məsələsinin dəqiqləşdirilməsi olmuşdur. Müayinə nəticəsində diaqnozun mətni “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Mərkəzi sinir sisteminin üzvü xəstəliyi nəticəsində yaranmış dayanıqlı ruhi pozulmalar. aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi Ağırlaşma F23.8 Digər kəskin və ötüb keçən psixotik pozğunluqlar, Aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi Yanaşı xəstəliklər H90 Eşitmənin konduktiv və neyrosensor itirilməsi, Eşitmənin zəif olması, Yanaşı xəstəliklər F80 Nitq və dilin inkişafının spesifik pozğunluqları, Nitqin qüsurlu olması”dır -surəti işə əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli, 85 nömrəli arayışından görünür ki, İddiaçı məxsus olan AC-667652 nömrəli sürücülük vəsiqəsi xəstəliyi ilə bağlı ləğvolunma ilə əlaqədar təhvil alınmış və avtonəqliyyat vasitələrini idarə etmək hüququ ləğv edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2013-cü il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli göndəriş əsasında baxılılmış və hər dəfə 1 il müddətinə əlillik dərəcəsi verilmiş, daha sonra elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və beş il müddətinə 2-ci dərəcə əlillik dərəcəsi verilmişdir. Bundan sonra iddiaçının əlillik vəziyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və xəstəliyin xarakterini və göndərişdə qeyd edilən klinik əlamətlərin ağırlığını nəzərə alaraq aktiv sürücülük vəsiqəsinə malik olması məsələsinin dəqiqləşdirilməsi səbəbi ilə imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanunun 3-cü maddəsinə əsasən tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbisosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. -4.1.14-cü bəndinə əsasən davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar (F23.0-F23.9, F91-F92.9) birinci dərəcə əlilliyin təyin edilməsinə əsas verir. İşə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçının aktiv sürücülük vəsiqəsinə malik olması səbəbi ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli, 85 nömrəli arayışı ilə müəyyən olunur ki, İddiaçı məxsus olan AC-667652 nömrəli sürücülük vəsiqəsi xəstəliyi ilə bağlı ləğvolunma ilə əlaqədar təhvil alınmış və avtonəqliyyat vasitələrini idarə etmək hüququ ləğv edilmişdir. Göründüyü kimi, iddiaçının əlilliyinin təyinindən imtinaya səbəb olan hal aradan qalxmışdır. Bundan əlavə qeyd edilməlidir ki, xx.xx.2016-cı il tarixli müayinə nəticəsində iddiaçıya qoyulmuş diaqnozla (Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Mərkəzi sinir sisteminin üzvi xəstəliyi nəticəsində yaranmış dayanıqlı ruhi pozulmalar, depressiv-fobik sindrom. Şəxsiyyətin dəyişkənliyi ilə) 2-ci dərəcə əlillik təyin edilmişdir, xx.xx.2021-ci il tarixli müayinə nəticəsində qoyulmuş diaqnoz (F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Mərkəzi sinir sisteminin üzvü xəstəliyi nəticəsində yaranmış dayanıqlı ruhi pozulmalar. aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi Ağırlaşma F23.8 Digər kəskin və ötüb keçən psixotik pozğunluqlar, aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi Yanaşı xəstəliklər H90 Eşitmənin konduktiv və neyrosensor itirilməsi, Eşitmənin zəif olması, Yanaşı xəstəliklər F80 Nitq və dilin inkişafının spesifik pozğunluqları, Nitqin qüsurlu olması) isə əlillik təyinatına əsas vermiş əvvəlki diaqnozla üst-üstə düşdüyündən məhkəmə hesab edir ki, iddiaçıya yenidən əlillik təyin edilməlidir. Başqa sözlə söz ifadəsi olaraq eyni diaqnozla, həmçinin “X1” ilə eyni indekslə əvvəllər əlillik dərəcəsi təyin edilmişdirsə növbəti dəfə imtina edilməsinin hüquqi əsası yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində qeyd edilmişdir ki, əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3- 1 -cı maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Həmin qanunun 3.3-cü maddəsində qeyd edilmişdir ki, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-169/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-169/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver