Məhkəmə qərarları › İş №2-1(114)-1690/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1690/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1690/2025 24.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Torpağın mülkiyyətə verilməsinə dair JN-060 KOD 50901018 saylı şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 22.02.1991-ci il tarixli vəsiyyətnaməyə əsasən X41 ölümündən sonra ona məxsus olan Goranboy rayonu, Şaumyan küçəsi, 4-də yerləşən yaşayış evinin və qalan bütün əmlakının nəvəsi İddiaçı vəsiyyət etmişdir.

2. Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli JN-060 KOD 50901018 nömrəli şəhadətnamədə qeyd edilmişdir ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 2001-ci il tarixli 28 saylı qərarı ilə Goranboy rayonu, Qarasüleymanlı kəndində yerləşən 0.25 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə X18, X35, X13 və X19 verilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin X20 ünvanladığı xx.xx.2015-ci il tarixli 16 nömrəli məktubunda bildirilmişdir ki, ona ailə üzvləri ilə birlikdə Goranboy rayonu, Qarasüleymanlı kəndi ərazisindən verilmiş həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə” JN-060 F saylı şəhadətnamədə onun adında (X46” - əslində X36) və basının ata adındakı (X37” əslində X21) səhvliyin düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etməyi məqsədə müvafiqdir.

4. Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 353 nömrəli arayışında göstərilmişdir ki, mərhumə X22 aşağıdakı övladları olmuşdur. Qızı – X28, oğlu – X42 – vəfat edib, qızı – X9, qızı – X23 və oğlu – X24 – vəfat edib.

5. Goranboy rayon qeydiyyat şöbəsinin arayışları ilə müəyyən edilir ki, X29 xx.xx.1955-ci il tarixdə, X43 xx.xx.1991-ci il tarixdə, X30 xx.xx.2013-cü il tarixdə, X36 xx.xx.2015-ci il tarixdə, X14 xx.xx.2015-ci il tarixdə, X25 xx.xx.2021-ci il tarixdə vəfat etmişlər.

6. Dövlət Notariat Arxivinin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli 05/01-0- 69/13 nömrəli məktubunda bildirilmişdir ki, Goranboy rayon dövlət notariat kontorunda 22 fevral 1991-ci il tarixdə 06 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin xx.xx.2018-ci il tarixədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır.

7. Goranboy Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən X7 əməlində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı Goranboy rayonu, Qarasüleymanlı kəndində yerləşən mərhum nənəsi Humuş Səmədovaya məxsus olmuş 0,25 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin özəlləşdirilməsi ilə əlaqədar olaraq müvafiq olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

8. Goranboy Rayon Prokurorluğunun iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 234C-23 nömrəli məktubunda bildirilmişdir ki, material üzrə araşdırma zamanı 1986-1990cı illərə dair Goranboy rayon İHB-nın Goranboy şəhər inzibati ərazi dairəsi üzrə təsərrüfatbaşına kitabının 35-ci vərəqində, 161 nömrəli şəxsi hesabın qarşısında olan hissədə düzəliş olunaraq sonradan "Cəмəдов Кундуз Ариф оглу" sözlərinin yazılması, həmçinin düzəliş olunmuş təsərrüfatbaşına kitabının 35-ci vərəqində, 161 nömrəli şəxsi hesabında qeydiyyatı aparılmış Goranboy rayonu, Qarasüleymanlı kəndindəki 0.25 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin X31 məxsus olması müəyyən edilmişdir. Bundan başqa aparılmış araşdırma zamanı X7 əməlində Azərbaycan Republikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan vəzifə saxtakarlığı cinayətinin tərkib əlamətlərinin olması müəyyən edilməmişdir. Odur ki, X7 əməlində Azərbaycan Republikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması müəyyən edilmədiyindən Goranboy rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Qorqud Abdinli tərəfindən 04 dekabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin Goranboy rayonu, Qarasüleymanlı kəndində yerləşən mərhum nənəsi Humuş Səmədovaya məxsus olmuş 0,25 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin özəlləşdirilməsi ilə əlaqədar olaraq müvafiq olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası CPM-nin 212-ci maddəsinə əsasən qəbul edilmiş qərarın surəti ona göndərilməklə qərardan narazı qaldığı təqdirdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququnun olduğu izah edilir.

9. ünvan 8am orta məktəbin xx.xx.2024-cü il tarixli 24 nömrəli məlumatında qeyd edilmişdir ki, X38 1983-1984-cü tədris ilində ünvan 8am orta məktəbin səkkizillik təhsilini bitirdiyi üçün, 671620 nömrəli şəhadətnamə verilmişdir. X46 isə 1985-1986-cı tədris ilində ünvan 8am orta məktəbin səkkizillik təhsilini bitirdiyi üçün, 001971 nömrəli şəhadətnamə verilmişdir. Hər iki səkkizillik təhsili bitirdikdən sonra təhsillərini davam etdirməmişdirlər.

10. Goranboy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 24 nömrəli arxiv arayışında göstərilmişdir ki, Goranboy rayonu (keçmiş Qasım İsmayılov rayonu) Q.Məmməd adına kolxozun Goranboy rayon Dövlət Arxivində mühafizə olunan Qaytanlanmış torpaq kitabında (Qarasüleymanlı kəndi üzrə 1960-1970-ci illə) X26 adına 0,25 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunur.

11. Goranboy Rayon İcra Hakimiyyəti başçısının Səmədabad kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 98 nömrəli məktubunda bildirilmişdir ki, Goranboy rayon Səmədabad kənd sakinləri olmuş, xx.xx.2015-ci ildə ölmüş X14, xx.xx.2015-ci ildə ölmüş X36, X3 ölümündən sonra yerdə qalan ailə üzvləri aşağıdakı kimidir: 1.Səmədova (Əsədova) Elnarə Kərim qızı - arvad!. Qeyd: Səmədova (Əsədova) X1 qeydiyyatdadır, onun mərhum ailəsinə və özünə (mərhum ailəsi) 1. xx.xx.2015-ci ildə ölmüş X14 2. xx.xx.2015-ci ildə ölmüş X36 3. Mərhum X4 rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 5 avqust 27 saylı qərarı ilə 3.93 ha pay torpağı vardır.

12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-5279/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan JN-060F KOD 50901018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

13. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2- 2644/2024 nömrəli cavab məktubuna əlavə edilmiş Goranboy rayonunun Qarasüleymanlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə 60-cı sırada X15, X32, X10 və X16 adlarına 0,25 ha torpaq sahəsi qeyd edilmişdir.

14. Məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli 3-48-15-RA-2-015/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Goranboy rayon Dövlət arxivində mühafizə olunan Goranboy rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Goranboy rayon Dövlət Arxivində mühafizə olunan Təsərrüfatbaşına kitabın (1996 - 2000-ci illər qaytanlanmış təsərrüfatbaşına kitab № 26) 327 №-li səxsi hesabında X38 ailə başçısı olmaqla təsərrüfat üzvlərinin siyahısı, təsərrüfata məxsus torpaq sahəsi və tikililər aşağıdakı kimi qeyd olunub: İ. Təsərrüfat üzvlərinin siyahısı 1. X38 -ailə başçısı kişi 1969 2. X46 - qardaş Kişi İ/İV-71 3. X39 -həyat yoldaşı qadın 6.Xİ-69

4. X37 - qızi qadın 1994 İİİ. Təsərrüfatın xüsusi mülkiyyətində hesab olunan tikililər Tikildiyi il 1947 Ümumi sahə ( yararlı) kv.metrlə - 20 O cümlədən yaşayış sahəsi: (kv.m.) -- İV. Təsərrüfatın xüsusi mülkiyyətində, istifadəsində olan torpaq ( sahibliyində), icarəsində olan torpaq 4.Cəmi torpaq hektarının yüzdə biri ilə. 0,25.

15. Məhkəmənin sorğusuna Goranboy rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli 92 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanda qeydiyyatda olan, xx.xx.1990-ci il təvəllüdlü, İddiaçı FİN: (xxxxxxx) 2023-cü ilin iyul ayında Goranboy rayon notariat ofisinə gəlib ona şifahi müraciət edərək mərhum nənəsi X43 tərəfindən onun adına vəsiyyətnamə qoyulduğunu bildirmiş və mərhum nənəsindən miras qalan daşınmaz əmlakla əlaqədar ona vəsiyyət üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsini xahiş etmişdir. Ona tərəflərindən izah edilmişdir ki, "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 107-ci maddəsinə əsasən miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd tələb edir. Bununla bağlı İddiaçı təqdim etdiyi və mərhum nənəsi X33 məxsus olduğunu bildirdiyi "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin kserosurətindən (JN-060F; KOD ********) müəyyən edilmişdir ki, ünvan 4i ünvanda yerləşdiyi qeyd olunan, ümumi sahəsi 0.25 ha olan həyətyanı təyinatlı torpaq sahəsi onun mərhum nənəsinin deyil, başqa şəxslərin mülkiyyətindədir.

16. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 3-21-3-60/2- 779/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Mərkəzin Arxivində saxlanılan Goranboy rayonu, Səmədabad kəndi üzrə həyətyanı torpaq sahəsinə aid subyektlərin siyahısında X32 adı aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş 137 nömrəli sahənin elektron və əlyazma subyekt siyahısında X38, X25, X21 və X17 adları qeyd edilmişdir.

17. Məhkəmənin sorğusuna Goranboy rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli 164 nömrəli cavab məktubunda bildirilmişdir ki, "Elektron notariat" AİS-i vasitəsi ilə araşdırılma nəticəsində sərəncamda qeyd olunanlar- xx.xx.1969-cu il təvəllüdlü X15, xx.xx.1971-ci il təvəllüdlü X32, xx.xx.1969-cu il təvəllüdlü Əsədova (Səmədova) Elnarə Kərim qızının və xx.xx.1994-cü il təvəllüdlü Cabbarova (Səmədova) Arifə Gündüz qızının barələrində vərəsəlik işi açılmadığı müəyyən edildi.

18. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 3-21-3-60/2- 1180/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Mərkəzi arxivində saxlanılan Goranboy rayonu, Səmədabad kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X32 adı aşkar edilməmişdir.

19. İddiaçı JN-060F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2-O-0008-35/25 nömrəli məktubu ilə imtina cavabı verilərək bildirilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsi, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan azadlıqlarını, eləcə də maraqlarını qorumaq və temin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarida qeyd olunanları nəzərə alaraq bildirilir ki, ərizəsi əsasında JN-060F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik huquqi şəxsinin 7 sayİı Bərdə Ərazi İdarəsi tərəfindən ləğv edilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. II. Məhkəmədə icraat

20. İddiaçı cavabdeh Goranboy rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci il tarixli, 28 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Tələb onunla əsaslandırılmışdır ki, mərhum nənəsi Humuş Səmədova 1991-ci ildə vəfat etmişdir. Humuş xanımın qızlıq soyadı isə Qasımova olmuşdur. Nənəsi sağlığında Goranboy rayonunun Qarasüleymanlı kəndindəki evində yaşamışdır. Kiçik yaşlarında o, daim olaraq nənəsigilə, yəni Qarasüleymanlı kəndinə gedib-gəlmişdir. O, nənəsinin ən sevimli nəvəsi olmuşdur. Hətta adını da mərhum nənəsi qoymuşdur. Elə bu kimi səbəblərə görə nənəsi vəfat etmədən öncə notariat ofisinə müraciət etmiş, bütün əmlaklarını ona vəsiyyət etmişdir. O, bu vəsiyyətnamədən illər sonra xəbərdar olmuşdur. Sonralar müəyyən işlərində olan gərginliklərdən nənəsinin ona vəsiyyət etdiyi əmlakları adına özəlləşdirə bilməmişdir. Ancaq mərhum nənəsinin mülkiyyətində olmuş və ona vəsiyyət olunan Goranboy rayonunun H.Əliyev prospektindəki və ünvan 4indəki evlərə faktiki olaraq onun ailəsi sahiblik və nəzarət etmişdir. Daha sonra vəsiyyətnamə əsasında nənəsinin mülklərini öz adına rəsmləşdirməyə başlamışdır. Bu zaman ona məlum olmuşdur ki, nənəsinin mülkiyyətində olmuş Qarasüleymanlı kəndindəki fərdi yaşayış evi 2006-cı ildə qohumu Gündüz adlı şəxsin adına rəsmləşdirmişdir. Gündüz isə nənəsinin evində müvəqqəti yaşamış şəxs olmuşdur. Bu səbəbdən də rayon arxivinə muraciət etdikdə ona məlum olmuşdur ki, həmin fərdi yaşayış evi 90-cı illərə kimi nənəsi Humuşun adına olmuş, lakin sonradan arxiv kitabında düzəliş olunaraq, mülkiyyətçi hissəsində nənəsinin adı pozulmuş və yerinə Gündüz yazılmışdır. Bu düzəliş üçün kitabda isə heç bir qeyd aparılmamış və bu tamamilə qanunsuz olmuşdur. Çünki nənəsi ölmədən öncə həmin evi ona vəsiyyət etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, arxivdə saxlanılan təsərrüfatbaşına kitabında nənəsinin adı qanunsuz olmuşdur. Çünki nənəsi ölmədən öncə həmin evi ona vəsiyyət etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, arxivdə saxlanılan təsərrüfatbaşına kitabda nənəsinin adı qanunsuz olaraq pozulmuş, həmin hissəyə Gündüzün adı yazılmış və nəticədə hazırkı gündə həmin əmlak Gündüzün adına saxlanılmaqdadır. Bu kimi problemlər səbəbindən o həmin əmlakı öz adına özəlləşdirə bilməmiş və həmin xüsasatların araşdırılmasını və buna hüquqi qiymət verilməsini tələb etmişdir. O, həmin əmlakın öz adına rəsmləşdirilməsi üçün məhkəməyə muraciət edəcəyini bildirmişdir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

23. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 28 saylı qərarının ləğv edilməsi” tələbinə dəyişdirilmişdir.

24. Daha sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi ilə əvəz edilməklə, iddia tələbi “Torpağın mülkiyyətə verilməsinə dair JN-060 KOD 50901018 saylı şəhadətnamənin ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

25. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

26. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

27. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

28. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

29. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

30. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

31. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X38, X46, X34 və X37 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər, daha sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin şəxslərin üçüncü şəxs qismində iştiraklarına xitam verilmişdir.

32. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə "xxxx" MMC-nin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə iddiaçının vəsatəti təmin edilməmişdir.

33. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

34. İddiaçı, onun vəkili və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

35. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.

36. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X11 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

37. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

38. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

39. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 22.02.1991-ci il tarixli vəsiyyətnamə; - Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli JN-060 KOD 50901018 nömrəli şəhadətnamə; - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin X20 ünvanladığı xx.xx.2015-ci il tarixli 16 nömrəli məktubu; - Goranboy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 353 nömrəli arayışı; - Dövlət Notariat Arxivinin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli 05/01-0-69/13 nömrəli məktubu; - Goranboy rayon qeydiyyat şöbəsinin arayışları; - Goranboy Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı; - Goranboy Rayon Prokurorluğunun iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 234C-23 nömrəli məktubu; - ünvan 8am Orta Məktəbin xx.xx.2024-cü il tarixli 24 nömrəli məlumatı; - Goranboy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 24 nömrəli arxiv arayışı; - Goranboy Rayon İcra Hakimiyyəti başçısının Səmədabad kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 98 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-5279/24 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2- 2644/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli 3-48-15-RA-2-015/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Goranboy rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 92 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 3-21-3-60/2- 779/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Goranboy rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 164 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 3-21-3-60/2- 1180/2025 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2-O-0008-35/25 nömrəli məktubu ilə imtina məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

40. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsasılıdır və təmin edilməlidir.

41. Belə ki, iş materialları və işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı JN- 060F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2-O-0008-35/25 nömrəli məktubu ilə imtina cavabı verilərək bildirilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsi, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan azadlıqlarını, eləcə də maraqlarını qorumaq və temin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarida qeyd olunanları nəzərə alaraq bildirilir ki, ərizəsi əsasında JN-060F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik huquqi şəxsinin 7 sayİı Bərdə Ərazi İdarəsi tərəfindən ləğv edilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir.

42. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

43. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Goranboy rayonu, Qarasüleymanlı kəndindəki 0.25 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin iddiaçının mərhum nənəsi X31 məxsus olmasına baxmayaraq, sonradan arxiv kitabında düzəliş olunaraq, mülkiyyətçi hissəsində nənəsinin adı pozulmuş və yerinə "Cəмəдов Кундуз Ариф оглу" yazılmışdır. Daha sonra həmin topaq sahəsinə dair X38, X46 (əslində X36), X34 və X16 adlarına Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006cı il tarixli JN-060 KOD 50901018 nömrəli şəhadətnamə tərtib edilmişdir.

44. İddiaçı mərhum nənəsi Humuş Səmədovanın mülkiyyətində olmuş əmlakın qanunsuz olaraq başqa şəxslərin adına özəlləşdirilməsi barədə Goranboy Rayon Prokurorluğuna müraciət etmiş və Prokurorluğun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən X7 əməlində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı Goranboy rayonu, Qarasüleymanlı kəndində yerləşən mərhum nənəsi Humuş Səmədovaya məxsus olmuş 0,25 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin özəlləşdirilməsi ilə əlaqədar olaraq müvafiq olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

45. Həmin iş üzrə aparılmış araşdırma zamanı 1986-1990-cı illərə dair Goranboy rayon İHB-nın Goranboy şəhər inzibati ərazi dairəsi üzrə təsərrüfatbaşına kitabının 35-ci vərəqində, 161 nömrəli şəxsi hesabın qarşısında olan hissədə düzəliş olunaraq sonradan "Cəмəдов Кундуз Ариф оглу" sözlərinin yazılması, həmçinin düzəliş olunmuş təsərrüfatbaşına kitabının 35-ci vərəqində, 161 nömrəli şəxsi hesabında qeydiyyatı aparılmış Goranboy rayonu, Qarasüleymanlı kəndindəki 0.25 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin X31 məxsus olması müəyyən edilmişdir.

46. Digər tərəfdən, məhkəmə sorğuları ilə əldə edilmiş sənədlərlə müəyyən edilir ki, Goranboy rayonu (keçmiş Qasım İsmayılov rayonu) Q.Məmməd adına kolxozun Goranboy rayon Dövlət Arxivində mühafizə olunan Qaytanlanmış torpaq kitabında (Qarasüleymanlı kəndi üzrə 1960-1970-ci illə) X26 adına 0.25 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuşdur.

47. X5 ailə üzvləri qızı – X28, oğlu – X42, qızı – X9, qızı – X23 və oğlu – X8 ibarət olmuşdur.

48. İş materiallarında olan Goranboy Rayon İcra Hakimiyyəti başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 98 nömrəli məktubunda göstərilmişdir ki, Goranboy rayon Səmədabad kənd sakinləri olmuş, xx.xx.2015-ci ildə ölmüş X14, xx.xx.2015-ci ildə ölmüş X36, X3 ölümündən sonra yerdə qalan ailə üzvləri aşağıdakı kimidir: 1.Səmədova (Əsədova) Elnarə Kərim qızı - arvadı. Qeyd: Səmədova (Əsədova) X1 qeydiyyatdadır, onun mərhum ailəsinə və özünə (mərhum ailəsi) 1. xx.xx.2015-ci ildə ölmüş X14 2. xx.xx.2015-ci ildə ölmüş X36 3. Mərhum X4 rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 5 avqust 27 saylı qərarı ilə 3.93 ha pay torpağı vardır.

49. Göründüyü kimi, X15 və onun ailə üzvlərinin X26 birbaşa (yaxın) ailə üzvləri olmamaları, onun təsərrüfatında qeydiyyatda olmamaları müəyyən edilmişdir.

50. Digər tərəfdən isə, X31 məxsus evin altında yerləşən torpaq sahəsi X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir, hansı ki, islahatın məqsədi vətəndaşların qanuni istifadələrindəki evlərin altında olan torpaq sahələrinin onların mülkiyyətinə verilməsi olmuşdur.

51. Sözügedən evin isə X15 və onun ailə üzvlərinin qanuni istifadələrində olması müəyyən edilməmişdir.

52. 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahat haqqında” Qanununa görə: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

53. X2 həmin evin öz nəvəsi olan iddiaçıya vəsiyyət etmiş, iddiaçı həmin evi altındakı mübahisəli torpaq sahəsi ilə birlikdə öz adına qeydiyyata aldırmaq istəsə də, X15 və onun ailə üzvlərinin adların tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-060 KOD 50901018 saylı şəhadətnamənin olması buna mane yaratmışdır.

54. Belə olan halda məhkəmə hesab edir ki, JN-060 KOD 50901018 saylı şəhadətnamənin ləğv edilməsinə dair iddiaçının tələbi haqlıdır. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

55. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli JN-060 KOD 50901018 nömrəli şəhadətnamə ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar