Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1692/2022 18.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ölüm akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, vəfat etmiş X1na məxsus ölüm haqqında akt qeydində qeyd olunmuş yalnışlığın düzəldilərək xx.xx.1983-cü il təvəllüdlü Kəmalə Verdiyevanın adının yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1982-ci il tarixdə Goranboy rayonu, Xoylu kəndində anadan olmuşdur. Hazırda da həmin ünvanda yaşayır. X1 xx.xx.1983-cü il tarixdə Goranboy rayonu, Xoylu kəndində anadan olmuş və xx.xx.2000-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Bacısının vəfatından sonra Goranboy rayon Xoylu kənd nümayəndəliyi tərəfindən tərtib edilmiş ölüm haqqında akt qeydində ölən bacısının adı və doğum tarixi əvəzinə səhvən iddiaçının adı və doğum tarixi yazılmışdır. Bu barədə onun yaxın günlərdə sənədləşmə işləri apararkən məlumatı olmuşdur. Bu hal ona ciddi problemlər yaradır. Buna görə də cavabdehə müraciət edərək sözügedən yanlışlığın düzəldilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina edərək məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, bacısı X9 uşaq vaxtından xəstəliyi və ya əlilliyi olmamış, 9-cu sinifdə təhsil alan zaman xərçəng xəstəliyinə tutulmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1983-cü il tarixli, 59 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X9 xx.xx.1983-cü il tarixdə anadan olmuş, ata qrafasında X12, ana qrafasında isə X3 qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş xx.xx.1989-cu il tarixli XİV-ЖГ 395547 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1983-cü il tarixdə Goranboy rayonu, Xoylu kəndində anadan olmuş, ata qrafasında X12, ana qrafasında isə X3 qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş xx.xx.1982-ci il tarixli, 19 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə anadan olmuş, ata qrafasında X12, ana qrafasında isə X3 qeyd olunmuşdur. -Cavabdeh xx.xx.2022-ci il tarixli, Az-T 083538 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə anadan olmuş, ata qrafasında X12, ana qrafasında isə X3 qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş xx.xx.2000-ci il tarixli, 6 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı xx.xx.2000-ci il tarixdə xəstəlik səbəbindən ölmüşdür. -surəti işə əlavə edilmiş xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Goranboy rayonu, Xoylu kəndində anadan olmuşdur. -Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/Q-238/15 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Xoylu kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli 06 nömrəli ölüm haqqında akt qeydinin ləğv edilməsinin şöbənin səlahiyyətləri xaricində olması bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, mərhum X7 xx.xx.1983-cü il tarixdə anadan olmuş, xx.xx.2000-ci il tarixdə isə vəfat etmişdir. Lakin ona aid ölüm haqqında akt qeydində adı səhvən ”Xəyalə”, doğum tarixi isə “xx.xx.1982-ci il” kimi qeyd olunmuş və nəticədə iddiaçının sənədləşmə prosedurlarında məhdudiyyətlər yaranmışdır. İddiaçı bu yanlışlığın düzəldilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Qaydalar”da təsbit edilmişdir. Həmin Qaydaların:- -1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. -4-cü bəndinin 11-ci yarımbəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biri hesab edilir. -5-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Məhkəmə qeyd edir ki, mərhum X6 aid doğum haqqında şəhadətnamədə doğum ilinin xx.xx.1983-cü il (ölüm haqqında akt qeydində xx.xx.1982-ci ildə doğulduğu qeyd olunmuşdur) göstərilməsi, eyni zamanda iddiaçının 2017-ci ildə « İddiaçı » adı ilə şəxsiyyət vəsiqəsini əldə etməsi onu deməyə əsas verir ki, iddiaçının bacısına aid ölüm akt qeydi tərtib edilərkən səhvə yol verilmişdir. Beləliklə işin yuxarıda qeyd olunan faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının bacısının ölüm akt qeydində onun adına və doğum tarixinə düzəliş edilməsi üçün kifayət qədər yetərli əsaslar mövcuddur. Odur ki, yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız hesab edilməklə X5 ölüm akt qeydində ad qrafasına düzəliş edilərək “Kəmalə” kimi və doğum tarixi qrafasına düzəliş edilərək “xx.xx.1983-cü il” kimi qeyd edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı dair tərtib edilmiş xx.xx.2000-ci il tarixli, 6 nömrəli ölüm haqqında akt qeydində ad qrafasına düzəliş edilərək “Kəmalə” kimi və doğum tarixi qrafasına düzəliş edilərək “xx.xx.1983-cü il” kimi qeyd edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1692/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1692/2022
18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver