Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1693/2022 31.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, övladları X2 və X3 barəsində tərtib edilmiş xx.xx.2006-cı il tarixli 23 və 24 nömrəli doğum haqqında akt qeydlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailə həyatı qurduqdan sonra Ukrayna Respublikasına Kiyev şəhərində yaşamış, övladları da həmin şəhərdə doğlumuş və yaşadıqları yerin qeydiyyat şöbəsindən uşaqlarına doğum haqqında şəhadətnamələr verilmişdir. Məlum Rusiya-Ukrayna müharibəsi ilə bağlı olaraq Azərbaycan Respublikasına qayıtdıqlarını, bu zaman övladlarının adına Cavabdeh tərəfindən akt qeydləri qeydiyyata alınaraq onlara doğum haqqında şəhadətnamələr verildiyi məlum olmuşdur. Bununla bağlı gələcəkdə hər hansı problemlərin yaranmaması üçün iddiaçı övladları barəsində tərtib edilmiş doğum haqqında akt qeydlərinin ləğv edilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, uşaqlara Azərbaycanda doğum haqqında şəhadətnamə verilməsi barədə 2022-ci ildə Bərdə ASAN xidmət mərkəzində məlumat almışdır. İddiaçının vəkili X1 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş xx.xx.2006-cı il tarixli 1-БК 065306 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2005-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində anadan olmuşdur. -işə əlavə edilmiş xx.xx.2006-cı il tarixli 1-БК 065307 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2005-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində anadan olmuşdur. - işə əlavə edilmiş Cavabdehndə tərtib edilmiş xx.xx.2006-cı il tarixli 23 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2006-ci ildə Bərdə rayonunda anadan olması qeyd edilmişdir. - işə əlavə edilmiş Cavabdehndə tərtib edilmiş xx.xx.2006-cı il tarixli 23 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2006-ci ildə Bərdə rayonunda anadan olması qeyd edilmişdir. -Cavabdeh xx.xx.2022-ci il tarixli, 243-05/15 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciətinə cavab olaraq doğum haqqında akt qeydlərinin ləğv edilməsinin şöbənin imkan xaricində olması bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının övladları X2 və X3 xx.xx.2005-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində şəhərində anadan olmuşlar. Qeyd olunan faktları Ukrayna Respublikasının Kiyev şəhər Peçersk rayon Ədliyyə idarəsinin VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 1-БК 065306 və 1-БК 065307 nömrəli doğum haqqında şəhadətnamələr də təsdiq edir. Sonradan iddiaçıya Azərbaycan Respublikasında yeni doğum haqqında şəhadətnamələrin verilməsi məlum olmuş, nəticə etibarı ilə iddiaçının övladları barədə 2 fərqli doğum haqqında akt qeydi tərtib edilmişdir. Məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydində yaranmış ziddiyyətin aradan qaldırıması səbəbilə iddiaçının övladlarının doğumuna dair Cavabdehndə tərtib edilmiş xx.xx.2006-cı il tarixli 23 və 24 nömrəli doğum haqqında akt qeydlərinin ləğv edilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. -2.1-ci bəndində qeyd olunmuşdur ki, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4-cü bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. -23-cü bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. -26-cı bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. -28-ci bəndində qeyd olunmuşdur ki, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının övladlarının doğumları ilə bağlı 2 fərqli akt qeydi mövcuddur, bu hal isə həmin qeydlərdən birinin ləğvini istisna etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının övladlarının doğumları ilə bağlı 2 fərqli akt qeydi mövcud olması vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən hal hesab edilməlidir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, iddiaçının övladları X2 və X3 barəsində Cavabdehndə tərtib edilmiş xx.xx.2006-cı il tarixli 23 və 24 nömrəli doğum haqqında akt qeydlərinin ləğv edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddəələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X2 və X3 barəsində Cavabdehndə tərtib edilmiş xx.xx.2006-cı il tarixli 23 və 24 nömrəli doğum haqqında akt qeydlərinin ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1693/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1693/2022
31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver