Məhkəmə qərarları › İş №2-1(114)-1694/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1694/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1694/2023 28.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletə və AТ-İİİ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus AТ-İİİ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək X6 (Kраснодарский станкостроительный завод) təmir sexində, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək həmin zavodun dəmiryolu sexində, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “Əmək” KİC-nin Krasnodar vilayət şurasında (Краснодарский краевой совет ДСО «ТРУД»), xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Xanlar rayon futbol cəmiyyətində, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə şəhəri 1 nömrəli Şərab Zavodunda (Гянджинский Винзавод №1), xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Gəncə Təcrübə-İstilik Kombinatında (Гянджинский эксперименталный тепличный комбинат), xx.xx.2004-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Yeni Ələt X2, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X13, xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək "xxxx" MMC-nin X14 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexində müxtəlif vəzifələrdə işləmişdir.

3. "xxxx" MMC X14 Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2006cı il tarixədək işlədiyi refrijerator seksiya mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 21.4 bəndində göstərilən vəzifə koduna uyğundur. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 18 il təşkil edir.

4. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Refrijerator seksiya briqadalarının ezamiyyətdə olduqları vaxtda iş qrafiki və Refrijerator seksiyalarda işlənən gecə növbəsinin tabelindən müəyyən olunur ki, mexanik Ə.M.Namazəliyev ilə birlikdə böyük mexanik İddiaçı da gecə, gündüz və axşam növbəsində olmuşdur.

5. Başqa işə keçirmə haqqında xx.xx.2006-cı il tarixli 109 nömrəli əmr ilə İddiaçı X3 seksiya mexaniki vəzifəsindən refrijerator seksiya (rəhbər) mexaniki vəzifəsinə keçirilmişdir.

6. İşə qəbul haqqında xx.xx.2018-ci il tarixli 349 nömrəli əmri ilə İddiaçı Şərq X3 seksiya rəhbər mexaniki vəzifəsinə qəbul olunmuşdur.

7. İşə qəbul haqqında xx.xx.2018-ci il tarixli 18-AEXP-519 nömrəli əmri ilə İddiaçı "xxxx" MMC-də X14 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsinə qəbul olunmuşdur.

8. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin törəmə cəmiyyəti olan "xxxx" MMCnin X14 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexində çalışan böyük mexanik və mexaniklərin vəzifə öhdəlikləri arasındakı müəyyən fərqlərə baxmayaraq iş şəraitləri eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərin təsirinə məruz qalırlar. Adıçəkilən struktur vahidinin ştat cədvəlində “rəhbər mexanik” vəzifəsi mövcud deyildir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın 30-cu (Nəqliyyat) bölməsinin “Dəmir yolu nəqliyyatı” hissəsinin 30-cu bəndinə əsasən həmin struktur vahidində çalışan mexaniklərə 6 gün əlavə məzuniyyət verilir. Sözügedən iş yerində aparılmış sonuncu attestasiyanın nəticələrinə müvafiq olaraq iş şəraitinin amillərinin göstəriciləri həmin sahədə müəyyən edilmiş normativ tələbləri üstələmədiyindən böyük mexanik və mexanik vəzifələrində çalışan işçilərin əmək haqlarına əlavə müəyyən edilməmişdir.

9. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023cü il tarixli 3-17-1/2-M-14013/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (3 il 7 ay 4 gün (xx.xx.2003-xx.xx.2006-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-17-M-2528/2023 nömrəli məktubunda bildirilmişdir ki, son dövrlər ölkəmizdə pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə pensiyaların minimum məbləği 2,5 dəfə artırılaraq 280 manata çatdırılmış, bütün növ pensiyaların sığorta hissəsi əvvəlki illərdə müvafiq olaraq 16,6%, 11,4%, 10% və 14,7% artırılmış, nəticədə orta aylıq pensiya məbləği təxminən 423 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 456 manata yüksəldilmişdir. Pensiya təyinatı prosesinin sadələşdirilməsi üçün 1 yanvar 2019-cu il tarixindən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılmış və təqribən 71 min nəfərə e-pensiya təyinatı aparılmışdır. Həmçinin vətəndaşların hazırda topladıqları pensiya kapitalı, pensiyaya çıxacağı tarix və yaşı, eləcə də ehtimal edilən pensiya mebləği ilə bağlı müfəssəl məlumat əldə edə bilməsi üçün "Pensiya kalkulyatoru" elektron xidməti https: //esosial.az/#/eServiceFrame/5721) yaradılmışdır. Bununla əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (bundan sonra - Siyahı) 21.4-cü (Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər) bəndində "refrijerator qatarlarının (seksiyaların) mexanikləri" vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi müəyyən edilmişdir. Bu baxımdan "refrijerator qatarlarının (seksiyaların) böyük mexaniki" vəzifəsi Siyahıda nəzərdə tutulan "refrijerator qatarlarının (seksiyaların) mexanikləri" peşesinə uyğun götürülərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi nəzərə alına bilər. Eyni zamanda bildirilir ki, yuxarıda adıçəkilən Qərarla təsdiq olunmuş Siyahıda müraciətdə qeyd edilən "rəhbər mexanik" vəzifəsi nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının əsli, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd (olduğu halda), yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışı və pensiya təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etməyi tövsiyə olunur.

11. Məhkəmənin sorğusuna "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13-1/2- 3510/2023 nömrəli cavab məktubundan görünür ki, ADY-nin törəmə cəmiyyəti olan "xxxx" MMC-nin X14 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin ştat cədvəllərində rəhbər mexanik vəzifəsi yalnız 2018-ci ilin sonuna kimi nəzərdə tutulmuşdur. 2019-cu ildən hal-hazıra kimi adıçəkilən struktur vahidinin ştat cədvələrində rəhbər mexanik vəzifəsi mövcud deyildir. Həmçinin, sözügedən iş yerində aparılmış sonuncu attestasiyanın nəticələrinə müvafiq olaraq iş şəraitinin amillərinin göstəriciləri həmin sahədə müəyyən edilmiş normativ tələbləri üstələmədiyindən böyük mexanik və mexanik vəzifələrində çalışan işçilərin əmək haqlarına əlavə müəyyən edilməmişdir.

12. Məhkəmənin sorğusuna "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13-1/2- 5976/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 13-1/2-6601/2023 nömrəli cavab məktublarında bildirilmişdir ki, ADY-nin törəmə cəmiyyəti olan "xxxx" MMC-nin X14 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexində çalışan mexanik və böyük mexaniklərin, o cümlədən 2018-ci ilin sonunadək struktur vahidində mövcud olmuş rəhbər mexaniklərin iki nəfərlik qrupda icra etdiyi funksional vəzifələrin vəzifə öhdəlikləri arasındakı müəyyən fərqlərə baxmayaraq, iş şəraitləri eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərin təsirinə məruz qalırlar. Sözügedən iş yerində aparılmış sonuncu attestasiyanın nəticələrinə müvafiq olaraq iş şəraitinin zərərli amillərinin göstəriciləri həmin sahədə müəyyən edilmiş normativ tələbləri üstələmədiyindən böyük və rəhbər mexanik vəzifələrində çalışan işçilərin əməkhaqlarına zərərli və təhlükəli amillərə görə əlavə faiz dərəcələri təyin edilməmişdir.

13. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AÜXP1648-23 nömrəli cavab məktubunda bildirilmişdir ki, “ADY Ekspress" MMC-nin xx.xx.2019-ci il tarixində təsdiq olunmuş yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar, vəzifə adının dəyişdirilməsi nəticəsində "X14 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının rəhbər mexaniki" vəzifəsi "X14 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki" kimi adlandırılmışdır. Hər iki ad eyni vəzifəyə aiddir. "Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki və mexaniki" vəzifələri üzrə iş öhdəlikləri müvafiq vəzifə təlimatı ilə tənzimlənir (Hər iki vəzifənin təlimatları əlavə edilir). "Refrijerator seksiyasının böyük mexaniki" və "Refrijerator seksiyalarının mexaniki" vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər iki vəzifələrin iş şəraitləri eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni amillərə məruz qalırlar. II. Məhkəmədə icraat

14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 03 fevral 2022-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müvafiq sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fonduna təqdim etməklə ona pensiya hesablanmasını xahiş etmişdir. Onun ərizəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda baxılmışdır. Cavabdehin 25 yanvar 2023-ci il tarixli məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina məktubundan görünür ki, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin mümkünsüzlüyü onun əmək kitabçasında iş stajının yalnız 3 il 7 ay 4 gün olmaqla 12 il 6 ay iş stajı normasından az olması səbəbindən mümkün hesab edilməmişdir. Hesab edir ki, imtina əsassız və məntəqsiz olmaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu pozur. Belə ki, o, xx.xx.2004-cü ildən o zaman “Yeni X10 Deposu” (VÇD 4 kod altında) mexanik vəzifəsinə qəbul edilmişdir. xx.xx.2006-cı ildən isə rəhbər mexanik, xx.xx.2019-cu ildən isə böyük mexanik vəzifəsinə təyin edilmişdir. Məlumat üçün bildirir ki, X2 mexanik vəzifəsini icra edən şəxs soyuducu vaqonların işləməsinə nəzarət edir, lazımı servis-təmir xidmətləri yerinə yetirməklə yüklərin daşınma zamanı təyinat məntəqəsinə çatanadək müşaiyət etməklə məhsulun lazımı keyfiyyətdə çatdırılmasını təmin edir. Yükün soyuducu vaqonlara yükləndiyi gündən boşaldılana qədər olan müddətdə mexanik, böyük mexanik və ya rəhbər mexanik yükü müşaiyət edir, eyni işləri icra edir və sutkanı növbəlilik prinsipi ilə, yən 24 saatın 12 saatını bir növbə olmaqla icra edir. Böyük və ya rəhbər mexanik işçi heyətini idarə edən, rəhbər şəxs anlamında deyil. O da sadə mexanikdir və sadəcə inventarlara görə, işin təşkilinə görə əlavə cavabdehlik daşıyır. Yəni yükün daşınması zamanı müşaiyəti 2 nəfər həyata keçirir və hər ikisi növbəlilik əsasında mexanik olaraq xidmət aparır. Yükləri müşaiyət edərkən həm mexanik, həm də böyük və ya rəhbər mexanik eyni xidməti vaqon otağında, eyni gərginlikli cərəyan, zəhərli qazlar altında, xidmət aparır. Bu işçilərdən biri isə (böyük və ya rəhbər mexanik) həm də inventarların qorunması və s. cavabdehlik daşıyır ki, onu da ya rəhbər mexanik, ya da böyük mexanik kimi rəsmiləşdirirlər. İddia ərizəsinə əlavə edilmiş növbətçilik qrafikindən də yuxarıda göstərilənlər öz təsdiqini tapır. Bundan başqa işlədiyi Depo tərəfindən verilmiş arayışla da onun güzəştli şərtlərə yaşa görə əmək pensiyası almaq hüququnun olması təsdiqlənir. Onu da qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 2022-ci ilin 03 fevral tarixdən yaranmışdır.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

18. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

19. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

20. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

21. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

24. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

25. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

26. O, əvvəlki məhkəmə iclasları zamanı bildirmişdir ki, o, X1 Deposunun rəisinin xx.xx.2006-cı il tarixli 109 saylı əmri ilə xx.xx.2006-cı il tarixdən tərəfindən refrijerator seksiyasının rəhbər mexaniki, daha sonra böyük mexanik vəzifəsinə keçirilmişdir. Əslində isə onun heç bir rəhbər-idarəedici funksiyası olmamışdır. İş materiallarına əlavə etdiyi tabeldən də göründüyü kimi, seksiyada onunla birlikdə cəmi 2 nəfər mexanik olmuş və hər ikisi növbə ilə eyni funksiyaları yerinə yetirmişdir. Əmrdə onun rəhbər və ya böyük mexanik kimi göstərilməsinin səbəbi də bundan irəli gəlmişdir ki, iki nəfərdən daha təcrübəlisi digərinin işinə və inventarların saxlanılıb-qorunmasına nəzarət etsin, tabel cədvəlini tərtib etsin. Əslində isə mexanik, böyük mexanik və ya rəhbər mexanik adlandırılmasından asılı olmayaraq mexanik vəzifəsini icra edən şəxs soyuducu vaqonların işləməsinə nəzarət etmək, servis-təmir xidmətlərini yerinə yetirmək, yükü məntəqəyə çatdırıb boşaldılması və s. kimi vəzifələri icra edir. Rəhbər və böyük mexanik rəhbər şəxs deyildir və o da sadə mexanikin gördüyü işləri görür, eyni vaqonda eyni gərginlikli cərəyan və zəhərli qazlar altında xidmət aparır. Buna baxmayaraq, onun əmək kitabçasında işlədiyi vəzifənin adının rəhbər mexanik və böyük mexanik kimi qeyd edilməsi səbəbindən cavabdeh orqan ona güzəştli şərtlərlə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Onun işəgötürənlə bağladığı əmək müqaviləsinə 1 saylı əlavə olan vəzifə təlimatında da böyük mexanikin funksiyaları arasında inzibati-idarəedici funksiyalar mövcud deyildir, rəhbər mexanik vəzifəsi isə ümumiyyətlə mövcud olmamışdır.

27. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, işlədiyi müəssisə tərəfindən verilmiş güzəştli arayışda da xx.xx.2006-cı il tarixdən sonra işlədiyi illər nəzərə alınmamışdır və bunun da səbəbi vəzifəsinin məhz rəhbər və böyük mexanik kimi göstərilməsi olmuşdur. Halbuki, o vaxtkı strukturda 3-4 nəfərdən ibarət qrup nəzərdə tutulurdu ki, onlardan biri rəhbər, digərləri isə adi mexanik vəzifəsini icra etsinlər. Lakin briqada üzvləri 2 nəfərdən ibarət olarsa, yəni rəhbər mexanik və bir mexanik, onda rəhbər mexanik həm də mexanikin funksiyalarını yerinə yetirməli idi. O da həmişə bir mexaniklə işdə olmuş və mexanikin də funksiyasını yerinə yetirmişdir. O, rəhbər mexanik olmasına baxmayaraq, adi mexanik kimi zəhərli qazlar və yüksək gərginlik cərəyanı altında işləmiş və orqanizmi uzun illər insan sağlamlığına ziyan vuran maddələri qəbul etmiş, zərərli şəraitdə işləmişdir. İndi isə mənə güzəştli şərtlərlə pensiya təyin etmirlər. Rəhbər mexaniklərin, o cümlədən onun hər hansı bir əmr və ya qərar qəbul etmək səlahiyyətləri olmamışdır. Onun işi yalnız refrijerator qatarlarının (seksiyasının) texniki işlərinin görülməsindən ibarət olmuşdur.

28. Cavabdehin nümayəndəsi X8 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

29. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

30. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil edir (bu qərarın 9-cu bəndi).

31. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin tarixli qərardadla ərizə məhkəmə icraatına qəbul edilmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

32. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletin surəti; - İddiaçıya məxsus AТ-İİİ № ******* nömrəli əmək kitabçasının surəti; - 02.11.2020-ci il tarixli ADY/VT-103 və ADY/VT-104 nömrəli vəzifə təlimatları; - "xxxx" MMC X14 Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı; - Başqa işə keçirmə haqqında xx.xx.2006-cı il tarixli 109 nömrəli əmrin surəti; - İşə qəbul haqqında xx.xx.2018-ci il tarixli 349 nömrəli və xx.xx.2018-ci il tarixli 18-AEXP-519 nömrəli əmrlərin surətləri; - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-17-M-2528/2023 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-14013/2023 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13-1/2- 3510/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 13-1/2-5976/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 13-1/2-6601/2023 nömrəli cavab məktubları; - Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AÜXP1648-23 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

33. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

34. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

35. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına görə: 23000000 XXVİİİ. Nəqliyyat 23001000 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər 23001000—23598 refrijerator qatarların (seksiyaların) mexanikləri

37. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması.

38. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş və 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur.

39. Cavabdeh iddiaçının tələb olunan yaş həddinə, yəni 60 yaşına çatmasını və həmin vaxt azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Qeyd edilən hallar iş materiallarında olan sənədlərə əsasən də sübuta yetirilir və işin mübahisə edilməyən hallarına aiddir.

40. Belə ki, həm iddiaçının əmək kitabçası, həm də hərbi bileti ilə hərbi xidmət dövrü də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Cavabdeh orqan da nə imtina məktubunda, nə də iddiaya qarşı etirazında iddiaçının ümumi iş stajı barədə mübahisə açmamışdır.

41. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının güzəştli iş stajına malik olmaması barədədir.

42. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2004-cü il tarixli 36 nömrəli əmrlə X11 X5 seksiya dublyor mexaniki vəzifəsinə qəbul olunmuş, xx.xx.2006-cı il tarixli 109 nömrəli əmrlə Refrijerator seksiya (rəhbər) mexaniki vəzifəsinə keçirilmiş, xx.xx.2018ci il tarixli 349 nömrəli əmrlə Şərq X5 seksiyasının rəhbər mexaniki vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarlxi 660 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2018-ci il tarixli 18-AEXP-519 nömrəli əmrlə həmin tarixdən etibarən "xxxx" MMC-nin X14 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixli 19-AEXP-610 nömrəli əmrlə "xxxx" MMC-də struktur dəyişikliyi və yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar xx.xx.2019-cu il tarixdən etibarən X14 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının böyük mexaniki vəzifəsinə təyin edilmişdir.

43. İddiaçı xx.xx.2004-cü il tarixdən mexanik, rəhbər mexanik, böyük mexanik vəzifələrində işlədiyi peşələrin zərərli peşə olmasını iddia edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh orqan isə yalnız mexanik vəzifəsinin Siyahıda nəzərdə tutulduğunu əsas gətirərək, iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X11 X5 seksiya mexaniki vəzifəsində işlədiyi dövrü güzəştli staj kimi nəzərə almış, iddiaçının rəhbər mexanik və böyük mexanik vəzifələrində işlədiyi digər dövrləri isə onun güzəştşli stajı kimi qəbul etməmişdir.

44. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı və qanuni saymır və əvvəla onu qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının XXVİİİ. Nəqliyyat (********) bölməsində Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (********) adlı bəndin 23001000—23598 altbəndində refrijerator qatarların (seksiyaların) mexanikləri göstərilmişdir.

45. Lakin məhkəmə sorğusuna "xxxx" QSC-nin cavab məktublarında bildirilir ki, ADY-nin törəmə cəmiyyəti olan "xxxx" MMC-nin X14 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexində çalışan mexanik və böyük mexaniklərin, o cümlədən 2018-ci ilin sonunadək struktur vahidində mövcud olmuş rəhbər mexaniklərin iki nəfərlik qrupda icra etdiyi funksional vəzifələrin vəzifə öhdəlikləri arasındakı müəyyən fərqlərə baxmayaraq, iş şəraitləri eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərin təsirinə məruz qalırlar. “ADY Ekspress" MMC-nin xx.xx.2019-ci il tarixində təsdiq olunmuş yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar, vəzifə adının dəyişdirilməsi nəticəsində "X14 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının rəhbər mexaniki" vəzifəsi "X14 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki" kimi adlandırılmışdır. Hər iki ad eyni vəzifəyə aiddir. "Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki və mexaniki" vəzifələri üzrə iş öhdəlikləri müvafiq vəzifə təlimatı ilə tənzimlənir (Hər iki vəzifənin təlimatları əlavə edilir). "Refrijerator seksiyasının böyük mexaniki" və "Refrijerator seksiyalarının mexaniki" vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər iki vəzifələrin iş şəraitləri eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni amillərə məruz qalırlar.

46. Eyni zamanda, iş materiallarında olan “X14 refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin mexaniki”nin vəzifə təlimatının 6- 7,9,14-cü bəndləri ilə “X14 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki”nin vəzifə təlimatının 7,12,16-cı bəndlərini müqayisəli təhlil etdikdə müəyyən olunur ki, onların (mexanik və böyük mexanik) icra etdiyi funksional vəzifə (iş) demək olar ki, eynilik təşkil edir, hətta mexanikə münasibətdə böyük mexanik daha məsuliyyətli vəzifəni icra edir. Həmçinin, təlimata görə böyük mexanikin idarəçilik üzrə heç bir vəzifəsi yoxdur, yalnız funksional vəzifələri vardır.

47. Digər tərəfdən, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Refrijerator seksiya briqadalarının ezamiyyətdə olduqları vaxtda iş qrafiki və Refrijerator seksiyalarda işlənən gecə növbəsinin tabelindən müəyyən olunur ki, mexanik Ə.M.Namazəliyev ilə birlikdə böyük mexanik İddiaçı da gecə, gündüz və axşam növbəsində olmuşdur.

48. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.

49. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Yeni Ələt X2 Refrijerator seksiyasının dublyor mexaniki vəzifəsində, xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixədək Refrijerator seksiyasının (rəhbər) mexaniki vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Şərq X3 seksiyasının rəhbər mexaniki vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək "xxxx" MMC-nin X14 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək X14 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının böyük mexaniki vəzifəsində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000—23598)” peşəsinə uyğundur.

50. İddiaçının həmin peşələrdə işlədiyi müddət isə tələb olunan 12 il 6 ay müddətdən çoxdur.

51. Göründüyü kimi, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir.

52. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

53. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

54. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

55. Məhkəmə onu da qeyd edir ki, iddiaçının pensiya hüququ xx.xx.2022-ci il tarixdən yarandığından həmin dövrdə pensiya təyinatı üçün digər şərtlərlə yanaşı minimum pensiya kapitalının toplanması ilə bağlı tələb olsa da, iddiaçı iddia tələbində xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etdiyindən iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı araşdırılmamışdır. Eyni zamanda, cavabdeh inzibati orqan da bu xüsusatı mübahisələndirməmiş, bu barədə mübahisə açmamışdır.

56. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.

57. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

58. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

59. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar