Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1699/2025 30.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “onun barəsində tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 07 nömrəli “ölüm haqqında” akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində Cavabdehndə xx.xx.1965-ci ildə 07 nömrə ilə qeydə alınmış ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, doğum haqqında şəhadətnamələrdən görünür ki, o, xx xxxxxx 1965-ci ildə Ağdam rayonu, Tağıbəyli kəndində anadan olmuşdur. Onunla eyni gündə və eyni tarixdə əkiz bacısı doğulmuşdur. Bacısının adı Səkinə, iddiaçının adı isə Zeynəbdir. Onun əkiz bacısı Səkinə xx.xx.1965-ci ildə vəfat etmişdir. Hazırda iddiaçı Ağdam rayonu, Təzəkənd qəsəbəsində yerləşən 106 nömrəli tam məktəbdə sinif müəllimi işləyir. Fəaliyyəti və əmək haqqı “SİMA” deyilən sistem vasitəsilə nizama salınır. “SİMA” sisteminə daxil olmaq üçün şəxsin sifət quruluşu sistemə daxil edilməlidir. İddiaçı siması ilə sistemə daxil olarkən sistem qəbul etməmişdir. Məlum olmuşdur ki, şəxsiyyət vəsiqəsinin vaxtı keçdiyi üçün sistem məlumatları qəbul etmir. O, yeni şəxsiyyət vəsiqəsi almaq üçün ASAN Xidmətə müraciət etdikdə məlum olmuşdur ki, sistemdə adı ölmüş şəxs kimi qeydə alındığı üçün aidiyyəti üzrə Qeydiyyat Şöbəsinə müraciət etməlidir. Belə olan halda o, Cavabdehnə müraciət etmiş, yoxlama zamanı məlum olmuşdur ki, Cavabdeh tərəfindən onun adına səhvən xx.xx.1965-ci il tarixli, 07 nömrəli Ölüm haqqında aktı qeydi tərtib edilmişdir. O, hazırda yaşadığı üçün barəsində olan ölüm haqqında akt qeydin ləğv edilməsini Qeydiyyat Şöbəsindən tələb etmiş, Qeydiyyat şöbəsi isə xx.xx.2024-cü il tarixli müraciətə cavab olaraq ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün əsaslar olmadığından ölümün ləğv edilməsi onların səlahiyyətinə aid edilmədiyini bildirərək məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İddiaçı Cavabdeh bu imtinasını əsassız hesab edir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktubda iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. İşin halları xx.xx.1965-ci il tarixli, АЭ ******* №-li Doğum haqqında Şəhadətnamə “X7”na məxsusdur, xx.xx.1965-ci ildə Ağdam rayonu, Tağıbəyli kəndində doğulmuş, atası qrafasında “X9”, anası qrafasında “X2” qeyd edilmişdir. xx.xx.1965-ci il tarixli, АЭ ******* №-li Doğum haqqında Şəhadətnamə “X8”na məxsusdur, xx.xx.1965-ci ildə Ağdam rayonu, Tağıbəyli kəndində doğulmuş, atası qrafasında “X9”, anası qrafasında “X2” qeyd edilmişdir. xx.xx.1986-cı il tarixli, ЭТ 027883 №-li diplom X3 məxsusdur. xx.xx.1988-ci il tarixli İV-ЖТ 437153 №-li nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X6 ilə İddiaçı xx.xx.1988-ci il tarixdə nikahı bağlanılmış, ərə Mürşüdov, arvada Süleymanova soyadı verilmişdir. xx.xx.2015-ci il tarixli fərdi uçot kartoçkasından görünür ki, hazırlanmış şəxsiyyət vəsiqəsinin sahibi xx.xx.1965-ci ildə Ağdam rayonu, Tağıbəyli kəndində doğulmuş “İddiaçı”dır. Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1965-ci ildə 07 nömrə ilə Cavabdehndə ölüm haqqında akt qeydinə əsasən ölümü qeydə alınmış İddiaçı ölüm akt qeydinin ləğv edilməsinə əsas verən zəruri sənədlər (məhkəmə qətnaməsi və.s) təqdim edə bilmədiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq, Cavabdeh birbaşa səlahiyyətinə aid deyil. Cavabdeh xx.xx.2025-ci il tarixli arayından görünür ki, X8 xx.xx.1965-ci ildə Ağdam rayonu, Tağıbəyli kəndində anadan olmuş, bu barədə xx.xx.1965-ci il tarixdə Ağdam rayon Güllücə İ/n-də 05 №-li doğum haqqında akt qeydi qərtib olunmuşdur. Atası milliyətcə azərbaycanlı X9, anası milliyətcə azərbaycanlı X1r. Cavabdeh xx.xx.2025-ci il tarixli arayından görünür ki, X7 xx.xx.1965-ci ildə Ağdam rayonu, Tağıbəyli kəndində anadan olmuş, bu barədə xx.xx.1965-ci il tarixdə Ağdam rayon Güllücə İ/n-də 06 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası milliyətcə azərbaycanlı X9, anası milliyətcə azərbaycanlı X1r. Cavabdeh xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X7 xx.xx.1965-ci ildə ölmüşdür. Ölüm haqqında xx.xx.1965-ci ildə 07 №-li akt qeydi tərtib olunmuşdur. Ölümün qeydə alındığı yer: Ağdam rayon Güllücə İ/N Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 163. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar İİİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi qaydası
23. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
26. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Qeydiyyat şöbələri və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) tələb edə bilər.
27. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi məsələsinə bu əsas müddəaların 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş müddətdə baxılır.
28. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən onun qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində müvafiq qeyd aparılır, akt qeydinin digər nüsxəsinin də üzərində müvafiq qeydin aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Ləğv edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir.
29. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi barəsində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin toplanmış bütün materialları birlikdə icra üçün müvafiq akt qeydinin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.
30. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi məsələsi bu əsas müddəaların 10-cu, 11-ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir. Qeyd. Bu əsas müddəalara uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpasına və ləğv olunmasına əsas verən sənədlərin (ləğv edilməli şəhadətnamələr istisna olmaqla) X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Bu sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan xx.xx.1965-ci il tarixli, АЭ ******* №-li Doğum haqqında Şəhadətnamədən görünür ki, “X7” xx.xx.1965-ci ildə Ağdam rayonu, Tağıbəyli kəndində doğulmuş, atası qrafasında “X9”, anası qrafasında “X2” qeyd edilmişdir. xx.xx.1965-ci il tarixli, АЭ ******* №-li Doğum haqqında Şəhadətnaməyə əsasən, “X8” xx.xx.1965-ci ildə Ağdam rayonu, Tağıbəyli kəndində doğulmuş, atası qrafasında “X9”, anası qrafasında “X2” qeyd edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X7 xx.xx.1965-ci ildə ölmüşdür. Ölüm haqqında xx.xx.1965-ci ildə 07 №-li akt qeydi tərtib olunmuşdur. İddiaçı hazırkı iddia tələbi ilə onun barəsində tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 07 nömrəli “ölüm haqqında” akt qeydinin ləğv edilməsini xahiş edir. İddiaçı tələbinin əsası kimi qeyd edir ki, o və əkiz bacısı Səkinə xx xxxxxx 1965-ci ildə Ağdam rayonu, Tağıbəyli kəndində anadan olmuşlar. Onun əkiz bacısı Səkinə xx.xx.1965-ci ildə vəfat etmişdir. Lakin ölüm haqqında akt qeydi onun barəsində tərtib edilmişdir. Hazırda onun barəsində ölüm haqqında akt qeydinin mövcudluğu ona bir çox problemlər yaradır. İş materiallarında olan xx.xx.1986-cı il tarixli, ЭТ 027883 №-li diplom X3 məxsusdur. xx.xx.1988-ci il tarixli İV-ЖТ 437153 №-li nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X6 ilə İddiaçı xx.xx.1988-ci il tarixdə nikahı bağlanılmış, ərə Mürşüdov, arvada Süleymanova soyadı verilmişdir. Həmçinin xx.xx.2015-ci il tarixli fərdi uçot kartoçkasından görünür ki, hazırlanmış şəxsiyyət vəsiqəsinin sahibi xx.xx.1965-ci ildə Ağdam rayonu, Tağıbəyli kəndində doğulmuş “İddiaçı”dır. Qeyd olunan sənədlərdən müəyyən olunur ki, xx.xx.1965-ci ildə Ağdam rayonu, Tağıbəyli kəndində doğulmuş İddiaçı barəsində olan həmin sənədlər xx.xx.1965-ci il tarixdən sonraya aid olan sənədlərdir. Bu hal isə onu təsdiq edir ki, İddiaçı ölməmiş və onun barəsində səhvən ölüm haqqında akt qeydi tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, xx xxxxxx 1965-ci il tarixdə Ağdam rayonu, Tağıbəyli kəndində doğulmuş İddiaçı sağ olmasına baxmayaraq onun barəsində xx.xx.1965-ci il tarixli, 07 nömrəli “ölüm haqqında” akt qeydi tərtib edilmişdir. Bu hal isə iddiaçının bir çox hüquqlarının həyata keçirilməsinə maneə törədir. Ona görə də, məhkəmə hesab edir ki, həmin akt qeydi ləğv edilməlidir. Yuxarıda qeyd olunan qanunvericlik normalarına əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır. Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx xxxxxx 1965-ci il tarixdə doğulmuş İddiaçı barəsində tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 07 nömrəli “ölüm haqqında” akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. xx xxxxxx 1965-ci il tarixdə Ağdam rayonu, Tağıbəyli kəndində doğulmuş İddiaçı barəsində tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 07 nömrəli “ölüm haqqında” akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva