Məhkəmə qərarları › İş №2-1(114)-17/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-17/2021

16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-17/2021 16.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi və qeyriləri) qarşı sərəncamların ləğvi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: AN-İ ******* nömrəli 09.04.2012-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 21.05.2011-ci il qeydiyyat tarixli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 06.04.2012-ci il tarixli 1448 nömrəli arayışa əsasən Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.0 ha torpaq sahəsini İddiaçı satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02.05.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiqlənmiş surətindən məlum olur ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən məqsədli istifadə növü sahibkarlıq olan 1.0 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. AA 009670 nömrəli, 02.05.2012-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinin cizgiləri və koordinatları göstərilmişdir. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 10.05.2012-ci il tarixli 153 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400.0 kv.m olan 49 nömrəli sahəsində X11 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 10.05.2012-ci il tarixli 162 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, H.Məmmədquluzadə küçəsinin cənub tərəfindən yerləşən 0,3 ha torpaq sahəsində X20 tərəfindən inşa ediləcək avtomobil dayanacağı və təmiri məntəqəsinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27.06.2012-ci il tarixli 327 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 200.0 kv.m olan 57 nömrəli sahəsində X14 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27.06.2012-ci il tarixli 329 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400.0 kv.m olan 61 nömrəli sahəsində X31 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27.06.2012-ci il tarixli 332 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan 54 nömrəli sahəsində X32 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27.06.2012-ci il tarixli 334 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400.0 kv.m olan 66 nömrəli sahəsində X8 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27.06.2012-ci il tarixli 338 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan 50 nömrəli sahəsində X28 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 06.04.2018-ci il tarixli 149 nömrəli sərəncamından görünür ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 31.01.2013-cü il tarixli 61 nömrəli sərəncamı ilə verilmiş icazə əsasında Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan 51 nömrəli sahəsində yerləşən fərdi yaşayış evinin (layihələndirilməsini) genişləndirmək üçün X5 həmin torpaq sahəsinə əlavə 80,0 kv.m torpaq sahəsi təhkim olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin sərəncamı əsasında Gəncə şəhər İcra Hakimiyyətinin 11.03.2020-ci il tarixli 03/227 nömrəli məktubu ilə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 10 may 2012-ci il 149 nömrəli; 10 may 2012-ci il tarixli 153 nömrəli; 10 may 2012-ci il tarixli 162 nömrəli; 27 iyun 2012-ci il tarixli 327 nömrəli; 27 iyun 2012-ci il tarixli 329 nömrəli; 27 iyun 2012-ci il tarixli 332 nömrəli; 27 iyun tarixli 334 nömrəli; 27 iyun 2012-ci il tarixli 338 nömrəli sərəncamlarına əsasən X17, X6, X15, X9, X21, X22, X2 və X18 Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisindən fərdi yaşayış evlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmiş torpaq sahələrinin planda təsviri təqdim edilmişdir. İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X11, X23, X14, X31, X19, X8, X28, X12, Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 10 may 2012-ci il tarixli 153 nömrəli, 10 may 2012-ci il tarixli 162 nömrəli, 27 iyun 2012-ci il tarixli 327 nömrəli, 27 iyun 2012-ci il tarixli 329 nömrəli, 27 iyun 2017-ci il tarixli 332 nömrəli, 27 iyun 2012-ci il tarixli 334 nömrəli, 27 iyun 2012-ci il tarixli 338 nömrəli, 06 aprel 2012-ci il tarixli 149 nömrəli sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində X5 əlavə 80,0 kv.m torpaq sahəsinin təhkim olunması haqqında Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 149 nömrəli, 06.04.2018-ci il tarixli sərəncamının tarixinin texniki səhv olaraq 06.04.2012-ci il kimi qeyd edildiyini bildirmiş, qeyd olunan sərəncamın tarixinin 06.04.2018-ci il kimi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisində yerləşən 1,0 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin torpaq səhəsi onun mülkiyyətinə keçən zaman Göygöl rayonu Quşqara kənd inzibati ərazi dairəsinin tərkibində yerləşdiyindən Çıxarışda torpağın ünvanı ünvan 1cə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” 21 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3.5-ci bəndinə əsasən Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir. Gəncə şəhəri ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə mənə məxsus olan qeyd etdiyi 1,0 ha torpaq sahəsində Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının qanunsuz sərəncamları ilə ayrı-ayrı vətəndaşların adına fərdi yaşayış evlərinin verləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmiş və orada həmin şəxslər tərəfindən tikinti işləri aparılmışdır. İlk olaraq əldə etdikləri Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin 7 ədəd qanunsuz sərəncamı ilə bağlı tərəfindən inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət olunmuş və həmin sərəncamlar məhkəmə qaydasında ləğv edilmişdir. Həmin məhkəmə prosesindən sonra daha 8 ədəd qanunsuz sərəncam tərəfindən əldə edilmiş və müəyyən edilmişdir ki, həmin sərəncamlar əsasında sərəncamlarda adları qeyd edilən şəxslər tərəfindən onun torpaq sahəsində qanunsuz olaraq fərdi yaşayış evləri və sahibkarlıq obyektləri inşa edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X16 əvvəlki məhkəmə iclasında izahatında bildirmişdir ki, həqiqətən də, Gəncə şəhəri ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan 1,0 ha torpaq sahəsində Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının sərəncamları ilə ayrı-ayrı vətəndaşların adına fərdi yaşayış evlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmiş və orada həmin şəxslər tərəfindən tikinti işləri aparılmışdır. Hazırki sərəncamlar üzrə məhz hansı evlərin iddiaçının mülkiyyətində olan torpaqla üst-üstə düşməsi barədə məlumat yoxdur. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X10 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* nömrəli çıxarışa əsasən Gəncə şəhəri Nizami rayon ərazisində yerləşən 1.0 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, hazırki sərəncamların müəyyən hissəsi iddiaçının mülkiyyətində olan torpaqla üst-üstə düşür. Üçüncü şəxs X11 əvvəlki məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İddiaçıya, cavabdehə və digər üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma şöbəsinə, X18, X5, X15, X9, X21, X13 və X3 hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş üzrə tərəflərin və üçüncü şəxslərin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmış, məhkəmədən cavabdeh inzibati orqanın 10 may 2012-ci il tarixli 153 nömrəli, 10 may 2012-ci il tarixli 162 nömrəli, 27 iyun 2012-ci il tarixli 327 nömrəli, 27 iyun 2012-ci il tarixli 329 nömrəli, 27 iyun 2017-ci il tarixli 332 nömrəli, 27 iyun 2012-ci il tarixli 334 nömrəli, 27 iyun 2012-ci il tarixli 338 nömrəli, 06 aprel 2018-ci il tarixli 149 nömrəli sərəncamlarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuş, iddiaçı tərəfindən iddia müddəti də ötürülməmişdir. Belə ki, mübahisələndirilən inzibati aktlardan məlum olur ki, həmin aktda mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamış, inzibati aktın iddiaçıya rəsmi qaydada verilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilmə haqqında iddiası mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da qismən əsaslıdır. Belə ki, işin faktiki hallarından görünür ki, X7 AN-İ ******* nömrəli 09.04.2012-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.0 ha torpaq sahəsini İddiaçı satmışdır. Bundan sonra, həmin torpaq sahəsinə dair İddiaçı adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02.05.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş, həmçinin həmin torpaq sahəsinə dair iddiaçının adına AA 009670 nömrəli, 02.05.2012-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənib hazırlanmışdır. “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” 21.12.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən Quşqara kənd inzibati ərazi dairəsi tərkibindəki Quşqara kəndinin ərazisindən 450,24 ha (bundan dövlət mülkiyyətində olan 270,53 ha, bələdiyyə mülkiyyətində olan 151,87 ha və xüsusi mülkiyyətdə olan 27,84 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir. Beləliklə, İddiaçı xüsusi mülkiyyətində olan 1.0 ha torpaq sahəsinin yerləşdiyi inzibati ərazi Göygöl rayonu, Quşqara kəndindən Gəncə şəhəri, Nizami rayonuna dəyişdirilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının mübahisələndirdiyi sərəncamlar əsasında iddiaçıya məxsus torpaq sahəsinin müəyyən hissəsində üçüncü şəxslər X18, X5, X15, X9, X21, X13, X3 və X6 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında sərəncamlar verilmişdir. Belə ki, məhkəmənin qərardadı ilə təyin olunmuş mütəxəssis baxışının nəticələrinə dair tərtib olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 28.07.2020ci il tarixli **********98 nömrəli məktubundan və "xxxx" MMC-nin Gəncə Layihə-Tədqiqat İdarəsinin 04.03.2021-ci il tarixli 23 nömrəli mütəxəssis rəyindən görünür ki, Gəncə şəhər, Nizami rayon İcra Hakimiyyəti tərəfindən 10.05.2012-ci il tarixli 153 saylı sərəncamla başqa şəxsə verilmiş torpaq sahəsinin bir hissəsi - 0.0194 ha hissəsi, 10.05.2012-ci il tarixli 162 saylı sərəncamla başqa şəxsə verilmiş torpaq sahəsinin bir hissəsi - 0.0995 ha hissəsi, 27.06.2012-ci il tarixli 327 saylı sərəncamla başqa şəxsə verilmiş torpaq sahəsinin hamısı - 0.037 ha hissəsi, 27.06.2012-cı il tarixli 329 saylı sərəncamla başqa şəxsə verilmiş torpaq sahəsinin hamısı - 0.025 ha hissəsi, 27.06.2017-ci il tarixli 332 saylı sərəncamla başqa şəxsə verilmiş torpaq sahəsinin bir hissəsi - 0.0456 ha hissəsi, 27.06.2012-ci il tarixli 338 saylı sərəncamla başqa şəxsə verilmiş torpaq sahəsinin bir hissəsi - 0.0374 ha hissəsi, 27.06.2012-ci il tarixli 334 saylı sərəncamla başqa şəxsə verilmiş torpaq sahəsinin bir hissəsi - 0.0591 ha hissəsi Ərazi İdarəsinin elektron xəritə materiallarına əsasən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” (keçmiş Göygöl rayonu, Quşqara kəndi) ərazisində yerləşən 1.0 ha torpaq sahəsi ilə üst-üstə düşür. X4 faktiki istifadəsində olan 0,0666 ha (6 sot 66 kv.m) torpaq sahəsinin 0,00605 ha (60.5 kv.m) hissəsi İddiaçı mülkiyyətində olan 1.0 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə hesab edir ki, ilk növbədə iddianın faktik əsaslarının təhlili, konkret olaraq iddiaçının mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olub-olmamasının araşdırılması zəruridir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Bu baxımdan araşdırma aparıldıqda görünür ki, mübahisələndirilən torpaq sahəsi AN-İ ******* nömrəli 09.04.2012-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında iddiaçı tərəfindən alınmışdır və həmin torpaq sahəsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02.05.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ və İV hissələrində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 20.03.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, icazə verilmir. Məhkəmə iş materialları ilə qeyd olunan hüquq normalarının tələblərini müqayisəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, cavabdeh Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən üçüncü şəxslərə fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında mübahisələndirilən sərəncamların verilməsi əsassız olmuş, iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən sərəncamların məzmununa əsasən üçüncü şəxslərə fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilən torpaq sahələri Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, «Əriklik bağı» ərazisinin müxtəlif hissələrində yerləşir və həmin şəxslərin heç birinin torpaq sahəsinə dair qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş hüquqmüəyyənedici sənədi yoxdur. Cavabdeh hüquqi statusu qanunauyğun müəyyən olunmayan torpaq sahələrində tikinti inşa edilməsinə icazə vermişdir. Məhkəmənin qərardadı ilə təyin olunmuş mütəxəssis baxışı zamanı mübahisələndirilən torpaq sahələrinin yerləşdiyi ərazi cavabdehin əməkdaşları tərəfindən mütəxəssislərə göstərilmiş və naturada sözügedən torpaq sahələrinin koordinatları məlum olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda da Gəncə şəhəri ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan 1,0 ha torpaq sahəsində Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının sərəncamları ilə ayrıayrı vətəndaşların adına fərdi yaşayış evlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verildiyini bildirmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və üçüncü şəxslərin həmin torpaq sahəsinə hər hansı hüquqları yoxdur. Lakin cavabdeh orqan tərəfindən bunlar nəzərə alınmamış və əsassız olaraq üçüncü şəxslərə fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında sərəncamlar verilmişdir. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 10.05.2012-ci il tarixli 153 nömrəli sərəncamı ilə X6 verilmiş Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400.0 kv.m olan 49 nömrəli sahənin 0.0194 ha hissəsi, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 10.05.2012-ci il tarixli 162 nömrəli sərəncamı ilə X15 verilmiş Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, H.Məmmədquluzadə küçəsinin cənub tərəfindən yerləşən 0,3 ha (300,0 kv.m) torpaq sahəsinin 0.0995 ha hissəsi, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27.06.2012-ci il tarixli 327 nömrəli sərəncamı ilə X9 verilmiş Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 200.0 kv.m olan 57 nömrəli sahənin hamısı, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27.06.2012-ci il tarixli 329 nömrəli sərəncamı ilə X21 verilmiş Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400.0 kv.m olan 61 nömrəli sahəsinin 0.025 ha hissəsi, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27.06.2012-ci il tarixli 332 nömrəli sərəncamı ilə X22 verilmiş Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan 54 nömrəli sahəsinin 0.0456 ha hissəsi, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27.06.2012-ci il tarixli 334 nömrəli sərəncamı ilə X2 verilmiş Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400.0 kv.m olan 66 nömrəli sahəsinin hamısı, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27.06.2012-ci il tarixli 338 nömrəli sərəncamı ilə X18 verilmiş Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan 50 nömrəli sahəsinin 0.0374 ha hissəsi, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 06.04.2018-ci il tarixli 149 nömrəli sərəncamı ilə X5 Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 31.01.2013-cü il tarixli 61 nömrəli sərəncamı ilə nəzərdə tutulmuş torpaq sahəsinə əlavə verilmiş 80,0 kv.m torpaq sahəsinin 0,00605 ha (60.5 kv.m) hissəsi İddiaçı mülkiyyətində olan olan Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” (keçmiş Göygöl rayonu, Quşqara kəndi) ərazisində yerləşən 1.0 ha torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 10.05.2012-ci il tarixli 153 nömrəli, 10.05.2012-ci il tarixli 162 nömrəli, 27.06.2012-ci il tarixli 329 nömrəli, 27.06.2012-ci il tarixli 332 nömrəli, 27.06.2012-ci il tarixli 338 nömrəli, 06.04.2018-ci il tarixli 149 nömrəli sərəncamları qismən, 27.06.2012-ci il tarixli 327 nömrəli və 27.06.2012-ci il tarixli 334 nömrəli sərəncamlar isə tam ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 10.05.2012-ci il tarixli, 153 nömrəli sərəncamı 0.0194 ha hissədə, 10.05.2012-ci il tarixli, 162 nömrəli sərəncamı 0.0995 ha hissədə, 27.06.2012-ci il tarixli, 329 nömrəli sərəncamı 0,025 ha hissədə, 27.06.2012-ci il tarixli, 332 nömrəli sərəncamı 0.0456 ha hissədə, 27.06.2012-ci il tarixli, 338 nömrəli sərəncamı 0.0374 ha hissədə, 06.04.2018-ci il tarixli, 149 nömrəli sərəncamı 0.00605 ha hissədə qismən, 27.06.2012-ci il tarixli, 334 nömrəli və 27.06.2012-ci il tarixli, 327 nömrəli sərəncamları tam ləğv edilsin. İş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 95 (doxsan beş) manat xərc cavabdehdən alınaraq müxbir hesab AZ37NABZ********************, SWİFT:AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar