Məhkəmə qərarları › İş №2-1(114)-17/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-17/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-17/2022 29.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər “X6” MMC, Ağstafa rayon Pirili bələdiyyəsi və Ağstafa Rayon İcra Hakimiyyəti) daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçıcavabdeh DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq “X6” MMC-yə verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli RX ******* saylı və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli RX ******* saylı ümumilikdə 40 hektar torpaq sahəsinə verilmiş çıxarışların bütövlükdə ləğv edilməsini və hazırda Ağstafa rayonu Pirili kəndi ərazisində icarə müqaviləsi əsasında istifadəsində olan 7 hektar torpaq sahəsi üçün hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ağstafa rayonu Pirili kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı ilə iddiaçıya Ağstafa rayonu Pirili kəndi ərazisindən 25 il müddətinə 7 ha torpaq sahəsi icarəyə verilmişdir. Eyni tarixdə tərəflər arasında buna müvafiq müqavilə imzalanmışdır. Həmin torpaq sahəsi hazırda iddiaçının istifadəsindədir. Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli sərəncamı ilə iddiaçının istifadəsinə yaxın olan ərazidən "xxxx" MMC-yə 15 il müddətinə ayrılıqda 10 ha və 30 ha sahələri ayrılmışdır. Eyni tarixli tərəflər arasında icarə müqavilələri bağlanılmışdır. Sonralar "xxxx" MMC müvafiq dəyişiklik nəticəsində ümumiyyətlə ləğv olunur və ümuilikdə onların hüquqi varisi kimi, Akkord Sənaye Tikinti İnvestisiya Korparasiyası olmuşdur. Amma bir müddət sonra isə "X7" MMC ortaya çıxır və "xxxx" MMC-yə 15 il müddətinə ayrılmış 10 ha və 30 ha torpaq sahələrini özününkü kimi tanıdaraq, qanunsuz yolla DƏDRX- nin 15 saylı Tovuz Ərazi ldarəsindən xx.xx.2019-cu il tarixli **********-N2-li qeydiyyat tarixli RX1414944 saylı çıxarışla 30 ha torpaq sahəsinə və xx.xx.2019-cu il tarixli **********-N-li qeydiyyat tarixli RX ******* saylı çıxarışla 10 ha torpaq sahəsi olmaqla ümumilikdə 40 ha torpaq sahəsinə qanunsuz çıxarışlar alınmasına nail olmuşdur. DƏDRX-i tərəfindən həmin qanunsuz çıxarışlar verilərkən ona məxsus Ağstafa rayonu Pirili kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı ilə ona Ağstafa rayonu Pirili kəndi ərazisindən 25 il müddətinə 7 ha torpaq icarəyə verilmiş torpaq sahəsidə həmin çıxarışlara daxil olan torpaqlara aid edilmişdir. Həmin 7 hektar torpaq sahəsinin istifadəçisi hələdə iddiaçıdır və icraə müqaviləsinin müddətinədə uzun illər vardır. Bundan başqa həmin torpaq sahəsi üçün o hər il müvafiq vergiləri və rüsumları ödəyir. O istifadəsində və icarəsində olan 7 ha torpaq sahəsi üçün hüquqlarının reyesterdə qeydə alınmasını rəsmiləşdirmək istəyəndə DƏDRX-i tərəfindən bildirilmişdir ki, həmin torpağın kordinatları, yəni ölçüləri "xxxx" MMCnin çıxarışlarında göstərilir. Baxmayaraq ki, 30 ha və 10 ha torpaq sahələri "xxxx" MMC-yə 15 il müddətinə icarə müqaviləsi əsasında verilmişdir. DƏDRX-nin bu qanunsuzluqlardan sonra hətta 13 oktyabr 2015-ci ildə "X6" MMC-nin direktoru Hikmət Qəribov tərəfindən DƏDRX-nə məktubla müraciət olunur ki, bizə icarəyə verilmiş və icarə hüququ DƏDRX-də qeydiyyata alınmış çıxarışların kordinatlarının, digər icarə torpaq sahələri ilə üst-üstə düşməsi bildirilir və düzəliş edilməsi xahiş edilsədə DƏDRX-i tərəfindən hərəkətsizlik nümayiş etdirilir və iddiaçının da 7 hektar icarəsində olan torpaq sahəsinə DƏDRX-də qeydə alınmasından imtina olunur. Çox gülünc hal isə odur ki, müvafiq orqan verdiyi sənədlərdəki səhvləri aradan qaldırmamış və ya düzltməmişdir. Hazırda hər iki icarə müqaviləsi və Ağstafa Rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli 285 və 286 nömrəli sərancamları qüvvədə olmaqla həmin 10 ha və 30 ha torpaq sahələri umumilkdə "xxxx" MMC-yə məxsus olmuşdur. Daha sonra isə xx.xx.2011-ci il tarixdə isə "xxxx" MMC ləğv olunaraq "xxxx" MMC-yə qoşulmuşdur. Göründüyü kimi, həmin 30 və 10 hektar torpaq sahələrinin icarə müqaviləsi əsasında sahibləri qalır qıraqda, DƏDRX-i isə çıxarışları, iddiaçının 7 hektar sahəsinin koordinatları ilə qarışdıraraq, 2 ədəd sözü gedən çıxarışlarla "X6" MMC-yə verərək onun hüquqlarını pozmuş və özü-özlüyündə də neçə hüquq pozuntuları yaratmışdır. Ona görədə hesab edir ki, DƏDRX-i tərəfindən qanunsuz olaraq "X6" MMC-yə verilmiş çıxarışlar bütövlükdə ləğv edilməlidir və torpaq sahələri yenidən qanuna uyğun şəkildə ölçülməli və daha sonra çıxarışlar verilməlidir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Ağstafa rayon Pirili bələdiyyəsi, xx.xx.2021-ci il qərardadı ilə Ağstafa Rayon İcra Hakimiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişddir. İddiaçının vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, çıxarışların verilməsinə əsas olmuş sərəncamlar ləğv olunub, 15 ha və 10 ha torpaq sahəsinin verilməsinə dair sərəncamla torpaqlar "xxxx" MMC-yə verilib, lakin əsassız olaraq qeydiyyat düzgün aparılmamış və iddiaçıya məxsus ərazi üçüncü şəxsin çıxarışında olan koordinatlarla eyni işlənilmişdir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisələndirilən çıxarışlar qanuni əsaslarla verilmişdir, ləğv edilməsi üçün əsas yoxdur. “X6” MMC-nin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli sərəcamı ilə "xxxx" MMC-yə 15 il müddətinə ayrılıqda 10 ha və 30 ha torpaq sahələri ayrılmışdır. Eyni tarixli tərəflər arasında icarə müqavilələri bağlanılmışdır. Sonralar “X5” MMC müvafiq dəyişiklik nəticəsində ləğv olunaraq onların hüquqi varisi kimi Akkord Sənaye Tikinti İnvestisiya Korparasiyası olmuşdur. “X6” MMC-nin hüququ dövlət tərəfindən qeydə alınaraq 10 ha və 30 ha torpaq sahələri DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsindən xx.xx.2019-cu il tarixli ********** nömrəli qeydiyyat tarixli RX ******* saylı çıxarışla 30 ha torpaq sahəsinə və xx.xx.2019-cu il tarixli ********** nömrəli qeydiyyat tarixli RX ******* saylı çıxarışla 10 ha torpaq sahəsi olmaqla ümumilikdə 40 ha torpaq sahəsinə çıxarışlar verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Ağstafa rayonu Pirili kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarından görünür ki, bələdiyyə mülkiyyətində olan 7 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi sahibkarlıq məqsədilə 25 il müddətinə İddiaçı icarəsinə verilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli Torpaq icarə müqaviləsindən görünür ki, Ağstafa rayonu Pirili kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı əsasında 7 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi sahibkarlıq məqsədilə 25 il müddətinə İddiaçı icarəyə verilmişdir. -surəti işə əlavə edilmiş Ağstafa rayonu Pirili bələdiyyəsinin yerquruluşu planından çıxarışda İddiaçı sahibkarlıq məqsədilə ayrılması nəzərdə tutulan 7 ha torpaq sahəsinin yerləşmə yeri əks olunmuşdur. -surəti işə əlavə edilmiş Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 285 saylı sərəncamından görünür ki, X9 karxanası ərazisindən 15 ha, Ağstafaçay deltasından 10 ha torpaq sahəsi 15 il müddətinə "xxxx" MMC-nin icarəsinə verilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 286 saylı sərəncamından görünür ki, X9 karxanası ərazisindən 30 ha torpaq sahəsi 15 il müddətinə "xxxx" MMC-nin icarəsinə verilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2010-cu il tarixli 59/10 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 285 saylı sərəncamı əsasında 25 ha torpaq sahəsi 15 il müddətinə "xxxx" MMC-yə icarəyə verilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2010-cu il tarixli 60/10 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 286 saylı sərəncamı əsasında 30 ha torpaq sahəsi 15 il müddətinə "xxxx" MMC-yə icarəyə verilmişdir. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Ağstafa rayonu, Ağstafaçay deltasında yerləşən 30 ha torpaq sahəsi üzərində "xxxx" ASC-nin icarə hüququ dövlət qeydiyyatına alınmışdır. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Ağstafa rayonu, Ağstafaçay deltasında yerləşən 10 ha torpaq sahəsi üzərində "xxxx" ASC-nin icarə hüququ dövlət qeydiyyatına alınmışdır. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Ağstafa rayonu, Ağstafaçay deltasında yerləşən 10 ha torpaq sahəsi üzərində “X6” MMC-nin icarə hüququ dövlət qeydiyyatına alınmışdır. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Ağstafa rayonu, Ağstafaçay deltasında yerləşən 30 ha torpaq sahəsi üzərində “X6” MMC-nin icarə hüququ dövlət qeydiyyatına alınmışdır. -surəti işə əlavə edilmiş Ağstafa Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 476/g-8 nömrəli məktubundan görünür ki, Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 285 və 286 nömrəli sərəncamları qüvvədə olmaqla icarə müqaviləsinə xitam verilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********42 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Dövlət vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X2 İdarəsinin xx.xx.2021ci il tarixli məktubundan görünür ki, “X6” MMC "xxxx" ASC-nin hüquqi varisidir. -"xxxx" MMC-nin Tovuz Layihə Tədqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli 1/M-124 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsi Pirili kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən dövlət mülkiyyətinə aid olan Qum-çınqıl karxanasının ərazisinin daxilində yerləşir. -Ağstafa Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 962/g-4 nömrəli məktubunda bildirilir ki, Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 285 və 286 nömrəli sərəncamları ilə "xxxx" ASC-yə verilmiş torpaq sahələrinin yerləşmə yerini-koordinatlarını müəyyən edən sənədlərə dair Ağstafa Rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə qismən əsaslıdır. İş materialları ilə müəyyən olunur ki, Ağstafa rayonu Pirili kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı əsasında 7 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi sahibkarlıq məqsədilə 25 il müddətinə iddiaçının icarəsinə verilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq istəsə də, cavabdeh orqan Ağstafa rayonu, Ağstafaçay deltasında yerləşən 30 ha və 10 ha torpaq sahələri üzərində “X6” MMC-nin icarə hüququnun RX ******* və RX ******* blank nömrəli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlarla dövlət qeydiyyatına alınması səbəbindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -16.1-ci maddəsində qeyd olunmuşdur ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Mübahisələndirilən çıxarışların verilməsinə əsas olmuş sənədlərdən görünür ki, sözügedən çıxarışlar Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 285 və 286 nömrəli sərəncamları əsasında verilmişdir. Qeyd edilən sərəncamların məzmunundan görünür ki, icarəyə verilən sahələr qum-çınqıl karxanasıdır. Həmin sahələr icarəyə verilərkən qüvvədə olmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də rayon icra hakimiyyətinə qum-çınqıl istehsalı sahələrinin icarəyə verilməsi səlahiyyəti verilməmişdir. Bundan əlavə qeyd edilən sərəcamlarla icarəyə verilməsi nəzərdə tutulan sahənin koordinatlarını (sərhədlərini) əks etdirən sənəd mövcud olmadığı halda sahələrin planı və ölçüsü sənədi hazırlanmış və cavabdeh orqan qeyd olunan çatışmazlıqlara əhəmiyyət vermədən icarə hüququnu qeydə almışdır. "xxxx" ASC-yə verilmiş torpaq sahələrinin yerləşmə yerini-koordinatlarını müəyyən edən sənədlərə dair Ağstafa Rayon İcra Hakimiyyətində heç bir məlumatın olmaması barədə Ağstafa Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 962/g-4 nömrəli məktubu da qeyd olunan halı təsdiq edir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsinin planı və ölçüsü də əlavə edilməlidir. Beləliklə müəyyən olunur ki, cavabdeh orqan qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmaqla qeydiyyat hərəkətləri apararaq hazırda mübahisələndirilən çıxarışları vermişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, sözügedən çıxarışların ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir Tələbin “icarəyə verilmiş 7 ha torpaq sahəsinə dair hüquqların qeydə alınması” hissəsi ilə bağlı qeyd olunur ki, həmin sahə faktiki olaraq iddiaçının istifadəsində olsa da, dövlət mülkiyyətində olduğundan və qanuni əsaslarla icarəyə verilmədiyindən tələb həmin hissədə təmin oluna bilməz. Yəni, bələdiyyənin dövlət mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək hüququ olmadığından sahənin iddiaçının icarəsinə verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək “X6” MMC-nin adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli RX ******* saylı və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli RX ******* saylı çıxarışların ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. “X6” MMC-nin adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli RX ******* saylı və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli RX ******* saylı çıxarışların ləğv edilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar