Məhkəmə qərarları › İş №2-1(114)-170/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-170/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-170/2025 09.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulmasına görə (ikinci dərəcə) müddətsiz əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı ilkin olaraq ümumi xəstəlik səbəbi ilə xx.xx.2006-cı il tarixdə “Şəkərli diabet-İ tip, insulindən asılılıq, asteno-nevrotik vəziyyət” diaqnozu üzrə 16 yaşına qədər ikinci dərəcə, daha sonra eyni diaqnoz və səbəbli əlaqə ilə xx.xx.2008-ci il tarixdə 16 yaşına qədər ikinci dərəcə, xx.xx.2010-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-26447/2024 nömrəli məktubuna əlavə edilmiş TSEK-in müayinə aktlarından çıxarışlar).

2. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X2: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => E10 – İnsulindən asılı şəkərli diabet => Diaqnozun mətni: E10 İnsulindən asılı şəkərli diabet, şəkərli diabet 1-ci tip, orta ağır forma insulin tələbli. Ağırlaşma E10.1 İnsulindən asılı şəkərli diabet, Ketoasidozla. İnsulindən asılı şəkərli diabet, diabetik ketoasidoz. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, yuxu pozğunluğu ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmış müalicə kursu yoxdur (son stasionar müalicəni 2019da alıb) ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyac var” səbəbi ilə imtina verilmişdir.

3. İddiaçının əlillik vəziyyətinə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X2: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => E10 – İnsulindən asılı şəkərli diabet => Diaqnozun mətni: E10 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet 1-ci tip, dekompensasiya vəziyyəti. Diabetik ketoasidoz. Asteno nevrotik vəziyyət. Enterobioz. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, Diabetik ensefalopatiya. Asteno nevrotik vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.

4. İddiaçının əlillik vəziyyətinə Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X2: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => E10 – İnsulindən asılı şəkərli diabet => Diaqnozun mətni: E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet 1-ci tip, ağır forma, dekompensasiya vəziyyəti. İnsulindən asılı vəziyyət; Ağırlaşma H36.0 Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), Hər iki gözün qeyri-proliferativ diabetik retinopatiyası. VisOD=0.9 VisOS=0.8 OU-Hər iki gözdə zəif dərəcəli miopiya; Yanaşı xəstəliklər F48 Digər neqativ pozğunluqlar, Astenonevrotik vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə davam etdirilsin. Əsas diaqnozu və ağırlaşmanı təsdiq edən müayinələrin nəticələri dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir.

5. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 1, insulindən asılı vəziyyət. Hər iki aşağı ətraf angiopatiyası. Aşağı ətrafların obleterasiya edici atersklerozu. Xroniki işemiya İİİ dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: İnstrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var” səbəbi ilə imtina verilmişdir.

6. Daha sonra iddiaçının əlillik vəziyyətinə Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 1, insulindən asılı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Hədəf orqanların ağırlaşmalarını təsdiq edən müayinələr yetərsizdir” səbəbi ilə imtina verilmişdir.

7. Həmin göndərişdə əsas diaqnoz - “E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip, insulindən asılı vəziyyət”, ağırlaşma - “İ79.2 Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Hər iki aşağı ətrafın diabetik angiopatiyası. Aşağı ətrafların obleterasiyaedici aterosklerozu. Xroniki işemiya İİİ dərəcə, ağırlaşma - H36.0 Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), OU-hər iki gözün qeyri-proliferativ diabetik retinopatiyası. VisOU=k/e kimi müəyyən edilmişdir.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-240170/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, xx.xx.2010-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək əlilliyə görə müavinət ödənilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumata əsasən xx.xx.2021-ci il tarixində adıçəkilən şəxsin əlillik müddəti bitdiyi və yenidən əlilliyi müəyyən olunmadığına görə həmin tarixdən müavinətin ödənişi dayandırılmışdır. Əlavə olaraq bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altistemində olan məlumata əsasən İddiaçı əmək pensiyası təyin edilməmişdir.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-26447/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək İİ dərəcə əlilliyə görə müavinət ödənilmişdir.

10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T470/2024 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, vətəndaş N.M.Nuruyevin iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən "Əsas diaqnoz E10 İnsulindən asılı şəkərli diabet, 1-ci tip orta ağır forma. İnsulun tələbli. Ağırlaşma: E10.1 İnsulindən asılı şəkərli diabet, Ketoasidozla. Nevrasteniya yuxu pozğunluğu ilə." diaqnoz xəstənin anamnestik kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər və DTSERA-da aşağı ətraf arteriyalarının doppler müayinəsinin nəticəsi əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin hər hansı bir maddəsini aid etməyə əsas vermədi. 2.3.6. N.M.Nuruyevin düçar olduğu xəstəliklər "Əlilliyin müəyyən olunması meyarları"nın 11.2-ci bəndinin (şəkərli diabet- E10) alt yarımbəndlərində olan hallarından hər hansı biri mövcud deyildir. 4.5. Səhiyyə Nazirliyinin "Məhkəmə tibbi ekspertiza və X3" PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin N.M.Nuruyevin iş materiallarında olan tibbi sənədlərinə əsasən onun əsas xəstəliyi- "E10- İnsulindən asılı şəkərli diabet, 1-ci tip orta ağır forma. İnsulun tələbli.", "E10.1- İnsulindən asılı şəkərli diabet, diabetik ketoasidozla" isə xəstəliyin ağırlaşmasıdır. Fəsad və ağırlaşma eyni məhfumlardır. II. Məhkəmədə icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun əlilliyinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi barədə cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci il tarixdə Naftalan şəhərində anadan olmuşdur. Səhhətində yaranmış problemlərə görə bir neçə müddət müalicə və müayinə olunduqdan sonra ona səbəbi ümumi xəstəlik olmaqla tibbi-sosial ekspert komissyasının müvafiq qərarı ilə xx.xx.2006-cı il tarixdə 16 yaşa qədər 2-ci dərəcə əlillik təyin edilmişdir. Qanunvericiliyə uyğun olaraq 2006-ci ilədək sosial pensiya daha, sonra isə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq Qərarı ilə ona əlilliyə görə sosial müavinət təyin edilmişdir. Qeyd edilən müddətdən sonra müalicə və müayinələri davam etmiş qanunvericliyə uyğun olaraq hər il həkim ekspert komissyasında müayinələrdə olmuş, səhhətində hər hansı bir irəliləyiş olmadığından əlilliyi növbəti müddətə qədər uzadılmışdır. "Əlilliyin qiymətləndirilməsi" Qaydalarına edilmiş dəyişikliyə əsasən 2016-cı ildən etibarən əlillik 5 il müddətinə təyin edilməyə başlanılmışdır. Yəni növbəti qiymətləndirmə hər 5 ildən bir həyata keçirilməyə başlamışdır. Qanunvericiliyə uyğun qaydada xx.xx.2016-cı il tarixdən növbəti müayinə olunaraq xx.xx.2021-ci il tarixədək ona 2-ci dərəcə əlillik təyin edilmişdir. Nəticədə əlilliyə görə müavinət də xx.xx.2021-ci il tarixədək ödənilmiş, qeyd edilən tarixdən sonra müavinətin ödənişi dayandırılmışdır. Əlillik müddəti bitdikdən sonra yəni xx.xx.2021-ci il tarixdən hal-hazıradək dəfələrlə cavabdeh orqana müraciət etməyinə baxmayaraq əlillik təyinatından qanunsuz və əsassız səbəblərlə imtina edilir. Yuxarıda qeyd olunanalardan da görünür ki, cavabdeh orqan əvvəlcə əlavə müalicəyə ehtiyacın olması daha sonra isə imtina əsası dəyişdirilərək göndərişin natamam doldurulması bəhanəsi ilə əlillik təyinatından qərəzli olaraq yayınır.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

14. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.2023cü il tarixdən 2-ci dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə, xx.xx.2025-ci il tarixli qərardadı ilə isə “xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulmasına görə (ikinci dərəcə) müddətsiz əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

16. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

17. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, cavabdeh orqan xx.xx.2023-cü il tarixli qərarla iddiaçıya əlilliyin təyin olunmasından imtina etmiş, lakin sözügedən imtina qərarının və ya onun barəsində hər hansı məlumatın iddiaçıya rəsmi qaydada təqdim edilməsinə dair cavabdeh tərəfindən hər hansı sənəd (sübut) təqdim edilməmişdir.

18. Ona görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir və iddia mümkün iddiadır.

19. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Naftalan şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

20. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

23. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

24. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

25. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

26. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

27. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinədə olmuş barəsində Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış səhiyyə müəssisəsində ətraflı müayinə-müalicə olunması tövsiyə edilir. X2: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip,insulindən asılı vəziyyət. İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet Meyar: İmtina edilir Diaqnozun mətni: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: -Xəstədə son bir il ərzində əsas diaqnozun agirlq dərəcəsinə gorə ixtisaslaşmiş müalicə kursu yoxdur (son stasionar müalicəni 2019-da alıb) ixtisaslaşmiş klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyac var. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Müayinə olunan şəxs barədə elektron məlumatlar; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Ekspert rəyi; - Ambulator, stasionar xəstənin tibb kartasından çıxarışlar; - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının təqdim etdiyi İddiaçı sosial müavinət işinə sənədlər; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-240170/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-26447/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-4/2-27706/2024 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

29. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

30. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı ilkin olaraq “Şəkərli diabet-İ tip, insulindən asılılıq, asteno-nevrotik vəziyyət” diaqnozu üzrə ümumi xəstəlik səbəbi ilə xx.xx.2006-cı il tarixdə 16 yaşına qədər ikinci dərəcə, daha sonra eyni diaqnoz və səbəbli əlaqə ilə xx.xx.2008-ci il tarixdə 16 yaşına qədər ikinci dərəcə, xx.xx.2010-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

31. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının müvafiq göndərişləri əsasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il və tarixlərdə baxılmış və Əlavə müalicəyə ehtiyacın olması (birinci halda: xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmış müalicə kursu yoxdur (son stasionar müalicəni 2019da alıb) ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyac var; ikinci halda: Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür”; üçüncü halda:İxtisaslaşmış müalicə davam etdirilsin. Əsas diaqnozu və ağırlaşmanı təsdiq edən müayinələrin nəticələri dəqiqləşdirilsin və ətraflı qeyd edilsin) səbəbi ilə imtinalar verilmişdir.

32. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və “Göndərişin natamam doldurulması - Səbəb: İnstrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var” səbəbi ilə imtina verilmişdir.

33. Daha sonra iddiaçının əlillik vəziyyətinə Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 1, insulindən asılı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Hədəf orqanların ağırlaşmalarını təsdiq edən müayinələr yetərsizdir” səbəbi ilə imtina verilmişdir.

34. Məhkəmə əvvəla qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndində təsbit edilmiş qaydaya görə, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

35. Yəni, normanın məzmunundan da bəlli olur ki, göndərişin natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatın sonlandırılması yolverilməzdir.

36. Lakin hazırkı halda, cavabdeh orqan iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün sonuncu rəsmiləşdirilmiş göndərişin natamam doldurulması qənaətinə gəlsə də, həmin natamamlığın aradan qaldırılması üçün göndərişi onu rəsmiləşdirmiş Komissiyaya göndərməsi müəyyən edilmir.

37. Eyni zamanda, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından TSEK göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməlidir. Yalnız bundan sonra şəxsə münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilər. Nəticə etibarilə, məlumatların natamam və ya yanlış olması səbəbindən cavabdeh əlilliyin müəyyən edilməsindən imtina etməkdə haqlı sayıla bilməz. Bu, eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir.

38. Digər tərəfdən, cavabdeh orqan göndərişdəki natamamlığı hədəf orqanların ağırlaşmalarını təsdiq edən müayinələrin yetərsiz olması ilə əsaslandırmışdır.

39. Hansı ki, göndərişdəki müayinələr qrafası ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə tək orqan (nahiyə) rəngli doppler müayinəsi, xx.xx.2022-ci il tarixdə komputerlə görmə sahəsinin müayinəsində, iki gözün USM və biometriya müayinəsində, eynək müayinəsində olmuş, xx.xx.2022-ci il tarixdə hemoqlobin analizi vermiş, xx.xx.2023cü il tarixdə sidik, qanın ümumi analizi, C-peptid, insulin, qlükoza analizlərini vermiş, xx.xx.2023-cü il tarixdə tam abdomen USM müayinəsində, xx.xx.2023-cü il tarixdə iki dəfə, xx.xx.2023-cü il tarixdə bir dəfə həkim müayinəsində olmuşdur.

40. Cavabdeh orqan hansı müayinənin yetərsiz olmasını, yekun qərar qəbul edə bilməsi üçün daha hansı müayinələrin gərəkli və zəruri olduğunu qeyd etmədən, göndərişin natamam doldurulması qənaətinə gəlmişdir.

41. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh orqan məhkəmə araşdırması müddətində istinad etdiyi hallara - hədəf orqanların ağırlaşmalarını təsdiq edən hansı müayinələrin yetərsiz olmasına dair mötəbər və əsaslı dəlil, sənəd təqdim etməmişdir, bu halda iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişdə natamamlıq kimi bildirilən halların mövcudluğu müəyyən edilmir. Ona görə də, məhkəmə cavabdehin hərəkətini əlilliyin müəyyən edilməsindən imtina kimi qiymətləndirir və mübahisəyə mahiyyəti üzrə baxılmasını haqlı sayır.

42. Məhkəmə araşdırması zamanı əldə edilmiş sənədlərlə iddiaçıya olaraq “Şəkərli diabet-İ tip, insulindən asılılıq, asteno-nevrotik vəziyyət” diaqnozu üzrə xx.xx.2006-cı il tarixdən etibarən fasiləsiz olaraq 14 il ikinci dərəcə əlilliyin təyin olunması müəyyən edilir.

43. İddiaçının səhhətində hazırda da “Şəkərli diabet-İ tip, insulindən asılılıq, astenonevrotik vəziyyət” xəstəliyinin olması isə iş materiallarında olan Respublika Endokrinoloji Mərkəzin epikrizləri və daimi müayinə-müalicədə olmasına dair xəstəlik tarixçələrindən çıxarışlarla öz təsdiqini tapır.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

46. Hazırkı işdə iddiaçının ikinci dərəcə əlilliyinin 10 ildən artıq fasiləsiz olaraq müəyyən edilməsinə istinad edərək, ona müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsini xahiş edir.

47. İş materialları ilə iddiaçının 14 il, yəni 10 ildən artıq fasiləsiz və ardıcıl ikinci dərəcə əlilliyinin olması və sonuncu qiymətləndirmə zamanı da iddiaçıya əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozun mövcud olması təsdiq olunur.

48. Məhkəmə xüsusilə qeyd edir, iddiaçıya sonuncu göndərişdə qoyulmuş əsas diaqnoz ona əvvəllər əlillik təyinatı üçün əsas olmuş diaqnozla eyni olmuş və ağırlaşma halları da olmuşdur.

49. Belə ki, iddiaçının sonuncu qiymətləndirilməsi tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında həyata keçirilmişdir.

50. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – E10.7 – İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip, insulindən asılı vəziyyət; Ağırlaşma – İ79.2 – Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, hər iki aşağı ətrafın diabetik angiopatiyası. Aşağı ətrafların obliterasiyaedici aterosklerozu. Xroniki işemiya İİİ dərəcə; Ağırlaşma – H36.0 – Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU – hər iki gözün qeyri-proliferativ diabetik retinopiyası. VisOU=0.7 k/e.

51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.

52. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

53. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT-10 Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların (kod) funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, pozulması faizi pozulması orqanizmin funksiyalarının müddəti davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri

2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinikfunksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.6. Arteriyalar, arteriolaların və İ70-İ79 kapilyarların xəstəlikləri Qiymətləndirmə

2.6.1.2 İİİ və ya İV dərəcə işemiya, 65-80 2 il ABİ 0,25-dən az olduqda; cərrahi revaskularizasiyadan sonra davamlı distal blokun mövcudluğu, ətrafın məhdud trofik pozuntuları (xora, nekroz) və qan dövranı dekompensasiyası ilə; bir ətrafının (ayağının) bud/baldır amputasiya güdülü və digər ətrafın (ayağının) İİB, İİİ dərəcə işemiyası; protez üçün tibbi əksgöstərişlər olduqda; bud güdülünün işemiyası; müşayiət olunan xəstəliklərlə (XÜÇ İİB, İİİ mərhələ, tənəffüs çatışmazlığı İİİ mərhələ) bədən funksiyalarının ciddi pozuntuları ilə

11. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları

11.2 Şəkərli diabet E10-E14 Qeyd. Şəkərli diabet səbəbindən orqanizmin funksiyalarının davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi şəkərli diabetin ən geniş yayılmış endokrin patologiyası olaraq xroniki əlillik vəziyyətinə çatdıran fəsadlaşmalara gətirən xəstəlik olduğunun nəzərə alınması ilə aparılır. Şəkərli diabetin ağırlaşmalarına kamorbidliyin yüksək göstəriciləri ilə səciyyələnən diabetik mikro və makro angiopatiyalar aid edilir. 11.2.7. şəkərli diabet çoxsaylı E10-E14 fəsadlarla Qiymətləndirmə 11.2.7.2. orqan və sistemlərin təzahür 65-80 2 il edən çoxsaylı pozuntuları ilə

54. Göründüyü kimi, iddiaçının göndərişində əks olunmuş diaqnozlar üzrə orqanizminin funksiyalarının pozulması 65-80 faiz aralığındadır və bu da iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. İddiaçının 10 ildən artıq fasiləsiz və ardıcıl ikinci dərəcə əlilliyinin olması isə həmin əlilliyin müddətsiz təyin edilməsinə əsas verir.

55. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona müddətsiz əlillik təyin edilməsi ilə bağlı bütün şərtlər məcmu halında ödənilməsinə baxmayaraq, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmuşdur.

56. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

57. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

58. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulmasına görə (ikinci dərəcə) müddətsiz əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulmasına görə (ikinci dərəcə) müddətsiz əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar