Məhkəmə qərarları › İş №2-1(114)-1703/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1703/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1703/2020 22.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinə qarşı xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli əmrin ləğv edilərək işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2014-cü il tarixdən Daşkəsən rayon X2 Mərkəzində məsləhətçi-mühasib vəzifəsində əmək fəaliyyətinə başlamış, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada müvafiq imtahanlardan uğurla keçib Dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmişdir. 2016-cı ildə Daşkəsən rayon X2 Mərkəzi ləğv edildiyinə görə Əmək və X2 Nazirliyinin müvafiq əmri ilə Göygöl rayon Məşğulluq Mərkəzinə məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci ilədək həmin vəzifədə işləmiş və işlədiyi müddətdə vəzifəsini layiqincə yerinə yetirmişdir. Sturuktur dəyişikliyi ilə əlaqədar olaraq bütün işçilər kimi ondan da ayrıayrı vaxtlarda iki dəfə, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə güya onun əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməklə eyni məzmunlu ərizələr alınmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə ƏSSMN-nin Dövlət qulluqçuları və kadrlar şöbəsinə çağırılmış və orada ona bildirmişlər ki, digər işçilər kimi oda nazirin adına guya könüllü olaraq işdən çıxmasını xahiş edən ikinci ərizə versin və bundan sonra onu yenidən nazirliyin tabeliyində olan qurumların birində müvafiq işlə təmin ediləcəklər. Ərizəsinə əsasən xx.xx.2020-ci il tarixli **********4 nömrəli əmrə əsasən dövlət qulluğunda tutduğu vəzifədən azad edilmiş və sonradan ona məlum olmuşdur ki, əmək hüquqları pozulmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, o iradəsinin əleyhinə işdən çıxmağa məcbur edilmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda göstərilənlərlə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaçının «Dövlət Qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 33.1.1-ci bəndinə görə dövlət qulluqçusunun öz arzusu ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının işdən çıxarılma əmrində iddiaçıdan başqa digər şəxsin də adı var. Ona görədə iddiaçı əmrin qismən, yəni özünə aid hissədə ləğv edilməsini mübahisələndirmli olduğu halda əmrin bütünlüklə ləğv edilməsini xahiş etmişdir. Ona görədə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırmasının predmetini iddiaçının işdən çıxarılması barədə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ərizələr, xx.xx.2020-ci il tarixli **********4 nömrəli əmr və cavabdehin etirazı təşkil etmişlər. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olsa da, tələb əsassızdır. Belə ki, İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli əmri ilə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Həmin ərizədə iddiaçı, ərizəsində göstərdiyi gündə əmək müqaviləsini ləğv etməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə görə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin maddənin 5-ci bəndinə görə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göründüyü kimi işəgötürənin işçini ərizəsində göstərdiyi günü əsas götürməklə əmək müqaviləsini ləğv etməyə hüququ olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci bəndinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. «Dövlət Qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci bəndinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanunun 33.1.1-ci bəndinə görə dövlət qulluqçusunun öz arzusu ilə onun dövlət qulluğuna xitam verilə bilər. Məhkəmə iddiaçının iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur edilməsi barəsində göstərdiklərinə tənqidi yanaşmışdır. Belə ki, o barəsində Əmək və X2 Nazirinə, Dövlət X1 Heyətinin sədri Mustafa Abbasbəyli tərəfindən ünvanlanmış xx.xx.2020ci il tarixli, **********9 nömrəli xidməti məruzədən məlumatlı olmuş və həmin xidməti məruzədə göstərilənləri müvafiq orqanlara şikayət ərizələri göndərməklə mübahisələndirmişdir. Belə olan halda onun ərizəsinin işdən çıxma tarixini göstərməsinə məcbur edilməsi barədə göstərdikləri inandırıcı görünmür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- - 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələblərinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi cavabdeh inzibati orqan onlar tərəfindən qəbul edilmiş inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu şifahi məhkəmə baxışı icraatı mərhələsində sübuta yetirə bilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinə qarşı xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa olunması haqqında iddia tələbi rədd edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinə qarşı xx xxxx 2020-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa olunması barədə iddia tələbi rədd edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar