Məhkəmə qərarları › İş №2-1(114)-1705/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1705/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1705/2025 13.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 525,0 kv.m olan 60 nömrəli sahəsində ümumi sahəsi 205,0 kv.m fərdi yaşayış evinin məcburi sökülməsi səbəbindən zərərin əvəzi kimi 121.000 manat miqdarında kompensasiyanın ona ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 2915 nömrəli sərəncamına və Həmkarlar Təşkilatının xx.xx.1996-cı il tarixli 04 saylı qərarından çıxarışa əsasən İddiaçı 500 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair xx.xx.2014cü il tarixli A 514726 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

2. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının 10 may 2012-ci il tarixli 151 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Yeni Gəncə hyaşayış massivi, bina 46, mənzil 10-da yaşayan İddiaçı müraciətini və Gəncə şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti bölməsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 13-cü maddəsinin 1-ci bəndini əsas tutaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 525,0 kv.metr olan 60 nömrəli sahəsində İddiaçı tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsinin Memarlıq və tikinti bölməsindən xahiş edilməsi, vətəndaşa inşa ediləcək fərdi yaşayış evinin eskiz layihəsinin Memarlıq vətikinti bölməsi ilə razılaşdırması, sərəncamın icrasına nəzarətin Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının müavininə həvalə edilməsi qərara alınmışdır.

3. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-03/2017 saylı, 11 yanvar 2017-ci il tarixli qərarı ilə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 200 kv.m olan 63 nömrəli sahəsində X19 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 27 iyun 2012-ci il tarixli 335 nömrəli sərəncamının, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400 kv.m olan 39 nömrəli sahəsində X7 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 16 avqust 2012-ci il tarixli 435 nömrəli sərəncamının, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500 kv.m olan 29 nömrəli sahəsində X10 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 10 may 2012-ci il tarixli 135 nömrəli sərəncamının, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500 kv.m olan 60 nömrəli sahəsində İddiaçı fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 10 may 2012-ci il tarixli 151 nömrəli sərəncamının, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500 kv.m olan 58 nömrəli sahəsində X8 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 10 may 2012-ci il tarixli 160 nömrəli sərəncamının, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400 kv.m olan 64 nömrəli sahəsində X2 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 27 iyun 2012-ci il tarixli 341 nömrəli sərəncamının, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400 kv.m olan 65 nömrəli sahəsində X9 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 27 iyun 2012-ci il tarixli 333 nömrəli sərəncamının və Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400 kv.m olan 56 nömrəli sahəsində X13 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 27 iyun 2012-ci il tarixli 340 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır.

4. Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)12/2018 saylı 07 may 2018-ci il tarixli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)- 03/2017 saylı 11 yanvar 2017-ci il tarixli qərarının “Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 200 kv.m olan 63 nömrəli sahəsində X19 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 27 iyun 2012-ci il tarixli 335 nömrəli sərəncamının ləğv edilməsi”nə aid hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-03/2017 saylı, 11 yanvar 2017-ci il tarixli qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1753/2018 saylı 07 noyabr 2018-ci il tarixli qərardadı ilə cavabdeh Gəncə şəhəri, Nizami Rayon İcra Hakimiyyətinin kassasiya şikayətindən imtina edilməsi barədə ərizəsinin təmin edilməsi, Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyəti tərəfindən Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 07 may 2018-ci il tarixli 2-1(104)-12/2018 saylı qərarından verilmiş şikayəti üzrə kassasiya icraatına xitam verilməsi qərara alınmışdır.

6. İddiaçı X20 cavabdehlər X7, X10, İddiaçı, X8, X2, X9 və X13, üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyətinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 may 2012-ci il tarixli Çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan 1,0 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikintilərin onların hesabına sökülməsi, cavabdehlərin və onun mülkiyyət hüququnun reallaşmasına maneə törədən digər şəxslərin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Həmin iş üzrə icraat zamanı əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyul 2020-ci il tarixli, 10/1209 nömrəli rəyinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 3 aprel 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, cavabdehlərin heç biri yerli baxışda iştirak etmədiyindən onların naturada faktiki istifadələrində olan torpaq sahələrinin yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Mülki iş materiallarına əlavə edilmiş 02 may 2012-ci il tarixli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan, torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş 1,0 ha torpaq sahəsinin 0,7099 ha (70 sot 99 kv.metr) hissəsinin digər şəxslərin naturada faktiki istifadəsində olduğu, 0,2901 ha (29,1 kv.metr) hissəsi isə ərazidə yol kimi istifadə olunduğu müəyyən olunur. Mütəxəssis rəyinə əsasən, 02 may 2012-ci il tarixli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1,0 ha torpaq sahəsinin digər şəxslər tərəfindən istifadə olunan 0,7099 ha (70,99 kv.metr) hissəsi üzərində müxtəlif təyinatlı tikililərin mövcud olduğu müəyyən olunur.

8. Əlavə məhkəmə tikinti–texniki ekspertizasının 23 iyul 2021-ci il tarixli rəyində Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisi tərəfindən xx.xx.2021 il tarixli **********54 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən cavabdeh X2 faktiki istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 63.73 kv.metr hissəsi və həmin hissə də daxil olmaqla, ümumilikdə X1 faktiki istifadəsində olan torpaq sahəsinin 386.79 kv.metr hissəsi 02 may 2012-ci il tarixli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1.00 ha (10000.0 kv.metr) torpaq sahəsinin 386.79 kv.metr hissəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Cavabdeh X14 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 226.83 kv.metr torpaq sahəsi və həmin sahədə daxil olmaqla, ümumilikdə X3 faktiki istifadəsində olan 400.76 kv.metr torpaq sahəsi 02 may 1992-ci il tarixli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1.00 ha (10000.0 kv.metr) torpaq sahəsinin 400.76 kv.metr hissəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Cavabdeh X14 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 105.67 kv.metr torpaq sahəsi və həmin sahədə daxil olmaqla, ümumilikdə X3 faktiki istifadəsində olan 332.19 kv.metr torpaq sahəsi 02 may 1992-ci il tarixli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1.00 ha (10000.0 kv.metr) torpaq sahəsinin 332.19 kv.metr hissəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Cavabdeh İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 188.50 kv.metr torpaq sahəsi və köməkçi tikilinin yerləşdiyi 48.11 kv.metr torpaq sahəsi və həmin sahələrdə daxil olmaqla, ümumilikdə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 662.70 kv.metr hissəsi 02 may 1992-ci il tarixli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1.00 ha (10000.0 kv.metr) torpaq sahəsinin 662.70 kv.metr hissəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Cavabdeh X15 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 149.20 kv.metr torpaq sahəsi və həmin sahədə daxil olmaqla, ümumilikdə X4 faktiki istifadəsində olan 555.18 kv.metr torpaq sahəsi 02 may 1992-ci il tarixli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1.00 ha (10000.0 kv.metr) torpaq sahəsinin 555.18 kv.metr hissəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Cavabdeh X16 tərəfindən tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 131.88 kv.metr torpaq sahəsi və həmin sahədə daxil olmaqla, ümumilikdə X5 faktiki istifadəsində olan 277.90 kv.metr torpaq sahəsi 02 may 1992-ci il tarixli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1.00 ha (10000.0 kv.metr) torpaq sahəsinin 277.90 kv.metr hissəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Cavabdeh X17 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 167.54 kv.metr torpaq sahəsi və həmin sahədə daxil olmaqla, ümumilikdə X6 faktiki istifadəsində olan 374.39 kv.metr torpaq sahəsi 02 may 1992-ci il tarixli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1.00 ha (10000.0 kv.metr) torpaq sahəsinin 374.39 kv.metr hissəsi ilə üstüstə düşdüyü göstərilmişdir. Cavabdeh X18 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 193.0 kv.metr torpaq sahəsi və həmin sahədə daxil olmaqla, ümumilikdə Hümbətova ElviraNamik qızının faktiki istifadəsində olan 508.67 kv.metr torpaq sahəsi 02 may 1992-ci il tarixli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1.00 ha (10000.0 kv.metr) torpaq sahəsinin 508.67 kv.metr hissəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Mübahisəli ərazidə yerləşən ümumi sahəsi 1220.71 kv.metr olan gediş-gəliş yolu da 02 may 1992-ci il tarixli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1.00 ha (10000.0 kv.metr) torpaq sahəsinin 1220.71 kv.metr hissəsi ilə üst-üstə düşdüyü göstərilmişdir.

9. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(044)- 93/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-593/2022 nömrəli, 6 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-147/2023 nömrəli qərarı ilə həmin qətnamə cavabdehlər İddiaçı və X2 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-1/2-273/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 333 nömrəli sərəncamı mövcud deyildir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 2021-ci il ərzində verilmiş sərəncamların siyasında 333 nömrəli sərəncam xx.xx.2021-ci il tarixli olmaqla T.Abdiyevanın mənzil üçotuna alınması ilə əlaqəlidir. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 2021-ci il ərzində cəmi 107 sərəncamı, Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının isə həmin ildə cəmi 117 sərəncamı olmuşdur. Əlavə olaraq qeyd edirlər ki, xx.xx.2021-ci il qeyri iş günü olmaqla bazar gününə təsadüf edir.

11. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-1/2-459/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin sənədləri idarə arxivində 5 il müvəqqəti mühafizə müddətinə saxlanıldıqdan sonra Milli arxiv fonduna təhvil verilir. Bu səbəbdən, məktubda qeyd olunan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 151 nömrəli Sərəncamını və həmin Sərəncamın qəbul edilməsi zamanı toplanmış sənədlərin surətlərini təqdim etmək mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-03/2017 saylı 11 yanvar 2017-ci il tarixli Qərarı ilə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 10 may 2012-ci il tarixli 151 nömrəli Sərəncamı ləğvedilmişdir. II. Məhkəmədə icraat

12. İddiaçılar X14, X11, İddiaçı və X16 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400,0 kv.m olan 65 nömrəli sahəsində ümumi sahəsi 274,3 kv.m fərdi yaşayış evinin məcburi sökülməsi səbəbindən zərərin əvəzi kimi 225.000 manat miqdarında kompensasiyanın X12, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400,0 kv.m olan 64 nömrəli sahəsində ümumi sahəsi 239,6 kv.m fərdi yaşayış evinin məcburi sökülməsi səbəbindən zərərin əvəzi kimi 225.000 manat miqdarında kompensasiyanın X2, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400,0 kv.m olan 60 nömrəli sahəsində ümumi sahəsi 205,0 kv.m fərdi yaşayış evinin məcburi sökülməsi səbəbindən zərərin əvəzi kimi 121.000 manat miqdarında kompensasiyanın İddiaçı və Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500,0 kv.m olan 58 nömrəli sahəsində ümumi sahəsi 132,0 kv.m və 114,5 kv.m iki fərdi yaşayış evinin məcburi sökülməsi səbəbindən zərərin əvəzi kimi 192.000 manat miqdarında kompensasiyanın X8 ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər.

13. İddia tələbi İddiaçı münasibətdə onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının 151 saylı, 10 may 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin 13-cü maddəsinin 1-ci bəndini əsas tutaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisinin 525,0 kv.metr olan 60 nömrəli sahəsində onun tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsinin Memarlıq və tikinti bölməsindən xahiş edilməsi, vətəndaşa inşa ediləcək fərdi yaşayış evinin eskiz layihəsinin Memarlıq və tikinti bölməsi ilə razılaşdırması, sərəncamın icrasına nəzarətin Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının müavininə həvalə edilməsi qərara alınmışdır. Bundan sonra o, ayrılmış torpaq sahəsində ümumi sahəsi 205,0 kv.m olan fərdi yaşayış evi inşa etdirmişdir. Evin dəyəri "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən 121.000 manat dəyərində qiymətləndirilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-03/2017 saylı, 11 yanvar 2017-ci il tarixli qərarı ilə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisinin 400 kv.metr olan 65 nömrəli sahəsində X9 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 27 iyun 2012-ci il tarixli 333 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2- 1(104)12/2018 saylı 07 may 2018-ci il tarixli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(83)-03/2017 saylı 11 yanvar 2017-ci il tarixli qərarının onlara aid olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-1753/2018 saylı, 07 noyabr 2018-ci il tarixli qərardadı ilə cavabdeh Gəncə şəhəri, Nizami Rayon İcra Hakimiyyətinin kassasiya şikayətindən imtina edilməsi barədə ərizəsinin təmin edilməsi, Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyəti tərəfindən Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasınn 07 may 2018-ci il tarixli 2-1(104)-12/2018 saylı qərarından verilmiş şikayəti üzrə kassasiya icraatına xitam verilməsi qərara alınmışdır. Bundan sonra, iddiaçı X20 ona və digərlərinə, üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyətinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 may 2012-ci il tarixli Çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan 1,0 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikintilərin onların hesabına sökülməsi, cavabdehlərin və onun mülkiyyət hüququnun reallaşmasına maneə törədən digər şəxslərin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(044)-93/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-593/2022 nömrəli, 6 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-147/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2022-ci il tarixli, 2(104)-593/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktı məcburi icra edilməsi üçün Gəncə şəhər üzrə İcra İdarəsinə göndərilmişdir və X9 məxsus Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisinin 400,0 kv.metr olan 65 nömrəli sahədə yerləşən ümumi sahəsi 274,3 kv.m fərdi yaşayış evi sökülərək boş torpaq sahəsi Venera Rüstəmovaya təhvil verilməlidir. Hesab edir ki, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti onlara Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisində fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi barədə sərəncamı verməmişdən öncə həmin sahənin başqa şəxsə məxsus olmasının əvvəlcədən müəyyən etməli idi. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti bunu etmədiyi üçün onların tərəfindən inşa edilən fərdi yaşayış evləri sökülməlidir. Bu səbəbdən Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin səhlənkarlığı səbəbindən onlara zərər vurmuşdur və zərərin əvəzi onlara ödənilməlidir. Əlavə olaraq bildirir ki, Gəncə Şəhər İcra hakimiyyəti başqa 04 mart 2022-ci il tarixdə ölkə prezidenti tərəfindən imzalanmış Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Bununla da sözügedən rayonlarındakı inzibati ərazi dairələri Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyinə verilmişdir.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

15. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X1 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400,0 kv.m olan 64 nömrəli sahəsində ümumi sahəsi 239,6 kv.m fərdi yaşayış evinin məcburi sökülməsi səbəbindən zərərin əvəzi kimi 225.000 manat miqdarında kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400,0 kv.m olan 60 nömrəli sahəsində ümumi sahəsi 205,0 kv.m fərdi yaşayış evinin məcburi sökülməsi səbəbindən zərərin əvəzi kimi 121.000 manat miqdarında kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi, iddiaçı X5 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500,0 kv.m olan 58 nömrəli sahəsində ümumi sahəsi 132,0 kv.m və 114,5 kv.m iki fərdi yaşayış evinin məcburi sökülməsi səbəbindən zərərin əvəzi kimi 192.000 manat miqdarında kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işlər İddiaçı oğlunun cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı ödənilməsi Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400,0 kv.m olan 65 nömrəli sahəsində ümumi sahəsi 274,3 kv.m fərdi yaşayış evinin məcburi sökülməsi səbəbindən zərərin əvəzi kimi 225.000 manat miqdarında kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işdən ayrıca icraata ayrılmışdır. III. Prosessual məsələlər

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.

17. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.

18. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

19. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

20. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə etdiyini bildirərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi:

21. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

22. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

23. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının 10 may 2012-ci il tarixli 151 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Yeni Gəncə hyaşayış massivi, bina 46, mənzil 10-da yaşayan İddiaçı müraciətini və Gəncə şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti bölməsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 13-cü maddəsinin 1-ci bəndini əsas tutaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 525,0 kv.metr olan 60 nömrəli sahəsində İddiaçı tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsinin Memarlıq və tikinti bölməsindən xahiş edilməsi, vətəndaşa inşa ediləcək fərdi yaşayış evinin eskiz layihəsinin Memarlıq vətikinti bölməsi ilə razılaşdırması, sərəncamın icrasına nəzarətin Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının müavininə həvalə edilməsi qərara alınmışdır.

24. Lakin daha sonra qanuni qüvvəsini almış məhkəmə qərarı ilə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının 10 may 2012-ci il tarixli 151 nömrəli sərəncamı ləğv edilmişdir.

25. Eyni zamanda, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-93/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən inşa edilmiş özbaşına tikintinin onun hesabına sökülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır və icra mərhələsindədir.

26. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

27. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

28. Hazırda iddiaçı sökülməsi qət edilən fərdi yaşayış evini Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilən 10 may 2012-ci il tarixli 151 nömrəli sərəncamı əsasında inşa etdiyi, həmin evin altındakı torpaq sahəsinin həmin sərəncamla ona ayrılmasını, həmin sərəncama etimadına görə ziyan çəkdiyini əsas gətirərək sözügedən fərdi yaşayış evinin sökülməsinə görə cavabdeh orqan tərəfindən ona kompensasiyanın ödənilməsini tələb edir.

29. Lakin əvvəla, həmin sərəncam iddiaçıya fərdi yaşayış evinin tikintisinə görə torpaq sahəsinin ayrılması ilə bağlı qəbul edilməmişdir. Heç cavabdeh orqanın belə bir səlahiyyəti də yoxdur, sərəncam verilən dövrdə də olmamışdır.

30. Sözügedən sərəncam fərdi yaşayış evinin layihələndirilməsinə icazə verilməsi ilə bağlıdır və qanunsuz verildiyi üçün məhkəmə qərarı ilə ləğv edilmişdir.

31. İkinci tərəfdən isə, həmin sərəncamda layihələndirilməsinə icazə verilmiş evin torpaq sahəsinin koordinatları əks olunmamışdır. Yəni, həmin sərəncamda iddiaçıya məhz Venera Rüstəmovaya məxsus 1.0 ha torpaq sahəsində inşa edilməsinə icazə verildiyi müəyyən edilmir.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

33. Göründüyü kimi, hazırki işdə cavabdeh orqanın hər hansı hərəkətləri nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması halı mövcud deyildir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar