Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1707/2021 16.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X8 və üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı üçüncü şəxs X4 adına dövlət reyestrində 27.08.2018-ci il tarixdə ******* qeydiyyat nömrəli çıxarışla ünvan 2ndə 0.07 ha torpaq sahəsində yerləşən 642.4 kv.m daşınmaz əmlak üzərində qeydiyyatın Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1998-ci il tarixli 20 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 14x7 metr ölçüdə torpaq sahəsi hissəsində ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X5 (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 (köhnə çay sahili) ilə H.Aslanov küçələrinin kəsişməsinin yaxınlığında avtomobillərlə texniki xidmət sexinin yerləşdiyi 14x7 m ölçüdə olan torpaq sahəsinə dair X4 adına verilmiş 27.08.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 03.09.2021-ci il tarixdə iddiaçının nümayəndəsi X6 məhkəməyə dəqiqləşmə barədə ərizə göndərərək, ünvan 2 ilə H.Aslanov küçələrinin kəsişməsinin yaxınlığında avtomobillərlə texniki xidmət sexinin yerləşdiyi 14x7 m ölçüdə olan torpaq sahəsinə dair X4 adına verilmiş 27.08.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşmə ərizəsi məhkəmənin 28.09.2021-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. 16.11.2021-ci il tarixdə iddiaçının nümayəndəsi X6 təkrar dəqiqləşmə barədə ərizə verərək, üçüncü şəxs X4 adına dövlət reyestrində 27.08.2018-ci il tarixdə ******* qeydiyyat nömrəli çıxarışla ünvan 2ndə 0.07 ha torpaq sahəsində yerləşən 642.4 kv.m daşınmaz əmlak üzərində qeydiyyatın Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1998-ci il tarixli 20 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 14x7 metr ölçüdə torpaq sahəsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşmə ərizəsi məhkəmənin 16.11.2021-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon İcra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 07 may 1998-ci il tarixli 20 saylı çıxarışına əsasən iddiaçının öz vəsaiti hesabına 1986-cı il tarixdən tikib istifadə etdiyi sexin qanuniləşdirilməsi barədə ərizəsi və Ağdam rayonlararası avtotexniki xidmət stansiyasının 07.04.1998-ci il tarixli 02 saylı məktubu nəzərə alınaraq Bərdə şəhər XDS İcraiyyə Komitəsinin 16.06.1986-cı il tarixli 9 saylı iclasının qərarında dəyişiklik edilərək, Bərdə şəhəri Koroğlu küçəsi (köhnə çay sahili) ilə H.Aslanov küçələrinin kəsişməsinin yaxınlığında avtomobillərə texniki xidmət sexinin yerləşdiyi 14x7 metr ölçüdə torpaq sahəsi iddiaçının adına keçirilməsi qərara alınmış və həmin qeyri yaşayış binasına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 182 saylı texniki pasport verilmişdir. Sonradan ona məlum olmayan səbəblərdən qeyri-yaşayış binası üçüncü şəxsin adına cavabdeh tərəfindən qeydə alınaraq 27.08.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sözügedən əmlaka gələcəkdə qanuni gözlənti hüququ olduğundan əvvəllər onun sahibliyində və istifadəsində olan ünvan 2 (köhnə çay sahili) ilə H.Aslanov küçələrinin kəsişməsinin yaxınlığında avtomobillərə texniki xidmət sexinin yerləşdiyi 14x7 metr ölçüdə olan torpaq sahəsinə dair üçüncü şəxsə verilmiş 27.08.2018-ci il tarixli, ********** saylı çıxarışın etibarsız hesab edilməsinə zərurət yaranmışdır. Ona görədə cavabdeh tərəfindən üçüncü şəxsin adına verilmiş 27.08.2018-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışın etibarsız hesab olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək üçüncü şəxs X4 adına dövlət reyestrində 27.08.2018-ci il tarixdə ******* qeydiyyat nömrəli çıxarışla ünvan 2ndə 0.07 ha torpaq sahəsində yerləşən 642.4 kv.m daşınmaz əmlak üzərində qeydiyyatın Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1998-ci il tarixli 20 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 14x7 metr ölçüdə torpaq sahəsi hissəsində ləğv edilməsi barədə iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X10 şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etdi. Üçüncü şəxs X9 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi mübahisəli torpaq sahəsinə dair zəbt olunmuş torpaqdan çıxarılma, qanunsuz tikilinin sökülməsi və ona məxsus torpağın özünə verilməsi tələbinə dair iş üzrə iddia tələbi Bərdə Rayon Məhkəməsinin 14.01.2020-ci il tarixli 2(021)-641/2020 nömrəli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini Bərdə şəhər XDS İcraiyyə Komitəsinin 16.06.1986-cı il tarixli 9 nömrəli iclas protokolundan çıxarış, may 1998-ci il tarixli 182 inventar nömrəli qeyri-yaşayış binasının texniki pasportu, Bərdə rayon İcra hakimiyyəti başçısının şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsinin 07.05.1998-ci il tarixli 20 saylı sərəncamından çıxarış, Ağdam «Avtomotoservis və Ticarət» müəssisəsinin Dövlət Əmlak Komitəsinin Bərdə rayon şöbəsinə ünvanlandığı 07.04.1998-ci il tarixli 01 nömrəli və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında «Aztexinventarlaşma»İB-nin Bərdə rayon şöbəsinə ünvanlandığı 07.04.1998-ci il tarixli 02 nömrəli məktubları, 30.04.2018-ci il tarixli 467 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, 24.08.2018-ci il tarixli texniki pasport, 27.08.2018-ci il qeydiyyat tarixli ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.05.2021-ci il tarixli 2(102)-2013/2021 nömrəli qərarı və cavabdehin 22.05.2021-ci il tarixli **********22 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırmahissəsi: İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə «İnzibati icraat haqqında» Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Bərdə şəhər XDS İcraiyyə Komitəsinin 16.06.1986-cı il tarixli 9 nömrəli iclas protokolundan çıxarışla Ağdam rayonlararası Avtotexxidmət stansiyasının 29.05.1986-cı il tarixli 209 nömrəli məktubunun icrası barədə arayış nəzərə alınaraq, Bərdə rayon Çay Sahili küçəsinin H.Aslanov küçəsi ilə kəsişdiyi yerin yaxınlığında şəxsi minik maşınlarına texniki xidmət göstərilməsi üçün sex tikilməsinə 14x7 ölçüdə sahə ayrılmışdır. May 1998-ci il tarixli 182 inventar nömrəli qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, ünvan 2 ünvanında X3 adına 47.90 kv.m sahədə, 115.20 kub metr tikintinin-binanın planı tərtib edilmişdir. Həmin texniki pasportun tərtibi üçün əsas Bərdə rayon İcra hakimiyyəti başçısının şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsinin 07.05.1998-ci il tarixli 30 saylı sərəncamı olmuşdur. Bərdə rayon İcra hakimiyyəti başçısının şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsinin 07.05.1998-ci il tarixli 20 saylı sərəncamından çıxarışdan görünür ki, Bərdə şəhər sakini X3 öz vəsaiti hesabına 1986-cı ildən tikib istifadə etdiyi sexin qanunulaşdırılması barədə ərazisi və Ağdam «Avtomotoservis və Ticarət» müəssisəsinin Dövlət Əmlak Komitəsinin Bərdə rayon şöbəsinin 07.04.1998-ci il tarixli 02 saylı məktubu nəzərə alınaraq, Bərdə şəhər XDS İcraiyyə Komitəsinin 16.06.1986-cı il tarixli 9 nömrəli iclasının qərarında dəyişiklik edilərək, ünvan 2 (köhnə çay sahili) ilə H.Aslanov küçələrinin kəsişməsinin yaxınlığında avtomobillərə texniki xidmət sexinin yerləşdiyi 14x7 m ölçüdə torpaq sahəsinin X3 adına keçirilməsi qərara alınmışdır. Ağdam «Avtomotoservis və Ticarət» müəssisəsinin Dövlət Əmlak Komitəsinin Bərdə rayon şöbəsinə ünvanlandığı 07.04.1998-ci il tarixli 01 nömrəli məktubunda göstərilmişdir ki, Ağdam rayonlararası Avtotexnikixidmət stansiyasının 29.05.1986-cı il tarixli 209 nömrəli məktubu əsasında Bərdə XDS İcraiyyə Komitəsinin 16.06.1986-cı il tarixli 9 nömrəli iclasının qərarı ilə Bərdə şəhər çay sahili və H.Aslanov küçələrinin kəsişdiyi ərazidə avtomobillərə texniki xidmət göstərilməsi üçün 7x14 metr ölçüdə torpaq sahəsi ayrılmış, müəssisədə vəsaitin olmadığını nəzərə alaraq sexin tikintisi müqaviləçi X7 tərəfindən aparılmışdır. Həmin sexə müəssisə tərəfindən vəsait xərclənmədiyini nəzərə alaraq müəssisənin balansına qəbul edilməmişdir. Ağdam «Avtomotoservis və Ticarət» müəssisəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında «Aztexinventarlaşma»İB-nin Bərdə rayon şöbəsinə ünvanlandığı 07.04.1998-ci il tarixli 02 nömrəli məktubunda göstərilmişdir ki, Ağdam rayonlararası Avtotexnikixidmət stansiyasının 29.05.1986-cı il tarixli 209 nömrəli məktubu əsasında Bərdə XDS İcraiyyə Komitəsinin 16.06.1986-cı il tarixli 9 nömrəli iclasının qərarı ilə Bərdə şəhər çay sahili və H.Aslanov küçələrinin kəsişdiyi ərazidə avtomobillərə texniki xidmət göstərilməsi üçün 7x14 metr ölçüdə torpaq sahəsi ayrılmış, müəssisədə vəsaitin olmadığını nəzərə alaraq sexin tikintisi müqaviləçi X7 tərəfindən aparılmışdır. Həmin sexə müəssisə tərəfindən vəsait xərclənmədiyini nəzərə alaraq müəssisənin balansına qəbul edilməmişdir. 30.04.2018-ci il tarixli 467 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bərdə rayon İcra Hakimiyyətinin başçısı X11 30.04.2018-ci il tarixli 68 nömrəli sərəncamına əsasən 700 kv.m olan torpaq sahəsi 50 illiyinə üçüncü şəxsin icarəsinə verilmişdir. 27.08.2018-ci il qeydiyyat tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla ünvan 2 ünvanında yerləşən 0.07 ha qeyri-yaşayış sahəsində yerləşən 642.2 kv.m daşınmaz əmlakla birlikdə tam mülkiyyət hüququ ilə üçüncü şəxs X4 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.05.2021-ci il tarixli 2(102)-2013/2021 nömrəli qərarından görünür ki, iddiaçının zəbt olunmuş torpaqdan çıxarılma, qanunsuz tikilinin sökülməsi və ona məxsus torpağın özünə verilməsi tələbinə dair iş üzrə iddia tələbi Bərdə Rayon Məhkəməsinin 14.01.2020-ci il tarixli 2(021)- 641/2020 nömrəli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 noyabr 1991-ci ildən 08 avqust 1999-cu ilə kimi qüvvədə olmuş köhnə redaksiyalı Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 7. Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. Maddə 12. Torpaq sahələri üzərində mülkiyyət hüququnu başqasına torpaq sahəsinin yerləşdiyi rayon, şəhər xalq deputatları Sovetləri keçirir... Maddə 23. Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir... Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 30. Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüququnu təsdiq edən sənədlər Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Maddə 31. Torpaqdan (o cümlədən .icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müqavilə və şəhadətnamə ilə rəsmiləşdirilir. Bu sənədlər rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən qeydə alınır və torpaq istifadəçisinə verilir. Müqavilənin və şəhadətnamənin forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 67.4-cü maddə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına və işin faktiki hallarına əsasən qeyd edir ki, hüquq münasibəti yaranan vaxt qüvvədə olan Torpaq Məcəlləsinin müvafiq maddəsinə əsasən torpaq barəsində sərəncam vermək səlahiyyəti Bərdə şəhər XDS-nə məxsus olduğundan, şəhər inzibati ərazi vahidi üzrə nümayəndə belə səlahiyyətə malik olmadığından, habelə iddiaçıya verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yerquruluşu orqanları tərəfindən müəyyən edilmədiyindən və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən iddiaçının üçüncü şəxs X4 adına dövlət reyestrində 27.08.2018-ci il tarixdə ******* qeydiyyat nömrəli çıxarışla ünvan 2ndə 0.07 ha torpaq sahəsində yerləşən 642.4 kv.m daşınmaz əmlak üzərində qeydiyyatının Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1998-ci il tarixli 20 saylı sərəncamına əsasən ləğv edilməsi tələbi təmin oluna bilməz. Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsigöstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı üçüncü şəxs X4 adına dövlət reyestrində 27.08.2018-ci il tarixdə ******* qeydiyyat nömrəli çıxarışla ünvan 2ndə 0.07 ha torpaq sahəsində yerləşən 642.4 kv.m daşınmaz əmlak üzərində qeydiyyatın Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1998-ci il tarixli 20 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 14x7 metr ölçüdə torpaq sahəsi hissəsində ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1707/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1707/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver