Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1708/2021 11.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) şəhadətnamənin və şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 02.08.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X1 adına verilmiş JN-660A KOD 50807005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş 26.01.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və Xanlar rayon X11 İcraiyyə Komitəsinin 02.07.1991-ci il tarixli, 13 nömrəli qərarı əsasında “28 Aprel” adına kolxozun ərazisindən yəni, Göygöl rayonu Yeni Qızılca kəndinin ərazisindən mərhum əri X5 verilmiş fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulan 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq hüquqi sənədlərin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar Rayon X11 İcraiyyə Komitəsinin 02 iyul 1991-ci il tarixli qərarına əsasən “28 Aprel” adına kolxozun ərazisindən, yəni Göygöl rayonu Yeni Qızılca kəndinin ərazisindən fərdi yaşayış evinin tikintisi üçün iddiaçının əri X5 0.12 ha həyatyanı torpaq sahəsi verilmişdir. Müzadil Qasımov 30.12.2010-cu il tarixdə vəfat etmişdir. İddiaçı ərindən miras qalan torpaq sahəsini sənədləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi torpaq sahəsinə dair plan və ölçü sənədinin müraciətə əlavə edilməməsi, həmçinin torpaq sahəsinin elektron baza məlumatlarına əsasən X2 məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi və bu səbəbdən də ərizəmin icrasının mümkün olmaması qeyd edilmişdir. Sözügedən torpaq sahəsi iddiaçının ərinə verildiyi vaxtdan, yəni 1991-ci il tarixdən indiyə kimi onun istifadəsində və sahibliyində olmuş, həmin torpaq sahəsindən X4 ümumiyyətlə istifadə etməmiş və onun belə bir hüququ olmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsindən heç kim istifadə etmir, sadəcə ətrafına dəmir tor çəkmişdir. Üçüncü şəxs Yeganə Məmmədova ərinin bacısı qızıdır, onun adına verilmiş şəhadətnamə saxtadır, Aqrar İslahat Komissiyası tərəfindən ona torpaq sahəsi verilməmişdir. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair plan və ölçü sənədinin müraciətə əlavə edilmədiyi, həmçinin faktiki torpaq sahəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə, X2 məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmiş, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. JN-660A KOD 50807005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində X1 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona 26.01.2021-ci il tarixli, **********90 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmiş, qeyd edilən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı həmin əmlaka dair təqdim edilmiş sənədlər əsasında, qanunvericiliyin tələbləri nəzərə alınmaqla verilmişdir. Üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Göygöl rayon Dövlət Arxivinin 09.03.2021-cil tarixli 42 nömrəli arxiv arayışından görünür ki, Xanlar Rayon X11 İcraiyyə Komitəsinin 02 iyul 1991-ci il tarixli 13 nömrəli qərarı əsasında “28 Aprel” adına kolxozun torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün fəhlə və qulluqçulara həyətyanı torpaq sahəsinin verildiyi və qərara əlavə edilmiş siyahıda mərhum X3 adı qeydə alınmaqla veriləcək torpaq sahəsi 0.12 ha göstərilmişdir. -Göygöl rayon Dövlət Arxivinin 07.08.2021-cil tarixli 43 nömrəli məktubunda qeyd olunmuşdur ki, Xanlar Rayon X11 İcraiyyə Komitəsinin 02 iyul 1991-ci il tarixli 13 nömrəli qərarı ilə kolxoz və sovxozlardan fərdi yaşayış evi tikintisi üçün verilmiş həyətyanı torpaq sahələrinin yerləşmə yeri, plan və koordinatları müəyyən edən sənədlər rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir. -surəti işə əlavə edilmiş AZ-İ 430554 nömrəli 04.01.2011-ci il tarixli Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 30.12.2010-cu ildə ölmüşdür. -surəti işə əlavə edilmiş JN-660A KOD 50807005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16.02.1998-ci il tarixli 02 nömrəli qərarı ilə 0.12 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. -surəti işə əlavə edilmiş 26.01.2021-ci il tarixli, **********90 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində X1 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 14.06.2021-ci il tarixli **********19 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, Xanlar Rayon X11 İcraiyyə Komitəsinin 02 iyul 1991-ci il tarixli 13 nömrəli qərarı əsasında “28 Aprel” adına kolxozun torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mərhum əri X5 0.12 ha torpaq sahəsi verilmişdir. İddiaçı mərhum ərinə müvafiq qərar əsasında verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, cavabdeh orqan müraciətə plan və ölçü sənədinin əlavə edilmədiyinə, həmçinin faktiki torpaq sahəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə, X2 məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə onun ərizənin icrasından imtina etmişdir. Qeyd edilməlidir ki, yuxarıda adı çəkilən müvafiq qərar əsasında X5 torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman sahənin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi qərar əsasında Göygöl rayonu, Qızılca kəndi ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı JN-660A KOD 50807005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Göygöl rayon Qızılca kənd sakini X1 mülkiyyətinə verilmiş və 26.01.2021-ci il tarixli, **********90 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0.12 ha torpaq sahəsinin onun mərhum ərinə verilmiş torpaq sahəsi olduğunu iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından ayrılmış torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, JN-660A KOD 50807005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində X1 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona 26.01.2021-ci il tarixli, **********90 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir, yəni qeyd edilən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı həmin əmlaka dair təqdim edilmiş sənədlər əsasında, qanunvericiliyin tələbləri nəzərə alınmaqla verilmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin mərhum ərinə ayrılmış sahə ilə eyni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna olunur. Belə ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı şəhadətnamənin və şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1708/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1708/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver