Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-171/2021 10.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi və yeni koordinatların vurulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus **********428 reyestr nömrəli torpaq sahəsinin koordinatlarının dəyişdirərək 10 metr Gəncə-Qarayeri avtomabil yolu tərəfə çəkilməsi və yeni koordinatların vurulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Samux rayonu Qarayeri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 14 saylı qərarına əsasən özəl şərab emal sexinin ərazisindən 3 ha torpaq sahəsi X1, şərab emal sexinin hasarından 10 metr aralı isə iddiaçıya torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsi qanunsuz olaraq Qarayeri bələdiyyəsi tərəfindən Bağırova Saidəyə verilsə də Samux Rayon Məhkəməsinin qərarı ilə o, həmin torpaq sahəsindən çıxarılmışdır. Ekspert koordinat nöqtələrini torpaq üzərində vurarkən məlum olmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi şərab emal sexinin hasarına birləşdirilib və sexin yeraltı zirzəmiləri hasarın altında qalır. İddiaçı bununla əlaqədar cavabdehə ərizə ilə müraciət edərək ona məxsus torpaq sahəsinin koordinat nöqtələrinin 10 metr Gəncə-Qarayeri avtomabil yolu tərəfə dəyişdiriləməsini xahiş etsə də sonuncu bundan imtina etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, **********57 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-286A nömrəli şəhadətnaməyə əsasən Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 181 saylı qərarı ilə İddiaçı2 0.17 ha torpaq sahəsi verilmiş, həmin şəhadətnaməyə uyğun olaraq Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0.17 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2016-ci il tarixli, **********28 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir və torpaq sahəsinin planı və ölçüsü sənədi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-286A nömrəli şəhadətnamədə qeyd olunan cizgilərə uyğun olaraq tərtib edilmişdir. Ona görə də torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Bu səbəbdə də iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.17 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 adına qeydiyyata alınmışdır. -********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı1 Samux rayonu Qarayeri qəsəbəsində yerləşən ümumi sahəsi 21018.8 kv.m qeyri-yaşayış binası üzərində xüsusi mülkiyyət hüququ və 0.13685 ha torpaq sahəsi üzərində istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. -A 092097 nömrəli, xx.xx.2016-cı il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nün surətindən görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən İddiaçı2 məxsus 0.17 ha torpaq sahəsinə dair plan və ölçünün tərtib olunmasına əsas xx.xx.2005-ci il tarixli JN-286A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə olmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin **********20 nömrəli, xx.xx.2020-ci tarixli məktubunun surətindən görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən İddiaçı2 məxsus torpaq sahəsinin sərhədlərinin dəyişdirilməsi ilə bağlı heç bir hüquqi əsas olmadığına görə onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-286A nömrəli şəhadətnaməyə əsasən Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 181 saylı qərarı ilə İddiaçı2 0.17 ha torpaq sahəsi verilmiş, həmin şəhadətnaməyə uyğun olaraq Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0.17 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2016-ci il tarixli, **********28 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Buna baxmayaraq iddiaçı ona məxsus torpaq sahəsinin koordinatlarının düzgün işlənmədiyini iddia edərək torpaq sahəsinin koordinatlarının dəyişdirərək 10 metr Gəncə-Qarayeri avtomabil yolu tərəfə çəkilməsi və yeni koordinatların vurulmasını tələb etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İşin faktiki hallarından da göründüyü kimi Samux rayonu Qarayeri qəsəbəsində yerləşən İddiaçı2 məxsus 0.17 ha torpaq sahəsinə dair plan və ölçünün tərtib olunmasına əsas xx.xx.2005-ci il tarixli JN-286A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə olmuşdur. Deməli iddiaçıya məxsus torpaq sahəsinin koordinatları ilkin sənədlər əsasında işlənmişdir. Belə olan halda məhkəmə hesab edir ki, torpaq sahəsinin sərhədlərinin dəyişdirilməsi ilə bağlı heç bir hüquqi əsas yoxdur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi və yeni koordinatların vurulması tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-171/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-171/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver