Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1710/2021 24.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlunun və onların nümayəndəsi (vəkili) X11, cavabdehin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X4, üçüncü şəxs Kərimova (Əliyeva) Bənövşə Faxrəddin qızının nümayəndəsi X7 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, Kərimova (Vəliyeva) Məleykə Fəxrəddin qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Kərimova (Əliyeva) Bənövşə Fəxrəddin qızı) qarşı mənzilin özəlləşdirilməsinə dair hərəkətin qanunsuz hesab edilərək dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı5, Kərimova (Vəliyeva) Məleykə Fəxrəddin qızının (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Kərimova (Əliyeva) Bənövşə Fəxrəddin qızı) 02.08.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququnun qeydiyyatı barədə 27.04.2021-ci il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 1 ünvanda yerləşən mənzil sahəsi X6 24 fevral 1977-ci il tarixdə, 182 nömrəli order əsasında verilmiş, həmin orderdə mənzilin kirayəçisi X8 ailə üzvləri kimi Məleykə, Qənirə, Sünbül, Bənövşə və İddiaçı2lar qeyd edilmişdir. Sonradan bu mənzili Kərimova (Əliyeva) Bənövşə Faxrəddin qızının adına qanunsuz olaraq cavabdeh orqan tərəfindən özəlləşdirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Kərimova (Əliyeva) Bənövşə Fəxrəddin qızı) qarşı mülkiyyət hüququnun qeydiyyatı barədə 27.04.2021-ci il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf 14.09.2021-ci il tarixdə məhkəməyə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mənzilin özəlləşdirilməsinə dair hərəkətin qanunsuz hesab edilərək, dövlət qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 14.09.2021-ci il tarixli, 2-1(114)-1710/2021 nömrəli qərardad ilə iddiaçının ərizəsi təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Kərimova (Əliyeva) Bənövşə Faxrəddin qızı) qarşı mənzilin özəlləşdirilməsinə dair hərəkətin qanunsuz hesab edilərək, dövlət qeydiyyatının ləğv edilməsi barədə iddianın dəqiqləşdilməsinə dair iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu və onların nümayəndəsi (vəkili) X18, cavabdeh nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçılar İddiaçı5, Kərimova (Vəliyeva) Məleykə Fəxrəddin qızı məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. İddiaçılar İddiaçı5, Kərimova (Vəliyeva) Məleykə Fəxrəddin qızının məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə iclasında iddiaçılar və onların nümayəndəsi (vəkilli) X18 ayrı-ayrılıqda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 və üçüncü nümayəndəsi (vəkili) X16 ayrı-ayrılıqda izahat verərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçılara məxsus olan AZE seriyalı, 14818678 nömrəli, AZE seriyalı, 13113141 nömrəli, AZE seriyalı, ******* nömrəli, AZE seriyalı, ******* nömrəli, AZE seriyalı, ******* nömrəli, - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 26.05.2021-ci il tarixli, 13.07.2021-ci il tarixli, 27.08.2021-ci il tarixli, 07.09.2021-ci il tarixli məktubları; - Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 26.05.2021-ci il tarixli, M-315 nömrəli məktubu; - ********** qeydiyyat nömrəli, 27.04.2021-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surəti; - Gəncə şəhər Baş Polis İdarəsi 24.09.2021-ci il tarixli, 120-29069-1221 nömrəli, 120-29068- 1221 nömrəli, 120-29070-1221 nömrəli məktublar və Qəbələ rayon Polis Şöbəsinin 24.09.2021-ci il tarixli, 17/144-29524-1221 nömrəli məktubu ilə göndərilmiş fərdi uçot kartoçkasının surəti; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı5, Kərimova (Vəliyeva) Məleykə Fəxrəddin qızının məhkəmədə iddia qaldıraraq, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Kərimova (Əliyeva) Bənövşə Fəxrəddin qızı) qarşı mənzilin özəlləşdirilməsinə dair hərəkətin qanunsuz hesab edilərək dövlət qeydiyyatının ləğv edilməsi məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 26.05.2021-ci il tarixli, M-315 nömrəli məktubu ilə Birliyin balansında olan Atatürk prospekti 197, 12 saylı, 5 mərtəbəli yaşayış binasının 3 otaqlı, 16 saylı özəl mənzili X3 adına olmaqla 27.04.2021 -ci il tarixdə özəlləşdirilmişdir. İş materiallarında olan ********** qeydiyyat nömrəli, 27.04.2021-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Gəncə şəhəri Atatürk prospekti 197, 12 saylı, 5 mərtəbəli yaşayış binasının 3 otaqlı, 16 saylı özəl mənzili X1 xüsusi mülkiyyətindədir. Məhkəmənin sorğusuna cavab olaraq Gəncə şəhər Baş Polis İdarəsi 24.09.2021-ci il tarixli, 120-29069-1221 nömrəli, 120-29068-1221 nömrəli, 120-29070-1221 nömrəli və Qəbələ rayon Polis Şöbəsinin 24.09.2021-ci il tarixli, 17/144-29524-1221 nömrəli məktublarından görünür ki, X5 08.04.2008-ci il tarixdən ünvan 2 ünvanında, İddiaçı3 Faxrəddin qızı 04.11.2006-ci il tarixdən ünvan 3 ünvanında, İddiaçı2 Faxrəddin oğlu 20.06.2006-ci il tarixdən ünvan 4 ünvanında, 28.09.2005-ci il tarixdən Qəbələ rayon Aydınqışlaq kəndində qeydiyyatdadırlar. Məhkəmə sorğusu cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 27.08.2021-ci il tarixli məktubu ilə göndərilmiş 24.02.1977-ci il tarixli, 182 nömrəli orderin surətindən görünür ki, Əzizbəyov küçəsi 197, 12 saylı, 5 mərtəbəli yaşayış binasının 3 otaqlı, 16 saylı mənzil X6 verilmiş və Gülnaz Kərimov, İddiaçı4, Qənirə Kərimova, Sünbül Kərimova, Bənövşə Kərimova və İddiaçı2 adı ailə üzvləri kimi qeyd edilmişdir. X10 və X2 şəhər 5 saylı Notariat ofisində 13.04.2021-ci il tarixdə ərizə ilə Gəncə şəhəri Atatürk prospekti 197 ünvanında yerləşən 12 saylı, 5 mərtəbəli yaşayış binasının 3 otaqlı, 16 saylı özəl mənzili X1 adına özəlləşməsinə etiraz etmədiklərini bildirmişlər. Hazırda məhkəmədə qaldırılmış mübahisə ondan ibarətdir ki, Gəncə şəhəri Atatürk prospekti 197, 12 saylı, 5 mərtəbəli yaşayış binasının 3 otaqlı, 16 saylı mənzilin özəlləşdirilməsinə dair hərəkətin qanunsuz hesab edilərək dövlət qeydiyyatının ləğv edilməlidir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirilmə üçün müraciət edilən anda həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, adları evin orderində qeyd edilmiş iddiaçılar hazırda uzun müddət başqa-başqa ünvanlarda qeydiyyatda olmaqla həmin ünvanda yaşayırlar və mənzil özəlləşən zaman həmin mənzildə yaşamamışlar. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 11 avqust 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı5, Kərimova (Vəliyeva) Məleykə Fəxrəddin qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Kərimova (Əliyeva) Bənövşə Fəxrəddin qızı) qarşı mənzilin özəlləşdirilməsinə dair hərəkətin qanunsuz hesab edilərək dövlət qeydiyyatının ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1710/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1710/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver