Məhkəmə qərarları › İş №2-1(114)-1711/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1711/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1711/2024 23.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, İclas katibi Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə pensiyaya çıxdıqdan sonra fərdi hesabında xx.xx.2022-ci il tarixə toplanmış və istifadə olunmamış 19539,58 manat pensiya sığorta kapitalını xx.xx.2022-ci il müraciət tarixinə gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (153-ə) bölərək, alınan 127,71 manat məbləği pensiyasının qulluq stajına əlavəsi azaldılmaqla xx.xx.2022-ci il tarixə mövcud 440,26 manat pensiya məbləğinə əlavə edilməsi (maddi yardım xaric) və xx.xx.2023-cü il tarixdən maddi yardımla birgə indeksləşdirilərək hesablanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası alır. Eyni zamanda qeyri-dövlət vəzifələrində işləmiş, bu gün də işləyir. xx.xx.2022-ci il tarixdən cəmi pensiyasının məbləği 484,29 manat, xx.xx.2023-cü il tarixdən isə pensiyasının məbləği 555,48 manat hesablanaraq ödənilir. O, xx.xx.2022-ci il tarixində fərdi hesabında yığılan pensiya kapitalından iddiaçının xeyrinə yararlanmaq məqsədi ilə cavabdehə müraciət etmişdir və cavab olaraq ona bildirmişdirlər ki, iddiaçının fərdi hesabında olan pensiya kapitalı gözlənilən pensiya müddəti aylarının sayına bölünməklə pensiyanın sığorta hissəsinə əlavə edilmiş və bu zaman qulluq stajına əlavədən artım qədər azaldılmışdır. Ona görə də pensiyanın məbləğində dəyişiklik edilməmişdir. Səbəb kimi həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə istinad edilir, qulluq stajına görə əlavə almaq hüququ olan əmək pensiyası təyin olunmuş əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən, pensiyanın sığorta hissəsindəki artıq qədər qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldıldığını göstərirlər. İddiaçının fərdi hesabında yığılmış 19539,58 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 153 (19539,58:53 (65 il-58il 3 ay=81 ay +(144 ay-72 ay)=127,71 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 371,01(243,30+127,71) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (196,96 manat) həmin artımlar qədər (127,71 manat) azaldılıb. Nəticədə, hazırda iddiaçının əmək pensiyasının sığorta hissəsi 371,01 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 69,25 (196,96-127,71) manat təşkil edir. Daha sonra iddiaçı cavabdehin yanıldığını zənn edərək, xx.xx.2023-cü il tarixdə həmin məzmunla təkrar müraciət etmiş, cavabdeh isə yenidən eyni məzmunlu cavab vermişdir. İddiaçı hesab edir ki, cavabdeh onun barəsində düzgün qərar verməmiş, müraciət etdiyi xx.xx.2022-ci il tarixə hesabında toplanmış pensiya sığorta kapitalı qanunda nəzərdə tutulmuş (“Əmək pensiyaları haqqında” Qanununun 37.3.2-1 və 45-ci maddələri) qaydada hesablanaraq, xx.xx.2022-ci il tarixdə fərdi hesabında toplanmış 19539,58 manat pensiya sığorta kapitalı: 153-ə (65 il-58 il 3ay=81 ay + (144ay-72ay=153)=127,71 manat məbləğ qulluq stajına əlavəni azaltmamaqla mövcud 440,26 manat pensiya məbləğinə əlavə edilməklə 567,97 manat hesablanılmalı, həmin məbləğə 56,79 manat maddi yardım əlavə edilməklə 624,76 manat məbləğində hesablanılmalı, xx.xx.2023-cü il tarixdən isə 14,7% indeksləşmə tətbiq edilməklə 716,60 manata çatdırılmalıdır.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

4. İş üzrə digər zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmə hazırlıq iclası 23 .04.2024-cü il tarixə təyin edilərək, tərəflərə bu barədə lazımi qaydada məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlmişlər.

5. Cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-4691/2024 nömrəli qərarını təqdim edərək, iddiaçının tələbinin məhkəmədənkənar qaydada təmin edildiyini bildirməklə, iş üzrə icraata xitam verilməsi xahiş etmişdir.

6. İddiaçı məhkəmə iclasında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.

Əsaslandırma hissəsi:

8. Məhkəmə cavabdehin şifahi vəsatəti və əmək pensiyasının yeniən hesablanması haqqında qərarı nəzərdən keçirib hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.

9. Belə ki, iddiaçının tələbi ona pensiya təyin edildikdən sonra fərdi şəxsi hesabında toplanmış pensiya kapitalına əsasən pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 2xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-4691/2024 nömrəli qərarından görünür ki, İddiaçı əmək pensiyası yenidən hesablanmış və pensiya məbləği 736.23 manat məbləğində müəyyən edilmişdir.

11. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

12. Beləliklə, iddiaçının tələbi cavabdeh orqanın özü tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.

Nəticəvi hissə:

13. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar