Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1712/2025 14.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X4 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-4554/2024 nömrəli kameral hesablama barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, inzibati orqan tərəfindən qərar qəbul edilərkən Vergi Məcəlləsinin 37-ci və 67-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Kameral hesablama zamanı inzibati orqan Vergi məcəlləsinin 37 və 67 maddələrinin tələblərindən kənara çıxaraq Vergi Məcəlləsinin vergi ödəyiciləri üçün nəzərdə tutulmuş xüsusi hissənin maddələrini tətbiq edərək barəsində əsasız olaraq artıq vergi hesablamışlar. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək 23 dekabr tarixli, 3-21-2-18/2-51796 nömrəli qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan verdiyi etiraz ərizəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-51796/2024 nömrəli qərarın ləğv edilməsi tələbinə dair İddiaçı iddiası mümkün hesab edilməməlidir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-51796/2024 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsində mübahisələnən qərarın tarixi və nömrəsi tam göstərilməmişdir. Belə ki, iddiaçı 23 dekabr tarixli 3-21-2-18/2-51796 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi inzibati aktın rekvizitlərini tam yazmamış və bununla da iddia tələbində qeyri-müəyyənliyə yol vermişdir. İddiaçının hüquqi marağı xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-51796/2024 nömrəli qərarın ləğv edilməsinə nail olmaqdır. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə sözügedən qərarın ləğvi tələbi ilə məhkəməyə müraciət etmiş və qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmədiyini bildirmişdir. Müddətin ötürülməməsini onunla əsaslandırmışdır ki, 3-21- 2-18/2-51796/2024 nömrəli qərar xx.xx.2025-ci il tarixli müraciəti əsasında xx.xx.2025-ci il tarixli məktubla xx.xx.2025-ci il tarixdə əlbəəl ona təqdim olunmuşdur. Bildirilir ki, iddiaçının xx.xx.2024- cü il tarixli 3-21-2-18/2-51796/2024 nömrəli qərardan iddia ərizəsində göstərdiyi tarixdən əvvəl məlumatı olmuşdur. Qeyd olunur ki, xx.xx.2022-ci il tarixli “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə”nin 4.1.5-ci bəndinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən elektron kabinet vasitəsi ilə göndərilmiş sənəd və məlumatlarla hər gün tanış olmalıdır. Vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-51796/2024 nömrəli qərar iddiaçının şəxsi kabinetinə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Müqavilənin şərtlərinə görə xx.xx.2024-cü il tarixdə ona məxsus olan şəxsi kabinetə yerləşdirilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-51796/2024 nömrəli qərarla İddiaçı tanış olmaq öhdəliyi yaranmışdır. Beləliklə, Vergi Məcəlləsinin 13.2.72 və 70.2-1.3-cü maddələrinin, habelə “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə”nin 4.1.5-ci bəndinin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, xx.xx.2024-cü il tarixli 3-21-2- 18/2-51796/2024 nömrəli qərar vergi ödəyicisinə xx.xx.2025-ci il tarixdən çatdırılmış hesab edilməlidir. Elektron məhkəmə sistemində yerləşdirilmiş və Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 2-1(114)-1712/2025 nömrəli sərəncam birbaşa İddiaçı ünvanlanmışdir. Sözügedən sərəncam əsasında Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən İddiaçı hüquqi yardım göstərmiş, xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-51796/2024 nömrəli kameral hesablama qərarının ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin üzürlü səbəbdən buraxılmasına səbəb olmuş hallar barədə ərizəni xx.xx.2025-ci il saat 14:20-yə təyin edilmiş məhkəmənin hazırlıq iclasınadək təqdim edilməsini iddiaçıya tövsiyə edilmişdir. İddiaçı qeyd olunan sərəncama əməl etməmiş, xx.xx.2025-ci il tarixə kimi iddia müddətinin üzürlü səbəbdən buraxılmasına səbəb olmuş hallar barədə məhkəməyə hər hansı məlumat verməmişdir. İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli 2-1(114)-1712/2025 nömrəli sərəncamın onun tərəfindən nə vaxt qəbul edilməsi barədə tərəfimizdən Gəncə İnzibati Məhkəməsinə sorğu edilmişdir. Məhkəmə xx.xx.2025-ci il tarixli 2-1(114)-1712/2025 nömrəli cavab məktubunda xx.xx.2025-ci il tarixli 2-1(114)-1712/2025 nömrəli sərəncamın xx.xx.2025-ci il tarixdə şəxsən imza edilməklə İddiaçı tərəfindən qəbul edildiyini qeyd etmişdir. xx.xx.2025-ci il tarixli sərəncamın məzmunu birbaşa indiki mübahisələndirilən qərarla bağlı olmuşdur. Bu o deməkdir ki, iddiaçı xx.xx.2024-cü il tarixli 3-21-2-18/2- 51796/2024 nömrəli qərarın mövcudluğundan xx.xx.2025-ci il tarixdən xəbəri olmuşdur. xx.xx.2025-ci il tarixli 2-1(114)-1712/2025 nömrəli sərəncamın xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən şəxsən imza edilməklə qəbul edilməsi faktı xx.xx.2024-cü il tarixli 3-21-2-18/2- 51796/2024 nömrəli qərardan xx.xx.2025-ci il tarixdən məlumatlı olması barədə qənaətə gəlmək üçün yetərli əsas sayılmalıdır. Odur ki, iddianın mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı sərəncam göndərilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-51796/2024 nömrəli qərarın ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə ərizəni məhkəməyə təqdim etməyi təklif edilmişdir. Həmin sərəncam iddiaçının ərizəsində göstərdiyi ünvana göndərilmiş və xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən şəxsən imza edilməklə qəbul edilmişdir. Lakin ötən müddət daxilində iddiaçı tərəfindən sərəncama əməl etməyərək, xətalar aradan qaldırılmamışdır. Əksinə iddiaçı elektron kabinet üzərindən məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, qərar ona xx.xx.2025-ci ildə çatdırılmışdır. Yəni tərəfindən prosessual müddət buraxılmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 3.1, 3.2 və 3.3-cü bəndləri). İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-2- 18/2-51796/2024 nömrəli qərar mübahisələndirilir. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirilən qərar «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir və bu halda həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilməlidir. İddiaçının həmin qərardan şəxsi kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirildiyi müddətdən məlumatlı olması, lakin onu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: ......... Maddə 13.2.72. elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində, habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.1-1.3-cü maddəsində nəzərdə tutulan vergi ödəyicilərinə münasibətdə) ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə. ......... Maddə 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır:https://e-qanun.az/framework/46948 ......... 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. ......... Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilmiş və qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə ərizəni məhkəməyə təqdim edilməyi qeyd olunmuşdur. Lakin iddiaçı göndərilmiş sərəncama əməl etməmişdir. İşin bu halı iddia tələbinin mümkün sayılmamasına dəlalət edir. Çünki, məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək, yuxarıda qeyd edilən məsələlər iddiaçının nəzərinə çatdrılmış və əks halda iddianın mümkün sayılmayacağı bildirilmişdir. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1712/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1712/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver