Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1719/2021 13.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsinə qarşı (üçüncü şəxs X5) torpağın geri qaytarılması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı 02.08.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, özünə ev tikmək məqsədi ilə torpaq almaq üçün Dağ Kəsəmən bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Bələdiyyə 15.04.2007-ci il tarixli, 40 saylı qərarı ilə alqı-satqı predmeti olan 620 kv.m torpaq sahəsini ev tikmək üçün iddiaçıya vermişdir. İddiaçı həmin torpaq sahəsinin dəyərini ödəmişdir. Həmin torpaq sahəsi kadastr kitabında 21.01.2010-cu il tarixdə, 621 saylı nömrə ilə uçota alınmışdır. İddiaçı bir neçə ildən sonra həmin torpaqda ev tikmək qərarına gəlmiş, lakin X5 qeyd edilən torpağı özünün aldığını bildirərək, iddiaçının ev tikməsinə mane olmuşdur. Bundan sonra iddiaçı torpağını satmaq qərarına gəlmiş və notarial qaydada Bayramova Gülarəyə satmışdır. X1 Gülarəni də, qeyd edilən torpaq sahəsinə buraxmadığı üçün o, iddiaçıdan pulunu geri istəmişdir. İddiaçı Bayramova Gülarənin pulunu geri qaytarmışdır. Bundan sonra Bələdiyyə mübahisəli torpaq sahəsinin alınmasına dair iddia qaldırmış və bütün instansiyalarda qalib olmuşdur. Odur ki, iddiaçı torpağın geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. İş üzrə məhkəmə hazırlıq icraatı iclası 13 sentyabr 2021-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlmişdir. Cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, hazırki mübahisə üzrə eyni predmet barəsində və eyni əsaslar üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 31.03.2017-ci il tarixli, 2-1(83)-65/2017 nömrəli qərarı mövcuddur. Həmin qərarı araşdıran məhkəmə müəyyən etmişdir ki, iddiaçı X5 04.10.2016-cı il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Ağstafa rayon Dağ Kəsəmən bələdiyyəsinə qarşı (üçüncü şəxs İddiaçı) Ağstafa rayon Dağ Kəsəmən bələdiyyəsinin 15.04.2007-ci il tarixli, 40 saylı və üçüncü şəxs İddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpağın bələdiyyə torpaq fonduna qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 31.03.2017-ci il tarixli, 2-1(83)-65/2017 nömrəli qərar ilə iddiaçı X2 iddia tələbi təmin edilməmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 31.03.2017-ci il tarixli, 2-1(83)-65/2017 nömrəli qərarından X5 tərəfindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmiş, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 25.09.2017-ci il tarixli, 2-1(104)- 237/2017 nömrəli qərar ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 31.03.2017-ci il tarixli, 2- 1(83)-65/2017 nömrəli qərarı ləğv edilmiş, X2 cavabdeh Ağstafa rayon Dağ Kəsəmən bələdiyyəsinə qarşı Ağstafa rayon Dağ Kəsəmən bələdiyyəsinin 15.04.2007-ci il tarixli, 40 saylı və üçüncü şəxs İddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, Ağstafa rayon Dağ Kəsəmən bələdiyyəsinin 15.04.2007-ci il tarixli, 40 saylı qərarı 620 kv.m torpaq sahəsinin İddiaçı satılmasına dair hissədə ləğv olunmuş və Ağstafa rayon Dağ Kəsəmən bələdiyyəsi ilə İddiaçı arasında 620 kv.m torpaq sahəsinin alqı-satqısına dair 20.04.2007-ci il tarixdə tərtib olunmuş akt etibarsız sayılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin 25.09.2017-ci il tarixli, 2-1(104)-237/2017 nömrəli qərarından İddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş 30.01.2018-ci il tarixli, 2-1(102)-192/2018 nömrəli qərar ilə kasasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin 25.09.2017-ci il tarixli, 2-1(104)-237/2017 nömrəli qərarı iddianın təmin edilərək Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsinin 15.04.2017-ci il tarixli, 40 saylı qərarının ləğvi hissəsində dəyişdirilmədən saxlanılmış və qərar Ağstafa rayon Dağ Kəsəmən bələdiyyəsi ilə İddiaçı arasında 620 kv.m torpaq sahəsinin alqısatqısına dair 20.04.2007-ci il tarixdə tərtib olunmuş akt etibarsız sayılması hissəsində ləğv edilmişdir. Bundan sonra İddiaçı Gəncə Apelyasiya Məhkəməsinin 25.09.2017-ci il tarixli, 2- 1(104)-237/2017 nömrəli qanuni qüvvəyə minmiş qərarı üzrə icraatın yeni açılmış hallara əsasən təzələnməsi barədə ərizə ilə Gəncə Apelyasiya Məhkəməsinə müraciət etmiş, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 05.11.2018-ci il tarixli, 2-1(104)- 237/2017 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı Gəncə Apelyasiya Məhkəməsinin 05.11.2018-ci il tarixli, 2-1(104)-237/2017 nömrəli qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş 27.02.2019-cu il tarixli, 2-1(102)- 497/2019 nömrəli qərarı ilə kasasiya şikayəti təmin edilməmiş və Gəncə Apelyasiya Məhkəməsinin 05.11.2018-ci il tarixli, 2-1(104)-237/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsində təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Həmin qərara əsasən mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Göründüyü kimi hazırda iddiaçı Bəsti Sərkənamazova məhkəməyə yenidən iddia qaldıraraq Ağstafa rayonu, Dağ Kəsəmən bələdiyyəsi ilə 15.04.2007-ci il tarixli, 40 saylı qərarı əsasında bağlanmış alqı-satqı müqaviləsi əsasında ona satılmış torpaq sahəsinin ona geri qaytarılmasını xahiş edir, lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, qeyd edilən bələdiyyənin qərarı ləğv edilmiş və hazırda məhkəmənin qərarı qanuni qüvvəsini almışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı eyni predmet üzrə yenidən iddia qaldırmaqda haqlı olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsinə qarşı torpağın geri qaytarılması barədə iddia tələbi üzrə icraatda eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 78, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsinə qarşı (üçüncü şəxs X5) torpağın geri qaytarılması barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1719/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1719/2021
13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver