Məhkəmə qərarları › İş №2-1(114)-172/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-172/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-172/2020 17.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Əliyeva Könül Nəriman qızının, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14 nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X11rşı mülkiyyətində olan sahənin texniki pasportda qeyd edilməsi və s. tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14 xx xxxxxx 2019-cu il tarixli məktubu ilə İddiaçı istifadəsində olan və mənzilin həyətində yerləşən sanitar qovşağın çıxarışda və texniki pasportda göstərilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mənzil alğı-satqı yolu ilə X3 alınmış, mənzil X4 adına özəlləşdirilən zaman vətəndaşa texniki pasport işlənilmişdir. Həmin texniki pasport əsasında X4 hüquqları Dövlət qeydiyyatına alınaraq çıxarış verilmişdir. Müşgünazın adına işlənilən texniki pasportda məkubda qeyd edilən sanitar qovşağı öz əksini tapmadığı üçün Notarius tərəfindən tərtib edilmiş alqı-satqı müqaviləsində həmin sahə göstərilməmişdir. Eyni zamanda mənzillər üzərində mülkiyyət hüquqları qeydiyyata alınan zaman qeydiyyata yalnız mənzilin daxilində olan yaşayış və köməkçi sahələrin alındığı, həyət tikililəri, zirzəmi və sairə qeydiyyata alınmadığı bildirilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət edərək ünvan 1 mənzil 11-ə aid olan həyətdə yerləşən yardımçı sahədən, yəni sanitar qovşaqdan ibarət olan sahənin mənzilə aid texniki pasportda qeyd edilməsi və həmin sahənin mülkiyyəti təsdiq edən çıxarışda qeyd edilən ümumi sahəyə əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi Əliyeva Könül Nəriman qızı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, mülkiyyətində olan ünvan 1 mənzil 1-ə aid olan əvvəlki texniki pasportda qeyd edilmiş 3,1 kvadratmetrlik evə bitişik sahənin yeni texniki pasportda qeyd edilməsi, mülkiyyətində olan yuxarıda qeyd olunan ünvana aid olan 30 ildən artıq müddət ərzində tikilmiş və istifadəsində olan sanitar qovşağın (yardımçı sahənin) texniki pasportda qeyd edilməsi, hər iki sahənin – həm evə bitişik sahənin, həm də sanitar qovşağın mülkiyyət sənədi olan çıxarışda ümumi sahəyə əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxx 2019-cu il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə X3 onun mülkiyyətində olan 39,1 kv.m olan 2 otaqlı mənzili almışdır. Həmin mənzilin yaşayış sahəsi 28,6 kv.m, yardımçı sahəsi 10,5 kv.m-dir. Hazırda mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdən iddiaçının mülkiyyətindədir. Mənzili alarkən onun texniki pasportu da onlara verilmiş və əvvəlki pasportunda mənzilə aid yardımçı sahə olan sanitar qovşaq da pasportda öz əksini tapmışdır. Hazırda da mənzilə aid olan və istifadələrində olan yeganə sanitar qovşaq həmin yardımçı sahədir ki, həm hamam, həm tualet həmin yardımçı sahədə birlikdədir. Alğı-satqıdan sonra iddiaçı xx xxxxxx 2019-cu il tarixdə əvvəlki texniki pasportu reyestr xidmətinə təhvil verərək yeni çıxarış və texniki pasport əldə etmişdir. Yeni texniki pasportda aşkar etmişdir ki, əvvəlki texniki pasportda qeyd edilmiş, mənzilə aid olan sanitar qovşaq olan hissə pasportdan çıxarılmışdır. Bununla bağlı cavabdehə müraciət edərkən ona bildirilmişdir ki, əvvəlki texniki pasportlarda bu sahə qeyd edilsə də, hazırda qeyd edilə bilməz, bu səbəbdən də bu qeyd mümkünsüzdür. Cavabdeh hərəkətsizlik edərək, labüd və zəruri olan hərəkətləri etməmiş, yardımçı sahələrini mənzilə aid etməmiş, çıxarış və texniki pasportda həmin yardımçı sahəni qeyd etməmişdir. Lakin, bu mənzilin 50 ildən çoxdur ki, bütün texniki pasportlarında həmin yardımçı sahə mənzilə aid olmuş və qeyd edilmişdir. Hazırda texniki pasportda öz əksini tapmamaq o deməkdir ki, iddiaçı hamam və tualetdən istifadəsiz qalmalı, mənzilin içərisində isə belə bir qovşağın yaradılması texniki cəhətdən mümkünsüzdür. Hesab edir ki, yardımçı sahə olan həyətdə yerləşən və mənzilə aid olan yardımçı sahə mütləq olaraq texniki pasportda əvvəlki pasportlarda olduğu kimi qeyd edilməlidir. Eləcə də, mənzilin hissəsi olduğu üçün mülkiyyət hüququnu təsdiq edən çıxarışda həmin yardımçı sahəsinin ölçüləri ümumi sahəyə daxil edilməlidir. İddiaçının nümayəndəsi Əliyeva Könül Nəriman qızı məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14 etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, ünvan 1 mənzil 1 üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli, **********84-05101-093005 reyestr nömrəli çıxarış verilmişdir. Qeyd olunan mənzil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatı qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi həyətdə olan yardımçı sahə binandan kənarda, ümumi istifadədə olan torpaq sahəsində yerləşdiyi üçün həmin sahə üzərində hüquqların dövlət qeydiyyatına alınması qanunauyğun hesab edilməmişdir. Digər mənzilə bitişik olan 3.1 kv.m sahə həqiqətən X4 adına işlənilmiş texniki pasportda qeyd edilmiş, lakin İddiaçı adına texniki pasport işlənərkən həmin sahə əlavə olunmamışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X4 xüsusi mülkiyyətində olan ünvan 1 mənzil 1 ünvanında yerləşən, 10,5 kv.m yardımçı sahədən, 28,6 kv.m yaşayış sahəsindən, 39,1 kv.m ümumi sahədən və 2 yaşayış otağından ibarət olan 1 mərtəbəli ev xx xxx 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə İddiaçı satılmış və xx.xx.2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabınının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin İddiaçı adına yeni texniki pasport verilərkən əvvəlki texniki pasportda qeyd edilmiş 3,1 kvadratmetrlik evə bitişik sahə yeni texniki pasportda qeyd edilməmişdir. İş materiallarında olan; - “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 mənzil 1 ünvanında yerləşən, 10,5 kv.m yardımçı sahədən, 28,6 kv.m yaşayış sahəsindən, 39,1 kv.m ümumi sahədən və 2 yaşayış otağından ibarət olan 1 mərtəbəli ev xüsusi mülkiyyət hüququ ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabınının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. - xx xxx 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı – X1 şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 2-ci döngə, bina 5, mənzil 1 ünvanında yerləşən 10,5 kv.m yardımçı sahədən, 28,6 kv.m yaşayış sahəsindən, 39,1 kv.m ümumi sahədən və 2 yaşayış otağından ibarət olan 1 mərtəbəli evi alıcı – İddiaçı satmışdır. - xx xxxxxx 2014-cü il tarixli, 9617 inventar nömrəli X4 adına işlənilmiş texniki pasportdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, F.Əliyev (indiki Z.Əliyeva) küçəsi, 2-ci döngə, bina 5 , mənzil 1 ünvanında yerləşən 1 mərtəbəli ev 17.1 kv.m və 11.5 kv.m olan 2 yaşayış otağından, 9.2 kv.m olan mətbəxdən, 4.4 kv.m olan açıq eyvan və mənzilə bitişik 3.1 kv.m olan sahədən ibarət olmuşdur. - xx xxx 2019-cu il tarixli, 9617 inventar nömrəli İddiaçı adına işlənilmiş texniki pasportun surətindən görünür ki, ünvan 2 , mənzil 1 ünvanında yerləşən 1 mərtəbəli ev 17.1 kv.m və 11.5 kv.m olan 2 yaşayış otağından, 9.2 kv.m olan mətbəxdən, 4.4 kv.m olan açıq eyvandan ibarətdir. - xx.xx.2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 mənzil 1 ünvanında yerləşən 39,1 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli ev xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabınının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən iddiaçının və cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakları ilə yerində baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, ünvan 2 , mənzil 1 ünvanında yerləşən 1 mərtəbəli mənzil iç-içə olmaqla, yəni bir otaqdan digərinə keçməklə 17.1 kv.m və 11.5 kv.m olan 2 yaşayış otağından, 9.2 kv.m olan mətbəxdən, 4.4 kv.m olan qapalı eyvandan ibarətdir. Bununla yanaşı mənzilə bitişik və qapalı eyvana daxil olmaq üçün 3.1 kv.m olan mənzilə bitişik sahə də mövcuddur. Həmçinin ümumi istifadədə olan torpaq sahəsində sanitar qovşaq inşa olunmuşdur. Həmin sahə mənzildən kənarda yerləşir və mənzilə bitişik deyildir. Mənzillə inşa edilən sanitar qovşaq arasında ümumi istifadədə olan keçid vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, 4 yaşından mübahisə predmeti olan mənzilin yerləşdiyi binada yaşayır. Mənzilin əvvəlki sahibi Müşgünaz Hüseynova olmuşdur. Əvvəllər binanın həyətində bina sakinləri üçün ümumi istifadədə olan sanitar qovşağı nəzərədə tutulmuşdu və bütün sakinlər həmin sanitar qovşaqdan istifadə edirdilər. Yəni burada olan mənzillərin heç birinin daxilində sanitar qovşaq olmamışdır. Sonradan qonşular əsasən ikinci mərtəbədə yerləşən mənzillərin daxilində, bəziləri isə həyətdə sanitar qovşaq inşa etdirdilər. M.Hüseynova 15 ildən çoxdur ki, həmin sanitar qovşağı inşa etdirib. Onun sanitar qovşağına bitişik isə digər qonşunun sanitar qovşağı yerləşir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, M.Hüseynova onun qohumudur. Qızı 2000-ci ildə həmin mənzilə gəlin köçmüşdür. M.Hüseynova özünə ayrıca sanitar qovşaq inşa etdirmişdi və həmin sahə adına verilmiş texniki pasportda işlənilmişdir. Göründüyü kimi iddiada üç tələb- 1) ünvan 1 mənzil 1-ə aid olan əvvəlki texniki pasportda qeyd edilmiş 3,1 kvadratmetrlik evə bitişik sahənin yeni texniki pasportda qeyd edilməsi, 2) mənzilə aid olan 30 ildən artıq müddət ərzində tikilmiş və istifadəsində olan sanitar qovşağın (yardımçı sahənin) texniki pasportda qeyd edilməsi, 3) hər iki sahənin – həm evə bitişik sahənin, həm də sanitar qovşağın mülkiyyət sənədi olan çıxarışda ümumi sahəyə əlavə edilməsi xahiş olunmuşdur. Məhkəmə iddia tələbini qismən ünvan 1 mənzil 1-ə aid olan əvvəlki texniki pasportda qeyd edilmiş 3,1 kvadratmetrlik evə bitişik sahənin yeni texniki pasportda qeyd edilməsi hissəsində əsaslı, iddianın digər hissələrini isə əsassız hesab edir və gəldiyi hüquqi nəticəni aşağıda qeyd edilən maddi hüquq normaları ilə əsaslandırır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun; 2.1. maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 7.1. maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 10.2. maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur: 16.1. maddəsinə əsasəq qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 23.2. maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin; 1.1. maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. 1.2. maddəsinə əsasən xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. 3.0.23. maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı ünvan 1 mənzil 1-ə aid olan və xx.xx.2014-cü il tarixli 9617 inventar nömrəli texniki pasportda işlənmilmiş mənzilə bitişik olan 3.1 kv.m sahə qeyd edildiyindən və bundan sonra tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmaqla mənzilə mülkiyyət hüququ İddiaçı keçdiyindən onun adına işlənilmiş xx.xx.2019-cu il tarixli, 9617 inventar nömrəli texniki pasportda heç bir hüquqi əsas olmadan 3.1 kv.m sahənin işlənilməməsi qanuna uyğun deyildir və inzibati orqanın bu hissə üzrə imtinası əsassızdır. Lakin mənzilə bitişik olmayan sanitar qovşağın texniki pasporta işlənilməsi və hər iki sahənin yəni, həm 3.1 kv.m sahənin, həm də sanitar qovşaq üzrə hüquqların qeydiyyata alınması ilə bağlı inzibati orqanın imtinası isə əsasladır. Belə ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan və onun verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərdən məlum olur ki, ünvan 1 mənzil 1-in 28.6 kv.m olan yaşayış sahəsində, 10.5 kv.m olan yardımçı sahədən, ümumi 39.1 kv. sahədən ibarət 2 ortaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə X4 adına qeydiyyata alınmış, Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ümumi sahəsi 39.1 kv.m olan 2 otaqlı mənzil alıcı İddiaçı satılmış, həmin müqavilə (hüquqmüəyyənedici sənəd) əsasında ünvan 1 mənzil 1in 28.6 kv.m olan yaşayış sahəsində, 10.5 kv.m olan yardımçı sahədən, ümumi 39.1 kv. sahədən ibarət 2 ortaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Göründüyü kimi, inzibati orqan mənzilə dair hüquqları dövlət qeydiyyatına alınması zamanı hər hansı qeyri-dəqiqliyə yol verməmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8. maddəsində nəzərdə tutulan hüquq müəyyənedici sənəd əsasında iddiaçının hüquqlarını qeydə almışdır. Hazırda isə iddiaçı heç bir hüquq müəyyənedici sənəd təqdim etmədiyi sanitar qovşağın texniki pasporta daxil edilməklə həmin sahə üzrə hüquqların dövlət qeydiyyatına alınması və buna dair çıxarış verilməsini tələb etməklə sanki özbaşına inşa edilmiş sahənin qanuniləşdirilməsini tələb edir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 mənzil 1-ə aid olan əvvəlki texniki pasportda qeyd edilmiş 3,1 kvadratmetrlik evə bitişik sahənin qey edilməklə yeni texniki pasport verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14 üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 mənzil 1-ə aid olan xx.xx.2014-cü il tarixli, 9617 inventar nömərli texniki pasportda qeyd edilmiş 3,1 kvadratmetrlik evə bitişik sahə qeyd edilməklə MəmmədovaElmiraMəmmədqızınınadınayenitexniki pasportunverilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar