Məhkəmə qərarları › İş №2-1(114)-172/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-172/2024

15.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-172/2024 15.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X17, X8, X9, X5, X10, X18, X11, X6, X2, X23, X19, X12, X24, X7, X3, X13 və X20 ona məxsus olan Bərdə şəhəri, M.P.Vaqif küçəsi, ev 5 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli **********53 qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə şəhəri, M.P.Vaqif küçəsi, ev 5 ünvanında istifadədə (bələdiyyə mülkiyyətində) olan 0.010560 ha torpaq sahəsində yerləşən (ümumi sahəsi 73.10 kv.m olan) fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışına əsasən xx.xx.1956-cı il təvəllüdlü X17, xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.1960-cı il təvəllüdlü X5, xx.xx.1966-cı il təvəllüdlü X10, xx.xx.1992-ci il təvəllüdlü X18, xx.xx.1995-ci il təvəllüdlü X11, xx.xx.1987-ci il təvəllüdlü X6, xx.xx.1977-ci il təvəllüdlü X2, xx.xx.1977-ci il təvəllüdlü X23, xx.xx.1972-ci il təvəllüdlü X19, xx.xx.1987-ci il təvəllüdlü X12, xx.xx.1995-ci il təvəllüdlü X24, xx.xx.1961-ci il təvəllüdlü X7, xx.xx.1956-cı il təvəllüdlü X3, xx.xx.1985-ci il təvəllüdlü X13 və xx.xx.1995-ci il təvəllüdlü X29 M.P.Vaqif küçəsi, ev 5 ünvanında qeydiyyatdadır.

3. İddiaçı üçüncü şəxslər X17, X8, X9, X5, X10, X18, X11, X6, X2, X23, X19, X12, X24, X7, X3, X13 və X20 ona məxsus olan Bərdə şəhəri, M.P.Vaqif küçəsi, ev 5 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin şöbənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

4. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə şəhəri, M.P.Vaqif küçəsi, ev 5 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsində yerləşən (ümumi sahəsi 153.4 kv.m olan, 1 mərtəbəli, 4 otaqdan ibarət) fərdi yaşayış evi xx.xx.2012-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun adına texniki pasport tərtib edilmişdir.

5. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2023-cü il tarixli 3-13-68/2-18087/23 nömrəli cavab məktubunda bildirilmişdir ki, X17, X8, X9, X10, X18, X11, X6, X2, X23, X19, X12, X24, X7, X3, X13, X29 və X1 şəhəri, M.P.Vaqif küçəsi, ev 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

6. Məhkəmənin sorğularına cavab olaraq verilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin: - 23.06.2023-cü il tarixli 3-21-3-46/2-2861/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Bərdə şəhəri, M.P.Vaqif küçəsi, 5 saylı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-3648/2023 nömrəli cavab məktubuna əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 6 5A ünvanında yerləşən ümumi sahəsi 73.10 kv.m olan mənzil xx.xx.2023-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - 12.10.2023-cü il tarixli 3-21-3-46/2-4362/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizənin məqsədi hüquqların dövlət qeydiyyatı və texniki pasportun verilməsi zamanı yazılarda buraxılmış texniki səhvlərin düzəldilməsi haqqında dəyişikliklər olmuşdur.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 28/2-30077/23 nömrəli cavab məktubunda bildirilmişdir ki, X23 xx.xx.2012-ci il tarixdən, X19 xx.xx.2005-ci il tarixdən, X5 xx.xx.2007-ci il tarixdən, X6 xx.xx.2013-cü il tarixdən, X2 xx.xx.2002-ci il tarixdən, X11 xx.xx.2012-ci il tarixdən, X18 xx.xx.2010-cu il tarixdən, X17 xx.xx.2004-cü il tarixdən, X10 xx.xx.2005-ci il tarixdən, X24 xx.xx.2011-ci il tarixdən, X7 xx.xx.2009-cu il tarixdən, X3 xx.xx.2005-ci il tarixdən, X15 xx.xx.2011 -ci il tarixdən və X29 xx.xx.2002-ci il tarixdən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınmalarına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədiərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, qeyd olunan ünvanda qeydiyyatda olan X9 və X8 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlıdırlar. Məktubda adı qeyd olunan G.Əliyeva Bərdə xx.xx.2023-cü il tarixdə Bərdə “ASAN xidmət” mərkəzi tərəfindən digər yaşayış yeri üzrə qeydiyyata alınmışdır.

8. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2023-cü il tarixli 3-13-68/2-37867/23 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 6 5A ünvanında qeydiyyatda olan şəxslər barəsində məlumat tapılmadı.

9. Məhkəmənin sorğusuna Bərdə Rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə xx.xx.2023-cü il tarixli 85 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı (xx.xx.1987-ci il təvəllüdlü) xx.xx.2017-ci il tarixdə “Asan Bərdə” Xidmətindən vəsiqə alaraq Bərdə rayonu, Mollaisalar kəndində qeydiyyata düşmüşdür. Bərdə şəhəri, X42 küçəsi, döngə 3, ev 5 A ünvanında hal-hazırda heç kim qeydiyyatda deyil. II. Məhkəmədə icraat

10. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X17, X8, X9, X5, X10, X18, X11, X6, X2, X23, X19, X12, X24, X7, X3, X13 və X20 ona məxsus olan Bərdə şəhəri, M.P.Vaqif küçəsi, ev 5 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Bərdə şəhəri, M.P.Vaqif küçəsi, ev 5 ünvanında xüsusi mülkiyyətində 0.010560 ha torpaq sahəsində ümumi sahəsi 73.10 kv.m olan fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarış da verilmişdir. Hal-hazırda ona məlum olmuşdur ki, hazırkı iş üzrə üçüncü şəxslər onun mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadırlar. Halbuki həmin şəxslərin onlarla heç bir tanışlığı yoxdur. O, həmin evi almışdır və həmin şəxslərin kim olduğunu bilmir. Bunun üçün də istəyir ki, hazırkı iş üzrə üçüncü şəxslərin onun mülkiyyətində olan evdən yaşama hüquqları itirilsin və qeydiyyatdan çıxarılsınlar. O, bununla bağlı Cavabdehnə müraciət etmiş və oradan qanun üzrə məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. Ona görədə məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

13. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X17, X8, X9, X5, X10, X18, X11, X6, X2, X23, X19, X12, X24, X7, X3, X13 və X29 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

15. İddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

16. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iclasa gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

17. Üçüncü şəxs X10 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Bərdə şəhəri, X42 küçəsi, 5 saylı ev ona məxsusdur. Həmin evə dair onun adına çıxarış mövcuddur. O, uzun illərdir ki, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. İddiaçını isə tanımır. Odur ki, iddianın rədd olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir.

18. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırma hissəsi:

19. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

20. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

21. Məhkəmə qeyd edir ki, hazırkı işdə İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli **********53 qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bərdə şəhəri, M.P.Vaqif küçəsi, ev 5 ünvanında yerləşən mənzildən iddia ərizəsində göstərdiyi üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

22. Həmin çıxarışa əsasən Bərdə şəhəri, M.P.Vaqif küçəsi, ev 5 ünvanında istifadədə (bələdiyyə mülkiyyətində) olan 0.010560 ha torpaq sahəsində yerləşən (ümumi sahəsi 73.10 kv.m olan) fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.

23. Üçüncü şəxslərdən X10 məhkəmə baxış iclasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı və texniki pasportu təqdim edərək, Bərdə şəhəri, M.P.Vaqif küçəsi, ev 5 ünvanında yerləşən evin onun mülkiyyətində olduğunu və öz evində qeydiyyatda olduğunu bildirmişdir.

24. Həmin çıxarışa əsasən isə Bərdə şəhəri, M.P.Vaqif küçəsi, ev 5 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsində yerləşən (ümumi sahəsi 153.4 kv.m olan, 1 mərtəbəli, 4 otaqdan ibarət) fərdi yaşayış evi xx.xx.2012-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

25. Bundan sonra məhkəmə tərəfindən hər iki çıxarışın surəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə göndərilərək, göstərilən ziddiyyətlərlə bağlı ətraflı məlumatın, eyni zamanda Bərdə şəhəri, M.P.Vaqif küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair İdarədə mövcud olan bütün hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi barədə sorğu verilmiş, sorğuya xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-3648/2023 nömrəli cavab məktubuna əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan məlum olmuşdur ki, ünvan 6 5A ünvanında yerləşən ümumi sahəsi 73.10 kv.m olan mənzil xx.xx.2023-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

26. Həmçinin, məhkəmənin sorğusuna: - Cavabdeh xx.xx.2023-cü il tarixli 3-13-68/2-37867/23 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 6 5A ünvanında qeydiyyatda olan şəxslər barəsində məlumat tapılmadı. - Bərdə Rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə xx.xx.2023-cü il tarixli 85 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı (xx.xx.1987-ci il təvəllüdlü) xx.xx.2017-ci il tarixdə “Asan Bərdə” Xidmətindən vəsiqə alaraq Bərdə rayonu, Mollaisalar kəndində qeydiyyata düşmüşdür. Bərdə şəhəri, X42 küçəsi, döngə 3, ev 5 A ünvanında hal-hazırda heç kim qeydiyyatda deyil.

27. Göründüyü kimi, iddiaçıya məxsus fərdi yaşayış evinin ünvanı texniki səhv olaraq ünvan 5orğusundan sonra həmin evin ünvanı ünvan 6 5A kimi dəyişdirilmişdir və hazırda həmin evdə heç kim qeydiyyatda deyil.

28. Belə olan halda, iddiaçının hüququnun pozulması halı müəyyən edilmir.

29. Çünki, üçüncü şəxslər ünvan 7 ünvandakı fərdi yaşayış evi isə iddiaçının mülkiyyətində deyil.

30. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

31. Ona görə də, hazırkı iddia mümkün sayılmamalıdır.

32. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar