Məhkəmə qərarları › İş №2-1(114)-172/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-172/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-172/2025 08.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı xx.xx.2023-cü il tarixli əmrin ləğv edilərək, onun yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibi 1-ci ordu korpus N saylı hərbi hissəsində MAHHXHQ çavuş, kəşfiyat bölüyünün 2-ci kəşfiyat tağımının 2-ci kəşfiyat manqasının kəşfiyatçı-radiotelefonçusu vəzifəsinə geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 05əç nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. II. Məhkəmədə icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək onun yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibi 1-ci ordu korpus N saylı hərbi hissəsində vəzifəsinə MAHHXHQ çavuş, kəşfiyat bölüyünün 2-ci kəşfiyat tağımının 2-ci kəşfiyat manqasının kəşfiyatçı-radiotelefonçusu vəzifəsinə geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2020-ci il tarixdən N nömrəli hərbi hissənin 2-ci tabor 5-ci bölük 1-ci taqım 2-ci manqasının komandiri vəzifəsində MAHHXHQ çavuş, kəşfiyat bölüyünün 2-ci kəşfiyyat taqımının 2-ci kəşfiyat manqasının kəşfiyatçısıradiotelefonçusu olaraq işləyir. Uzun zamandır ki Azərbaycan Ordusunda xidmət edir və hərbi xidmət qulluqçusudur . Lakin xx.xx.2023-cü il tarixdən Hərbi vəzifə və hərbi xidmət keçmə haqqında Azərbaycan Respublikası qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndində əsasən (xidməti uyğunsuzluğa görə ) onun işimnə xitam verilmişdir. Səbəbi isə onu göstərirlər ki, xx.xx.2023-cü il tarixdə Ağdam rayon Şelli kəndində xidməti yerində olan zaman onun bel çantamdan tütün çəkilməsi üçün istiafə olunan kağız parçası tapıldığı üçün xitama getmişdir. Həmin kağız parçasının narkotik vasitə olduğunu bildirərək onun barədsində cinayət işi açılması üçün məlumatı Ağdam Hərbi Prokurorluğuna göndərilmiş, həmin material əsasında cinayət işinin başlanmasınının rədd edilməsi haqqında qərar qəbul edilsə də, daha sonra Ağdam Hərbi Prokurorluğunun qərarı ləğv edilərək işə yenidən Müdafiə nazirliyinin 1-ci təhqiqat bölməsində baxılmışdır. Müdafiə Nazirliyinin 1-ci təhqiqat bölməsində materiala baxılaraq xx.xx.2023-cü il tarixdə həmin materialın tərkibində heç bir cinayət tərkibi olmadığını qeyd edərək cinayət işinin başlanmasınının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Onun barəsində cinayət işinin başlanmasınının rədd edilməsi haqqında qərar qəbul edilməsinə baxmayaraq N nömrəli hərbi hissə onu yenidən işinə qaytarmamışdır. Onun işinə xitam verilsə də o, Müdafiə Nazirliyinin 1-ci təhqiqat bölməsində onun barəsində olan materiala baxıldığı üçün o, heç bir təşkilata müraciət etməmişdir. Hal-hazırda işdən azad edilməyini qanunsuz hesab etdiyi üçün yenidən işə geri qayıtmaq istəyir. Dəfələrlə hərbi hissə komandirinə və lazimi təşkilatara müraciət etməyinə baxmayaraq onu işinə bərpa etməmişlər.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

5. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh N saylı hərbi hissə ilə əvəz edilmiş, hazırkı iddia tələbi “xx.xx.2023-cü il tarixli əmrin ləğv edilərək, onun yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibi 1-ci ordu korpus N saylı hərbi hissəsində MAHHXHQ çavuş, kəşfiyat bölüyünün 2-ci kəşfiyat tağımının 2-ci kəşfiyat manqasının kəşfiyatçı-radiotelefonçusu vəzifəsinə geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. Prosessual məsələlər

6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin əhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

7. Eyni zamanda məhkəmə tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə hüquqi yardım barədə sərəncam göndərilərək, N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 05əç nömrəli əmrinin mübahisələndirilməsi və müddəti ötürdüyü təqdirdə, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə verilməsi təklif olunmuşdur. Lakin iddiaçı tərəfindən tələb dəqiqləşdirilməmişdir.

8. Məhkəmə məhkəmə hazırlıq iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

9. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

10. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır.

11. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

12. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilərək, onun yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibi 1-ci ordu korpus N saylı hərbi hissəsində MAHHXHQ çavuş, kəşfiyat bölüyünün 2-ci kəşfiyat tağımının 2-ci kəşfiyat manqasının kəşfiyatçı-radiotelefonçusu vəzifəsinə geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

13. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar (bu Qərarın 9-cu bəndində qeyd edilənlər) ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

14. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.

15. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

16. Göründüyü kimi, iddiaçıya N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 05əç nömrəli əmrinin mübahisələndirilməsi və müddəti ötürdüyü təqdirdə, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə verilməsi təklif olunmuş, bu barədə iddiaçıya hüquqi yardım edilməsinə baxmayaraq, o, tələbini qanunun tələblərinə uyğunlaşdırmamışdır.

17. Bu halda isə hazırkı iddia tələbinə baxılması mümkün deyildir.

18. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar