Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1723/2020 18.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı “VM Petrol” X2 etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakı ilə, cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “VM Petrol” X2 cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə inzibati məhkəmə icraatı qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsvirihissə: “VM Petrol” X4 (bundan sonra mətndə iddiaçı) cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********255300 saylı Qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin, buraxılmış müddətin bərpası edilməsi barədə vəsatətlə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, vergi orqanı tərəfindən “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********255300 saylı Qərarı ilə cəmiyətə 2019-cu ilin yekununa görə kameral yoxlama ilə 28.193,09 manat əlavə mənfəət vergisi hesablanmışdır. Həmin qərardan xx.xx.2020-ci il tarixdə yuxarı vergi orqanına şikayət verilmişdir. Lakin şikayət verilməsindən 44 gün keçməsinə baxmayaraq yuxarı vergi orqanı işə baxmamış və cavab verməmişdir. Odur ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi “iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin olunmaması” barədə vəsatət təqdim edərək izahatında bildirmişdir ki, “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********255300 saylı Qərar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixdə göndərilmiş və vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il saat 15:13:20 tarixində oxunmuşdur. xx.xx.2020-ci il tarixli **********255300 saylı qərarın təqdim edilməsi tarixi xx.xx.2020-ci il tarixi olmuşdur. Belə olan halda qeyd olunan inzibati aktla bağlı məhkəmədə iddia qaldırılmasının son tarixi xx.xx.2020-ci il tarixi olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdə həmin qərarın ləğvi ilə bağlı müvafiq məhkəmədə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən Müqavilə vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə həyata keçirilməsini, o cümlədən vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin (məktubların, aktların, protokolların, qərarların, bildirişlərin, tələbnamələrin, xəbərdarlıqların, çıxarışların və digər sənədlərin) elektron şəkildə göndərilməsini, vergi ödəyicisi tərəfindən istifadəçi kodu, parol və şifrədən, həmçinin elektron imzadan istifadə etməklə vergi orqanına müraciətlərin və digər sənədlərin elektron göndərilməsini tənzimləyir. Müqavilə hal-hazırda qüvvədədir. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsində müddətin ötürülməsinin üzrlü səbəbini xx.xx.2020-ci il tarixdə **********155600 saylı məktubla yuxarı vergi orqanına müraciət etməsi ilə əlaqələndirir. Hazırda iddiaçının yuxarı vergi orqanına verdiyi şikayətə baxılır. Ə s a s l a n d ı r m a h i s s ə: Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. Lakin iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmamış, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırılmamışdır. Belə ki, vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, xx.xx.2020-ci il tarixli **********255300 nömrəli qərar xx.xx.2020-ci il tarixdə saat 15:12:20-də iddiaçı tərəfindən oxunmuşdur. İnzibati-Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Bundan əlavə məhkəmə iddiaçının diqqətinə çatdırır ki, İnzibati Prosessual Məcəlləsinin 38.3. maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək Vergi Məcəlləsinin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. İşin faktiki halları ilə müəyyən olunur ki, hazırda mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********255300 nömrəli qərar iddiaçıya xx.xx.2020-ci il tarixdə təqdim edilsə də, iddiaçı xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi prosessual qanunvericiliyin tələblərinə əsasən 30 günlük iddia müddəti ötürülmüşdür. Məhkəmə iddiaçının “yuxarı vergi orqanına şikayət etməsi və bu vaxtadək şikayətinə baxılmaması” arqumenti ilə bağlı qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqanın hərəkətsizliyindən məhkəməyə şikayət verə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirmə haqqında iddia tələbi üzrə xüsusi mümkünlük şərtlərinə riayət edilmədiyindən iddia tələbi mümkün sayıla bilməz. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia iddiası mümkün sayılmamalıdır. N ə t i c ə h i s s ə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı VM Petrol” X2 buraxılmış müddətin bərpası edilməsi barədə vəsatəti təmin edilməsin. İddiaçı VM Petrol” X2 cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli **********255300 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan:Gəncə şəhəri, H.Əliyev pr 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1723/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1723/2020
18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver