Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1725/2020 18.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X4, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X10) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının Gədəbəy rayonu, Samanlıq kənd sakini X6 yay otlaq sahəsindən müvəqqəti istifadə üçün torpaq sahəsinin icarəyə verilməsinə dair xx xxxx 2018-ci il tarixli 99 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 2/109 saylı sərəncamı ilə ona həmin vaxt Gədəbəy rayonunun İnzibati ərazisindəki Qazax rayonunun istifadəsində olan «Qanlı zərif» adlı 20 nömrəli yay otlağından 150 ha sahənin icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanaraq sərəncam verilmiş və lakin həmin torpaq sahəsini icarəyə götürə bilməməsi ilə bağlı çoxsaylı şikayətləri olsada, sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsi ilə bağlı başqa şəxlərə də, sərəncam verilmişdir. Həmin sərəncamın alınması üçün vəkili cavabdehə sorğu vermiş və həmin sorğuya cavab olaraq göndərilən xx.xx.2020-ci il tarixli 188/8-14 saylı məktuba əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 99 saylı sərəncamı ilə həmin otlaq sahəsi Gədəbəy rayonu, Samanlıq kənd sakini X6 müvəqqəti istifadə üçün icarəyə verilmiş və onunla icarə müqaviləsi bağlanmışdır. Qazax rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 2/109 saylı sərəncamı ilə onunla bağlanmış icarə müqaviləsi qüvvədə olduğu halda, məlumatı olmadan və araşdırma aparılmadan onunla bağlanmış icarə müqaviləsi ləğv edilmədən yeni icarə müqaviləsi bağlanan zaman cavabdeh qəbul etdiyi sərəncamı əsaslandırmamışdır. Şifahi məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi X7 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, onun sorğusuna cavab olaraq müvafiq sərəncam cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 188/8- 14 nömrəli məktubla xx.xx.2020-ci il tarixdə ona çatdıqdan sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbi ilə bağlı yazılı etiraz ərizəsində qeyd olunanlara uyğun izahat verərək bildirmişdir ki, Qazax rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 2/109 saylı sərəncamı ilə bağlı Cavabdehnə heç bir məlumat daxil olmamışdır. Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 99 saylı sərəncamı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 üzrə Dövlət Agentliyinin xx.xx.2018-ci il tarixli ********** nömrəli məktubuna və Elnur İbrahimovun ərizəsinə əsasən yay otlağının 20 nömrəli sahəsindən 120 ha torpaq sahəsi 15 il müddətinə sonuncuya icarəyə verilmişdir. Torpaq sahəsi icarəyə verilməzdən əvvəl araşdırma aparılmış, lakin həmin ərazi boş olduğundan icarəyə verilməsinə icazə verilmişdir. İddiaçının ərizəsində qeyd etdiyi kimi həmin torpaq sahəsi ona 2012-ci ildə verilməsinə baxmayaraq torpaq sahəsi xəritə əsasında iddiaçıya tanıdılmamış, iddiaçı həmin torpaq sahəsindən istifadə etməmiş və Daşınmaz Əmlak Komitəsində həmin yer yüklü edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında üçüncü şəxs X10 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 99 saylı sərəncamı ilə yay otlağının 20 nömrəli sahəsindən 120 ha torpaq sahəsi 15 il müddətinə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışına əsasən ona icarəyə verilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Qazax rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 2/109 nömrəli sərəncamı və eyni tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 99 nömrəli sərəncamı, xx.xx.2018-ci il tarixli 09 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi), xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, 11 saylı X16 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AA 572033 nömrəli Torpaq sahəsinin planı və ölçüsü və cavabdehin etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmiş, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) mübahisələndirilən sərəncamı cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla xx.xx.2020-ci il tarixdə aldığını və bundan sonra məhkəməyə müraciət etdiyini bildirmiş, cavabdehin nümayəndəsi bu faktı mübahisələndirməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Qazax rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012ci il tarixli 2/109 saylı sərəncamından görünür ki, Gədəbəy rayonunun İnzibati ərazisindəki yay otlağından Qazax rayonunun istifadəsində olan «Qanlı zərif» adlı 20 nömrəli yay otlağından 150 hektar sahənin Qazax rayonu, Kosalar kənd sakini İddiaçı icarəsinə verilməsi və onunla icarə müqaviləsi bağlanması barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli 2/109 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında (Torpaq icarəsi müqaviləsi) müqavilədən görünür ki, Qazax rayon İcra Hakimiyyətinin başçısı X11 ilə İddiaçı arasında (qoyunluq təsərrüfatının inkişafı üçün hər il 108 manat icarə haqqı ödəməklə 150 hektar torpaq sahəsi) icarə müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 99 nömrəli sərəncamından görünür ki, rayonun Samanlıq kənd sakini X5 ərizəsi və Azərbaycan Respublikası Əməlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2018-ci il tarixli ********** nömrəli məktubu nəzərə alınaraq, Cavabdeh başçısı ilə Samanlıq kənd sakini X10 arasında yay otlaq sahəsində 20 nömrəli sahədən 120 hektar otlaq sahəsinin 15 il müddətinə istifadə etmək üçün icarəyə verilməsi barədə xx.xx.2018-ci il tarixli 09 nömrəli icarə müqaviləsinin bağlanması təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 09 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında (Torpaq icarəsi müqaviləsi) müqavilədən görünür ki, Cavabdeh başçısı vəzifəsini icra edən X8 ilə X10 arasında (heyvandarlığın inkişaf etdirilməsi üçün hər il 86.40 manat icarə haqqı ödəməklə 120 hektar torpaq sahəsi) icarə müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy şəhəri, 20 nömrəli yay otlaq sahəsində yerləşən 120 ha kənd təsərrüfatlı torpaq (örüş otlaq) sahəsi 15 il müddətinə X6 icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əməlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X16 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AA 572033 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, 120 ha torpaq sahəsinin kadastr göstəriciləri qeyd edilməklə torpaq sahəsinin qonşu sərhədləri müəyyən edilərək, rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış verilmişdir. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikasının Qanununun:- - 5-ci maddəsinə əsasən yay və qış otlaqlarının torpaqları icarəyə verilə bilər: - 12-ci maddəsinə əsasən Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:- - 16-cı maddəsinin 1-ci bəndinə görə Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. - 67-ci maddəsinin 1-ci bəndinə görə Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 3-cü bəndinə görə Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. - 4-cü bəndinə Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İş materialları ilə müəyyən olunmuşdur ki, Qazax rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 2/109 saylı sərəncamına əsasən Gədəbəy rayonunun İnzibati ərazisindəki yay otlağından Qazax rayonunun istifadəsində olan «Qanlı zərif» adlı 20 nömrəli yay otlağından 150 hektar sahənin iddiaçının icarəsinə verilməsi və onunla icarə müqaviləsi bağlansa da, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən hazırda mübahisələndirilən Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 99 nömrəli sərəncamı ilə icarəyə verilmiş yay otlaq sahəsinin icarəyə verilməsi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğundur və sərəncamın ləğv edilməsi üçün heç bir hüquqi və qanuni əsas yoxdur. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edirki, İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habeləşikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə (üçüncü şəxs X6) qarşı Cavabdeh başçısının Gədəbəy rayonu, Samanlıq kənd sakini X6 yay otlaq sahəsindən müvəqqəti istifadə üçün torpaq sahəsinin icarəyə verilməsinə dair xx xxxx 2018-ci il tarixli 99 saylı sərəncamının ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1725/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1725/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver