Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1727/2022 15.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “atası X4 məxsus xx.xx.1992-ci il tarixdə 51 nömrə ilə qeydə alınmış ölüm haqqında akt qeydində düzəliş edilərək ölümün səbəbi kimi Əsgəran rayonunda gedən döyüşlər zamanı ermənilər tərəfindən açılan atəş nəticəsində döş qəfəsindən yaralanaraq ölmüşdür kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X1 26 fevral 1992-ci il tarixdə Əsgəran rayonunda ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 51 nömrə ilə qeydiyyat aparılmış, ölüm səbəbi kimi “döş qəfəsinin odlu silahla yaralanması” qeyd edilmişdir. Ölüm faktı Ağdam Məhkəmə Tibbi-ekspertizasının ölüm haqqında arayışı əsasında təsdiq edilmişdir. İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.2022-ci il tarixdə Cavabdehnə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək X3 akt qeydinin ölüm səbəbi qrafasında düzəliş edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 391-05/15 nömrəli arayışla iddiaçıya bildirmişdir ki, mərhum atası X5 xx.xx.1992-ci il tarixdə vəfat etmiş və 13 mart 1992-ci il tarixdə Cavabdeh tərəfindən 51 saylı ölüm aktına əsasən ölümü qeydə alınmışdır. Ölüm səbəbi qrafasında düzəliş edilərək “Əsgəran rayonunda gedən döyüşlər zamanı döş qəfəsindən yaralanaraq şəhidb olması” faktını qeyd etmək üçün əsas verən zəruri sənədlər (ölüm haqqında tibbi şəhadətnamə, məhkəmə qətnaməsi və s.) təqdim edə bilmədiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq birbaşa səlahiyyətinə aid deyildir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X4 məxsus xx.xx.1992-ci il tarixdə 51 nömrə ilə qeydə alınmış ölüm haqqında akt qeydində düzəliş edilərək ölümün səbəbi kimi Əsgəran rayonunda gedən döyüşlər zamanı ermənilər tərəfindən açılan atəş nəticəsində döş qəfəsindən yaralanraq ölmüşdür kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X6 26 fevral 1992-ci ildə ölmüşdür. Həmin Ölüm haqqında şəhadətnamənin ölümün səbəbi kimi "Döş qəfəsinin odlu silahla yaralanması" göstərilmişdir. İddiaçı bildirir ki, işin faktiki halı ondan ibarətdir ki, atası X2 faciəsi zamanı-yəni 26 fevral 1992-ci ildə Əsgəran rayonu istiqamətində gedən döyüşlər zamanı könüllü batalyonun tərkibində Əsgəran rayonu yaxınlığında gedən döyüşlər zamanı iştirak etmiş və həmin döyüşlər zamanı ermənilər tərəfindən açılan atəş nəticəsində ürəyindən yaralanaraq şəhid olmuşdur. Ona görə də Cavabdehnə müraciət edərək atası Nadir Mirzəyevə məxsus ölüm haqqında akt qeydində düzəliş edilərək "Əsgəran rayonunda gedən döyüşlər zamanı döş qəfəsindən yaralanaraq ölmüşdür" sözləri ilə əvəz edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 391- 05\15 saylı arayışı ilə atasına məxsus ölüm haqqında şəhadətnamədə düzəlişin aparılmasının birbaşa səlahiyyətlərinə aid olmadığı bildirilərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdeh təşkilatın bu imtinasını əsassız hesab edir. Belə ki, atasına məxsus ölüm haqqında şəhadətnamədə birbaşa atasının məhz 26 fevral 1992-ci ildə odlu silahdan yaralanaraq ölməsi faktı öz əksini tapmışdır. Həmin ərizəyə əlavə edilmiş "Şuşa" qəzetində atası Nadir Mirzəyevin könüllü batalyonun tərkibində göstərdiyi qəhrəmanlıqdan və ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmasını bir daha təsdiq edir. Bundan başqa həmin ərizəyə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin sahibləri atası Nadir Mirzəyevin döyüş yoldaşları Nazim Qarayev və Nizami Abbasov onun qəhrəmanlıqla döyüşməsi və şəhid olması faktını təsdiq edirlər. Ona görə də hesab edir ki, atası X4 məxsus 13 mart 1992-ci il tarixdə Cavabdehndə 51 nömrə ilə qeydə alınmış ölüm haqqında akt qeydində düzəliş edilərək ölümün səbəbi qrafasında "Əsgəran rayonunda gedən döyüşlər zamanı ermənilər tərəfindən açılan atəş nəticəsində döş qəfəsindən yaralanaraq ölmüşdür" kimi qeyd edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək ərizədə göstərilənlərlə eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair münasibət bildirməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına cavabdehin xx.xx.2022-ci il tarixli, 391-05/15 nömrəli arayışıimtinası, xx.xx.2022-ci il tarixli, 638-05/16 nömrəli məktubu, ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti, ölüm akt qeydinin təsdiqlənmiş surəti, Vətəndaş vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2022-ci il tarixli, 05/2-6125/13 nömrəli məktubu, “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixlİ, 86 nömrəli məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1 vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2. müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını” müəyyən edən müddəaların 3-cü bəndinə əsasən aşağıdakı hallarda Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır: -övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda Göründüyü kimi, qanunvericilikdə vətəndaşlıq vəziyyəti aktlarında düzəliş edilməsi üçün əsaslar müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçı yuxarıda qeyd olunan hallardan heç birinə istinad etməmişdir. Ona görə də Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtinası əsaslı və qanuni olmuşdur. Sözügedən imtina həm qanunvericilikdə nəzərdə tutulmuş, həm də legitim məqsədə yönəlmişdir. İddiaçı tərəf isə tələbi ilə bağlı ağlabatan, tutarlı, inandırıcı səbəblər irəli sürməmiş, konkret hansı çətinliklərlə qarşılaşdığını və onları dəf edə bilmədiyini təsdiq edən heç bir sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “atası X4 məxsus xx.xx.1992-ci il tarixdə 51 nömrə ilə qeydə alınmış ölüm haqqında akt qeydində düzəliş edilərək ölümün səbəbi kimi Əsgəran rayonunda gedən döyüşlər zamanı ermənilər tərəfindən açılan atəş nəticəsində döş qəfəsindən yaralanaraq ölmüşdür kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1727/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1727/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver