Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1727/2025 11.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı ölüm akt qeydinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı mərhum X4nun ölümünün qeydə alınması barədə Gəncə şəhər VVAQ şöbəsinin xx.xx.1996-cı il tarixli 67 nömrəli akt qeydində düzəliş edilərək, “Ələkbərov” soyadının “Əliyev” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Evlənmə haqqında xx.xx.1952-ci il tarixli ИЕ 138983 nömrəli şəhadətnaməyə əsasən X13 ilə X10 xx.xx.1952-ci il tarixdə nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1952-ci il tarixdə 2 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə “Əliyev”, arvada “Gülmalıyeva” soyadı verilmişdir.
2. Doğum haqqında xx.xx.1952-ci il tarixli ИЕ 872416 nömrəli şəhadətnaməyə əsasən X6 xx.xx.1952-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1952-ci il tarixdə 63 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X13, ana qrafasında isə X10 qeyd edilmişdir.
3. Nikahın bağlanması haqqında xx.xx.1975-ci il tarixli İ-ЖГ 324504 nömrəli şəhadətnaməyə əsasən X6 ilə X14 xx.xx.1975-ci il tarixdə nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1975-ci il tarixdə 1147 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir.
4. Doğum haqqında xx.xx.1981-ci il tarixli Vİİİ-ЖГ 263210 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1980-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1981-ci il tarixdə 214 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X6, ana qrafasında isə X16 qeyd edilmişdir.
5. Kirovabad şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1987ci il tarixli 3115 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1A (indiki Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 105 ünvanında yerləşən mənzil X5 adına qeydiyyata alınmışdır.
6. Ölüm haqqında xx.xx.1992-ci il tarixli İV-ЖГ 328788 nömrəli şəhadətnaməyə əsaəsn X16 xx.xx.1992-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 161 nömrə ilə qeyd edilmişdir.
7. xx.xx.1996-cı il tarixli 67 nömrəli ölüm haqqında akt qeydinə və xx.xx.1996-cı il tarixli İİ-ЖГ 481790 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.1996-cı il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 67 nömrə ilə qeyd edilmişdir.
8. Ölüm haqqında xx.xx.2010-cu il tarixli AZ-İ 386717 nömrəli şəhadətnaməyə əsasən X10 xx.xx.2009-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 11 nömrə ilə qeyd edilmişdir.
9. Ölüm haqqında xx.xx.2010-cu il tarixli AZ-İ 425163 nömrəli şəhadətnaməyə əsasən X6 xx.xx.2010-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 551 nömrə ilə qeyd edilmişdir.
10. İddiaçı mərhum babasının ölüm akt qeydinə düzəliş edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-1585 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, təqdim etdiyi sənədlər arasında uyğunsuzluq olduğuna görə düzəliş aparılması mümkün olmamışdır. Belə ki, babasının soyadının həqiqətən “Ələkbərov” və ya “Əliyev” olmasını təsdiq edəcək doğum haqqında şəhadətnaməsini qeydiyyat şöbəsinə təqdim edə bilmədiyindən əsl soyadının müəyyənləşdirilməsi tərəflərindən mümkün olmamışdır. Odur ki, bununla bağlı məhkəməyə müraciə etmək hüququ vardır.
11. Azərbaycan Respublikası Dövlət X12 xx.xx.2024-cü il tarixli 3-48-DA-4F/2-Ə- 1449/2024 nömrəli arxiv arayışından görünür ki, X13 xx.xx.1929-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1947-ci il tarixdə 312 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X19, ana qrafasında X11 qeyd edilmişdir.
12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X12 xx.xx.2025-ci il tarixli 3-48-DA-4F/2-158//6/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, “filialda mühafizə olunan Gəncə şəhər Nikah Evi arxiv fondunun 1929-cu il üzrə doğum, 1936- 1948-ci illər üzrə doğum-bərpa aktlarının qeydləri və Stalin Rayon Vətəndaşlıq X2 şöbəsi arxiv fondunun 1929-cu il üzrə doğum, 1940-1948-ci illər üzrə doğum-bərpa aktlarının qeydləri yoxlanılmış, X15 doğum qeydi aşkar olunmamışdır. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmamışdır. II. Məhkəmədə icraat
13. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum X4nun ölümünün qeydə alınması barədə Gəncə şəhər VVAQ şöbəsinin xx.xx.1996-cı il tarixli 67 nömrəli akt qeydində düzəliş edilərək, “Ələkbərov” soyadının “Əliyev” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən bir otaqlı mənzil 1987-ci ildə X4nun mülkiyyətinə verilmişdir. X4 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir, atası X6 isə xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. O, hal-hazıra kimi ailəsi ilə birlikdə həmin evdə yaşayır. Hazırda o, həmin evi öz adına rəsmilləşdirmək istəyir, lakin babası Nurəddinin həmin evin qeydiyyat vəsiqəsində, təvəllüd haqqında arxiv arayışında və evlənmək haqqında şəhadətnamədə soyadı "Əliyev" olmasına baxmayaraq səhvən ölüm haqqında şəhadətnaməsində soyadı "Əliyev" əvəzinə "Ələkbərov" göstərildiyi üçün o, evi öz adına rəsmilləşdirə bilmir. Bununla bağlı o, Cavabdehnə ərizə ilə müraciət edərək babası Nurəddinin ölüm haqqında şəhadətnaməsində soyadına düzəliş edilməsini xahiş etmiş, lakin qeydiyyat şöbəsi cavab olaraq bildirmişdir ki, təqdim etdiyi sənədlər arasında uyğunsuzluq olduğuna görə düzəliş aparılması mümkün olmadığından imtina etmişdir və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Babası Nurəddinin soyadının "Əliyev" olmasını onun adına olan evin qeydiyyat vəsiqəsi, təvəllüd haqqında arxiv arayışı və evlənmək haqqında şəhadətnamə ilə təsdiq edilir və bunu bacısı Elnurə də təsdiq edə bilər. O, "sənədin şəxsə məxsus olma faktının müəyyən edilməsi" barədə ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhər VVAQ Şöbəsinin xx.xx.1996-cı il tarixli 67 nömrəli akt qeydi ilə verilmiş ölüm haqqında şəhadətnamənin X4na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Gəncə Şəhər Məhkəməsi 2(125)-5080/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Ədil Məmmədov) onun ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina etmişdir və inzibati icraat qaydasında iddia qaldırmasını tövsiyyə etmişdir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
19. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.
24. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
25. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
26. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz etmədiyini bildirmiş və qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Evlənmə haqqında xx.xx.1952-ci il tarixli ИЕ 138983 nömrəli şəhadətnamə; - Doğum haqqında xx.xx.1952-ci il tarixli ИЕ 872416 nömrəli şəhadətnamə; - Nikahın bağlanması haqqında xx.xx.1975-ci il tarixli İ-ЖГ 324504 nömrəli şəhadətnamə; - Doğum haqqında xx.xx.1981-ci il tarixli Vİİİ-ЖГ 263210 nömrəli şəhadətnamə; - Kirovabad şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 3115 reyestr nömrəli qeydiyyat vəsiqəsi; - Ölüm haqqında xx.xx.1992-ci il tarixli İV-ЖГ 328788 nömrəli şəhadətnamə; - xx.xx.1996-cı il tarixli 67 nömrəli ölüm haqqında akt qeydi və xx.xx.1996-cı il tarixli İİ-ЖГ 481790 nömrəli ölüm haqqında şəhadətnamə; - Ölüm haqqında xx.xx.2010-cu il tarixli AZ-İ 386717 nömrəli şəhadətnamə; - Ölüm haqqında xx.xx.2010-cu il tarixli AZ-İ 425163 nömrəli şəhadətnamə; - Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-1585 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası Dövlət X12 xx.xx.2024-cü il tarixli 3-48-DA-4F/2-Ə- 1449/2024 nömrəli arxiv arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X12 xx.xx.2025-ci il tarixli 3-48-DA-4F/2-158//6/2025 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
29. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
30. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının mərhum X4 xx.xx.1996-cı il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 67 nömrə ilə qeyd edilmişdir. Lakin ölüm haqqında akt qeydində mərhumun soyadı “Ələkbərov” kimi qeyd edilmişdir.
31. Hazırda İddiaçı mərhum babasının ölüm akt qeydinə düzəliş edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-1585 nömrəli cavab məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir.
32. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.
33. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...
35. Göründüyü kimi, iddiaçının mərhum X4 xx.xx.1996-cı il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 67 nömrə ilə qeyd edilmişdir. Lakin ölüm haqqında akt qeydi tərtib edilərkən yanlışlığa yol verilərək, mərhumun soyadı “Ələkbərov” kimi qeyd edilmişdir.
36. İş materiallarında olan tədqiq olunan digər bütün sənədlərdə iddiaçının mərhum babasının soyadı Əliyev kimi (X13) qeyd edilmişdir. Yəni, iddiaçının babasının doğum haqqında, nikahı haqqında akt qeydlərində soyadı Əliyev kimi qeyd edilmişdir.
37. Bu isə o deməkdir ki, həqiqətən də mərhum X5 ölüm haqqında akt qeydində səhvə yol verilmiş və mərhumun soyadı barəsində məlumat düzgün qeyd edilməmişdir.
38. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində İddiaçı subyektiv hüququ pozulmuşdur.
39. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, mərhum X5 ölümünün qeydə alınması barədə Gəncə şəhər VVAQ şöbəsinin xx.xx.1996-cı il tarixli 67 nömrəli akt qeydində düzəliş edilərək, “Ələkbərov” soyadının “Əliyev” kimi qeyd olunması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. X5 ölümünün qeydə alınması barədə Gəncə şəhər VVAQ şöbəsinin xx.xx.1996-cı il tarixli 67 nömrəli akt qeydində düzəliş edilərək, “Ələkbərov” soyadının “Əliyev” kimi qeyd olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva