Məhkəmə qərarları › İş №2-1(114)-1728/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1728/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1728/2020 14.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X16rşı (üçüncü şəxslər X12, X9, X17 və X18) çıxarışın qismən ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X19rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayon X6 xx.xx.1998-ci il tarixli 51 saylı qərarı ilə, xx.xx.2011-ci il tarixli 1425 saylı A354529 nömrəli Dövlət Torpaq Kadastrı kitabına əsasən tərtib edilmiş Torpaq sahəsinin plan və ölçü sənədinin əsasında tərtib edilmiş Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində yerləşən 2098,46 kv.m həyətyanı torpaq sahəsinin Babayeva Bənövşə Məhəmməd qızının mülkiyyətinə verilməsinə dair xx.xx.2017-ci il tarixli seriya RX, ******* nömrəli çıxarışın üçüncü şəxslər X7, X4, X13 və X14 münasibətdə qismən ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 3-cü şəxslər X12 iddiaçının ögey qardaşı, X10 qardaşının arvadı, X17 və X18 isə onların övladlarıdır. Həmin şəxslər 1986-cı ilədək Zəyəm-Cırdaxan kənd təsərrüfatbaşına kitabında iddiaçının anası mərhum Babayeva Bənövşə Məhəmməd qızının adına olmuş təsərrüfatda qeydiyyatda olmaqlarına baxmayaraq, faktiki olaraq 1986-cı ildən ailəlikcə Şəmkir rayonun Kür qəsəbəsində yerləşən özlərinə məxsus olan mənzilə köçərək həmin mənzildə yaşamağa başlamışlar. Bu barədə Zəyəm-Cırdaxan kəndi üzrə təsərrüfatbaşına kitabının 2006-2010-cu illər üzrə iddiaçının mərhum anasının adına olmuş 1536 saylı şəxsi hesabında, həmin kitabın 2011- 2015-ci illər üzrə yenə sonuncunun adına olmuş 1540 saylı şəxsi hesabında və həmin kitabın 2016-2020-ci illər üzrə 1962 saylı şəxsi hesabında bilavasitə qeyd edilmişdir ki, həmin şəxsi hesablar mərhum Babayeva Bənövşə Məhəmməd qızının adına qeyd edilmiş, həmin təsərrüfatda həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi qeyd edilməmiş, təsərrüfatda X12, X9, X17 və X18 təsərrüfatın üzvüləri kimi qeyd edilmişlər. Lakin şəxsi hesabın ayrıca qayıb qrafasında həmin şəxslərin 1986-cı ildən həmin kənddən çıxıb Şəmkir rayonun Kür qəsəbəsinə köçmələri göstərilmişdir. xx.xx.2011-ci il tarixli 1425 saylı nömrə ilə qeydə alınmış, A354529 nömrəli Dövlət X15, mərhum Babayeva Bənövşə Məhəmməd qızına Şəmkir rayon X6 xx.xx.1998-ci il tarixli 51 saylı qərarı ilə həmin torpaq sahəsinin Plan və ölçü sənədində qeyd olunmuş kordinatlar çərçivəsində 2398,46 kv.m həyətyanı təyinatlı torpaq sahəsinin verilməsi göstərilmişdir. Babayeva Bənövşə Məhəmməd qızı xx.xx.2015-ci ildə vəfat etmişdir. İddiaçı anasının sağlığında və vəfatından sonra da ona məxsus olan əmlakı o, cümlədən qeyd olunan hüquqi əsaslarla mülkiyyətinə verilmiş 2098,46 kv.m həyətyanı torpaq sahəsi də qanun üzrə vərəsəsi kimi sahibliyində və istifadəsində olmuşdur.Ona görə mərhum anasının qanun üzrə vərəsəsi kimi ondan miras qalmış həyətyanı torpaq sahəsinə dair Şəmkir rayon 1 saylı notariat ofisində vərəsəlik işi açdırmış və həmin miras torpaq sahəsinə dair mərhum anasının adına çıxarış almaq üçün müraciət etdikdə guya həmin torpaq sahəsinə 3-cü şəxslərin də bərabər pay olmaları barədə ona cavab verildiyinə görə vərəsəlik işini dayandırmalı olmuşdur. İddiaçı hesab edir ki, cavabdehin 2098,46 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququna dair mərhum anasının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli seriya RX, ******* nömrəli çıxarışda ümum paylı mülkiyyətçilər kimi 3-cü şəxslərin adlarının qeyd edilməsi tam əsassızdır, ona görə də çıxarış həmin şəxslərə münasibətdə qismən ləğv edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxs (həmçinin üçüncü şəxslər X5 və X1 nümayəndəsi) X17 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisələndirilən çıxarış X6 müvafiq siyahısına və qərarına əsasən verilmişdir, ona görə də ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Şəmkir rayon X3 xx xxx 1998-ci il tarixli 51 saylı qərarının Zəyəm-Cırdaxan kəndi üzrə ayrılacaq həyətyanı torpaq sahəsinin subyekt siyahısından çıxarışdan görünür ki, Babayeva Bənövşə Məhəmməd qızının, X5, X1, X8 və X11 adına 0.21 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. -xx.xx.2011-ci il tarixli 1425 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şəmkir rayon X3 xx xxx 1998-ci il tarixli 51 saylı qərarı ilə verilmiş 2098.46 kv.m həyətyanı torpaq sahəsinin koordinatları Babayeva Bənövşə Məhəmməd qızının adına işlənmişdir. -********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində yerləşən 0.2098 ha torpaq sahəsi üzərində Babayeva Bənövşə Məhəmməd qızının, X5, X2, X8 və X11 ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. -Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 11 saylı X20 xx.xx.2020-ci il tarixli, **********79 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq , mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəmkir rayon X3 xx xxx 1998-ci il tarixli 51 saylı qərarının Zəyəm-Cırdaxan kəndi üzrə ayrılacaq həyətyanı torpaq sahəsinin subyekt siyahısındaBabayeva Bənövşə Məhəmməd qızı ilə yanaşı X5, X1, X8 və X11 adları qeyd olunmuş və onlara veriləcək həyətyanı torpaq sahəsinin ölçüsü 0.21 ha olaraq müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, üçüncü şəxslər Babayeva Bənövşə Məhəmməd qızına məxsus təsərrüfatda ailə üzvləri qismində qeyd olunmuşlar. Bütün bunlar onu deməyə əsas verir ki, mübahisələndiriən çıxarış qanuni əsaslarla verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -16.3-ci maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. -16.4-cü maddəsinə əsasən, bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. -16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X16rşı çıxarışın qismən ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar