Məhkəmə qərarları › İş №2-1(114)-1728/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1728/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1728/2025 01.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: X3 doğumu barədə xx.xx.1955-ci il tarixli 35 nömrəli akt qeydi tərtib edilmişdir. AZE ******** nömrəli şəsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1955-ci il tarixində Ağdam rayonunda anadan oğlmuşdur. Ağdam rayon İHB nın Çəmənli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən vətəndaş xx-xx-1955-ci ildə Ağdam rayon Sarıcalı kəndində anadan olub hal-hazırda Sarıcalı kəndində qeydiyyatdadır və yaşayır. Atası X4 rayon Sarıcalı kənd sakini olmuş 21-03- 2017-ci ildə vəfat edib. Anası X1 rayon Sarıcalı kənd sakini olmuş 1972-ci ildə vəfat edib. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Ağdam rayonu Çəmənli İ/N tərəfindən tərtib edilmiş 35 saylı xx.xx.1955-ci il tarixli doğum haqqında akt qeydində uşağın adı “Gülzəndə” soyadı “Alışova” kimi yazılmasına baxmayaraq onun AZE ******** saylı şəxsiyyət vəsiqəsində adı “Eyzangül” soyadı “Cəfərova” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001 -ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Sənədlər arasında ziddiyyət olduğu üçün vətəndaşa məxsus olan vətəndaşlıq vəziyyəti akt qeydlərində adın “Gülzəndə” -dən “Eyzangülə”-ə soyadın “Alışova”-dan “Cəfərova”-ya dəyişdirilməsi imkanımız xaricindədir. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdam rayon İHB-nın Çəmənli İ\N tərəfindən tərtib edilmiş ona məxsus 35 nömrəli,xx.xx.1955-cı il tarixli doğum haqqında akt qeydində düzəliş edilərək adının “Eyzangül“ soyadının “Cəfərova” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus şəxsiyyət vəsiqəsindən, ümumvətəndaş posportundan və digər hüquq müəyyənedici sənələrdən görünür ki, adı Eyzangül, soyadı “Cəfərova”olmaqla xx.xx.1955-ci ildə Ağdam rayonunun Sarıcalı kəndində doğulmuşdur. Ailə qurmamışdır. Hazırda onun adına olan torpaq sahəsini qardaşına bağışlamaq üçün notariat orqanına müraciət edərkən doğum haqqında şəhadətnaməm tələb edilmiş, doğum haqqında şəhadətnaməm naməlum şəraitdə itdiyinə görə müvafiq arayış almaq üçün X7 müraciət etmiş, sonuncu tərəfindən imtina cavabı verilmişdir. Cavabdeh orqanın imtinası əsassız olmuşdur. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəməyə ərizə ünvanlayaraq nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi akt qeydində düzəliş edilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İddiaçılara məxsus olan şəxsiyyət vəsiqəsində soyad adı İddiaçı kimi qeyd edilmiş olsa da, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus akt qeydində iddiaçının ad və soyadı Alışova Gülzəndə kimi qeyd olmuşdur. Bu da, iddiaçıya məxsus akt qeydində iddiaçının ad və soyadına dair məlumatın qeyridəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçıya məxsus doğum haqqında akt qeydində səhvə yol verilmiş, iddiaçının adı və soyadı düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə Ağdam rayon İHB-nın Çəmənli İ\N tərəfindən tərtib edilmiş İddiaçı məxsus 35 nömrəli,xx.xx.1955cı il tarixli doğum haqqında akt qeydində düzəliş edilərək adının “Eyzangül“ soyadının “Cəfərova” kimi qeyd edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Ağdam rayon İHB-nın Çəmənli İ\N tərəfindən tərtib edilmiş İddiaçı məxsus 35 nömrəli,xx.xx.1955-cı il tarixli doğum haqqında akt qeydində düzəliş edilərək adının “Eyzangül“ soyadının “Cəfərova” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar