Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-173/2020 25.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı X2rşı (üçüncü şəxs Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin X7 və Göygöl rayonu Üçtəpə bələdiyyəsi) torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X2rşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən və ona məxsus olan 0,2 ha həyətyanı torpaq sahəsinin hüquqi sənədlərinin hazırlanması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayonu Üçtəpə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 03 saylı qərarı ilə iddiaçıya Göygöl rayonu Üçtəpə kəndi ərazisindən 0.20 ha həyətyanı torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi alqısatqı edildikdən sonra ölçülüb ona təhvil verilmişdir və 2005-ci ildən də onun istifadəsindədir. Həmin torpaq sahəsinə dair Göygöl rayonu Üçtəpə bələdiyyəsi ilə aralarında olan alqı-satqı müqaviləsi və bələdiyyənin yerquruluşu planından çıxarışın surəti ona təqdim edilmiş, bundan başqa heç bir sənəd təqdim edilməmişdir. İddiaçı sözügedən torpaq sahəsinə çıxarış verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X4 müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə hazırlıq icraatı iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onun torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinə çıxarış verilmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı 3 saylı X4 təqdim etdiyi sənədlərin araşdırılması zamanı Göygöl rayonu Üçtəpə bəldiyyəsi ilə İddiaçı arasında bağlanmış “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında” xx xxxxxx 2007-ci il tarixdə alqı-satqı müqaviləsi ilə 2000 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə vətəndaşa satıldığı qeyd edilmişdir. Həmi müqavilədə Üçtəpə bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli, 03 saylı qərarı əsasında torpaq sahəsi ayrıldığı qeyd olunmuş, lakin bələdiyyənin qərarı təqdim edilməmişdir. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılan zaman “Bələdiyyə torpaqlarının ayrılması haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci bəndinin tələblərinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normalarına əməl olunmadan 2000 kv.m torpaq sahəsi verilmişdir. Belə ki, həmin qanuna əsasən fərdi yaşayış evlərinin tikintisi üçün qəsəbə və kəndlərdə 0,12 hektaradək ayrılması nəzərdə tutulmuşdur. Eyni zamanda ərazi idarəsinin elektron baza məlumatlarına əsasən vətəndaşın istifadəsində olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş sahəsi olduğu qeyd edilmişdir. Üçüncü şəxs Göygöl rayonu Üçtəpə bələdiyyəsinin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, həmin sahə örüş torpaq sahəsidir, hansı əsasla həyətyanı torpaq sahəsi kimi satılmasını bilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında xx.xx.2007-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, Göygöl rayonu Üçtəpə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 03 saylı qərarı əsasında Xanlar rayonu Üçtəpə kəndində yerləşən 2000 m2 torpaq sahəsi İddiaçı satılmışdır. -xx.xx.2007-ci il tarixli 047434 nömrəli, xx.xx.2014-cü il tarixli 445088 və 445089 nömrəli qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən Göygöl rayonu Üçtəpə bələdiyyəsinin hesabına torpaq vergisi ödənilmişdir. -Göygöl rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 01 nömrəli məktubunun surətindən görünür ki, Göygöl rayonu Üçtəpə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 03 saylı qərarı və 2007-ci ilə aid heç bir sənədi dövlət arxivinin mühafizəsinə təhvil verilməmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 108 nömrəli mütəxəssis rəyinin məzmunundan görünür ki, aparılan araşdırma zamanı İddiaçı naturada təqdim etdiyi torpaq sahəsi baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı, ümumi istifadədə olan örüş və torpaq yolu ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, Göygöl rayonu Üçtəpə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 03 saylı qərarı ilə iddiaçıya Göygöl rayonu Üçtəpə kəndi ərazisindən 0.20 ha həyətyanı torpaq sahəsi satılmışdır. İddiaçı sözügedən torpaq sahəsinə hüquqmüəyyənedici sənədin verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X4 müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmadan iddiaçıya 2000.0 kv.m torpaq sahəsi verilmişdir. Aparılan araşdırma zamanı İddiaçı naturada təqdim etdiyi torpaq sahəsinin baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı, ümumi istifadədə olan örüş və torpaq yolu ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qeyd edilməlidir ki, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. -7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Göygöl rayonu Üçtəpə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 03 saylı qərarı ilə iddiaçıya Göygöl rayonu Üçtəpə kəndi ərazisindən 0.20 ha həyətyanı torpaq sahəsi satılması qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinə zidd olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, iddiaçıya qanuni əsaslarla verilməyən torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qanunvericiliyin tələbinə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. İş materiallarına əlavə edilmiş mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərclərinin 03/12/53 nömrəli smetasından görünür ki, iş üzrə mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 66.60 (altmış altı manat, altmış qəpik) manat təşkil edir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyinin verilməsi ilə bağlı 66.60 (altmış altı manat, altmış qəpik) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı X2rşı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin verilməsi barədə iddiası təmin edilməsin. 66.60 (altmış altı manat, altmış qəpik) manat məbləğində məhkəmə xərci İddiaçı tutularaq KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, VÖEN **********, AZ23AİİB**********3701778107, Kapital Bank ASC Xətai filialı, KOD 200071 VÖEN ********** müxbir hesab AZ 37 NABZ******************** SWİFT kod AİİBAZ2Z saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-173/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-173/2020
25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver