Məhkəmə qərarları › İş №2-1(114)-173/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-173/2023

11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-173/2023 11.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı torpaq sahəsinə zəruri gediş-gəliş yolunun açılmasına və giriş-çıxış qapısının qoyulmasına maneənin qadağan edilməsi, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 0.05 ha ölçüdə olan həyətyanı torpaq sahəsinə zəruri gediş-gəliş yolunun açılmasına və öz vəsaiti hesabına giriş-çıxış qapısının qoyulmasına maneənin qadağan edilməsi, vurulmuş ziyana görə 5000 (beş min) manat kompensasiyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Naftalan şəhəri, X6 küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ilə 24 iyun 2022-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam olaraq xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. A №760420 saylı Torpaq sahəsinin planı və ölçüsünə dair sənədin ikinci səhifəsində torpaq sahəsinin kadastr göstəriciləri, koordinatları, qonşu nöqtələri,döngə nöqtələri arasında məsafələr, torpaq sahəsinin qonşu sərhədləri tam göstərilmişdir. Həmin səhifədə tərtib edilmiş rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışdan görünür ki, onun mülkiyyətində olan həyətyanı torpaq sahəsi, sağdan, soldan və arxadan qonşu həyətyanı torpaq sahələri ilə əhatə olunmuşdur. Rəqəmli (elektron) kadastr xəritəsindən göründüyü kimi, mülkiyyətində olan həyətyanı torpaq sahəsinin küçəyə bir çıxışı olduğu üçün iddiaçı həmin yerdən həyətə giriş-çıxış qapısı açmışdır. Lakin, onun xəbəri olmadan cavadeh onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinə müdaxilə edərək düzəltdirdiyi girişçıxış daravazasını və hördürdüyü divarı uçuraraq ona 5000 (beş min) manat maddı ziyan vurmuşdur. Bu gün də ona icazə vermir ki, giriş-çıxış daravazanı bərpa etsin. Təqdim edilən şəkillərdən də görünür ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin giriş-çıxış qapısı və divarı sökülərək yararsız vəziyyətə salınmışdır. Bu barədə iddiaçı cavabdehə ərizə ilə müraciət etsə də bu günə kimi ərizəsinə cavab ala bilməmişdir, ona görə də məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, həmin sahəni 2017-ci ildə etibarnamə əsasında almış, lakin 2022-ci ilin iyun ayında alqı-satqını rəsmiləşdirmişdir. 2018-ci ildə həmin sahədən yola çıxış olmuşdur, həmin yerə darvaza qoysa da, Rayon İcra Hakimiyyətinin işçiləri darvazanı söküb yerini hasarla bağlamışdır. Həmin sahənin giriş-çıxışı bağlı olduğundan orada ev tikməmişdir. İddiaçının vəkili X4 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X5 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı 2018-ci ildə özbaşına istinad divarını sökərək yol açmışdır. Torpağın ilkin mülkiyyətçisi sahəni bölüb satmış, bir hissəsini iddiaçı almışdır. Bölünüb satılmamışdan əvvəl sahənin giriş çıxışı olub, lakin iddiaçının aldığı hissənin giriş-çıxışı olmamışdır, iddiaçı sahəni alarkən bunu nəzərə almamışdır. İddiaçının giriş-çıxış açmaq üçün istədiyi hissədə ağaclar var və yaşıllıq salınıb. Həmin giriş-çıxış açılmış hissə hörülərək bərpa edilmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, şəhərin baş planında iddiaçının tələb etdiyi yola giriş-çıxış nəzərdə tutulmamışdır. Torpaq sahəsi bölünüb satılmamışdan əvvəl H.Z.Tağıyev küçəsinə çıxış olub. Bölünüb satılandan sonra iddiaçı Koroğlu küçəsinə çıxış tələb edir ki, bu çıxış baş planda nəzərdə tutulmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X8 müvafiq çıxarışla mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən 0.05 ha torpaq sahəsini İddiaçı satmışdır. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -işə əlavə edilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 3-35/2-3670/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan, Naftalan şəhəri, X6 küçəsi 11A ünvanda yerləşən torpaq sahəsinin olduğu ərazidə abadlıq işlərinin aparılmasını, çoxsaylı ağacların əkilməsini və şəhərin ümumi görünüşünün pozulmasını nəzərə alaraq, sözügedən ünvanda yerləşən torpaq sahəsindən Koroğlu küçəsinə gediş-gəliş (çıxış) yolunun açılması məqsədəuyğun hesab edilmir. -işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 10/2184 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan, Naftalan şəhəri, X6 küçəsi 11A ünvanda yerləşən torpaq sahəsindən Naftalan şəhəri, Koroğlu küçəsinə gediş-gəliş (çıxış) yolunun açılması məqsədəmüvafiq hesab edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsini əslində 2017-ci ildə əldə etdiyini, lakin həmin torpaq sahəsi ilə bağlı alqısatqını xx.xx.2022-ci il tarixdə rəsmiləşdirdiyini bildirərək, həmin torpaq sahəsində ilkin olaraq zəruri gediş–gəliş yolunun olduğunu, həmin torpaq sahəsinin gediş–gəliş yoluna öz hesabına darvaza qoyduğunu, lakin həmin darvazanın cavabdeh tərəfindən sökülərək giriş-çıxış yolunun bağlandığını bildirərək torpaq sahəsinə zəruri gediş-gəliş yolunun açılmasına və öz vəsaiti hesabına giriş-çıxış qapısının qoyulmasına maneənin cavabdeh orqana qadağan edilməsi və vurulmuş ziyana görə 5000 (beş min) manat kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin:- -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. -2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Məcəllədən və digər normativ hüquqi aktlardan ibarətdir. -4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. -5.2-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.3-cü bəndinə əsasən həmin Məcəllənin 4.3-cü, 5.2-ci, 48.3.1-ci (birinci halda) maddələrində, 66.3-cü maddəsinin ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Göründüyü kimi dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. Qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsinə məhkəmə heyəti ilə birgə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, sahənin yan tərəfində fərdi yaşayış evləri inşa edilmiş, həmin evlərin Koroğlu küçəsinə çıxışı yoxdur, digər tərəfdən çıxışları mövcuddur. Sahənin arxa tərəfində digər mülkiyyətçiyə məxsus, hər tərəfi daş hasarla bağlı təqribən 0,05 ha torpaq sahəsi yerləşir. Sahənin Koroğlu küçəsi tərəfi istinad divarı ilə bağlıdır, divarın küçə tərəfində hündür çoxillik ağaclar var və təqribən 40-50 sm hündürlükdə dekorativ ağaclar əkilmişdir. Müəyyən edildi ki, sahənin iddiaçının giriş çıxış yolu açılmasını tələb etdiyi hissəsində çoxillik ağaclar bir birindən təqribən 5-6 metr məsafədə yerləşir, eyni zamanda həmin hissədə 2-3 ədəd 40-50 sm hündürlükdə dekorativ ağaclar mövcuddur. Həmçinin müəyyən edildiki, həmin küçədə iddiaçıya məxsus sahənin yaxınlığında 2 yaşayıs evinin həmin küçəyə çıxışı vardır. Həmçinin məhkəmə tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Naftalan şəhəri, X6 küçəsi 11A ünvanda yerləşən torpaq sahəsindən Naftalan şəhəri, Koroğlu küçəsinə gediş-gəliş (çıxış) yolunun açılmasının müvafiq sahə üzrə mövcud qanunvericiliyin tələbləri baxımından, həmçinin faktiki olaraq mümkün olub-olmamasının müəyyən edilməsi məqsədilə iş üzrə ekspertiza təyin edilmiş, verilmiş ekspert rəyində İddiaçı mülkiyyətində olan, Naftalan şəhəri, X6 küçəsi 11A ünvanda yerləşən torpaq sahəsindən Naftalan şəhəri, Koroğlu küçəsinə gedişgəliş (çıxış) yolunun açılması məqsədəmüvafiq hesab edilməmişdir. Bundan əlavə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq məktubu ilə həmin torpaq sahəsinin olduğu ərazidə abadlıq işlərinin aparılmasını, çoxsaylı ağacların əkilməsini və şəhərin ümumi görünüşünün pozulmasını nəzərə alaraq, sözügedən ünvanda yerləşən torpaq sahəsindən Koroğlu küçəsinə gediş-gəliş (çıxış) yolunun açılmasını məqsədəuyğun hesab edilməmişdir. Odur ki, tələbin « torpaq sahəsinə zəruri gediş-gəliş yolunun açılmasına və giriş-çıxış qapısının qoyulmasına maneənin qadağan edilməsi” hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi və müvafiq icra hakimiyyəti orqanının məktubu ilə müəyyən olunur ki, sözügedən ünvanda yerləşən torpaq sahəsindən Koroğlu küçəsinə gediş-gəliş (çıxış) yolunun açılmasını məqsədəuyğun deyildir. Bundan başqa, məhkəmə «vurulmuş ziyana görə 5000 (beş min) manat kompensasiyanın ödənilməsi» hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı torpaq sahəsini 2022-ci ildə alqı-satqı yolu ilə əldə edərək, mülkiyyət hüququ qazanmışdır, həmin sahədə isə söküntü işləri tərəflərin hər ikisinin izahatı ilə müəyyən edilmişdir ki, 2018-ci ildə baş vermişdir. Odur ki, iddiaçı mülkiyyətində olmayan torpaq sahəsində tikilinin sökülməsi ilə bağlı kompensasiya tələb etməkdə haqlı deyil. Bundan əlavə, məhkəmə hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 10/2184 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinin verilməsinə görə 100 (bir yüz) manat məhkəmə xərci də iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı Cavabdehnə qarşı torpaq sahəsinə zəruri gediş-gəliş yolunun açılmasına və giriş-çıxış qapısının qoyulmasına maneənin qadağan edilməsi, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə iddiası təmin edilməsin. 10/2184 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi üzrə 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar