Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1730/2021 26.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı11, İddiaçı3, İddiaçı10, İddiaçı7, İddiaçı4, İddiaçı6, İddiaçı5 Sabir qızı, İddiaçı8 qzı, İddiaçı9, İddiaçı12, İddiaçı2, İddiaçı1 cavabdeh Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Ağstafa rayon Qırılı Bələdiyyəsi) Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə bizlərə verilmiş JN- 315, JN-316, JN-317, JN-318, JN-319, JN-320, JN-321, JN-322, JN-323, JN-325, JN-326, JN-327, JN-329, JN-330 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktlarının ləğv edilməsi və faktiki istifadədə olan maraqlı şəxs tərəfindən əvəzləşdirilmiş toraq sahələrinə mülkiyyət hüququ verilməklə müvafiq mülkiyyət hüququ verilməsinə dair sənədlərin verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında, açıq məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə M üə y y ə n e t d i: İddiaçılar İddiaçı11, İddiaçı3, İddiaçı10, İddiaçı7, İddiaçı4, İddiaçı6, İddiaçı5 Sabir qızı, İddiaçı8 qzı, İddiaçı9, İddiaçı12, İddiaçı2, İddiaçı1 cavabdeh Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Ağstafa rayon Qırılı Bələdiyyəsi) 01.04.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə bizlərə verilmiş JN-315, JN-316, JN-317, JN-318, JN-319, JN-320, JN-321, JN-322, JN-323, JN-325, JN-326, JN- 327, JN-329, JN-330 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktlarının ləğv edilməsi və faktiki istifadədə olan maraqlı şəxs tərəfindən əvəzləşdirilmiş toraq sahələrinə mülkiyyət hüququ verilməklə müvafiq mülkiyyət hüququ verilməsinə dair sənədlərin verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasları 21.09.2021-ci il, 06.10.2021-ci il və 26.10.2021-ci il tarixlərə təyin edilmiş, bu barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçılara göndərilmiş məhkəmə bildirişlərində onlara məhkəmə iclasında iştiraklarının vacibliyi, həmçinin gəlmədikləri təqdirdə iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçılar məhkəmə icraatından yayındığına görə onların iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Həmin maddənin 5-ci bəndinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan, iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı11, İddiaçı3, İddiaçı10, İddiaçı7, İddiaçı4, İddiaçı6, İddiaçı5 Sabir qızı, İddiaçı8 qzı, İddiaçı9, İddiaçı12, İddiaçı2, İddiaçı1 cavabdeh Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Ağstafa rayon Qırılı Bələdiyyəsi) Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə bizlərə verilmiş JN- 315, JN-316, JN-317, JN-318, JN-319, JN-320, JN-321, JN-322, JN-323, JN-325, JN-326, JN-327, JN-329, JN-330 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktlarının ləğv edilməsi və faktiki istifadədə olan maraqlı şəxs tərəfindən əvəzləşdirilmiş toraq sahələrinə mülkiyyət hüququ verilməklə müvafiq mülkiyyət hüququ verilməsinə dair sənədlərin verilməsi tələbinə dair iddiası geri götürülmüş sayılsın və inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1730/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1730/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver