Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1731/2024 30.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X21 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı üçüncü şəxslər X35, X36, X17, X11, X41, X25, X26, X6, X22, X32, X27 və X12 onlara məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən əmlak üzərində İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına və Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən xx.xx.2019-cu il təvəllüdlü X35, xx.xx.1993-cü il təvəllüdlü X36, xx.xx.1983-cü il təvəllüdlü X17, xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.1989cu il təvəllüdlü X41, xx.xx.2015-ci il təvəllüdlü X25, xx.xx.2012-ci il təvəllüdlü X26, xx.xx.1991-ci il təvəllüdlü X6, xx.xx.1981-ci il təvəllüdlü X22, xx.xx.1939-cu il təvəllüdlü X32, xx.xx.1950-ci il təvəllüdlü X27 və xx.xx.1963-cü il təvəllüdlü X4 şəhəri, Zülfü Hacıyev küçəsi, 2-ci döngə, ev 7 ünvanında qeydiyyatdadır.
3. İddiaçı1 və İddiaçı2 üçüncü şəxslər X35, X36, X17, X11, X41, X25, X26, X6, X22, X32, X27 və X12 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətlərinə həmin İdarənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.
4. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-1/2-540/2024 nömrəli cavab məktubundan və həmin məktuba əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəri başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 355 nömrəli arayışından görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən ünvan 3 ünvanda faktiki olaraq X35, X36, X17, X11, X41, X25, X26, X6, X22, X32, X27 və X12 yaşamadıqları müəyyən edilmişdir.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.3 kv.m olan ev üzərində X21 mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. II. Məhkəmədə icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı üçüncü şəxslər X35, X36, X17, X11, X41, X25, X26, X6, X22, X32, X27 və X12 ona məxsus olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ əsasında İddiaçı1 və İddiaçı2 məxsusdur. Həmin evə dair mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi alınmışdır. X35, X36, Səttar-zadə Rövşən Elcan oğlu, X11, X41, X25, X26, X6, Səttar-zadə Elşən Elcan oğlu, X32, X27 və X28 onlara məxsus həmin ünvanda qeydiyyatdadırlar. Zərurət olduğundan və mülk üzərində istidadə, sərəncam və digər hüquqları onların sərbəst həyata keçirmələri üçün X18, X19, Səttar-zadə Rövşən Elcan oğlundan, X2, X29, X7, X8, X1, Səttar-zadə Elşən Elcan oğlundan, X13, X9 və X10 onlara məxsus evdən qeydiyyatdan çıxmalarını xahiş etmişlər. Lakin onlar bundan könüllü olaraq imtina edir. Hesab edirlər ki, üçüncü şəxslərin onlara məxsus evə heç bir hüquqları olmadığından onlara məxsus evdə qeydiyatda olmaları hüquqlarını pozur. Onlar Cavabdehnə müraciət edərək üçünçü şəxslər X35, X36, X17, X11, X41, X25, X26, X6, X22, X32,X27 və X12 onlara məxsus mülkdən pasport qeydiyyatından çıxarılmasını tələb etsələr də, lakin bundan imtina edilmişdir. X23, X24, Səttar-zadə Rövşən Elcan oğlunun, X5, X33, X14, X15, X3, Səttar-zadə Elşən Elcan oğlunun, X20, X16 və X12 onlara məxsus evə heç bir hüququ olmadığından mənzildə qeydiyatda olmaları hüquqlarını pozur. Həmçinin üçüncü şəxslər X23, X24, Səttar-zadə Rövşən Elcan oğlunun, X5, X33, X14, X15, X3, Səttar-zadə Elşən Elcan oğlunun, X20, X16 və X12 onlara məxsus evdə qeydiyyatda durduqlarına görə onlar məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəyirlər.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. III. Prosessual məsələlər
9. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X35, X36, X17, X11, X41, X25, X26, X6, X22, X32, X27 və X28 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
10. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
11. Elektron məhkəmə informasiya sistemi vasitəsilə iddiaçıya və üçüncü şəxslərə göndərilmiş sms-xəbərdarlıq onlara çatdırılmışdır.
12. İddiaçı1 nümayəndəsi X37 məhkəmə iclasına gəlmiş, cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, digər iddiaçı və üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
13. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
14. İddiaçı1 nümayəndəsi X37 şifahi məhkəmə baxışı iclasında iddiaçıların sözügedən evi ona bağışladıqlarını və evin hazırda onun mülkiyyətində olduğunu bildirmişdir.
15. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi:
16. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
17. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
19. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
20. İddiaçıların iddia ərizəsinə əlavə etdikləri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışda ünvan 1 ünvanında yerləşən əmlak üzərində İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyət hüquqlarının xx.xx.2024-cü il tarixdə qeydiyyata alındığı görünsə də, iş materiallarına əlavə edilmiş Gəncə şəhər 5 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən qeyd olunan daşınmaz əmlak iddiaçılar tərəfindən X30 bağışlanmışdır. Qeyd olunan ünvanda yerləşən daşınmaz əmlaka dair X21 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
21. Göründüyü kimi, iddiaçıların üçüncü şəxslər X35, X36, X17, X11, X41, X25, X26, X6, X22, X32, X27 və X12 qeydiyyatdan çıxarılmasını tələb etdikləri ünvan 1 ünvanında yerləşən ev hazırda idiiaçıların mülkiyyətində olmadığından onlar hazırkı tələb ilə bağlı subyektiv hüquqa malik deyildirlər.
22. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
23. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva