Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1737/2020 18.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Gərgər kənd X8 üzrə nümayəndəliyinə (üçüncü şəxs X6) qarşı pasport qeydiyyatına alınması üçün Gədəbəy rayon Gərgər kəndinin təsərrüfatbaşı kitabdan çıxarışın verilməsi vəzifəsinin cavabdeh Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Gərgər kənd X13 üzrə nümayəndəliyinin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Gərgər kənd X8 üzrə nümayəndəliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pasport qeydiyyatına alınması üçün Gədəbəy rayon Gərgər kəndinin təsərrüfatbaşı kitabdan çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.NN-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən fərdi yaşayış evi mərhum babası X2 məxsusdur. O, xx.xx.1982-ci il tarixdə Gədəbəy rayoni, Gərgər kəndində doğulmuş, 1998-ci il tarixdən həmin kənddə babasının himayəsində yaşamış və kəndin təsərrüfatbaşına kitabında onun adı babasının təsərrüfatında qeyd edilmişdir. O, 1999-cu il tarixdə Gədəbəy rayonu, Gərgər kənd orta məktəbini bitirdikdən sonra H.Əliyev adına Ali Hərbi Məktəbə daxil olaraq oranı bitirdikdən sonra N03-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabiti olaraq müxtəlif hərbi hissələrdə xidmət etmişdir. NN-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxıldıqdan sonra daimi qeydiyyat yeri olan Gədəbəy rayonunun Gərgər kəndinə gəlmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsində qeydiyyata alınmışdır. O, zabit kimi Lənkəran şəhəri, H.Əliyev prospekti 321 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının «N» saylı hərbi hissəsində müvəqqəti pasport qeydiyyatında olmuş, hal-hazırda həmin ünvandan qeydiyyatdan çıxmışdır. Daimi yaşayış yerində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.NN-ci il tarixli 101 nömrəli məktubu ilə onun Lənkəran şəhəri, H.Əliyev prospekti 321 ünvanında daimi qeydiyyatda olmasını, Gədəbəy rayonu, Gərgər kəndində fərdi yaşayış evi və adına torpaq olmadığına görə təsərrüfatbaşına kitabdan çıxarış verilməsini məqsədə müvafiq hesab etməmişdir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxış iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. xx.xx.NN-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı N18-ci il tarixə kimi Gədəbəy rayonu, Gərgər kəndinin təsərrüfatbaşına kitabında qeydiyyatda olmuşdur. Hal-hazırda təsərrüfatbaşına kitabda iddiaçının bibisi Adilə Rəsulovanın adı var. İddiaçının təsərrüfatbaşına kitaba qeydiyyata düşməsi barədə müraciətindən sonra xx.xx.NN-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinə sorğu göndərilmiş və xx.xx.NN-ci il tarixli cavab məktubunda İddiaçı hal-hazırda Lənkəran şəhəri, H.Əliyev prospekti 321 ünvanında qeydiyyatda olduğu göstərilmişdir. İddiaçının nümayəndəliyə müraciətindən sonra onun bibisi Adilə Rəsulova nümayəndəliyə ərizə verərək iddiaçının həmin fərdi yaşayış evinə qeydiyyata düşməsinə etiraz etmişdir. Ona görədə iddia tələbinin rədd edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında üçüncü şəxs X6 iddianı qəbul etməyərək məhkəməyə təqdim etdiyi yazılı izahatına uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaçı (qardaşı oğlu) cavabdehə müraciət edərək onun ata evinə qeydiyyata alınmasını tələb etmişdir. Hal-hazırda həmin təsərrüfatbaşına kitabda qeydiyyatda olduğu üçün təsərrüfatı və evi o idarə edir. xx.xx.N19-cu il tarixdə iddiaçı gecə vaxtı sərxoş vəziyyətdə onun yaşadığı evə gələrək, evin qapısını sındıraraq onu və qonşularını nalayiq ifadələrnən təhqir etdiyi üçün Gədəbəy rayon Polis şöbəsinə şikayət etmiş, polis əməkdaşları iddiaçını polis şöbəsinə aparan zaman polis əməkdaşlarını da nalayiq ifadələrnən təhqir etdiyi və onlara özü barəsində yalan məlumat verdiyi üçün barəsində cinayət işi açılmış, lakin sonradan iddiaçı ondan və polis əməkdaşlarından üzr istədiyi üçün cinayət işinə xitam verilmişdir. İddiaçı hal-hazırda Lənkəran şəhəri, H.Əliyev prospekti 321 ünvanında qeydiyyatdadır və özünə məxsus Gəncə şəhərində iki mərtəbəli evi, atasına məxsus Gəncə şəhəri 5-ci mikrorayonda boş evi var. Evə qeydiyyata düşməkdə məqsədi həmin evdən pay almaqdır. İddiaçı onun atasının vərəsəsi olmadığı üçün həmin evi mübahisələndirmək kimi hüququ da yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Gərgər kənd X8 üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabından çıxarış, xx.xx.NN-ci il tarixli 101 nömrəli imtina məktubu və üçüncü şəxsin etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iddiaçı hesab edir ki, mübahisəli fərdi yaşayış evində əvvəllər yaşadığından və ev onun babasına məxsus olduğundan həmin evə qeydiyyata alınmalı və təsərrüfatbaşına kitabda onun adı qeyd edilməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Gərgər kənd X8 üzrə nümayəndəliyinin 1996-N00-ci illəri əhatə edən 2 nömrəli təsərrüfatbaşına kitabın 119 şəxsi hesablı 28-ci səhifəsindən görünür ki, X3, X4, İddiaçı və X5 həmin təsərrüfatbaşına kitabda qeydiyyatda olublar. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Gərgər kənd X8 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.NN-ci il tarixli 101 nömrəli məktubdan görünür ki, İddiaçı adına Gədəbəy rayonu, Gərgər kəndində fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi olmadığından və təsərrüfat başçısı olmadığına görə təsərrüfatbaşına kitabdan çıxarış verilməsi məqsədə müvafiq hesab edilməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.N09-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- - 60-cı maddəsinə 1-ci bəndinə görə müddətli həqiqi hərbi xidmətə çağırıldıqdamüddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda-həqiqi hərbi xidmət müddətində; praporşik; miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqdahərbi xidmətin birinci beş ili ərzində qeydiyyatı saxlanılır. - 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:- - 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - 30.2-ci maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbinə görə vətəndaşa yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlə (mülkiyyət hüququnu təsdiq edən sənəd) birlikdə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidə tələb olunur. İşin faktiki hallarından müəyyən olunmuşdur ki, sözügedən təsərrüfat başçısı X3 N11-ci ildə ölmüşdür. İddiaçının sözügedən mirası qəbul etməsi barədə iş materiallrında hər hansı sübut yoxdur. İşin faktiki hallarından göründüyü kimi iddiaçı 1999-cu ildə Gədəbəy rayon Gərgər kənd orta məktəbini bitirdikdən sonra H.Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş və NNci ildə Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra Gədəbəy rayonu, Gərgər kəndinə qayıtdığından onun həmin fərdi yaşayış evinə qeydiyyata alınaraq təsərrüfatbaşına kitabdan çıxarışın verilməsi tələbinə dair iddiasının hüquqi əsası yoxdur. Beləliklə məhkəmə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Gərgər kənd X8 üzrə nümayəndəliyinə (üçüncü şəxs X6) qarşı pasport qeydiyyatına alınması üçün Gədəbəy rayon Gərgər kəndinin təsərrüfatbaşı kitabdan çıxarışın verilməsi vəzifəsinin cavabdeh Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Gərgər kənd X13 üzrə nümayəndəliyinin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1737/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1737/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver