Məhkəmə qərarları › İş №2-1(114)-1744/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1744/2023

11.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1744/2023 11.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı İİİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı ilkin olaraq xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək üçüncü dərəcə əlillik, xx.xx.2011-ci il tarixli müayinə aktı əsasında isə “Anadangəlmə ürək qüsuru. Tetrada-fallo. Mədəciklərarası çəpərin subaortal plastika edilməsi. Ağciyər arteriyasının stenozu” diaqnozu ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.

2. İddiaçı əlillik vəziyyətinə X6 Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: "Ümumi xəstəlik", "X2: XVİİ Sinif Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q21 - Ürək ara…; Diaqnozun mətni: Anadangəlmə ürək qüsuru. Tetrado-fallo (xx.xx.1990) tam korreksiya edilmişdir. M.A.Ç. subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu. Mədəcik ekstrasistoliyası. Ürək çatmamazlığı İl mərhələ.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101- 109,111.0, 113-113 .2, 120-125 ,… " səbəbi ilə xx.xx.2017-ci il tarixdən beş il müddətinə xx.xx.2022-ci il tarixinədək ikinci dərəcəli əlillik təyin edilmişdir.

3. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz - Q24 - Ürəyin digər anadangəlmə inkişaf qüsurları. Anadangəlmə ürək qüsuru. Tetrado fallo (xx.xx.1990) tam korreksiya edilmişdir. M.A.Ç subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası; Ağırlaşma - İ49.3 – Mədəciklərin erkən depolyarizasiyası, Mədəcik ekstrasistoliyası. Laun 4; Ağırlaşma - İ50 - Ürək çatmamazlığı İİ mərhələ; Ağırlaşma - Q24.3 - Ağciyər arteriyası qapağının qıfabənzər stenozu. Ağciyər arteriyasının stenozu”.

4. İddiaçı əlillik vəziyyətinə X6 Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2022-ci il tarixdə "X2: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q21 - Ürək ara…; Diaqnozun mətni Fallo tetradası, Anadangəlmə ürək qüsuru.Tetrado-Fallo (xx.xx.1990) korreksiyasından sonrakı vəziyyət. M.A.Ç. subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu. Mitral və üçtaylı qapaqların eyni zamanda zədələnmələri, MÇ İ dərəcə.TrÇ İ dərəcə. Ağciyər-ürək çatmamazlığının digər formaları, PA stenozu. Ürək ritminin digər pozğunluqları, Mədəcik ekstrasistoliyası Laun 2. Hiss dəstəsinin sağ ayağcığının blokadası, Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası. Ürək çatmamazlığı, QDÇ İİ dərəcə. Başqa rubrikalarda təsnif olunmayan xroniki hepatit, Xr. hepatit. Mədəaltı vəzinin digər xəstəlikləri, Xr. pankreatit.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış bərpa müalicəsi davam etsin" səbəbi ilə imtina edilmişdir.

5. Həmin göndərişdən (Forma-88) görünür ki, İddiaçı əvvəlki illərdə olan müayinəmüayinələrlə yanaşı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X4 stasionar müalicədə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı Akad.C.M.Abdullayev adına ET Kardiologiya İnstitutunda müayinədə, xx.xx.2022-ci il tarixdə həkim (terapevt, kardioloq, ümumi cərrah) və instrumental (EXQ, USM, ExoKQ, döş qəfəsinin rentgenoskopiya), laboratoriya (qanda şəkər, qanın ümumi analizi, sidiyin analizi) müayinələrində olmuşdur.

6. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz - Q21.3 - Fallo tetradası. Anadangəlmə ürək qüsuru. Tetrado-Fallo (xx.xx.1990) korreksiyasından sonrakı vəziyyət. M.A.Ç subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu; Ağırlaşma - İ08.1 – Mitral və üçtaylı qapaqların eyni zamanda zədələnmələri, MÇ İ dərəcə.TrÇ İ dərəcə; Ağırlaşma - İ27 - Ağciyər-ürək çatmamazlığının digər formaları, PA stenozu; Ağırlaşma - İ49 - Ürək ritminin digər pozğunluqları, Mədəcik ekstrasistoliyası Laun 2; Ağırlaşma - İ45.0 - Hiss dəstəsinin sağ ayağcığının blokadası, Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası; Ağırlaşma - İ50 - Ürək çatmamazlığı, QDÇ İİ dərəcə; Yanaşı xəstəliklər - K73 - Başqa rubrikalarda təsnif olunmayan xroniki hepatit, Xr. hepatit; Yanaşı xəstəliklər - K86 - Mədəaltı vəzinin digər xəstəlikləri, Xr. pankreatit.

7. İddiaçı əlillik vəziyyətinə Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2022-ci il tarixdə "Diaqnozun mətni: AÜQ: Follo-Tetradası cərrahi korreksiyadan sonrakı vəziyyət (1990).Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əliliyin təyini üçün müalicə müddəti yetərli deyil. Son illərdə müalicəsi yoxdur. Əlavə müalicəyə ehtiyacı vardır." səbəbi ilə imtina edilmişdir.

8. Həmin göndərişdən (Forma-88) görünür ki, İddiaçı əvvəlki illərdə olan müayinəmüayinələrlə yanaşı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı Akad.C.M.Abdullayev adına ET Kardiologiya İnstitutunda stasionar müalicədə, xx.xx.2022ci il tarixdə həkim və 07-xx.xx.2022, 07-xx.xx.2022-ci il tarixlərdə instrumental (24 saatlıq EXQ, ExoKQ, döş qəfəsinin rentgenoskopiya), laboratoriya (aspartat aminotransferaza (AST) (SGOT), alanin aminotransferaza (ALT) (SGPT), qanın ümumi analizi, lipid paneli, kreatinin) müayinələrində olmuşdur.

9. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz - Q21.3 - “Fallo tetradası. AÜQ: Tetrado-Fallo cərrahi korreksiyadan sonrakı vəziyyət (1990); Ağırlaşma - İ50 - Ürək çatmamazlığı, Xroniki ürək çatışmamazlığı İİ (iki) f.s; Ağırlaşma - İ45.0 - Hiss dəstəsinin sağ ayağcığının blokadası, Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası.

10. İddiaçı əlillik vəziyyətinə Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və həmin tarixdə "Diaqnozun mətni: Fallo tetradası, AÜQ-Fallo-tetradası cərrahi korreksiyadasından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac var" səbəbi ilə imtina edilmişdir.

11. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T304/2023 nömrəli ekspert rəyi əldə edilmişdir.

12. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozlar xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Tibb müəssisinin tərtib etdiyi göndərişlərdə qeyd edilmiş diaqnozlar xəstənin hazırkı vəziyyətinə uyğun olmuşdur. Belə ki, həmin diaqnozlar şəxsin əyani müayinəsi zamanı KTM göndərilərkən instrumental müayinələrin nəticələri ilə öz təsdiqini tapmışdır. Xəstəliklər tam sağalmırlar, kəskinləşərkən qeydiyyatda olduğu yerdə öz həkimlərində müayinə və müalicəyə cəlb olunurlar. 2. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspertlərinin səlahiyyətlərinə aiddir.

13. Rəyin tədqiqat hissəsində göstərilmişdir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, hazırda “Anadangəlmə ürək qüsuru. Fallo tetradası korreksiyası əməliyyatı (1990). M.A.Ç. subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu. Mədəcik ekstrasistoliyası. Ürək çatmamazlığı İl mərhələ” xəstəliklərindən əziyyət çəkir. Qeyd edilən nəticə onun KTM-də instrumental müayinələri ilə də təsdiq olundu. II. Məhkəmədə icraat

14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 2-ci qrup əlillik dərəcəsinin verilməsi, yaxud 3-cü qrup ömürlük əlillik dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci il təvəllüdlüdür, anadangəlmə ürək qüsurludur. 1990-cı ildə, yəni 8 yaşı olarkən Rusiya Federasiyasının Moskva şəhərində əməliyyat olunmuşdur. Onun diaqnozu: Follo tetradası, AÜQ-Follo tetradası cərrahi korreksiyadasından sonrakı vəziyyətdir. Bundan sonra 10 il ərzində hər il komissiyadan keçmişdir. 18 yaşında 3-cü qrup ömürlük əllik dərəcəsi almışdır. Səhhətinin pisləşməsinə görə xx.xx.2017-ci ildə 5 il müddətinə 2-ci qrup əllilik dərəcəsi almışdır. 2022-ci ilin may ayında 5 il tamam olduğu üçün sosial müavinəti dayandırılmışdır. Bundan sonra o, bir neçə dəfə müayinə və müalicə olunmuş, sənədləri TSEK-ə göndərilmişdir. Lakin hər dəfə ona imtina gəlmişdir. İmtina da onunla əsaslandırılmışdır ki, guya onun əlavə müalicəyə ehtiyacı var. O, bu əsasla ona imtina edilməsi ilə razı deyil. Belə ki, o, istər əvvəlki illərdə, yalnız pandemiya dövrünü 2020-2021-ci illəri çıxmaq şərtilə, istərsə də 2022-ci ildə 3 dəfə müalicə almışdır. Bundan başqa qeyd etdiyi kimi onun qüsuru anadangəlmədir və əvvəllər ömürlük 3-cü qrup əlillik dərəcəsi var idi. Buna görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

18. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

19. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.

20. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbilə əlillik təyinatından imtina edilmişdir. Həmin imtina qərarında ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı və iddiaçı hazırkı tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

21. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

22. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

25. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

26. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

27. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona üçüncü dərəcə müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərin qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

28. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

29. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

30. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyətinə X6 Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: "Ümumi xəstəlik", "X2: XVİİ Sinif Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişafqüsurları] => Q21 - Ürək ara…; Diaqnozun mətni: Anadangəlmə ürək qüsuru. Tetrado-fallo (xx.xx.1990) tam korreksiya edilmişdir. M.A.Ç. subaortal plastika edilməsi. Ağ ciyər arteriyasının qapaq Valvilo plastikası. Ağ ciyər arteriyasının stenozu. Mədəcik ekstrasistoliyası. Ürək çatmamazlığı İl mərhələ.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101- 109,111.0, 113- 113 .2, 120-125 ,… " səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. X6 Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "X2: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q21 - Ürək ara…; Diaqnozun mətni Fallotetradası, Anadangəlmə ürək qüsuru.Tetrado-Fallo (xx.xx.1990) korreksiyasından sonrakı vəziyyət. M.A.Ç. subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu. Mitral və üçtaylı qapaqların eyni zamanda zədələnmələri, MÇ İ dərəcə.TrÇ İ dərəcə. Ağciyər-ürək çatmamazlığının digər formaları, PA stenozu. Ürək ritminin digər pozğunluqları, Mədəcik ekstrasistoliyası Laun 2. Hiss dəstəsinin sağ ayağcığının blokadası, Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası. Ürək çatmamazlığı, QDÇ İİ dərəcə. Başqa rubrikalarda təsnif olunmayan xroniki hepatit, Xr. hepatit. Mədəaltı vəzinin digər xəstəlikləri, Xr. pankreatit.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış bərpa müalicəsi davam etsin" səbəbi ilə imtina edilmişdir. Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "Diaqnozun mətni: AÜQ: Follo- Tetradası cərrahi korreksiyadan sonrakı vəziyyət (1990).Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əliliyin təyini üçün müalicə müddəti yetərli deyil.Son illərdə müalicəsi yoxdur.Əlavə müalicəyə ehtiyacı vardır." səbəbi ilə imtina edilmişdir. Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "Diaqnozun mətni: Fallo tetradası, AÜQ-Fallo-tetradası cərrahi korreksiyadasından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac var" səbəbi ilə imtina edilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “ixtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyacı var” səbəbi ilə imtina qərarı qəbul edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

31. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - SER TSE-02 037627 nömrəli TSEK-də müayinə aktından çıxarış kötüyünün və TSEK müayinə aktından 992 nömrəli çıxarış surətləri; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

32. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

33. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ilkin olaraq xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək üçüncü dərəcə əlillik, xx.xx.2011-ci il tarixli müayinə aktı əsasında isə “Anadangəlmə ürək qüsuru. Tetrada-fallo. Mədəciklərarası çəpərin subaortal plastika edilməsi. Ağciyər arteriyasının stenozu” diaqnozu ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra İddiaçı əlillik vəziyyətinə X6 Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Əsas diaqnoz - Q24 - Ürəyin digər anadangəlmə inkişaf qüsurları. Anadangəlmə ürək qüsuru. Tetrado fallo (xx.xx.1990) tam korreksiya edilmişdir. M.A.Ç subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası; Ağırlaşma - İ49.3 – Mədəciklərin erkən depolyarizasiyası, Mədəcik ekstrasistoliyası. Laun 4; Ağırlaşma - İ50 - Ürək çatmamazlığı İİ mərhələ; Ağırlaşma - Q24.3 - Ağciyər arteriyası qapağının qıfabənzər stenozu. Ağciyər arteriyasının stenozu” səbəbi ilə xx.xx.2017-ci il tarixdən beş il müddətinə xx.xx.2022-ci il tarixinədək ikinci dərəcəli əlillik təyin edilmişdir.

34. Bundan sonra İddiaçı əlillik vəziyyətinə X6 Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli, Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli göndərişləri əsasında baxılsa da, hər üç qiymətləndirmə zamanı əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyinatının aparılmasından imtina edilmişdir.

35. Halbuki, elə ilk qiymətləndirmə zamanı - X6 Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişində İddiaçı əvvəlki illərdə olan müayinə-müayinələrlə yanaşı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X4 stasionar müalicədə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı Akad.C.M.Abdullayev adına ET Kardiologiya İnstitutunda müayinədə, xx.xx.2022-ci il tarixdə həkim (terapevt, kardioloq, ümumi cərrah) və instrumental (EXQ, USM, ExoKQ, döş qəfəsinin rentgenoskopiya), laboratoriya (qanda şəkər, qanın ümumi analizi, sidiyin analizi) müayinələrində olduğu qeyd edilmişdir.

36. Həmçinin, həmin göndərişdə iddiaçıya qoyulmuş əsas diaqnoz ona xx.xx.2017ci il tarixli göndərişdə qoyulmuş əsas diaqnozla eyni olmuş, hətta həmin göndərişdə iddiaçının xəstəliyinin üç ağırlaşma halı qeyd edilsə də, xx.xx.2022-ci il tarixli göndərişdə beş ağırlaşma halı və yanakı xəstəliklər də qeyd edilmişdir.

37. Cavabdeh orqan xx.xx.2017-ci il tarixli göndəriş əsasında iddiaçıya ikinci dərəcəli əlillik təyin etməsinə baxmayaraq, xx.xx.2022-ci il tarixli göndəriş zamanı onun əlavə müalicəyə ehtiyacının olması əsası ilə imtina vermişdir. İddiaçı bundan sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı Akad.C.M.Abdullayev adına ET Kardiologiya İnstitutunda stasionar müalicədə, xx.xx.2022-ci il tarixdə həkim və 07xx.xx.2022, 07-xx.xx.2022-ci il tarixlərdə instrumental (24 saatlıq EXQ, ExoKQ, döş qəfəsinin rentgenoskopiya), laboratoriya (aspartat aminotransferaza (AST) (SGOT), alanin aminotransferaza (ALT) (SGPT), qanın ümumi analizi, lipid paneli, kreatinin) müayinələrində olmuş və əlilliyinin qiymətləndirilməsi üçün Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli göndəriş verilmiş, cavabdeh orqan yenə eyni əsasla – “Əliliyin təyini üçün müalicə müddəti yetərli deyil. Son illərdə müalicəsi yoxdur. Əlavə müalicəyə ehtiyacı vardır." səbəbi ilə imtina etmişdir. İddiaçı əlillik vəziyyətinə Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli təkrar göndərişi əsasında baxılmış və həmin tarixdə də “İxtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac var" səbəbi ilə imtina edilmişdir.

38. Göründüyü kimi, iddiaçının xəstəliyinin əsas diaqnozu bütün göndərişlərdə eyni olmasına baxmayaraq, xx.xx.2017-ci il tarixdə ona ikinci dərəcə əlillik təyin edilmiş, sonrakı göndərişlərə baxılan zaman isə əlavə müalicəyə ehtiyacının olması əsası ilə əlillik təyinatından imtina edilmişdir. Hansı ki, iddiaçının stasionar müalicələrdə, həkim, instrumental və laboratoriya müayinələrində olduğu göndərişlərdə öz əksini tapmış, cavabdeh orqan tərəfindən isə əsassız olaraq əlavə müalicəyə ehtiyacın olması qeyd edilmişdir.

39. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T304/2023 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozlar xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Tibb müəssisinin tərtib etdiyi göndərişlərdə qeyd edilmiş diaqnozlar xəstənin hazırkı vəziyyətinə uyğun olmuşdur. Belə ki, həmin diaqnozlar şəxsin əyani müayinəsi zamanı KTM göndərilərkən instrumental müayinələrin nəticələri ilə öz təsdiqini tapmışdır. Xəstəliklər tam sağalmırlar, kəskinləşərkən qeydiyyatda olduğu yerdə öz həkimlərində müayinə və müalicəyə cəlb olunurlar. Rəyin tədqiqat hissəsində göstərilmişdir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, hazırda “Anadangəlmə ürək qüsuru. Fallo tetradası korreksiyası əməliyyatı (1990). M.A.Ç. subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu. Mədəcik ekstrasistoliyası. Ürək çatmamazlığı İl mərhələ” xəstəliklərindən əziyyət çəkir. Qeyd edilən nəticə onun KTM-də instrumental müayinələri ilə də təsdiq olundu.

40. Göründüyü kimi, əldə edilmiş tibbi rəylə iddiaçının qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozların onun anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulduğu, müalicə tədbirlərinin xəstəliyin dinamikasına uyğun aparıldığı və iddiaçının hazırda “Anadangəlmə ürək qüsuru. Fallo tetradası korreksiyası əməliyyatı (1990). M.A.Ç. subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu. Mədəcik ekstrasistoliyası. Ürək çatmamazlığı İl mərhələ” xəstəliklərindən əziyyət çəkdiyi öz təsdiqini tapmışdır.

41. Qeyd edilən hallar isə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əlilliyin təyin olunmasından imtina edilməsinin qanunsuz və əsassız olduğuna dəlalət edir.

42. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi olan “Fallo tetradası. Anadangəlmə ürək qüsuru. Tetrado-Fallo (xx.xx.1990) korreksiyasından sonrakı vəziyyət. M.A.Ç subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu Mədəcik ekstrasistoliyası. Ürək çatmamazlığı İl mərhələ” onun ikinci dərəcəli əlilliyinin müddəti bitdikdən sonra qiymətləndirildiyi zaman (xx.xx.2022-ci il tarixli göndəriş əsasında) qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin (2022-ci il iyulun 1-dək qüvvədə olmuş) 2.2.1-ci bəndinə əsasən ikinci dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.

43. Belə ki, həmin Əsasnaməyə görə : Bənd 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33).

44. Lakin İddiaçı iddia ərizəsində ona 2-ci qrup əlillik dərəcəsinin verilməsi, yaxud 3-cü qrup ömürlük əlillik dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdiyi üçün məhkəmə tərəfindən ona tələbini dəqiqləşdirməsi təklif edilmiş və o, məhkəməyə təqdim etdiyi ərizəsində üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsini xahiş etmiş və ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

45. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

47. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə

2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinikfunksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.3. Ürəyin xroniki işemik xəstəliyi İ25 Qulaqcıq-mədəcik (atrioventrikulyar) blokadası və İ44 His dəstəyin sol ayaqçının blokadası Ürək çatışmazlığı İ50 Ürək ritminin digər pozuntuları İ49 Qan dövranı sisteminin anadangəlmə anomaliyaları Q20- (malformasiyaları) 28 Qiymətləndirmə 2.3.1. ÜDS-nin mülayim disfunksiyası: XÜÇ İİA mərhələ 35- 1 il 60 2.3.2. ÜDS-nin ciddi disfunksiyası: XÜÇ İİB mərhələ 65- 2 il 80 2.5. Birincili ağciyər hipertenziyası İ27.0 Ağciyər ürək çatışmazlığının digər təyin olunmuş İ27.8 formaları Dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı İ27.9 Qiymətləndirmə 2.5.1. effektiv spesifik terapiya fonunda orqanizmin 35- 1 il funksiyalarının orta dərəcəli pozulmaları (mülayim 60 disfunksiyaları): ağciyər hipertenziyası FS İİ 2.9. Xroniki revmatik xəstəlikləri İ05 - İ09 Digər ürək xəstəlikləri İ30 - İ52 2.9.1. mitral və aorta qapaqlarının eyni zamanda İ08 zədələnmələri Qiymətləndirmə 2.9.1.1. ürəyin qapağının, ağciyər arteriyası qapağının 35- 2 il revmatik və qeyri-revmatik xəstəlikləri; iltihabi 60 aktivlik əlamətləri olan miokardit, endokardit və perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: stenokardiya FS İİİ (50 Vatt), ağciyər hipertenziyası 2-ci dərəcə, 3-cü dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması, XÜÇ İİA mərhələ

49. Göründüyü kimi, iddiaçının göndərişlərdə əks olunmuş diaqnozlar üzrə orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz aralığındadır və bu da əlilliyin üçüncü dərəcəsinə uyğun gəlir.

50. Digər tərəfdən, iddiaçıya ikinci dərəcə əlillik təyin edilməzdən əvvəl onun “Anadangəlmə ürək qüsuru. Tetrada-fallo. Mədəciklərarası çəpərin subaortal plastika edilməsi. Ağciyər arteriyasının stenozu” diaqnozu ilə müddətsiz üçüncü dərəcə əlilliyi mövcud olmuşdur ki, cavabdeh orqan ona ikinci dərəcə əlillik təyinatından imtina edəcəyi halda, müddətsiz üçüncü dərəcə əlilliyini saxlamalı idi.

51. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

23. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.

36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar