Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1747/2024 20.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 35 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur.
3. 08.02.1983-cü il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X9 zavodunda müxtəlif vəzifələrdə, xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək 2 nömrəli X2 Kontorunda sürücü, xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Gəncə quraşdırma idarəsində (Gəncə Quraşdırma ASC-də) sürücü işləmişdir.
4. Gəncə Quraşdırma İdarəsinin xx.xx.2002-ci il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" ATSC-nin səhmlərinə güzəştli satışda iştirak etmək üçün sifarişi və təqdim etdiyi 1 (bir) ədəd özəlləşdirmə çeki qəbul edilmişdir.
5. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək, bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajı (xx.xx.1987-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 11 il 5 ay 13 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1987-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək "xxxx" ASC-də olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun Gəncə-Daşkəsən regional filialının "xxxx" ASC ilə birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktına əsasən əmək kitabçasının surətində işə qəbul olunma tarixi xx.xx.1987-ci il qeyd edilsə də, təqdim edilən əməkhaqqı cədvəllərində ona 1987-ci ilin iyul ayından əməkhaqqı hesablandığı göstərilmiş və 1987-ci ilin iyul ayından başlayaraq 5 ay, 1988-ci ildə 12 ay, 1989-cu ildə 12 ay, 1990-cı ildə 12 ay, 1992-ci ildə 3 ay, 1993-cü ildə 10 ay əməkhaqqı hesablandığı dövrlər sığorta stajına daxil edilmişdir. Eyni zamanda 1991-ci il, 1994-cü il üzrə və 1995-ci ilin oktyabr ayına qədər əməkhaqqı təqdim edilmədiyindən, həmçinin 1995-ci ilin oktyabr ayından öz hesabına məzuniyyətdə olduğundan həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-yə müraciət etməyi tövsiyə edilir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
6. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 25 nömrəli arayışına əsasən İddiaçı ilə bağlanmış icarə müqaviləsinə əsasən əmək haqqı ödənilməmək şərti ilə işlədiyi QAZ-52 markalı 20AC413 nömrəli avtomobil idarənin büdcəsinə müvafiq pul ödəməklə 1995-ci ildən 2003-cü ilə qədər icarədə olmuşdur.
7. xx.xx.2023-cü il tarixdə ƏƏSMN-nin tabeliyində DSMF Gəncə-Daşkəsən regional filialın mütəxəssisi X4 və "xxxx" ASC-nin mühasibi X3 tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, vətəndaş İddiaçı 2 nömrəli Kirovabad Avtonəqliyyat İdarəsinə xx.xx.1987-ci il tarixdə işə qəbul olması və xx.xx.2003-cü il tarixdə işdən azad olunma əmrləri təqdim edilmədi. Təqdim olunan əmr kitabında vətəndaşın xx.xx.1995-ci il tarixdə 69k nömrəli əmrlə öz hesabına məzuniyyətə buraxılması göstərilmişdir. Əmək kitabçasında işə girmə tarixi xx.xx.1987-ci il tarix qeyd edilsə də, təqdim edilən əmək haqqı cədvəllərində vətəndaşa 1987-ci ilin iyul ayından başlayaraq 5 ay, 1988-ci ildə 12 ay, 1989-cu ildə 12 ay, 1990-cı ildə 12 ay, 1991-ci ildə əməkhaqqı təqdim edilmədi, 1992-ci ildə 3 ay, 1993-cü ildə 10 ay əmək haqqı hesablanıb. 1994-1995-ci ilin oktyabr ayına əməkhaqqı təqdim edilmədi. 1995-ci ilin oktyabr ayından öz hesabına buraxıldığı üçün əmək haqqı hesablanmamışdır. Qeyd: 2 nömrəli Kirovabad Avtonəqliyyat İdarəsi 1995-ci il yanvar ayından hal-hazırkı "xxxx" ASC-yə birləşdirilib.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-111187/2023 nömrəli xidməti məktubunda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajı (xx.xx.1987-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 11 il 5 ay 13 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçı təqdim etdiyi əmək kitabçasının əsaslı şübhələr olan xx.xx.1987ci il tarixindən xx.xx.2003-cü il tarixinədək "xxxx" ASC-də olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun Gəncə-Daşkəsən regional filialının "xxxx" ASC ilə birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktına əsasən İddiaçı əmək kitabçasının surətində işə qəbul olunma tarixi xx.xx.1987-ci il qeyd edilsə də, təqdim edilən əməkhaqqı cədvəllərində vətəndaşa 1987-ci ilin iyul ayından əməkhaqqı hesablandığı göstərilmiş və 1987-ci ilin iyul ayından başlayaraq 5 ay, 1988-ci ildə 12 ay, 1989-cu ildə 12 ay, 1990-cı ildə 12 ay, 1992-ci ildə 3 ay, 1993-cü ildə 10 ay əməkhaqqı hesablandığı dövrlər sığorta stajına daxil edilmişdir. Eyni zamanda 1991-ci il, 1994-cü il üzrə və 1995-ci ilin oktyabr ayına qədər əməkhaqqı təqdim edilmədiyindən, həmçinin 1995-ci ilin oktyabr ayından öz hesabına məzuniyyətdə olduğundan həmin dövrlərin İddiaçı sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq İddiaçı sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra İddiaçı sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17- 1/3-1-4059/2/20234 nömrəli xidməti məktubunda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajı (xx.xx.1987-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 11 il 5 ay 13 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Belə ki, təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1987-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək "xxxx" ASC-də olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun Gəncə-Daşkəsən regional filialının "xxxx" ASC ilə birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktına əsasən əmək kitabçasının surətində işə qəbul olunma tarixi xx.xx.1987-ci il qeyd edilsə də, təqdim edilən əməkhaqqı cədvəllərində ona 1987-ci ilin iyul ayından əməkhaqqı hesablandığı göstərilmiş və 1987-ci ilin iyul ayından başlayaraq 5 ay, 1988-ci ildə 12 ay, 1989-cu ildə 12 ay, 1990-cı ildə 12 ay, 1992-ci ildə 3 ay, 1993-cü ildə 10 ay əməkhaqqı hesablandığı dövrlər sığorta stajına daxil edilmişdir. Eyni zamanda 1991-ci il, 1994-cü il üzrə və 1995-ci ilin oktyabr ayına qədər əməkhaqqı təqdim edilmədiyindən, həmçinin 1995-ci ilin oktyabr ayından öz hesabına məzuniyyətdə olduğundan həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Eyni zamanda bildirilir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixindən ona 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/1-M-311783/2023 nömrəli qərarı ilə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuş, imtina səbəbi kimi göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajı olmadığından, fərdi hesabın hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə, eyni zamanda Qanunun 22-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya sığorta kapitalı olmadığından yaşa görə əmək pensiyası hüququ yaranmır. xx.xx.2006-cı il tarixədək 13 il 5 ay sığorta stajı vardır.
11. Məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********293000 nömrəli məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, "xxxx" ASC Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli 179 nömrəli sərəncamı ilə "xxxx" Səhmdar Firmasının tabeliyində olmuş Gəncə quraşdırma idarəsinin çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir.
12. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1987-ci ildə Gəncə 2 saylı Avtomobil Nəqliyyatı İdarəsinə sürücü kimi qəbul edilmişdir. 1995-ci ilin mart ayından köçürmə yolu ilə Gəncə Mexaniki-Quraşdırma İdarəsinə işə qəbul edilmiş, müqavilə əsasında QAZ-52 a/maşın ona icarəyə verilmişdir. Ona görə də həmin illərdə ona əmək haqqı hesalanmamışdır. Əldə olunan mühasibat sənədlərinə əsaslanaraq İddiaçı 1987-1995-ci illər üzrə hesablanmış əmək haqqısı aşağıdakı kimi olmuşdur. 1987-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr, 1988-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr, 1989-cu ilin 12 ayında, 1990-cı ilin 12 ayında, 1991-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun, 1992-ci ilin aprel, may və iyun, 1993cü ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr, 1994-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, oktyabr, noyabr və dekabr, 1995-ci ilin yanvar, fevral aylarında əmək haqqı almışdır.
13. Həmin məktuba əlavə edilmiş: - "xxxx" Səhmdar şirkətinin Gəncə Quraşdırma İdarəsi üzrə xx.xx.1995-ci il tarixli 80-k nömrəli əmrindən görünür ki, İddiaçı “QAZ-52 35-75 AZB nömrəli amaşının sürücüsü 12 dekabr 1995-ci il tarixdən 31 dekabr 1995-ci il tarixə qədər öz hesabına məzuniyyətə buraxılmışdır. - "xxxx" Səhmdar şirkətinin Gəncə Quraşdırma İdarəsi üzrə xx.xx.1998-ci il tarixli 21-k nömrəli əmrindən görünür ki, İddiaçı 01 yanvar 1999-cu il tarixdən 31 dekabr 1999-cu il tarixə qədər öz hesabına məzuniyyətə buraxılmışdır. II. Məhkəmədə icraat
14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək X9 zavodunda, xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilədək 2 nömrəli X2 Kontorunda və xx.xx.1987-ci ildən xx.xx.2003-cü ilədək Gəncə-Quraşdırma ASC-də işlədiyi illərin sosial sığorta stajina daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1958-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Bu barədə ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 35 nömrəli arayışda da göstərilmişdir. Bundan başqa xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək X9 zavoduna müxtəlif peşələrdə işləmişdir. xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilədək 2 nömrəli X2 Kontorunda sürücü kimi əmək fəaliyyətində olmuşdur. xx.xx.1987-ci ildə onların kontoru Gəncə Quraşdırma ASC-ə birləşdirilmiş və o, sürücülük fəaliyyətini xx.xx.2003-cü il tarixədək Gəncə-Quraşdırma ASC-də davam etmişdir. xx.xx.2003-cü ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Bu barədə ona məxsus olan 08 fevral 1983-cü il tarixli əmək kitabçasında qeydlər aparılmışdır. Hazırda o, pensiya alır. Pensiyaların yenidən hesablanması ilə əlaqədar olaraq xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu müddətin, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək X9 zavodunda işlədiyi dövrü, xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilədək 2 nömrəli X2 Kontorunda işlədiyi dövrü, xx.xx.1987-ci ildən xx.xx.2003-cü il tarixədək Gəncə- Quraşdırma ASC-də sürücü kimi əmək fəaliyyətində olduğu dövrünün iş stajım kimi hesablanması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin, tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-14- 310395/2023 saylı məktubu başdan ayağa saxta tərtib edilmişdir. Belə ki, ona məxsus olan 08 fevral 1983-cü il tarixli əmək kitabçasında göstərildiyi kimi həqiqətən o xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək X9 zavodunda işlədiyi dövrü, xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilədək 2 nömrəli X2 Kontorunda işlədiyi dövrü, xx.xx.1987-ci ildən xx.xx.2003-cü il tarixədək Gəncə-Quraşdırma ASC-də sürücü kimi əmək fəaliyyətində olmuşdur. Bu barədə 08 fevral 1983-cü il tarixli əmək kitabçası və şahidlər də təsdiq edə bilərlər. Ona görə də o, xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu illərin, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək X9 zavodunda işlədiyi dövrün, xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilədək 2 nömrəli X2 Kontorunda işlədiyi dövrün, xx.xx.1987-ci ildən xx.xx.2003-cü il tarixədək Gəncə-Quraşdırma ASC-də sürücü kimi əmək fəaliyyətində olduğu illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə iddia ərizəsi ilə aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət etməli olmuşdur.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
17. 23.04.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC-də işlədiyi dövrün sosial sığorta stajina daxil edilməklə hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barəsində qərar qəbul edilməsini xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
19. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
20. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
21. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
22. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
23. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
24. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
25. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
26. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
27. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 5-ci bəndi).
29. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 35 nömrəli arayışı; - 08.02.1983-cü il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçası; - Gəncə Quraşdırma İdarəsinin xx.xx.2002-ci il tarixli qəbzi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli imtina məktubu; - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 25 nömrəli arayışı; - xx.xx.2023-cü il tarixli akt; - xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-111187/2023 nömrəli xidməti məktub; - xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-4059/2/20234 nömrəli xidməti məktub; - “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” xx.xx.2024cü il tarixli 3-17-1/1-M-311783/2023 nömrəli qərar; - Məhkəmənin sorğusuna "xxxx" ASC-nin cavab məktubu; - "xxxx" Səhmdar şirkətinin Gəncə Quraşdırma İdarəsi üzrə xx.xx.1995-ci il tarixli 80-k nömrəli əmri; - "xxxx" Səhmdar şirkətinin Gəncə Quraşdırma İdarəsi üzrə xx.xx.1998-ci il tarixli 21-k nömrəli əmri; - Məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********293000 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
31. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
32. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı hüququ yarandığı tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, təqdim edilən əməkhaqqı cədvəllərində ona 1987ci ilin iyul ayından əməkhaqqı hesablanması, 1991-ci il, 1994-cü il üzrə və 1995-ci ilin oktyabr ayına qədər əməkhaqqının təqdim edilməməsi, həmçinin 1995-ci ilin oktyabr ayından öz hesabına məzuniyyətdə olması səbəbindən ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.
33. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsaslı hesab edir.
34. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
36. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.
37. İddiaçının xx.xx.1958-ci il tarixdə doğulması, xx.xx.2023-cü il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.
38. Cavabdeh orqan tərəfindən iddiaçının xx.xx.1987-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək Gəncə quraşdırma idarəsində ("xxxx" ASC-də) sürücü işlədiyi dövr mübahisələndirilərək, iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Buna əsas kimi isə İddiaçı sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olması göstərilmişdir (həm imtina məktubunda, həm yazılı etirazda).
39. Məhkəmə cavabdeh orqanın həmin dəlillərini əsaslı sayır.
40. Belə ki, əldə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.1987-ci ildə Gəncə 2 saylı Avtomobil Nəqliyyatı İdarəsinə sürücü kimi qəbul edilmiş, o, 1987-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr, 1988-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr, 1989-cu ilin 12 ayında, 1990-cı ilin 12 ayında, 1991-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun, 1992-ci ilin aprel, may və iyun, 1993-cü ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr, 1994-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, oktyabr, noyabr və dekabr, 1995-ci ilin yanvar, fevral aylarında əmək haqqı almışdır. 1995-ci ilin mart ayından köçürmə yolu ilə Gəncə Mexaniki-Quraşdırma İdarəsinə işə qəbul edilmiş, müqavilə əsasında QAZ-52 avtomaşın ona icarəyə verilmişdir. Ona görə də həmin illərdə ona əmək haqqı hesablanmamışdır.
41. Həmçinin, "xxxx" Səhmdar şirkətinin Gəncə Quraşdırma İdarəsi üzrə xx.xx.1995-ci il tarixli 80-k nömrəli əmri ilə İddiaçı “QAZ-52 35-75 AZB nömrəli maşının sürücüsü 12 dekabr 1995-ci il tarixdən 31 dekabr 1995-ci il tarixə qədər, "xxxx" Səhmdar şirkətinin Gəncə Quraşdırma İdarəsi üzrə xx.xx.1998-ci il tarixli 21-k nömrəli əmri ilə 01 yanvar 1999-cu il tarixdən 31 dekabr 1999-cu il tarixə qədər öz hesabına məzuniyyətlərə buraxılmışdır.
42. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli 179 nömrəli sərəncamı ilə "xxxx" Səhmdar Firmasının tabeliyində olmuş Gəncə quraşdırma idarəsinin çevrilməsi nəticəsində "xxxx" ASC yaradılmışdır.
43. Göründüyü kimi, iddiaçının 1995-ci ildən sonra əmək haqqı alması öz təsdiqini tapmamış, əksinə onun öz hesabına uzun müddətli məzuniyyətdə olması, sürücü kimi adı qeyd edilsə də, icarəsində maşının olması və ona həmin dövr üzrə əmək haqqı hesablanmaması müəyyən edilmişdir.
44. Bu səbəbdən cavabdeh həmin müddəti iddiaçının iş (sığorta) stajına daxil etməməkdə haqlı olmuşdur və bu səbəbdən də iddianın təmin edilməsi istisna edilir.
45. Belə ki, bu halda iddiaçıya pensiya təyinatı aparılması üçün tələb olunan 25 il iş stajı toplanmamış olur.
46. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
1. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva