Məhkəmə qərarları › İş №2-1(114)-1748/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1748/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1748/2020 24.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X10 X4 üzrə Mərkəzi filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X6 Daşkəsən rayon şöbəsinə qarşı xx.xx.2017-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək xx.xx.1977-ci il tarixdən xx.xx.1989-cu il tarixədək ermənistan Miskimya əlvan metalları kombinatında quruducu qurğuda maşinist fəhlə, xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan DRES TQİ-də qaz qaynaqçısı və S-100 traktorda traktorçu-maşınist vəzifəsində işlədiyi illərə dair güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(83)-1834/2017 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X6 Daşkəsən rayon şöbəsinin (bundan sonra mətndə DSMF Daşkəsən rayon şöbəsi) üzərinə İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1989-cu il tarixədək ermənistan Mis-kimya əlvan metalları kombinatında quruducu qurğuda maşinist fəhlə, xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan DRES TQİ-də qaz qaynaqçısı və S-100 traktorçumaşinist vəzifəsində işləydiyi illərə dair güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi qoyulmuşdur. Həmin qərardan DSMF Daşkəsən rayon şöbəsi tərəfindən apellyasiya şikayəti verilsə də, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(104)-524/2019 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbul edlməsindən imtina olunmuşdur. Qeyd olunan qərardaddan verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(102)-3571/2019 nömrəli qərarı ilə təmin edilməmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(83)-1834/2017 nömrəli qərarı icra tədbirlərinin davam etdirilməsi üçün xx.xx.2020-ci il tarixdə DSMF Daşkəsən rayon şöbəsinə göndərilmişdir. Daha sonra Dövlət X7 struktur dəyişikliyi olduğundan DSMF-un Daşkəsən rayon şöbəsi tərəfindən məhkəməyə xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktub göndərilərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)- 1834/2017 nömrəli qərarının icrası üçün Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsinə (hazırkı adı ilə Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X10 X4 üzrə Mərkəzi filialı) göndərildiyi bildirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsi məhkəməyə iş üzrə icraatın təzələnməsi barədə ərizə göndərərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-1834/2017 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(83)-1834/2017 nömrəli qərardadları ilə iş üzrə yeni açılmış hallarla bağlı icraat təzələnmiş və cavabdeh DSMF Daşkəsən rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X10 X4 üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, o, AZ DRES TQİ-də deyil, Daşkəsən rayon X1 işləmişdir. Məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, əmək kitabçasında iddiaçının işdən azad olma tarixi xx.xx.1997-ci il kimi qeyd olunub, eyni zamanda əmək kitabçasında iddiaçının xx.xx.1997xx.xx.2015-ci tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Fövqəldə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Daşkəsən rayon DYMH-də işlədiyi qeyd olunmuşdur. Aydındır ki, iddiaçı eyni vaxtda (xx.xx.1997-xx.xx.1998) iki vəzifədə çalışa bilməzdi. Əmək kitabçasına əsasən iddiaçının xx.xx.1995-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi S-100 traktorunda traktorçu–maşinist vəzifəsi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 №-li siyahıda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydalarına 2 nömrəli əlavənin tələbinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyini vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Lakin iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunmamışdır. İddiaçının stajının təsdiqlənməsi məqsədi ilə Fondun Mingəçevir şəhər şöbəsi tərəfindən “xxxxxxxxxx” ASC-nın “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə sorğu ünvanlanmış, həmin sorğuya cavab olaraq daxil olmuş xx.xx.2020-ci il tarixli 100/01-05-88 nömrəli məktubda İddiaçı Azərbaycan DRES-də işləmədiyi qeyd edilmişdir. Əmək kitabçasına əsasən iddiaçının xx.xx.1995-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi S-100 traktorunda traktorçu –maşinist vəzifəsi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1№-li siyahıda nəzərdə tutulmamışdır. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus AT-İİİ № ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, xx.xx.1988-ci il tarixli 987 nömrəli Arxiv arayışı, DSMF Daşkəsən rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli, 38/01-465 nömrəli məktubu, Dövlət Arxivinin Daşkəsən filialının xx.xx.2020-ci il tarixli 54 nömrəli məktubu, “xxxxxxxxxx” ASC-nın “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 100/01-05-88 nömrəli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Məhkəmə işin aidiyyəti ilə bağlı aşağıdakıları qeyd edir: İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə iddia qaldırılarkən tələbə cavab verməli olan orqan Əmək və X5 Nazirliyi yanında Dövlət X6 Daşkəsən rayon şöbəsi olduğundan işə Gəncə İnzibati Məhkəməsində baxılmışdır. Daha sonra Dövlət X7 struktur dəyişikliyi olduğundan hazırkı iddia tələbinə cavab verməli olan Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X4 üzrə Mərkəzi filialıdır. Bu səbəbdən cavabdeh qurum dəyişdirilsə də, məhkəmə hesab edir ki, aidiyyət qaydaları pozulmamışdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, tələb əsassızdır. Hazırkı tələb üzrə iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1989-cu il tarixədək və xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək olan illərin sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. İddiaçıya məxsus AT-İİİ ******* nömrəli əmək kitabçasında sonuncunun xx.xx.1989cu il tarixdən xx.xx.1997-ci il tarixədək AZ DRES TQİ-də işləməsi qeyd olunmuşdur. Daşkəsən rayon Dövlət Arxivinin 54 nömrəli xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Daşkəsən rayon X1 işləmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1989-xx.xx.1997-ci il tarixlərdə AZ DRES TQİ-də, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Daşkəsən rayon X1 işlədiyi müddət üstüstə düşür. Məhkəmə iclasında iştirak etmiş iddiaçı da izahatında Daşkəsən rayon X1 işlədiyini bildirmişdir. Həmçinin, “xxxxxxxxxx” ASC-nın “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 100/01-05-88 nömrəli məktubunda İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC (Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası) işləmədiyi qeyd edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1989xx.xx.1997-ci il tarixlərdə AZ DRES TQİ-də işləməsi öz təsdiqini tapmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə tələbin digər hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarındakı xx.xx.1988-ci il tarixli 987 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdə 291 nömrəli əmrlə Ermənistan Mis-Kimyəvi kombinatına quruducu qurğuya 4-cü dərəcəli fəhlə-maşinist kimi işə qəbul olunmuş, xx.xx.1979-cu il tarixli 45 nömrəli əmrlə həqiqi hərbi xidmətə çağırış ilə əlaqədar xx.xx.1979-cu il tarixdən vəzifəsindən azad edilmiş, xx.xx.1981-ci il tarixdə 91 nömrəli əmrlə quruducu qurğuya 5-ci dərəcəli fəhlə-maşinist kimi işə qəbul olunmuş, xx.xx.1988-ci il tarixdə 401 K-6 nömrəli əmrlə vəzifəsindən azad edilmişdir. “xx xxxxxx 2006-cı il tarixdən Azərbaycan Respublikasında vətəndaşların pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti xüsusilə ağır olan işlərdə çalışan kişilərin 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin (əmək şəraiti xüsusilə ağır olan) işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün 3 şərt tələb olunur: 1) “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən yaş həddinin tamam olması; 2) azı 25 il sığorta stajının olması; 3) 12 il 6 ay Azərbaycan Respublikas Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sına uyğun güzəştli iş stajının olması. İddiaçının 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. İddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan Mis-Kimyəvi kombinatına quruducu qurğuda fəhlə-maşinist peşəsində işləmişdir. Onun işlədiyi iş stajını müəyyənləşdirərkən işlədiyi peşənin və göstəricilərin Siyahısında işlədiyi sahə üzrə peşələrə uyğunluğu baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmi edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin Siyahısı”nda quruducu qurğuların maşinistləri peşəsi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı 09 il 27 gün müddətində əmək şəraiti xüsusilə ağır olan işlərdə çalışdığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X4 üzrə Mərkəzi filialına qarşı xx.xx.1977-ci il tarixdən xx.xx.1989-cu il tarixədək ermənistan Mis-kimya əlvan metalları kombinatında qurucu qurğuda maşinist fəhlə, xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan DRES TQİ-də qaz qaynaqçısı və S-100 traktorda traktorçu-maşinist vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar