Məhkəmə qərarları › İş №2-1(114)-1749/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1749/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1749/2024 13.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ikinci dərəcə əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1994-cü il tarixli 7927 nömrəli arayışında İddiaçı “Nazik bağırsağın çoxsaylı xəsarətləri ilə qarın boşluğunun sol təəfindən nüfuz edən güllə qəlpələrinin nəticələri (xx.xx.1994) və nazik bağırsağın yaralarının tikilməsi üçün laporotomiya əməliyyatı (xx.xx.1994). Hər iki ayağın İİ-İV dərəcəli donvurması (xx.xx.1994)” diaqnozlu travmasının səbəb əlaqəsi “Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. İddiaçı “X2 XİX Sinif – Travmalar, zədələnmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=>T33-T35-Donvurma=>T33-Səthi; Təsnifatı: Donvurma=>T33.8-Aşıq baldır oynağı nahiyəsi və ayağın səthi donvurması...Diaqnozun mətni: Hər iki ayaq pəncəsinin İİ-İİİ dərəcəli donvurmadan sonrakı inkişaf edən andoartati İİ mərhələ. Qarın boşluğunu dəlib keçən kor qəlpə yaralanmasında kor və nazik bağırsaqların yaralanması və edilmiş laparetomiyadan sonrakı vəziyyət. Hər iki aşağı ətrafların arterial qan dövranı çatmamazlığı İ-İİ dərəcə” diaqnozu ilə xx.xx.2013-cü il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə təkrar İİ dərəcə əlillik təyin edilmişdir.

3. M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin xx.xx.2022-ci il tarixdə verdiyi Aşağı (yuxarı) ətrafların venoz (arterial) sisteminin dupleks skanlaşdırılması və doppleroqrafiyası ilə müəyyən olunmuşdur ki, İddiaçı hər iki qalça-bud seqmentdə 22-28% çatan stenoz aşkarlanmışdır. Dizaltı arteriyalarda stenoz mötədil (40-44%), arxa qamış arteriyalarda nəzərəçarpan (72-76%), ön qamış arteriyalarda isə kritik (90-92%) dərəcəyə çatmışdır. Barmaqların qan təchizatı kəskin azalmışdır. Arteriyalar kollateral qan axını hesabına çox zəif və fraqmentar rənglənirlər, mütəmadi olaraq isə heç rənglənmirlər (okklüziya+davamiyyətli spastiki vəziyyət).

4. İddiaçı əlillik vəziyyəti Goranboy rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək Diaqnozun mətni: Obliterasiya edən trombangit (Byurger xəstəliyi), hər iki aşağı ətrafların donvurmadan sonrakı vəziyyəti (1994). Obliterasiyaedici trombangit. Dizaltı, baldır arteriyalarının stenookklüziyası. Aşağı ətrafların İİİ dərəcə xroniki işemiyası. İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: 2022-ci il ərzində stasionar müalicə haqqında məlumatlar yoxdur səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

5. Cavabdeh orqan iddiaçının imtina barədə qərardan verdiyi şikayətə xx.xx.2022-ci il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2023-cü il tarixdə İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə **********1 nömrəli qərar qəbul etmişdir.

6. İddiaçı əlillik vəziyyəti növbəti dəfə Goranboy rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişinə əsasən xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək Diaqnozun mətni: Aşağı ətrafın dəqiqləşdirilməmiş donvurması, aşağı ətrafların İİ-İV dərəcəli donvurmasından sonrakı vəziyyət. Qarın boşluğuna dəlin keçən kor qəlpə yaralanması və edilmiş laparatomiya nazik bağırsaq yaraların tikilməsindən sonrakı vəziyyət (xx.xx.1994). İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

7. Cavabdeh orqan iddiaçının imtina barədə qərardan verdiyi şikayətə xx.xx.2023cü il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2023-cü il tarixdə İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə 3-17-4/3-3-17541/2023 nömrəli qərar qəbul etmişdir.

8. Forma 88 saylı göndərişdən müəyyən edilir ki, İddiaçı “Aşağı ətrafın dəqiqləşdirilməmiş donvurması” (XBT kodu – T35.5) diaqnozu ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Goranboy RMX-da, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində, “Obliterasiya edən trombangit (Byurger xəstəliyi) (XBT kodu – İ73.1) diaqnozu ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhər Birləşmiş Xəstəxanasında stasionar müalicə və müayinələrdə olmuşdur.

9. Həmin göndərişdə xx.xx.2022-ci il tarixli doppler müayinəsinin nəticəsi olaraq “İddiaçı hər iki qalça-bud seqmentdə 22-28% çatan stenoz aşkarlanmışdır. Dizaltı arteriyalarda stenoz mötədil (40-44%), arxa qamış arteriyalarda nəzərəçarpan (72-76%), ön qamış arteriyalarda isə kritik (90-92%) dərəcəyə çatmışdır. Barmaqların qan təchizatı kəskin azalmışdır. Arteriyalar kollateral qan axını hesabına çox zəif və fraqmentar rənglənirlər, mütəmadi olaraq isə heç rənglənmirlər (okklüziya+davamiyyətli spastiki vəziyyət).”, xx.xx.2022-ci il tarixli angioqrafiya müayinənin nəticəsi olaraq “Hər iki anterior tibial arteriyada təxminən 70-80% daralmalara səbəb olan kalsifik planklar izlənilir. Hər iki posterior tibial və peroneal arteriyalarda təxminən 30-40% daralmalara səbəb olan kalsifik planklar aşkar edilir” kimi qeyd edilmişdir.

10. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – T35.5 – Aşağı ətrafın dəqiqləşdirilməmiş donvurması, Aşağı ətrafların İİ-İV dərəcəli donvurmasından sonrakı vəziyyət. Qarın boşluğuna dəlib keçən kor qəlpə yaralanması və edilmiş laparatomiya nazik bağırsaq yaraların tikilməsindən sonrakı vəziyyət (xx.xx.1994); Ağırlaşma – İ73.1 – Obliterasiya edən trombangit (Byurger xəstəliyi), Hər iki aşağı ətrafların obliterasiyaedici trombangiti; Yanaşı xəstəliklər – İ77.1 – Artileriyaların daralması, Aşağı ətrafların İİİ dərəcə xroniki işemiyası. II. Məhkəmədə icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsininn cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1974-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, xx.xx.1992-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.1996-cı il tarixdə Milli Ordudan təxris olunmuşdur. 1-ci Qarabağ Müharibəsinin iştirakçısıdır və kəşfiyyatçı kimi xidmətdə olmuşdur, müharibə veteranıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibb Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, odlu silahın qəlpəli yaralanması səbəbindən nazik bağırsaq və qarın nahiyəsində əməliyyat olunmuş, həmçinin aşağı ətraflarında donvurma əlamətləri müşahidə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 24 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik diaqnozu qoyulmuşdur. TSEK-in diaqnozu belə müəyyən edilmişdir: Hər iki ayaq pəncələrinin İİ-İİİ dərəcə donvurmadan sonra inkişaf etmiş endoartriti İİ mərhələ. Hər iki aşağı ətrafıların qan dövranı çatışmamazlığı İl dərəcə. Qarın boşluğunu dəlib keçən kor qəlpə yaralanması və edilmiş laporotomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Ekspert Komissiyasında sonuncu məlumatın verilməsinə dair xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən əlillik əlamətinin təyin edilməməsi səbəbindən ona imtina verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona verilən ikinci dərəcəli əlilliyə görə verilən müavinət dyandırılmışdır. Yuxarıda qeyd olunan faktlardan göründüyü kimi əlillik təyin edilməsi ilə bağlı keçdiyi müayinələr zamanı ona qoyulmuş diaqnoz imtina cavabından görünmür, cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuzdur.

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-15593/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

15. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

17. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

18. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.

19. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş (əyani müayinə zamanı) və Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə ona əlillik təyinatından imtina edilmişdir. Həmin imtina qərarında ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı və hazırkı tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

20. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Goranboy şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

21. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

24. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

25. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

26. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

27. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Müayinə olunan şəxs üzrə elektron məlumatlar; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1994-cü il tarixli 7927 nömrəli arayışı; - Ambulator, stasionar xəstənin tibb kartasından çıxarışlar; - İddiaçıya məxsus hərbi bilet; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

29. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

30. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ilkin olaraq xx.xx.2013-cü il tarixdə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. Həmin təyinatlar zamanı da iddiaçıya qoyulmuş diaqnoz “X2 XİX Sinif – Travmalar, zədələnmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=>T33-T35- Donvurma=>T33-Səthi; Təsnifatı: Donvurma=>T33.8-Aşıq baldır oynağı nahiyəsi və ayağın səthi donvurması...Diaqnozun mətni: Hər iki ayaq pəncəsinin İİ-İİİ dərəcəli donvurmadan sonrakı inkişaf edən andoartati İİ mərhələ. Qarın boşluğunu dəlib keçən kor qəlpə yaralanmasında kor və nazik bağırsaqların yaralanması və edilmiş laparetomiyadan sonrakı vəziyyət. Hər iki aşağı ətrafların arterial qan dövranı çatmamazlığı İ-İİ dərəcə” olmuş və səbəbli əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilmişdir.

31. Sonuncu dəfə təyin olunmuş əlillik müddəti bitdikdən sonra İddiaçı əlillik vəziyyətinə Goranboy rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli və xx.xx.2023cü il göndərişləri əsasında baxılsa da, hər iki qiymətləndirmə zamanı diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinatının aparılmasından imtina edilmişdir.

32. Halbuki, həmin göndərişlərdə iddiaçıya qoyulmuş əsas diaqnoz ona əvvəllər əlillik təyinatı zamanı qoyulmuş diaqnozlarla eyni olmuşdur. Xüsusən isə İddiaçı “Aşağı ətrafın dəqiqləşdirilməmiş donvurması” (XBT kodu – T35.5) diaqnozu ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Goranboy RMX-da, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində, “Obliterasiya edən trombangit (Byurger xəstəliyi) (XBT kodu – İ73.1) diaqnozu ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhər Birləşmiş Xəstəxanasında stasionar müalicə və müayinələrdə olmuşdur.

33. Göründüyü kimi, iddiaçının əlillik müddəti bitdikdən sonra elə ilk göndərişdə qiymətləndirildiyi zaman artıq stasionar müayinə və müalicəsi mövcud olmuşdur. Lakin iddiaçı həmin göndəriş əsasında cavabdeh orqanın imtina qərarını mübahisələndirmədiyi üçün hazırkı araşdırma zamanı yalnız sonuncu - xx.xx.2023-cü il tarixli göndərişə verilmiş imtinanın əsaslılığı yoxlanılır və müəyyən edilir ki, iddiaçının barəsində Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş, həmçinin iddiaçının imtina barədə qərardan verdiyi şikayətə xx.xx.2023-cü il tarixdə baxılaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2023-cü il tarixdə İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə 3-17-4/3-3-17541/2023 nömrəli qərar qəbul edilmişdir.

34. Halbuki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tərtib edilmiş göndərişdə xx.xx.2022-ci il tarixli doppler müayinəsinin nəticəsi olaraq “İddiaçı hər iki qalça-bud seqmentdə 22-28% çatan stenoz aşkarlanmışdır. Dizaltı arteriyalarda stenoz mötədil (40-44%), arxa qamış arteriyalarda nəzərəçarpan (72-76%), ön qamış arteriyalarda isə kritik (90-92%) dərəcəyə çatmışdır. Barmaqların qan təchizatı kəskin azalmışdır. Arteriyalar kollateral qan axını hesabına çox zəif və fraqmentar rənglənirlər, mütəmadi olaraq isə heç rənglənmirlər (okklüziya+davamiyyətli spastiki vəziyyət).”, xx.xx.2022-ci il tarixli angioqrafiya müayinənin nəticəsi olaraq “Hər iki anterior tibial arteriyada təxminən 70-80% daralmalara səbəb olan kalsifik planklar izlənilir. Hər iki posterior tibial və peroneal arteriyalarda təxminən 30-40% daralmalara səbəb olan kalsifik planklar aşkar edilir” kimi qeyd edilmişdir.

35. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – T35.5 – Aşağı ətrafın dəqiqləşdirilməmiş donvurması, Aşağı ətrafların İİ-İV dərəcəli donvurmasından sonrakı vəziyyət. Qarın boşluğuna dəlib keçən kor qəlpə yaralanması və edilmiş laparatomiya nazik bağırsaq yaraların tikilməsindən sonrakı vəziyyət (xx.xx.1994); Ağırlaşma – İ73.1 – Obliterasiya edən trombangit (Byurger xəstəliyi), Hər iki aşağı ətrafların obliterasiyaedici trombangiti; Yanaşı xəstəliklər – İ77.1 – Artileriyaların daralması, Aşağı ətrafların İİİ dərəcə xroniki işemiyası.

36. Məhkəmə qeyd edir ki, iddiaçının səhhətində olan “İ73.1 – Obliterasiya edən trombangit (Byurger xəstəliyi), Hər iki aşağı ətrafların obliterasiyaedici trombangiti və İ77.1 – Artileriyaların daralması, Aşağı ətrafların İİİ dərəcə xroniki işemiyası” xəstəlikləri onun qiymətləndirildiyi zaman (xx.xx.2023-cü il tarixli göndəriş əsasında) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verən səviyyədə, yəni orqanizmin funksiyalarının 65-80% aralığında pozulması səviyyəsində olmuşdur.

37. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

38. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü

2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinikfunksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.6. Arteriyalar, arteriolaların və kapilyarların xəstəlikləri 2.6.1. Periferik damarların digər xəstəlikləri İ73 Qeyd: Xroniki arterial çatışmazlıq, aşağı ətraf damarlarının obliterisya edən arteriti və eləcə də revaskulyarizasiyadan sonrakı vəziyyət olduğu halda Qiymətləndirmə 2.6.1.2. İİİ dərəcəli işemiya, ABİ 0,50-dən az olduqda və ya 65- 2 il cərrahi revaskularizasiyadan sonra davamlı distal 80 blokun mövcudluğu, ətrafın məhdud trofik pozuntuları (xora, nekroz) və qan dövranı dekompensasiyası ilə maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

40. Göründüyü kimi, iddiaçının göndərişlərdə əks olunmuş diaqnozlar üzrə orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz aralığındadır və bu da iddiaçıya 2 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verir.

41. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında şəhadətnaməsinə əsasən iddiaçının həmin diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirildiyindən iddiaçının orqanizmin funksiyalarının pozulmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar...

43. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

23. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.

36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80% aralığında pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar