Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-175/2025 13.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 üzrə Mərkəzi Filialına (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 12 aprel 2017-ci il tarixdən hesablanması, 12 aprel 2017-ci il tarixdən yaşa görə əmək pensiyasının ödənişinin bərpa edilməsi, güzəştli şərtlərlə ödənilməmiş yaşa görə pensiyasının tam həcmdə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 12 aprel 2017-ci il tarixdən hesablanması, 12 aprel 2017-ci il tarixdən yaşa görə əmək pensiyasının ödənişinin bərpa edilməsi, güzəştli şərtlərlə ödənilməmiş yaşa görə pensiyasının tam həcmdə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
3. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-616/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. II. Prosessual məsələlər
4. İş üzrə digər zəruri prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilərək, tərəflərə bu barədə lazımi qaydada məlumat verilmişdir.
5. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə X3 Sistemindən çıxarışı təqdim edərək, iddiaçının tələbinin məhkəmədənkənar qaydada təmin edildiyini və iddiaçıya xx.xx.2024-cü il tarixdə 537.02 manat ödənildiyini bildirərək, iş üzrə icraata xitam verilməsi xahiş etmişdir.
Əsaslandırma hissəsi:
8. Məhkəmə cavabdehin nümayəndəsinin şifahi vəsatətini və ona əlavə edilmiş X3 Sistemindən çıxarışı nəzərdən keçirib hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
9. Belə ki, iddiaçının tələbi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 12 aprel 2017-ci il tarixdən hesablanması, 12 aprel 2017-ci il tarixdən yaşa görə əmək pensiyasının ödənişinin bərpa edilməsi, güzəştli şərtlərlə ödənilməmiş yaşa görə pensiyasının tam həcmdə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
10. Cavabdeh orqanın Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-18923/2024 nömrəli qərarı ilə 3-17-1/3-3-13913/2023 nömrəli xx.xx.2023-cü il tarixli sərəncam etibarsız hesab edilmiş və pensiyanın təyin olunduğu tarixin xx.xx.2017-ci il olması qeyd edilmişdir.
11. X3 Sistemindən çıxarışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 537.02 manat pensiya ödənilmişdir.
12. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
13. Beləliklə, iddiaçının tələbi cavabdeh orqanın özü tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.
Nəticəvi hissə:
14. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 üzrə Mərkəzi Filialına (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 12 aprel 2017-ci il tarixdən hesablanması, 12 aprel 2017-ci il tarixdən yaşa görə əmək pensiyasının ödənişinin bərpa edilməsi, güzəştli şərtlərlə ödənilməmiş yaşa görə pensiyasının tam həcmdə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva