Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1750/2022 18.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətə qarşı elektrik xəttinin həyətyanı sahədən çıxarılması və fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi tələbinə dair iddia ərizəsi üzrə işi məhkəmənin binasında nəzərdən keçirərək, müəyyən e t d i m: İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətə qarşı iddia ərizəsi ilə 23.02.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, elektrik xəttinin həyətyanı sahədən çıxarılması və fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, həmin məhkəmənin 19.04.2022-ci il tarixli qərardadı əsasında iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İşin aidiyyəti üzrə göndərilməsinə əsas kimi iddiaçının yaşayış ünvanının Tərtər rayonu olması və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin tələbləri göstərilmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iş üzrə ərazi aidiyyəti baxımından məhkəmə tərəfindən düzgün nəticəyə gəlinməmişdir. Odur ki, məhkəmələr arasında aidiyyətlə bağlı mübahisə olduğundan işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddianın məzmunundan və işə əlavə edilmiş sənədlərdən görünür ki, elektrik xəttinin həyətyanı sahədən çıxarılması və elektrik enerjisi ilə təmin edilməsi tələb olunan fərdi yaşayış evi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində yerləşir. Hazırki iş üzrə iddiaçının qeydiyyatda olduğu yer Tərtər şəhəri olsa da, habelə iddia öhdəliyin icrası haqqında iddia növünə aid olsa da qanunvericilik daşınmaz əmlakla bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə müstəsna aidiyyət kimi həmin əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olduğunu müəyyən etmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Bakı İnzibati Məhkəməsi işin ərazi aidiyyəti ilə bağlı səhv nəticəyə gəlmişdir və iş həmin məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 9.1.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda aidiyyət üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.3-cu maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-cu maddəsini rəhbər tutaraq, Qərara a l d ı m: İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətə qarşı elektrik xəttinin həyətyanı sahədən çıxarılması və fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi tələbinə dair iş üzrə məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğuna görə iş məhkəmə aidiyyətinin həll edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1750/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1750/2022
18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver