Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1752/2021 03.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Quliyev Zəfər Arif oğlu, İddiaçı cavabdehlər X11, X7, X12, X13, X3, X26, X19, X33, X2, X14, X1, X20, X8, X15, X34, X4, X16, X9, X30, X31, X5, X6, X32, X21 qarşı cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında baxaraq müəyyən etdim: İddiaçı cavabdehlər X11, X7, X12, X13, X3, X26, X19, X33, X2, X14, X1, X20, X8, X15, X34, X4, X16, X9, X30, X31, X5, X6, X32, X21 qarşı cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması xahiş etmişdir. İddia ərizəsi və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia düzgün cavabdehə qarşı verilmədiyi üçün mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə görə inzibati akt qəbul etmək səlahiyyəti olmayan fiziki şəxs və şəxslərin inzibati məhkəmə icratında cavabdeh qismində cəlb edilməsi nəzərdə tutulmamışdır. “Yaşayış yeri haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.1-ci bəndinin tələblərinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən yaşayış yeri üzrə qeydiyyata alınır və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən verilir. İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddiaçıya zəruri hüquqi yardım göstərilərək iddia ərizəsində tələbin yönəldiyi və yaxud tələbə cavab verməli olan inzibati orqan - Cavabdeh qismində, məhkəmə qərarının qanunla qorunan maraqlarına toxunan digər şəxslərin isə - X11, X7, X12, X13, X3, X26, X19, X33, X2, X14, X1, X20, X8, X15, X34, X4, X16, X9, X30, X31, X5, X6, X32, X17 üçüncü şəxslər qismində göstərilməklə yenilənmiş iddia ərizəsi verilməsi izah edilmişdir. Lakin bu vaxtadək iddiaçı tərəfindən iddia ərizəsində yol verilən nöqsanlar aradan qaldırılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. qərara aldım: İddiaçı cavabdehlər X11, X7, X12, X13, X3, X26, X19, X33, X2, X14, X1, X20, X8, X15, X34, X4, X16, X9, X30, X31, X5, X6, X32, X21 qarşı cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah olunur ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1752/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1752/2021
03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver