Məhkəmə qərarları › İş №2-1(114)-1753/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1753/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1753/2021 14.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, İddiaçı Cavabdehnə qarşı bələdiyyənin cərimə edilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 04.08.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 08.06.2021-ci il tarixli müraciəti Cavabdeh tərəfindən vaxtında cavablandırılmadığı üçün bələdiyyənin 300 manat cərimə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı onun 08.06.2021-ci il tarixdə Cavabdehnə ünvanladığı məktub bu günə qədər cavablandırılmamışdır. Bu isə iddiaçının müraciətinin yazılı şəkildə cavablandırılmasına dair konstitusion hüququnun Cavabdeh tərəfindən pozulmasıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş 18.08.2021-ci il tarixli, 196 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı Maqsud oğlu guya Cavabdehnə bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsi ilə bağlı məktub ünvanlamış və ona cavab verilmədiyini iddia etmişdir. Lakin iddiaçı bələdiyyəyə ünvanladığı məktubun bələdiyyəyə çatıb-çatmaması ilə bağlı iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Bu səbəbdən də iddianın mümkünsüz sayılması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı Cavabdeh 02.07.2014-cü il tarixli 16 saylı protokoluna əsasən Qovlar şəhər mərkəzindən 5 km aralı olan Nizami küçəsinin sol tərəfində “Yonca yeri” adlanan ərazidən ona 0.10 ha torpaq sahəsinin ayrılması barədə qərar qəbul edildiyini, lakin bugünə qədər sözügedən torpaq sahəsinin ayrılmadığını və bu səbəbdən də həmin torpaq sahəsinin ayrılmasının təmin edilməsi üçün Cavabdehnə müraciət etdiyini, lakin cavabdehin onun müraciətinə cavab vermədiyini iddia etmişdir. Məhkəmə prosesi zamanı iddiaçı bələdiyyəyə edilmiş müraciətin, eləcə də müraciətin göndərilməsinə dair xəbərnamənin sürətini təqdim etsə də, qeyd olunan xəbərnamənin imzasız olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının qeyd edilən məsələ ilə bağlı həqiqətən cavabdeh orqana müraciət etməsi iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətlər və vəzifəli şəxslərin müraciətlərə baxması qaydası isə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Həmin Qanunun:- -6.1-ci maddəsinə əsasən vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər. -6.2-ci maddəsinə əsasən yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir. -6.7-ci maddəsinə əsasən elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir. -6.8-ci maddəsinə əsasən elektron sənəd formasında göndərilən müraciət elektron imza ilə təsdiq olunmalıdır. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının cavabdehə ünvanladığını iddia etdiyi müraciətin məzmunundan görünür ki, həmin müraciət müvafiq bələdiyyə qərarı ilə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ayrılmasının təmin edilməsindən ibarətdir, hazırki tələb isə edilmiş müraciətə cavab verilməməsinə görə bələdiyyənin cərimə edilməsi ilə bağlıdır. Göründüyü kimi iddiaçının cavabdehə müraciətində qeyd olunan tələbi ilə məhkəmədə qaldırdığı tələb eynilik təşkil etmir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia iddianın mümkünlük şərtlərinə cavab vermir. Belə ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4, 2.1 və 2.3-cü bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı Cavabdehnə qarşı bələdiyyənin cərimə edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar